118
tarixə və coğrafiyaya dair q iy mətli əsərləri vardır. Tarixi coğrafiyaya aid "Təlxis əl-
asar" ("Əsərlərin xülasəsi") əsəri Azərbaycan Ģəhərlərindən və memarlıq
abidələrindən bəhs edir.
Ağqoyunlu hökmdarı Su ltan Yaqubun sarayına xeyli alim və Ģair cəlb
olunmuĢdu. Tarixçilərdən Əbubəkr Tih rani, Ġdris Bid lisi, Fəzlullah Ru zbihan
Xunəci bu hökmdara qulluq edirdilər. Əbubəkv Tihraninin Uzun Həsən dövrünə
həsr etdiyi "Tarixi-Diyarbəkriyyə" və Fəzlullah Ruzbihan Xunəcinin Sultan
Yaqubun dövrünü əhatə edən "Tarixi-aləm arayi-Əmin i" əsərləri məĢhurdur. Elmin
inkiĢafı kitaba olan ehtiyacı və zərurəti artırmıĢ, xəttatlıq sənəti Azərbaycanda xeyli
inkiĢaf etmiĢ, Təbrizdə böyük xəttatlıq məktəbi yaranmıĢdı. Abdulla Seyrəfi (1342-
ci ildə vəfat etmiĢdir) " müsənna" xəttinin, Mir Əli Təbrizi isə "nəstəliq" xəttinin
yaradıcısı idi.
Ədəbiyyat. XIII-XV əsrlərdə A zərbaycan ədəbiyyatı çox çətin Ģəraitdə
inkiĢaf etmiĢdir. XIII əsrin baĢlanğıcından etibarən bütün Yaxın ġərq i, Avropanın
bir qis mini iĢğal etmiĢ monqol qoĢunları A zərbaycanı da ələ keçirdilər, Ģəh ər və
kəndləri xarabalığa çevirdilər. Qətl və qarətlər, qanunsuz vergilərin toplanması
əhalini var-yo xdan çıxarmıĢ, yoxsullaĢdırmıĢdı. Lakin ədəbi yaradıcılıq iĢi davam
etməkdə id i. XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidə Ģerinin nisbətən zəiflədiyi
bir dövrdür. Nəimi, Nəsimi, Əvhədi kimi görkəmli Ģairlər yaradıcılığ ın ideya
istiqaməti baxımından saray ədəbiyyatına, məddahlığa yabançı idilər. Lakin Seyid
Zülfüqar ġirvani, Arif Ərdəbili kimi Ģairlər saray Ģerin in ənənələrin i davam
etdirirdilər.
Zülfüqar Şirvani 1190 (və ya 1192)-cı ildə ġamaxıda anadan olmuĢ, orada
mü kəmməl təhsil almıĢ, bir sıra elmlərin (o cümlədən məntiqin, astronomiyanın,
fəlsəfənin) əsaslarını öyrən miĢdir. ġair ö zünün 6 dildə (həmçinin azərbaycanca)
Ģeir yazdığ ma iĢarə etmiĢdir.O, Ģeirlərində tez-tez Aristotelin, Platonun, Sokratın
və digər yunan filosoflarının adların ı çəkir, yunan fəlsəfəsinə mükəmməl bələd
olduğunu nümayiĢ etdirir. Zülfüqar ġirvani nəsr əsərləri də yazmıĢdır. O, XIV əsrin
əvvəllərində Təbrizdə vəfat etmiĢ və Sorxab qəbiristanlığ ında dəfn olunmuĢdur.
Seyid Zülfüqar ġirvanin in qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan
böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltıkov-ġedrin adına Döv lət
Kütləvi Kitab xanasının əlyazmalar Ģöbəsində saxlanılmaqdadır.
Zülfüqar ġirvaninin yaradıcılığı və dünyagörüĢü ziddiyyətlid ir. ġair həm
saray mühiti ilə bağlı olmuĢ, feodalları mədh etmiĢ, həm də istedadlı bir sənətkar
kimi dövrün ictimai hadisələrindən kənarda qalmamıĢdır.
Din i-idealist mah iyyətli dünyagörüĢünə malik Ģairə sufizm ideyaları da ciddi
təsir göstərmiĢdir.
119
XIV əsrdə yaĢamıĢ Ģairlərdən biri də Arif Ərdəbilidir. O, ġirvanĢah Kavus
ibn Keyqubadın (1345-1373) dəvəti ilə ġirvana gəlmiĢ, sarayda yaĢamıĢ, qəsidələr
yazmıĢdır. Lakin Nizamin in "Xosrov və ġirin" əsəri mövzusunda yazdığı
"Fərhadnamə" poeması onu daha çox ĢöhrətləndirmiĢdir. Müəllifin XIV əsrdə
Nizami ənənələrin i davam və inkiĢaf etdirməsi "Fərhadnamə"nin Azərbaycan
ədəbiyyatı tarixindəki əhəmiyyətini artırır. Arif Ərdəbili Nizamin i təkrar etməmiĢ,
yeni, orijinal əsər yazmıĢdır. Əsərin müqəddiməsindən aydın görünür ki, poeman ın
baĢ qəhrəmanı Xosrov deyil, Fərhaddır. Bu poemada Fərhad və ġirin haqqında
Azərbaycanda yayılmıĢ Ģifah i xalq ədəbiyyatı materialları mühü m yer tutur.
XIV əsrdə Azərbaycan Ģeri nisbətən daha sürətlə inkiĢaf edirdi. Bu əsrin
ədəbiyyatı məzmun etibarilə də əvvəlki əsrlərin ədəbi nümunələrindən fərqlənirdi.
O dövrdə həyatı daha geniĢ surətdə əks etdirən epik dastanlar meydana çıxmıĢdı.
Bu əsərlərdə yaradılmıĢ həyat lövhələri, insan surətləri poeziyanın mistikadan
uzaqlaĢdığını, onun həyatla əlaqələrinin gücləndiyin i göstərir. Arif Ərdəbilin in
"Fərhadnamə"si və Əssar Təbrizinin "Mehr və MüĢtəri" adlı poeması bu
keyfiyyətləri parlaq surətdə əks etdirən əsərlərdir.
Şəmsəddin Hacı Məhəmməd Əssar Təbrizi əsrin görkəmli söz ustadlarından
və alimlərindən olmuĢ, riyaziyyat və astronomiya sahəsindəki tədqiqatı ilə də
tanınmıĢdır.
Əssar Təbrizi əruz vəzn i və qafiyə haqqında əsər yazmıĢ, "Əlvafi fi tədadül-
qəvafi" adlı qafiyə lüğəti tərtib etmiĢdir. O, A zərbaycan ədəbiyyatı tarixinə məĢhur
"Mehr və MüĢtəri" əsərinin müəllifi kimi daxil olmuĢdur.
"Mehr və MüĢtəri" poeması Nizami ənənələrinin XIV əsrdə də in kiĢaf
etdiyini, xalq dastanlarının yazılı ədəbiyyata qüvvətli təsir göstərdiyini sübuta
yetirən bir əsərdir. 1376-cı ildə tamamlan mıĢ bu ro mantik poemada məhəbbət,
sədaqət və qəhrəmanlıq məqamları üzv i surətdə birləĢ miĢdir.
Əssar Təbrizin in bu poeması həyatiliyi, yüksək Ģeriyyəti və sənətkarlığ ı ilə
XIV əsrin Azərbaycan poeziyasında əhəmiyyətli hadisədir. Poeman ın Yaxın ġərq
ədəbi mühitində geniĢ yayılması və sonrakı ədəbiyyata təsiri də bunu aydın surətdə
göstərməkdədir.
Nizamin in əsərlərindən ilhama gələrək öz yaradıcılığında onun qabaqcıl Ģeir
ənənələrini davam etdirən görkəmli Ģairlərdən biri də XIII əsrin sonunda - XIV
əsrin əvvəllərində yaĢamıĢ Marağalı Əvhədidir (1274-1338). Əvhədi də ö z
əsərlərin i Arif Ərdəbili və baĢqa Ģairlər kimi, o zaman ın Ģeir ənənəsinə sadiq
qalaraq fars dilində yazmıĢdır.