110
Uzun Həsənin varisi olan Yaqub öz hakimiyyətinin baĢlanğıcında vergiləri
70 min tü mən məbləğ ində azaltmağa məcbur o ldu. O, atasının əmirlərin
özbaĢınalığın ı məhdudlaĢdırmaq siyasətini davam etdird i.
Yaqubun tərbiyəçisi və vəziri olan Qazi Ġsa yeni torpaq -maliyyə islahatını
həyata keçirmək üçün plan tərtib etdi. Ehtimal etmək olar ki, onun əsas məqsə di
soyurqal torpaq sahibliyin i a za lt maq və torpaq vergisinə yeni əlavələr et mə k idi.
Saray tarixçisi Fəzlu llah ibn Ruzbihan Ģahın bu sahədəki tədbirlərinin səbəbini izah
edərək yazırd ı: " Çing iz xanın zaman ından etibarən torpaq iĢi pozulmuĢ, müsəlman
hüququ Çingiz Yasası ilə sıxıĢdırılmıĢdı və Ģahın qanuni istəyi Ģəriətin müəyyən
etdiklərin i həyata keçirmək id i". Tarixçinin sözlərinə görə, Qazi Ġsa çalıĢırd ı ki,
əsas gəlir mənbəyinə daxil olan torpaqlardan aĢkar yollarla pul toplansın və
mü xtəlif tamğalardan olan gəliri ödəyən qanuni məb ləği almaq la islama zidd olan
bu vergini ləğv etmək iĢini asanlaĢdırsın. Yaqubun islahatının son məqsədi tamğanı
ləğv etmək olmuĢdur. 1489-cu ilin əvvəllərində Qazi Ġsa islahatı həyata keçirməyə
baĢladı.
Qazi Ġsa yeni vergi məb ləğini müəyyən etmək üçün torpağın sahəsini
dəqiqləĢdirmək iĢini vəzirə həvalə etdi. Divan əmiri Nəc məddin Məsud Pərvanəçi,
divan müĢrifi vəzir ġərəfəddin Mahmud Deyləmi də bu planla tanıĢ idi. ġərəfəddin
Mahmud qardaĢı Ġmadəddin ġeyx Əli ilə birlikdə yerlərdə torpağın təftiĢi üçün
öncə Farsa və Ġraqi Əcəmə göndərilmiĢ di. Yerlərə göndərilmiĢ bukavullar d ivan
iĢçilərin in torpaq sahəsinin ölçüsünü və qiymətini müəyyənləĢdirdilər, soyurqalın
(həşvi və xərci) ləğv olunduğunu elan etdilər. Dövlət və xəzinə ərazilərindən
verilmiĢ xeyli soyurqal ləğv olundu. Ġslahat yalnız ruhanilərin deyil, hərb i tayfa
əyanlarının soyurqallarına da to xunurdu.
Ġslahat keçirmək cəhdləri Yaqubun qəflətən ölümü ilə dayandırıldı. Qazi Ġsa
Qarabağda Əmir Sufi Xəlil Mosullunun əlinə keçd i və əzabla edam edildi.
Beləliklə, islahat Ağqoyunlu hərbi, köçəri əyanların ın güclü müqaviməti
nəticəsində uğursuzluqla nəticələndi. Ağqoyunlu hökmdarı Yaqub da müə mma lı
Ģəkildə həlak o ldu (1490).
Sonuncu Ağqoyunlu padĢahlarından Gödək Əh məd in dövründə, 1497-ci
ildə vergi islahatını həyata keçirməyə yenidən cəhd göstərildi. Əh məd Uzun
Həsənə qarĢı üsyan qaldırmıĢ və Türkiyəyə qaçmıĢ Uğurlu Məhəmmədin oğlu idi.
Uğurlu Məhəmməd Sultan Mehmedin qızı ilə evlən miĢ və bu izdivac nəticəsində
Əh məd doğulmuĢdu. O, Sultan Bayazidin sarayında mükəmməl təhsil almıĢ və
Osmanlı hökmdarının qızlarından biri ilə evlənmiĢdi. Əh məd Uzun Həsənin
nəvələri o lan Baysunqurla (Yaqubun oğlu) Rüstəm (Maqsudun oğlu) arasında
Ģiddətli mübarizə getdiyi zaman A zərbaycana gəlmiĢdi.
111
Əh məd ruhanilərə və mülki idarə baĢçılanna arxalan maq la hərbi-feodal
əyanlarını zəiflətməyə çalıĢırd ı. Bu dövrdə Osmanlı Tü rkiyəsində dövlət
hakimiyyətinin mərkəzləĢdirilməsi sahəsində böyük uğurlar qazanılmıĢdı və
əmirlər Əh məd i " Ru m padĢahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırırd ılar.
Xandəmir yazırd ı ki, Əh məd rə iyyətə və əkinçilərə ədalət qaydalarının tətbiq
olunduğunu elan etdi. O, "Ģəriətin himayə bayrağını qaldırdı və hökm verd i ki,
vergilər Ģəriətə uyğun surətdə qoyulsun, vəzirlər, divan məmurları kəndlilərə
Ģəriətdən xaric b ir d inar və bir man (buğda) da almaqla əziyyət ve rməsinlər,
rəiyyəti divan vergilərindən azad bilib, heç kəsi ixracat və Ģiltaqatla incitməsinlər".
Sonra onun fərmanı ilə mü lk sahiblərinin soyurqal hüquqları ləğv olundu, çalma
sahibləri (ərbabi-əmaim) vergilərdən azad edildilər. Əh məd sələflərinin hərbi-
feodal əyanlara vermiĢ olduqları imtiyaz fərman larını qanunsuz elan etdi. O,
bununla xəzinəni zəngin ləĢdirməyə çalıĢır, vergiləri azaltmaq üçün zəmin yaratmaq
istəyirdi. Onun islahatı tayfa əmirlərinə qarĢı yönəldilmiĢdi, ruhanilərin isə
soyurqalları saxlanılmıĢdı. Feodal sinfınin qabaqcıl nümayəndəsi kimi Əh məd baĢa
düĢürdü ki, kəndlilərin vəziyyətini yüngülləĢdirmədən Ģəhər iqtisadiyyatını və kənd
təsərrüfatını yüksəltmək mü mkün deyildir.
Monqol hakimləri tərəfindən tətbiq olunmuĢ vergi və mükəlləfiyyətlərin
ləğv edilməsi, islama, Ģəriətə qayıtmaq ideyaları xalq kütlələri arasında geniĢ
yayılmıĢdı. Əh mədin, həmçin in onun sələfləri olan Yaqubun və Uzun Həsənin
islahatları bu ideyaları həyata keçirmək cəhdləri idi. Əh mədin islahatına əsasən
yalnız Ģəriətdə nəzərdə tutulan vergi və mükəlləfiyyətlər saxlanılmıĢdı: torpaq
vergisi olan xərac və üşr (onda bir), maldarlıqdan, ə mla kdan və ticarətdən - zək at,
qeyri-müsəlmanla rdan alınan can vergisi -cizyə, monqollar tərəfindən tətbiq edilmiĢ
və "Qanun"da nəzərdə tutulmayan 20-yə yaxın vergi və mükəlləfiyyət ləğv olundu.
Ġxraca, Ģiltaqat, biyar və müsəlmanlardan adambaĢına, ev hesabına alınan ən ağır
vergilər də ləğv edilmiĢdi. ġəhər iqtisadiyyatının və ticarətin in kiĢafına əngəl
törədən tamğa da bu sırada idi. Tamğanın ləğv olunması Ağqoyunlu hakimlərin in
həyata keçirdiy i islahatın ən mühüm məqsədlərindən biri idi.
Hakimiyyətin mərkəzləĢdirilməsinə yönəldilmiĢ islahat cəhdləri bu dəfə də
nəticəsiz qaldı. Bu dövrdə islahatı həyata keçirməyə qarĢı çıxmıĢ siyasi qüvvələr
daha güclü idi. Əh məd cə mi 7 ay hakimiyyətdə olmuĢ və əmirlərin qiya mı za manı
qətlə yetirilmiĢdi.
Xalq hərəkatı. XV əsrdə istismar olunan kəndlilərin, Ģəhərlilərin feodal
sinfinə qarĢı mübarizəsi, adətən, Teymurilərin hakimiyyətinə qarĢı azadlıq hərəkatı,
iĢğalçıların qovulması və yerli, Azərbaycan dövlətlərin in yaranması prosesi ilə
qovuĢurdu. Teymurun ölümündən sonra baĢ vermiĢ daxili müharibələr A zərbaycan