102
Bütövlükdə XV əsr (əsrin əvvəli və sonu istisna olunmaqla) Azərbaycanda
Ģəhər həyatının nəzərəçarpacaq dərəcədə canlanması, Ģəhərlərin ticarət -sənətkarlıq
əhəmiyyətinin artması dövrü kimi q iy mətləndirilə bilər. ġəhərlərin inkiĢafı həm
daxili, həm də xarici bazarda əmtəələrə olan tələbatın artması ilə əlaqədar idi.
Kapitalın ilkin yığımı prosesinin xeyli sürətləndiyi Avropa ölkələ rində və Asiyada
əmtəə-pul münasibətlərin in inkiĢafı hər iki qitə arasında tranzit ticarətin
geniĢlənməsinə Ģərait yaratmıĢdı. Azərbaycan Ģəhərləri (xüsusilə Təbriz) bu
inteqrasiya prosesində mühüm rol oynamıĢdı.
1395-c i ildə HəĢtərxanın və 1400-cü ildə Bağdad Ģəhərinin Əmir Tey murun
ordusu tərəfindən dağıdılması Təbrizin ticarət-sənətkarlıq əhəmiyyətinin artmasına
Ģərait yaratmıĢdı. 1404-cü ildə Təbrizdə olmuĢ ispan taciri Klavixo qeyd edird i ki,
Ģəhərdə 200 minədək ailə vardır. Onun məlu matı əsasında belə bir nəticəyə gəlmək
olar ki, XV əsrin baĢlanğıcında Təbrizdə 1 milyonadək əhali yaĢamıĢdır. Lakin
ispan səyyahının məlu matı gerçəklikdən uzaqdır. Ehtimal edilə bilər ki, o dövrdə
Təbriz əhalisinin sayı 300 min nəfərdən çox olmamıĢdır. I ġah Ġsmay ılın anonim
salnaməçisi göstərirdi ki, 1500-cü ildə Təbrizdə 200-300 min nəfər yaĢamıĢdır.
Alman səyyahı ġiltberger qeyd edirdi ki, Tey muri hakimi M iranĢahın yalnız
Təbriz Ģəhərindən əldə etdiyi gəlir həmin dövrün ən güclü Avropa hökmdarlarının
gəlirindən ço x idi.
Bakı XV əsrin ikinci yarısında Xəzərdə baĢlıca limana çevrilmiĢdi. ġəhər
HəĢtərxan ı, Orta Asiyanı, Moskva dövlətini ticarət əlaqələri ilə bağlayan mühü m
mərkəz o lmuĢdu. Burada neft hasil olunur, sənətkarlıq və ticarət inkiĢ af edirdi.
Bakıda sikkəxana fəaliyyət göstərirdi. ġəhər daĢdan tikilmiĢ ikiqat qala divarları ilə
əhatə olunmuĢdu. XV əsrdə Bakı Ģəhəri ġirvanĢahlar dövlətinin siyasi, iqtisadi
mərkəzi olmuĢ, bu gerçəklik isə öz ifadəsini ġirvanĢahlar sarayının gözəl memarlıq
ansamblında tapmıĢdır. Bakının ictimai-iqtisadi, siyasi, ticarət əhəmiyyətinin
artması ilə Dərbənd Ģəhəri özünün keçmiĢdəki təsərrüfat əhəmiyyətini itirməyə
baĢlamıĢdı.
ġamaxı bu dövrdə də Azərbaycanın mühüm Ģəhərlərindən biri olmuĢdur.
Barbaronun verdiyi məlu matlara əsasən belə nəticəyə gəlmək olar ki, XV əsrdə
ġamaxıda 30-60 min nəfər yaĢamıĢdır. Bu Ģəhər Azərbaycan miqyasında ən iri,
Yaxın ġərq miqyasında isə orta səviyyəli iqtisadi mərkəz id i. Kontarin i Təbriz və
ġamaxını müqayisə edərək belə qənaətə gəlmiĢdi ki, ġamaxı həyat üçün əlveriĢli
məhsulların ço xluğu baxımından Təbrizdən üstün olmuĢdur.
Marağa, Ərdəbil, Gəncə və Xoy Ģəhərləri XV əsrdə də iri ticarət-sənətkarlıq
mərkəzləri id i. Klav ixo qeyd edir ki, "Xoy ətrafında xey li bağ və bostan vardı.
ġəhərə ço xlu kəhriz çəkilmiĢdi".
103
XV əsrdə Su ltaniyyə Ģəhəri özünün çiçəklən mə mərhələsin i yaĢamıĢdır.
Klav ixo Su ltaniyyəni iri t icarət mərkə zi kimi təqdim edir və göstərirdi ki, bu Ģəhər
ticarət əməliyyatlarından xeyli gəlir əldə edir və dövlətin xəzinəsini
zənginləĢdirird i. Coğrafi cəhətdən bir-birinə yaxın olan Təbriz və Sultaniyyə
Ģəhərləri XIV-XV əsrlərdə rəqabət aparmıĢlar. XIV əsrin sonu - XV əsrin
əvvəllərində Sultaniyyə hərbi-siyasi çəkiĢmələrdən xey li zərər çəkmiĢdi. Qara
Yusif Qaraqoyunlu ara müharibələrində Sultaniyyəni müdafiə edəcəyinə inamın ı
itirdi, əhalinin bir hissəsini Təbrizə və Marağaya köçü rməli oldu. Bu dövrdən
etibarən Təbriz yenidən Azərbaycan və qonĢu ərazilərdə yaranan dövlətlərin
paytaxtına çevrild i. XV əsrin 70-ci illərində Su ltaniyyədə olmuĢ Kontarini Ģəhərin
ticarət-iqtisadi əhəmiyyətindən könülsüz danıĢmıĢdır. Venesiya səyyahı qeyd edirdi
ki, " Ģəhərdə Ulcaytu türbəsindən baĢqa diqqətəlayiq olan bir Ģey yoxdur".
Kontarini Təbriz haqqında daha həvəslə söhbət açmıĢ, Ģəhər əhalisinin ço xluğunu,
ərzaq bolluğunu, Ģəhərin abadlığını, ticarət fəaliyyətinin geniĢliy ini xüsusilə qeyd
etmiĢdir.
XV əsrdə Azərbaycanın digər Ģəhərləri haqqında mənbə məlu matları
səthidir. Bəzi hallarda Ģəhərlərin yalnız adları çəkilir: ġabran, Mah mudabad,
Beyləqan, Ucan, Səidabad, Cavad, M iyanə və s.
XV əsrin əvvəllərində Tey murilər Beyləqan Ģəhərini bərpa etməyə
baĢladılar. Əbdürrəzaq Səmərqəndinin məlu matlarından aydın olur ki, "Əmir
Teymur Bey ləqanı abadlaĢdırmıĢ, orada hamam, ibtidai ruhani məktəb (dəbistan)
tikdirmiĢ, Beyləqanın kəhriz Ģəbəkəsinin bərpa olun masına sərəncam vermiĢdi".
Klav ixo da bu barədə məlu mat verir. Lakin onun məlu matları dəqiq deyildir. Əmir
Teymur Beyləqanın dirçəld ilməsinin qeyri-mü mkün olduğunu anladı və bərpa iĢlə ri
dayandırıldı. Tey muri hökmdarı ġahru xun dövründə Beyləqanda zəlzələ baĢ verdi
və hökmdar dağılmıĢ Ģəhəri tərk etməli oldu. Bu baxımdan ƏbdürrəĢid Bakuvin in
Beyləqanı əhə miyyətli, iri Ģəhər kimi təqdim etməsi gerçəklikdən uzaqdır.
Ucan Ģəhərinin də taleyi Beyləqan Ģəhərinin taleyinə bənzəyir. XIV əsrin
sonu və XV əsrin əvvəllərində Ucan Ģəhəri adi kəndlərdən birinə çevrildi. Halbuki
Elxan i hökmdarı Qazan xanın dövründə bu Ģəhər ölkənin iqtisadi həyatında
əhəmiyyətli ro l oynamıĢdır. 1489-cu ildə Yaqub Ağqoyunlu Qazan xanın "zaman ın
zərbələri altında viran qalmıĢ" sarayın, Ucan Ģəhərinin digər mü lklərin i bərpa
etmək haqqında əmr verdi. Bərpa iĢləri qısa müddətdə baĢa çatdı və Sultan Yaqub
sarayı ziyarət etdi. Lakin Ģəhərdə bərpa iĢləri davam etdirilməd i. Ucan əhalisin in
əksəriyyəti Təbrizə köçdü.
Bu dövrdə Miyanə xırda Ģəhər kimi tanın ırd ı. Klav ixo öz qeydlərində ço x
zaman M iyanə adlanan yaĢayıĢ məntəqəsini kənd kimi təqdim edir.