94
qaĢ və s. alıb aparırd ılar. A zərbaycan tacirləri isə o dövrdə Hələb, ġam (DəməĢq),
Trablis (Tripoli), Beyrut, Konya, Bursa, Ġstanbul, Trabzon kimi məĢhur ticarət
mərkəzlərində avropalılarla qızğ ın ticarət edirdilər. Qərb ölkələri ilə əlaqələrdə
Azərbaycan ipəyi mühüm rol oynayırdı. Azərbaycan ipəyinin əsas alıcıları olan
Ġtaliya tacirləri Qara dənizdən Azov və Don vasitəsilə Volqaya keçir, Xəzərsahili
ticarət mərkəzləri ilə geniĢ əlaqələr yarad ırdılar. On lar mü xtəlif ġərq malları
xüsusən xam ipək almaq üçün Təbriz bazarlarına gəlib çıxırdılar. Ġtalyan səyyahı
Odorik de Pordenon XIV əsrdə Təbrizə "dünyanın hər yerindən tacirlər gəldiyin i"
qeyd edir. Genuya Respublikası Təbrizdə daimi ticarət Ģirkəti yaratmağa cəhd
göstərmiĢdi. XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycana səyahət etmiĢ
Ġohann de Qalonifontibus Azərbaycan xalq ının mü xtəlif ipək istehsalı sahəsində
böyük səriĢtəyə malik o lduğunu göstərir.
XV əsrin əvvəllərində Azərbaycanda olmuĢ Ġohann ġiltberger ölkədən Ön
Asiyanın DəməĢq, Bursa kimi məĢhur ticarət mərkəzlərinə xeyli ipək ixrac
olunduğunu və orada həmin ipəkdən "yaxĢı parçalar to xunduğunu" qeyd edir.
1474-cü ilin avqust-sentyabr aylarında Təbrizdə olmuĢ Venesiya diplomat ı
Kontarini Azərbaycanın beynəlxalq ticarət əlaqələrindən bəhs edərək göstərir ki,
"buraya (yəni Təbrizə) ço xlu ipək gətirilir ki, sonra da bu ipək karvanlarla Hələbə
yola salınır". Ġtaliya tacirləri-venesiyalılar və genuyalılar ipək almaq üçün
ġamaxıya da gəlirdilər. 1475-ci ilin payızında ġamaxıya gəlmiĢ venesiyalı
Kontarini göstərir ki, "bu Ģəhərdə bizdə talaman ipəyi adı ilə məĢhur olan ip ək
istehsal olunur". Azərbaycanın xam ipəyindən Ġtaliyada - Venesiya və Lukkada
"əla məxmər" to xunurdu. Ağqoyunlu hökmdarı Uzun Həsənin gömrü k
fərmanlarında "firəngi atlaz", "qumaĢ" adlarının çəkilməsi də Azərbaycamn Qərb
ölkələri ilə geniĢ ticarət əlaqəsi saxladığ ını sübut edir. Azərbaycan ipəyi Bursa,
Ġstanbul Ģəhərlərindəki to xuculuq müəssisələrinin də xammalla təmin olun masında
mühü m rol oynayırd ı. Təbrizi Bursa ilə birləĢdirən və o zaman Ġpək yolu kimi
məĢhur olan karvan yolunun Osmanlı iqtisadiyyatı üçün böyük əhəmiyyəti vardı.
Azərbaycandan Bursaya ipək aparan hər karvanda təqribən 300 -400 yük heyvanı
olurdu.
XV əsrin ortalarında Avropa ilə Asiyanı, Qara dənizlə Aralıq dənizini
əlaqələndirən karvan və su yolların ın qovĢağında möhkəmlən miĢ Osmanlı
imperiyası Azərbaycanın Avropa ölkələri ilə ticarət ə laqələrini çətinləĢdirdi.
Osmanlı dövləti ərazisindən keçən, Aralıq dənizi və Qara dəniz sahilindən gedən
ticarət karvanlarından xeyli gö mrü k haqqı alın ırd ı. Ön Asiyadakı ticarət
mərkəzlərinə gələn Avropa tacirlərindən (o cü mlədən venesiyalılardan) əmtəənin
dəyərinin 4 faizi qədər gö mrük haqqı alınırdı. 1476-cı ildə həmin məbləğ 5 faizə
95
qaldırıldı. Osmanlı sultanları Asiyadan Qara dəniz və Aralıq dənizi s ahillərinə
gələn karvan yollarını tamamilə öz nəzarəti altına almaq və Avropa - Asiya
ticarətində vasitəçiliyi ə lə keçirmə k üçün ipəyin vətəni olan A zərbaycanı,
ümu miyyətlə, Cənubi Qafqazı, habelə Ġran ərazisini Osman lı dövlətinə ilhaq etmək
niyyətində idilər. Os manlı Tü rkiyəsi Avropada da geniĢ iĢğallara baĢlamıĢdı. Bu isə
Osmanlı imperiyasından ehtiyat edən və onu təklikdə məğlub etməyə qadir
olmayan Avropa və Asiya dövlətləri arasında yaxın laĢmaya səbəb oldu. Osmanlı
dövləti əleyhinə koalisiya yaradılması məqsədilə danıĢıqlar aparılmasına baĢlandı.
Beləliklə, Azərbaycanın Qərb ö lkələri ilə əsrlərdən bəri davam etmiĢ ənənəvi
ticarət əlaqələri XV əsrin ortalarından etibarən hərbi-siyasi xarakter almağa baĢladı.
Ağqoyunlu hökmdarı Uzun Həsən Qərb dövlətləri ilə hələ A zərbaycanda
hakimiyyəti ələ keçirməmiĢdən əvvəl (XV əsrin 50-ci illərindən) əlaqə yaratmıĢdı.
O za man Ağqoyunlu - Avropa əlaqələrində yunan mənĢəli Trabzon dövləti
vasitəçilik edirdi. XV əsrin 60-cı illərində Ağqoyunlu diplo matları o lan Məhəmməd
(1464) və Həsən Əzəm (1465) Ġtaliyaya getmiĢ, Venetsiya hakimləri ilə danıĢıqlar
aparmıĢdılar. Venetsiya senatının 1463-cü il 2 dekabr tarixli qərarı ilə Lazaro
Kvirino Ağqoyunlu sarayına səfir (1464-1469) göndərilmiĢdi. Uzun Həsən
Qaraqoyunluları məğlub edərək (1467), paytaxtı Təbrizə köçürdü. Tey muri Əbu
Səid məğlub edil-dikdən (1468) sonra Ağqoyunlu-Avropa əlaqələri daha da
geniĢləndi. Təbrizdə Venetsiyanın daimi səfirliyi fəaliyyətə baĢladı. Venesiya
səfirləri olmuĢ Katerino Zeno (1471-1473), Ġosafat Barbarc (1474-1478), Pao lo
Onyibene (1474), A mbrocco Kontarini (1474-1475) və baĢqaları mü xtəlif
diplo matik tapĢırıqlarla A zərbaycana göndərilmiĢdilər. Uzun Həsənin elçiləri olmuĢ
Murad bəy, Ġshaq, Xoca Mirək, Hacı Məhəmməd və b. Ġtaliyaya gedərək, Venesiya
hökuməti, Ro ma papası və Neapol kralı ilə danıĢıqlar apardılar.
Ağqoyunlu hökmdarı Os manlı imperiyasına qarĢı Ro ma papaları olmuĢ III
Kalikst (1455-1458), II Piy (1458-1464), II Pavel (1464-1471) və IV Sikstlə (1474-
1484) də danıĢıqlar aparmıĢ, PolĢa-Litva, Macarıstan və Neapol krallıq ları,
Avstriya, Çexiya, Burqundiya hersoqluğu, Kipr, Rodos və baĢqa dövlətlərlə
diplo matik əlaqələr yaratmıĢdı. Qərb ölkələri ilə aparılmıĢ danıĢıqlar nəticəsində
XV əsrin 70-ci illərinin əvvəlində Osmanlı dövləti əleyhinə Ağqo yunlu dövləti,
Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Macarıstan, Rodos, Kipr,
Burqundiya və Qaraman bəyliy indən ibarət koalisiya yarandı.
Lakin Su ltan II Mehmedin hərbi qüvvələrin i iki cəbhəyə parçalamaq və onu
məğ lub etmək p lanı iflasa uğradı. Venesiya və baĢqa Qərb dövlətləri
Ağqoyunlulara vəd etdikləri odlu silahları və artilleriya mütəxəssislərini də
vaxtında göndərmədilər. Ağqoyunlu diplomatı Hacı Məhəmməd, venesiyalı Ġosafat