88
Bayqara hakimiyyəti yenidən ələ keç ird i və Yadigar Məhə mmədi eda m etdird i.
Xorasan 36 il Sultan Hüseyn Bayqaranın hakimiyyəti a ltında qald ı. Be ləliklə, Uzun
Həsənin Yadigar Məhəmməd i taxta çıxarmaq la Xorasanı öz təsiri altına almaq
cəhdi müvəffəqiyyətsizliyə uğradı.
Uzun Həsən ġirvanĢah Fərrux Yəsarla və Ərdəbil Ģey xi Heydər Səfəvi ilə
ömrünün sonuna kimi dostluq əlaqəsi saxlamıĢdır. Hələ hakimiyyətə qədərki
dövrdə o, qızını ġey x Heydərə ərə vermiĢdi. Bu, Trab zon imperatoru Kalo Ġohann
Ko mnenin vaxtilə Uzun Həsənə verdiyi Katerinanın qızı idi.
Üç dövlət arasında olan dostluq ittifaqı ö lkən in daxilində sabitlik
yaranmasını təmin etmiĢdi. Uzun Həsənin vəfatından sonra ölkənin sabit həyatı
pozuldu, onun daxilində kəskinləĢ miĢ feodal mübarizəsi A zərbaycanın iqtisadi və
mədəni in kiĢafına olduqca ağır təsir etdi.
Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz
hakimiyyəti altına salmaq üçün cəhdlər etmiĢdi (1458, 1463, 1466, 1472 və 1475 -ci
illər).
1472-c i ildə Gü rcüstana qarĢı yürüĢ isə Ağqoyunluların osman lıla rla a z
sonra edəcəyi müharibəyə hazırlıq kimi düĢünülmüĢdü. Uzun Həsən asanlıqla
qazanılmıĢ qələbələrlə əsgərlərin döyüĢ ruhunu yüksəltmək istəmiĢ, onların
müəyyən qədər qənimət əldə etməsinə Ģərait yaratmıĢdı.
Uzun Həsən mü xtə lif illərdə(1462, 1464, 1472, 1475) Misir və Suriya
məmlü klərinə qarĢı da yürüĢ təĢkil etmiĢdi.
Uzun Həsənin ölümündən s onra (5 yanvar 1478-c i il) Ağqoyunlu dövlətinin
daxili zəifliyi ö zünü göstərdi. Köçəri əyanların tələbatın ı ödəmək məqsədilə onlara
böyük güzəĢtlər etmiĢ və geniĢ ərazi ələ keçirmiĢ Uzun Həsənin yaratdığı
Ağqoyunlu dövləti daxili çəkiĢmələr nəticəsində tədricən tənəzzü lə uğradı.
Uzun Həsənin nəslindən yalnız oğlu Sultan Yaqubun hakimiyyəti uzun
sürdü (1478-1490). O, ziyalı hökmdar idi, ədəbiyyat və incəsənət xadimlərinə
himayədarlıq edirdi. Su ltan Yaqubun hərbi qələbələrində lələsi Süley man bəy
Bicənoğlunun rolu olmuĢdur. Süley man bəyin sərkərdəlik məharəti xüsusilə Misir
və Suriya sultanı Qayıt bəyin ordusu ilə müharibədə özünü göstərdi. 1480 -ci ildə 40
minlik Məmlük ordusu Ağqoyunlu sərhədlərini keçərək Urfan ı (Ruhanı) almağa
cəhd etdi. Lakin Sü ley man bəy və Bayandur bəyin baĢçılığı altında Ağqoyunlu
qoĢunu düĢmənə ağır zərbə endirərək onu darmadağın etdi. Məmlük ordusunun
baĢçısı YaĢbəy qətl edildi, bir sıra Məmlük sərkərdələri isə əsir düĢdü. Sultan
Yaqubun qəfil ö lü mü əyanlar arasında taxt-tac uğrunda qanlı toqquĢmalara səbəb
oldu. Sultan Yaqubun (ġirvanĢah Fərru x Yəsarın qızından olan) 9 yaĢlı oğlu
Baysunqur lələsi Sufi Xəlil Mosullunun kö məyi ilə taxta çıxarıldı (1460-1492).
89
Sufi Xəlil Süley man bəy Bicənoğlu tərəfindən məğlub edild i və hakimiyyət onun
əlinə keçdi. Lakin ço x çəkməd i ki, Bayandur əyanlarından Eybə Sultan adı ilə
məĢhur olan Dana Xəliloğlu Ġbrahim Uzun Həsənin Əlincə qaladakı nəvəsi Rüstəmi
həbsdən azad edib onu Təbriz taxtına çıxartdı. Baysunqur babası Fərru x Yəsarın
sarayında sığınacaq tapdı. Süley man bəy isə Diyarbə kirə qaçdı və orada öldürü ldü.
Rüstəm beĢ il hakimiyyətdə qaldı (1492-1497). Türkiyədən gələn Uzun
Həsənin baĢqa nəvəsi (Uğurlu Məhəmmədin oğlu) Gödək Əh məd Eybə Su ltanın
xəyanəti nəticəsində Rüstəmə qalib gəldi və Təbrizdə taxta çıxd ı. Lakin altı aydan
sonra Gödək Əh məd Eybə Sultanın növbəti xəyanəti və qiyamı nəticəsində
öldürüldü. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü, iki ildən sonra
isə öz yerin i Uzun Həsənin nəvəsi Ġsmayılın qurduğu Səfəvi-QızılbaĢ dövlətinə
verdi.
Səfəvi -QızılbaĢ hərəkatı. Səfəvilərin Ərdəbil malikanəsi. XV əsrin ikinci
yarısında Azərbaycanın siyasi həyatında Səfəvi xanədanına mənsub olan Ərdəbil
Ģeyxləri mühü m rol oynamağa baĢladılar. Səfəvi xanədanının, habelə Ərdə bil
"Səfəvi təriqəti"nin adı ġey x Səfiəddinlə (1252-1334) bağlıdır.
Bəzi Ġran tarixçiləri Səfəv ilər dövlətini Ġranın " milli dövləti" kimi qələmə
verməyə çalıĢır, Səfəvilərin mənĢəcə fars və yaxud kürd olduqlarını gö stərməyə
cəhd edirlər. ġey x Səfiəddinin azərbaycanlı və onun ana dilin in də Azərbaycan dili
olduğu tarixi faktlara əsaslanır. Səfəv ilərin mənĢəyinə aid bu yanlıĢ müddəa isə
Ġran müəlliflərinin millətçi dünyagörüĢünün bəhrəsidir.
XV əsrin ortalarınadək Səfəvilər Ərdəbildə dərviĢ Ģeyxləri idi və onların
fəaliyyəti əsasən dini səciyyə daĢıyırdı. ġey x Səfiəddin in xələfləri olan ġey x
Sədrəddin (1334-1392), ġey x Xoca Əli (1392-1427) və ġey x Ġbrahim (1427-1447)
təriqət baĢçıları kimi böyük nüfuz qazanmıĢdılar. Onların dövründə Ərdabil
təriqətinin Gilanda, Farsda və Rumda (Kiçik Asiyada) çoxlu müridi olmuĢdur. Bu
mürid lər mü xtəlif ictimai təbəqələrdən idi. On lar arasında kəndlilər, sənətkarlar və
mü xtəlif peĢə sahibləri ilə yanaĢı, feodal dairələrin də nü mayəndələri vard ı.
Əvvəllər adi kəndli o lmuĢ, əkinçiliklə və xırda ticarətlə dolan mıĢ Səfəvilər tez b ir
zamanda Ərdəbildə, qonĢu vilayətlərdə böyük torpaq, vəqf əmla kı sahiblərinə
çevrild ilər. Ərdəbildəki ġey x Səfi (Səfiəddin) məqbərəsi yaxın və uzaq yerlərdən
gələn mürid və zəvvarların ziyarətgahına çevrild i.
Sonradan yaranmıĢ tarixi ənənəyə görə, Səfəvilər guya lap əvvəldən Ģiə
məzhəbli olmuĢ, Ģiəliy i təbliğ etmiĢlər. Lakin indi sübut edilmiĢdir ki, təriqət banisi
ġey x Səfiəddin və onun ilk xələfləri Ģiə deyil, sünni olmuĢlar. Səfəvilərin Ģiə
təriqətinə qoĢulması XV əsrin ortalarına təsadüf edir və bu, onların siyasi mübarizə
meydanına çıxması ilə əlaqədardır. Səfəvilər baĢa düĢürdülər ki, onların