84
verilməsini xah iĢ etdi. Elçi geri qayıtdıqdan sonra Katerina rahib və keĢiĢlərdən
ibarət böyük bir heyətlə Diyarbəkirə gəldi və dəbdəbə ilə qarĢılandı.
1460-c ı ilin dekabrında Ro maya toplanmıĢ bir çox Qərb və ġərq
hökmdarları (o cü mlədən Uzun Həsənin də elçisi) Os manlı dövlətinə qarĢı ü mu mi
hərbi yürüĢə çıxmaq məsələsini mü zakirə etdilər. Su ltana qarĢı yeni səlib yürüĢünə
baĢlayacaq xristian Avropa monarxları Osmanlı dövlətin in Ģ ərqindən hərbi
əməliyyata baĢlamalı id ilər. Lakin Qərb hökmdarlarının təntənəli qəbul
mərasimlərinə, vədlərinə baxmayaraq, bu səlib yürüĢü həyata keçmədi.
II Mehmed in bütün bu məsələlərdən xəbəri vardı. O, Trab zonu fəth etmək
üçün fürsət gözləyirdi.
Ağqoyunlu qüvvələrinin os manlılarla ilk toqquĢması sərhəd boyunda,
Qoyluhisar adlanan yerdə baĢ verdi. Bu döyüĢlərdə Osmanlı sərkərdəsi Həmzə
bəyin qoĢunu ağır məğlubiyyətə düçar oldu. Vəziyyəti anlayan II Mehmed in özü
böyük qüvvə ilə strateji əhə miyyətə malik olan Qoyluhisarı geri qaytarmaq üçün
hərəkət etdi.
Uzun Həsən vəziyyətin çətinliyin i görərək osman lılarla sülh yaratmaq
qərarına gəld i və sultanı Trab zon yürüĢü fikrindən uzaqlaĢdırmaq məqsədilə anası
Saray xatunu II Meh medin düĢərgəsinə göndərdi. Saray xatun II Meh medlə
görüĢərək onu Trabzon yürüĢündən daĢındırmağa çalıĢdı, lakin bir nəticə əldə edə
bilməd i. Nəhayət, Trabzon Ģəhəri bir aylıq mühasirədən sonra sultan qoĢunu
tərəfindən tutuldu və Xıdır bəy adlı Osmanlı sərkərdəsi Trabzona caniĢin təyin
olundu. Belə liklə, Bizans imperiyasının Kiç ik Asiyada son qalığı olan Trab zon
çarlığı 1461-ci ildə süqut etdi.
Uzun Həsənin qaynı, son Trabzon hakimi David Ko mnen Ġstanbula
göndərilərək edam edildi.
Trabzonu fəth etdikdən sonra II Mehmed iĢğalçılıq siyasətini davam etdirdi.
O, A zərbaycan ərazisin i də öz əlinə keçirmək üçün Ağqoyunlulara qarĢı qəti
mübarizəyə hazırlaĢdı. Uzun Həsən isə A zərbaycana soxulmağa çalıĢan Osmanlı
qoĢununa sərhəddən uzaqlarda zərbə vurmaq niyyəti ilə tədbir görməyə baĢladı. O,
bir sıra dövlətlərin (Venesiya, Po lĢa, Macarıstan, Neapol kra llığı, habelə Kipr və
Qaraman) kö məyi ilə qüdrətli Os manlı imperiyasını darmadağın etmək üçün plan
hazırlad ı.
Osmanlılar əleyhinə ittifaq ın yaranmasından az sonra, 1471 -ci ilin aprelində
Kiçik Asiya sərhədlərində osmanlıların ağır təzy iqi Ģəraitində yaĢayan tayfaların
Osmanlı sultanı II Mehmed in dözülməz siyasətinə qarĢı üsyanı baĢlandı, hərəkatı
yatırmaq üçün II Mehmed öz vəziri Meh med paĢanın baĢçılığı ilə böyük qüvvə
göndərdi, lakin müvəffəqiyyət qazana bilmədi. Meh med paĢanm hərbi qüv -vəsi
85
qaraman lılar tərəfındən məğlub edildi. Lakin Qaraman tayfa baĢçılarından olan Pir
Əh məd və Qasım yeni hücumlara keçən sultan qoĢunları ilə daha ciddi vuruĢmaq
məqsədilə Uzun Həsənə müraciət edərək ondan kömək istədilər. Uzun Həsən Pir
Əh məd və Qasım ilə ittifaq yaratdı, sultanla döyüĢə hazırlaĢmağa baĢladı.
Kiçik Asiyada Toqat adlanan yerdə ağır döyüĢlər baĢ verdi. Qeysəriyyə
Ģəhəri ətrafında və Kiçik Asiyanın digər yerlərində Ağqoyunluların qaraman lılarla
birləĢmiĢ qüvvələri sultan qoĢununa güclü zərbə vura bildilər.
Ağqoyunlu qüvvələrinin bu qələbələri II Meh medi qorxuya saldı. 1472-c i il
avqustun 18-də Konya yaxınlığında II Meh med in oğlu Mustafanın baĢçılıq etdiyi
sultan qoĢunları ilə baĢ vermiĢ döyüĢlərdə Ağqoyunlu qüvvələri məğlub o ldular.
Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif M irzə digər iki qardaĢı
ilə birlikdə əsir alındı və edam edildi.
Sayca az olan Ağqoyunlu qüvvələrini məğlub etmiĢ II Mehmed özünün əsas
arzusunun (Azərbaycanı tutmaq məqsədinin) həyata keçirilməsi üçün qüvvələrini
yenidən təĢkil etməyə baĢladı. O, 100 minlik ordusunu Ağqoyunlulara qarĢı
yeritdi. Vəziyyətin ağırlığ ını h iss etmiĢ Uzun Həsən də öz qüvvələrini yenidən
topladı və düĢməni sərhəddən xeyli uzaqlarda qarĢılad ı. II Meh medin qoĢunu
Qaramana yetiĢərkən Uzun Həsən də öz qüvvələri ilə Fərat çayı sahillərinə çatdı və
döyüĢə hazırlaĢ mağa baĢladı.
1473-cü il avqust ayının 4-də Malat iya yaxn lığ ında II Meh medin sərkərdəsi
Xasmurad ın qoĢunları ilə Uzun Həsənin hərbi qüvvələri arasında döyüĢ baĢlandı.
Ağqoyunlu qoĢunu düĢməni aldatmaq məqsədilə bir az geriyə çəkildi. Bu hərəkəti
zəiflik sanan Xasmurad ın qüvvələri mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi,
Osmanlı sərkərdəsi isə həmin döyüĢdə öldürüldü. Lakin Uzun Həsənin osmanlılara
qarĢı apardığı hərbi əməliyyatlar nəticə etibarilə uğursuz oldu. 1473-cü il avqustun
11-də Tərcanda (Ot luqbeli adlanan yerdə) Osmanlı qüvvələri Ağqoyunluları
məğ lub etdi.
Ağqoyunlu qüvvələrinin məğ lubiyyətinin bir səbəbi Uzun Həsənin
ordusunda kifayət qədər odlu silahın olmaması id i. Osman lılar əleyhinə ittifaqa
daxil olmuĢ Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquĢduğu üçün bu
ittifaq Uzun Həsənə kö mək edə bilmədi. Ağqoyunlu qoĢununun məğlubiyyətinin
əsas səbəblərindən biri də Uzun Həsənin osmanlılara qarĢı mübarizə aparmaqda
olan Misir və Suriya qüvvələrindən istifadə edə bilmə məsi ilə izah olun ma lıd ır. O,
hətta Ağqoyunlu dövləti ilə iqtisadi, siyasi və diplomatik əlaqə saxlayan qonĢu
Gü rcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilməd i.