248
bütün Səfəvilə r dövləti ə razisində istehsal olunmuĢ 18 min tay ipəyin 2 min tayı
Qarabağın və 3 min tayı ġirvanın payına düĢürdü (Adam Oleari).
Azərbaycan əski dövrlərdən əla boyayıcı key fiyyətlərə malik olan boyaqotu
(qızıl boya) bitkisinin becərilməsi ilə məĢhurlaĢmıĢdı. Bu bitkinin qırmızı rəng
verən kökləri digər ölkələrə dövlətlərə ixrac edilird i. Boyaqotu ġirvanda (xüsusilə
bu vilayətin ətraflarında), Arazın cənub sahillərində bitirdi.
AbĢeron ərazisində xeyli miqdarda zəfəran əkilib-becərilird i. Zəfərandan
toxuculuqda, əyiricilik iĢlərində, qida hazırlan masında istifadə olunurdu. Zəfəran
Moskvaya aparılan q iy mətli ixrac məhsullarından biri id i.
Azərbaycanın kənd təsərrüfatında tütün yeni bitki olmuĢdur. Bu bitki
Azərbaycana XVI əsrin sonlarında A merika qitəsindən portuqaliyalılar tərəfındən
gətirilmiĢ, XVII əsrin sonlarında isə Səfəvi dövləti hüdudlarında becərilməyə
baĢlanmıĢdır. Tütün Azərbaycanın əsasən cənub və cənub -qərb torpaqlarında,
xüsusilə Marağada becərilird i.
Əkin üçün yararlı olan geniĢ torpaq sahələrinin mövcudluğu Ģəraitində
suyun azlığı, əski dövrlərdə olduğu kimi, XVII əsrdə də Azərbaycan əkinçiliyinin
səciyyəvi cəhətini təĢkil edirdi. Bu baxımdan ölkə əkinçiliyində süni suvarma
birinci dərəcəli əhəmiyyət kəsb etmiĢ, əkin sahələrin in məh suldarlığ ı əsasən
suvarma tədbirlərin in həyata keçirilməsindən asılı o lmuĢdur. XVII əsr ərzində
Azərbaycanda süni suvarman ın təĢkili iĢi tədricən pisləĢmiĢdi. Tavernye yazırdı:
"Bir dəfə mən Azərbaycan maliyyə idarəsinin baĢçısı, Təbrizdə yaĢayan Mirzə
Ġbrahimlə söhbət edirdim. O elan etdi ki, hazırda Ġranda torpaqlarının məhsuldarlığı
azalmıĢdır. Son 80 il ərzində yaln ız Təbrizdə və onun ətrafında 400 suvarma xətti
sıradan çıxmıĢdır. Maliyyə idarəsi baĢçısının dediyinə görə, "bu cür vəziyyət Ġrana
xeyli zərər gətirməkdədir. Çünki kanallar vasitəsilə suvarma olmadan ölkə
ərazisində heç nə bitmir". ġarden də yuxarıdakı məlu matı təsdiqləyərək göstərirdi
ki, "yalnız Midiyada (A zərbaycanda) son 60 il ərzində yeraltı kanalların sayı 400
ədəd azalmıĢdı".
Bu dövrdə Azərbaycanda süni suvarmanın əhəmiyyətini anlamaq üçün
Tavernyenin qeydlərinə diqqət yetirmək kifayətdir. O yazırdı ki, Avropa çaylarının
əksinə olaraq buranın çayları dənizə yaxınlaĢdıqca bol su ehtiyatına malik o lmaq
əvəzinə quruyur. Azərbaycan Ģəhərləri əsasən kəhriz suyu ilə təchiz edilirdi.
Məsələn, Övliya Çələb i göstərirdi ki, Təbriz 900 kəhrizin və kanalın, habelə 6 dağ
çayının suyu ilə təchiz olun muĢdur.
Əvvəlki tarixi dövrlərdə olduğu kimi, XVII əsrdə də Azərbaycanda süni
suvarman ın aĢağıdakı növləri vardı: çay suları, bulaq suyu əsasında iki yerüstü
249
suvarma növü, quyulardan və yeraltı axın lardan - kəhrizlərdən gələn iki yeraltı
suvarma növü.
Bu dövrdə Azərbaycanın iqtisadi həyatında heyvandarlıq mühü m yer
tuturdu. Heyvandarlıq nəinki daxili bazarın tələbatın ı ödəyirdi, habelə qonĢu
ölkələrə xırda və iribuynuzlu mal-qaranın xeyli miqdarda ixrac olun masını təmin
edirdi. Xüsusilə zərifyunlu heyvanlara xarici bazarlarda tələbat böyük idi.
Səfəvilərin hakimiyyəti dövründə baĢ vermiĢ hərbi əməliyyatlar zaman ı əldə
olunmuĢ qənimətlər sırasında mal-qara sürülən barədə məlu mat verilirdi. Məsələn,
qızılbaĢların ġərqi Anadoludi apardıqları hərb i əməliyyat zaman ı əldə etdikləri
qənimət qeyd edilə bilər: 1548-ci ildə 5 min at, 100 min qoyun və 50 min qara mal,
1552-c i ildə isə 3 min at, 30 min qoyun və 10 min qara ma l ə la keç irilmiĢdi. I ġah
Abbasın qoĢunlarının kürd tayfalarına qarĢı Maka vilayətindəki əməliyyatı
gediĢində (1605-ci il) o qədər mal-qara ələ keçirilmiĢdi ki, Səfəvi qoĢunlarının
düĢərgəsində bir qoyunuq qiyməti 0,5 dirhəmə, inəyin qiy məti isə bazar
qiymətindən bir neça dəfə aĢağı, yəni 2 dirhəmə en miĢdi (Ġsgəndər bəy MünĢi).
Mənbələrdə Səfəvi Ģahlarının xüsusi at ilxılarına sahib olması haqqında məlu matlar
vardır. Bu cür ilxılar əsasən Azərbaycanın Marağai Mərənd və Qarabağ
vilayətlərində saxlanılırd ı. Ġsgəndər bəy MünĢinin məlu matına görə, Səfəvi
hakimiyyətinə qarĢı 1578-ci ildə üsyan etmiĢ kürd Mukri tayfası I Təh masibə
məxsus olan təqribən 10 min cins atı Marağa otlaqlarından sürüb aparmıĢdı.
Məhəmməci Yusif Müvərrix 1641-ci ildə I ġah Səfınin ilxılarından olan atlandı
Səfəvi sərkərdələri arasında bölüĢdürülməsi faktına xüsusi diqqəti yetirmiĢdir.
ġarden qeyd edirdi ki, "Ġranda at ilxılarına malik o lmaq hüququ Ģahın müstəsna
səlahiyyətidir, vilayətlərin hakimləri isə bu cür ilxıları Ģahın adından saxlayırlar".
Bu fransız səyyahı Midiyanı (Azərbaycanı) imperiyanın ən yaxĢı at cinsləri
bəslənilən vilayətlərindən biri kimi təqdim edird i. At və qatırların xarici ölkələrə
aparılması strateji mülahizələrə görə qadağan olunmuĢdu. Bu heyvanları yaln ız
mərkəzi hakimiyyət orqanlarının icazəsi ilə xarici ölkələrə aparmaq mü mkün idi.
Təbiid ir ki, bu qadağan tədbiri atların və qatırların imperiya xaricinə çıxarılmasına
tamamilə mane ola b ilməmiĢdi. Mənbələrdə xüsusilə Os manlı imperiyasma və
Moğollar dövləti ərazisinə xeyli at, qatır aparılıb satılması haqqında xeyli məlu mat
vardır. Soyuq iqlim Ģəraitinə uyğunlaĢmıĢ Azərbaycan, dəvələri Osman lı
Türkiyəsində xüsusilə qiy mətləndirilirdi.
Osmanlılar A zərbaycan dəvələrini ö z dəvələrindən üstün tuturdular
(Tavernye).
Azərbaycanda arıçılığ ın inkiĢaf səviyyəsinə dair mənbə məlu matları da
maraqlıdır. Gəncə və Ərdəbil balı xüsusilə məĢhur id i. Oleari Bakı və ġamaxı