Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə53/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   49   50   51   52   53   54   55   56   ...   231

110 

 

Uzun  Həsənin  varisi  olan  Yaqub  öz  hakimiyyətinin  baĢlanğıcında  vergiləri 



70  min  tü mən  məbləğ ində  azaltmağa  məcbur  o ldu.  O,  atasının  əmirlərin  

özbaĢınalığın ı məhdudlaĢdırmaq siyasətini davam etdird i. 

Yaqubun  tərbiyəçisi  və  vəziri  olan  Qazi  Ġsa  yeni  torpaq -maliyyə  islahatını 

həyata  keçirmək  üçün  plan  tərtib  etdi.  Ehtimal  etmək  olar  ki,  onun  əsas  məqsə di 

soyurqal  torpaq  sahibliyin i  a za lt maq  və  torpaq  vergisinə  yeni  əlavələr  et mə k  idi. 

Saray tarixçisi Fəzlu llah ibn Ruzbihan Ģahın bu sahədəki tədbirlərinin səbəbini izah 

edərək yazırd ı: " Çing iz  xanın  zaman ından etibarən torpaq iĢi pozulmuĢ, müsəlman 

hüququ  Çingiz  Yasası  ilə  sıxıĢdırılmıĢdı  və  Ģahın  qanuni  istəyi  Ģəriətin  müəyyən 

etdiklərin i  həyata  keçirmək  id i".  Tarixçinin  sözlərinə  görə,  Qazi  Ġsa  çalıĢırd ı  ki, 

əsas  gəlir  mənbəyinə  daxil  olan  torpaqlardan  aĢkar  yollarla  pul  toplansın  və 

mü xtəlif tamğalardan olan  gəliri ödəyən qanuni məb ləği almaq la  islama  zidd olan 

bu vergini ləğv etmək  iĢini asanlaĢdırsın. Yaqubun  islahatının son məqsədi tamğanı 

ləğv etmək olmuĢdur. 1489-cu ilin əvvəllərində Qazi Ġsa islahatı həyata keçirməyə 

baĢladı. 

Qazi  Ġsa  yeni  vergi  məb ləğini  müəyyən  etmək  üçün  torpağın  sahəsini 

dəqiqləĢdirmək  iĢini vəzirə həvalə etdi.  Divan əmiri  Nəc məddin Məsud Pərvanəçi, 

divan müĢrifi vəzir ġərəfəddin Mahmud Deyləmi də bu planla tanıĢ idi. ġərəfəddin 

Mahmud  qardaĢı  Ġmadəddin  ġeyx  Əli  ilə  birlikdə  yerlərdə  torpağın  təftiĢi  üçün 

öncə  Farsa  və  Ġraqi  Əcəmə  göndərilmiĢ di.  Yerlərə  göndərilmiĢ  bukavullar  d ivan 

iĢçilərin in  torpaq  sahəsinin  ölçüsünü  və  qiymətini  müəyyənləĢdirdilər,  soyurqalın 



(həşvi  və  xərci)  ləğv  olunduğunu  elan  etdilər.  Dövlət  və  xəzinə  ərazilərindən 

verilmiĢ  xeyli  soyurqal  ləğv  olundu.  Ġslahat  yalnız  ruhanilərin  deyil,  hərb i  tayfa 

əyanlarının soyurqallarına da to xunurdu. 

Ġslahat keçirmək cəhdləri  Yaqubun qəflətən ölümü ilə dayandırıldı.  Qazi  Ġsa 

Qarabağda  Əmir  Sufi  Xəlil  Mosullunun  əlinə  keçd i  və  əzabla  edam  edildi. 

Beləliklə,  islahat  Ağqoyunlu  hərbi,  köçəri  əyanların ın  güclü  müqaviməti 

nəticəsində  uğursuzluqla  nəticələndi.  Ağqoyunlu  hökmdarı  Yaqub  da  müə mma lı 

Ģəkildə həlak o ldu (1490). 

Sonuncu  Ağqoyunlu  padĢahlarından  Gödək  Əh məd in  dövründə,  1497-ci 

ildə  vergi  islahatını  həyata  keçirməyə  yenidən  cəhd  göstərildi.  Əh məd  Uzun 

Həsənə qarĢı üsyan qaldırmıĢ və Türkiyəyə qaçmıĢ  Uğurlu Məhəmmədin oğlu  idi. 

Uğurlu  Məhəmməd  Sultan  Mehmedin  qızı  ilə  evlən miĢ  və  bu  izdivac  nəticəsində 

Əh məd  doğulmuĢdu.  O,  Sultan  Bayazidin  sarayında  mükəmməl  təhsil  almıĢ  və 

Osmanlı  hökmdarının  qızlarından  biri  ilə  evlənmiĢdi.  Əh məd  Uzun  Həsənin 

nəvələri  o lan  Baysunqurla  (Yaqubun  oğlu)  Rüstəm  (Maqsudun  oğlu)  arasında 

Ģiddətli mübarizə getdiyi zaman A zərbaycana gəlmiĢdi. 




111 

 

Əh məd  ruhanilərə  və  mülki  idarə  baĢçılanna  arxalan maq la  hərbi-feodal 



əyanlarını  zəiflətməyə  çalıĢırd ı.  Bu  dövrdə  Osmanlı  Tü rkiyəsində  dövlət 

hakimiyyətinin  mərkəzləĢdirilməsi  sahəsində  böyük  uğurlar  qazanılmıĢdı  və 

əmirlər Əh məd i " Ru m padĢahlarının üsulu ilə" hərəkət etməkdə günahlandırırd ılar.  

Xandəmir yazırd ı ki, Əh məd rə iyyətə və əkinçilərə ədalət qaydalarının tətbiq 

olunduğunu  elan  etdi.  O,  "Ģəriətin  himayə  bayrağını  qaldırdı  və  hökm  verd i  ki, 

vergilər  Ģəriətə  uyğun  surətdə  qoyulsun,  vəzirlər,  divan  məmurları  kəndlilərə 

Ģəriətdən  xaric  b ir  d inar  və  bir  man  (buğda)  da  almaqla  əziyyət  ve rməsinlər, 

rəiyyəti divan vergilərindən azad bilib, heç kəsi  ixracat və Ģiltaqatla incitməsinlər". 

Sonra  onun  fərmanı  ilə  mü lk  sahiblərinin  soyurqal  hüquqları  ləğv  olundu,  çalma 

sahibləri  (ərbabi-əmaim)  vergilərdən  azad  edildilər.  Əh məd  sələflərinin  hərbi-

feodal  əyanlara  vermiĢ  olduqları  imtiyaz  fərman larını  qanunsuz  elan  etdi.  O, 

bununla xəzinəni zəngin ləĢdirməyə çalıĢır, vergiləri azaltmaq üçün zəmin yaratmaq 

istəyirdi.  Onun  islahatı  tayfa  əmirlərinə  qarĢı  yönəldilmiĢdi,  ruhanilərin   isə 

soyurqalları saxlanılmıĢdı. Feodal sinfınin qabaqcıl nümayəndəsi kimi Əh məd baĢa 

düĢürdü ki, kəndlilərin vəziyyətini yüngülləĢdirmədən Ģəhər iqtisadiyyatını və kənd 

təsərrüfatını yüksəltmək mü mkün deyildir. 

Monqol  hakimləri  tərəfindən  tətbiq  olunmuĢ  vergi  və  mükəlləfiyyətlərin 

ləğv  edilməsi,  islama,  Ģəriətə  qayıtmaq  ideyaları  xalq  kütlələri  arasında  geniĢ 

yayılmıĢdı.  Əh mədin,  həmçin in  onun  sələfləri  olan  Yaqubun  və  Uzun  Həsənin 

islahatları  bu  ideyaları  həyata  keçirmək  cəhdləri  idi.  Əh mədin  islahatına  əsasən 

yalnız  Ģəriətdə  nəzərdə  tutulan  vergi  və  mükəlləfiyyətlər  saxlanılmıĢdı:  torpaq 

vergisi olan xərac və üşr (onda bir),  maldarlıqdan, ə mla kdan və ticarətdən  - zək at, 

qeyri-müsəlmanla rdan alınan can vergisi -cizyə, monqollar tərəfindən tətbiq edilmiĢ 

və "Qanun"da nəzərdə tutulmayan 20-yə yaxın vergi və  mükəlləfiyyət ləğv olundu. 

Ġxraca,  Ģiltaqat,  biyar  və  müsəlmanlardan  adambaĢına,  ev  hesabına  alınan  ən  ağır 

vergilər  də  ləğv  edilmiĢdi.  ġəhər  iqtisadiyyatının  və  ticarətin  in kiĢafına  əngəl 

törədən tamğa  da bu sırada  idi.  Tamğanın  ləğv  olunması  Ağqoyunlu  hakimlərin in 

həyata keçirdiy i islahatın ən mühüm məqsədlərindən biri idi.  

Hakimiyyətin  mərkəzləĢdirilməsinə  yönəldilmiĢ  islahat  cəhdləri  bu  dəfə  də 

nəticəsiz  qaldı.  Bu  dövrdə  islahatı  həyata  keçirməyə  qarĢı  çıxmıĢ  siyasi  qüvvələr 

daha güclü idi. Əh məd cə mi  7 ay hakimiyyətdə olmuĢ və əmirlərin qiya mı za manı 

qətlə yetirilmiĢdi. 



Xalq  hərəkatı.  XV  əsrdə  istismar  olunan  kəndlilərin,  Ģəhərlilərin  feodal 

sinfinə qarĢı mübarizəsi, adətən, Teymurilərin hakimiyyətinə qarĢı azadlıq hərəkatı, 

iĢğalçıların  qovulması  və  yerli,  Azərbaycan  dövlətlərin in  yaranması  prosesi  ilə 

qovuĢurdu. Teymurun ölümündən sonra baĢ vermiĢ daxili  müharibələr A zərbaycan 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə