Azerbaycan Tarixi 6-cı sinif


§ 19. ALBANİYA DÖVLƏTİNİN YARANMASI



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

§ 19. ALBANİYA DÖVLƏTİNİN YARANMASI
Əhali. Albaniyanın əhalisi türkdilli və Qaf-qazdilli tayfaların birliyindən ibarət idi. Bu tayfaların
arasında albanlar  çoxluq  təşkil  edirdilər.  Qaynaqlarda  Albaniyada  26  dildə  danışan  tayfaların
yaşaması  göstərilir. Albaniya  ərazisində  albanlardan  başqa  leqlər,  kadusilər,  kaspilər,  amardlar,
utilər, qarqarlar və b. tayfalar da yaşamışlar. 
Hazırda  Azərbaycanda  Qafqazdilli  tayfalar:  Qəbələ  rayonunun  Nic  kəndində  udilər,  Quba
rayonunun Xınalıq kəndində xınalıqlılar, Buduq kəndində buduqlular yaşayırlar. 
Ərazi. Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə Əhəmənilər imperiyası
dağıldı.


Qədim yunan
tarixçisi Strabon Kür
çayının Albaniya
ərazisi ilə axaraq
dənizə töküldüyünü
və Kaspiana
vilayətinin
Albaniyanın tərkibinə
daxil olduğunu qeyd
edirdi. Xəzər dənizi
Alban dənizi də
adlanırdı.
Bu imperiyanın dağılmasından sonra onun ərazilərində yaranan müstəqil
dövlətlərdən  biri  də Albaniya  dövləti  idi. Albaniya  dövləti  e.ə.  IV  əsrin
axırı — III əsrin əvvəllərində yaranmışdı. 
Albanlar  İberiya  (Gürcüstan)  ilə  Xəzər  dənizi  arasındakı  ərazidə
yaşamışlar.  Şimalda  bu  ərazi  Qafqaz  dağları,  cənubda  Atropatena  ilə
həmsərhəd idi. 
Albaniya  dövlətinin  ərazisinə Azərbaycan  Respublikasının  ərazisi,
indiki  Ermənistan  (Qərbi Azərbaycan),  Dağıstanın  cənub  rayonları  və
Gürcüstanın Alazan (Qanıx) vadisi daxil idi.
 
Antik şəhərin qala divarlarının 
qalıqları  (Qarabağ.  Qalatapa)  Albaniyanın  ictimai  və  siyasi  quruluşu.  Albaniyada  şəhərlər
möhkəm müdafiə divarları ilə əhatə olunurdu. 
Bəzi  yaşayış  evləri  daha  geniş  olub,  tikintisində  çiy  və  bişmiş  kərpicdən,  yonulmuş  daş
materialından  istifadə  olunmuşdur.  Evlərin  üstü  kirəmitlə  örtülmüşdür.  Belə  evlər  varlılara
məxsus  olmuşdur.  Yoxsulların  evləri  isə  çiy  kərpicdən  tikilmiş,  damı  torpaqla,  qa-mışla
örtülmüşdür. 
Əhali  arasında  olan  bərabərsizlik  qəbir  abidələrində  də  aydın  görünür.  Xristianlıq  və  İslam  dini
qəbul  edilənədək  dəfn  zamanı  qəbirlərə  geyim,  qabqacaq,  əmək  alətləri,  silah,  bəzək  şeyləri
qoyulurdu. 
Arxeoloji  qazıntılar  zamanı  aşkar  edilmiş  yaşayış  binaları,  qəbir  abidələrindən  əldə  olunmuş
maddi mədəniyyət nümunələri Albaniyada əhali arasında təbəqələşmə olmasını təsdiq edir.


Əhalinin  varlı  təbəqəsinə  məxsus  olan  qəbirlərdə  məişət
əşyaları,  qızıl  və  gümüşdən  bəzək  əşyaları,  silahlar  aşkar
olunmuşdur. 
Strabon  yazırdı  ki,  hazırda  bütün  alban  qəbilələrinə  bir  padşah
başçılıq  edir.  Əvvəllər  isə  hər  tayfanın  öz  padşahı  var  idi.
Albaniyada  padşahdan  sonra  ən  hörmətli  şəxs  Ay  məbədinin
kahini  idi.  Strabonun  məlumatından Albaniyanın  mərkəzləşmiş
dövlət  olması  aydın  görünür.  Albaniyanın  əhalisi  ictimai
vəziyyətinə görə dörd təbəqəyə bölünürdü. 
Birinci təbəqəyə padşah, ordu başçısı və hakim, ikinci təbəqəyə
din  xadimləri  (kahinlər)  daxil  idilər.  Üçüncü  təbəqəyə
hərbçilər,  dördüncü  təbəqəyə  isə təsərrüfatda  işləyənlər  aid
edilirdi. 
Kənd  təsərrüfatı,  sənətkarlıqla  və  ticarətlə  məşğul  olanlar,
əsasən,  azad  insanlar  idilər.  Hökmdarın  və  yuxarı  təbəqənin
təsərrüfatında  və  sənətkarlığın  bəzi  sahələrində  qul  əməyindən
is  t  ifadə  olunurdu.  Buna  baxmayaraq,  Albaniyada  quldarlıq
Şərq dövlətlərindəki səviyyəyə qalxmamışdır. 
Arxeoloji qazıntılar zamanı tapılan çoxlu silah nümunələrindən
məlum  olur  ki,  Albaniya  əhalisi  çox  döyüşkən,  cəsur  xalq
olmuşdur.
Silah nümunələri (Ağsu)
Albaniya əhalisinin ictimai
vəziyyəti:
1- ci TƏBƏQƏ * padşah 
* ordu başçısı 
* hakim
2- ci TƏBƏQƏ * din
xadimləri
3- cü TƏBƏQƏ * hərbçilər
4- cü TƏBƏQƏ *
təsərrüfatda işləyənlər
 
Tunc dəbilqə 
(Qabala)


Alban  döyüşçüləri  zirehli  paltar  (geyim)  geyir,  başlarına  dəbilqə  qoyur,  ox-yay,  xəncər,  nizə,
qalxan, qılınc ilə silahlanırdılar.
SUAL VƏ TAPŞIRIQLAR
1. Albaniya əhalisini təşkil edən tayfaların adlarını söyləyin. 
2. Alban dövləti hansı şəraitdə yarandı? 
3. Albanlar hansı ərazilərdə yaşamışlar? Xəritədə göstərin. 
4. Qədim yunan tarixçisi Strabon Albaniya haqqında hansı məlumatı verir? 
5. Albaniyada ictimai quruluş necə idi? 
6. Albaniyada dövlət necə idarə olunurdu? 
7. Əhali necə təbəqələşmişdi? 
8. Cədvəli dəftərinizə çəkib tamamlayın.
Qədim Albaniya
Yaranması
Ərazisi
Əhalisi
İdarəetmə
Təsərrüfat həyatı
«Albaniyada əhali necə təbəqələşmişdi?» mövzusunda mətn tərtib edin.
Albaniyanın ərazisi və əhalisi, leqlər, kadusilər, kaspilər, utilər, amardlar, qarqarlar və s.


§ 20. ALBANİYADA ƏHALİNİN TƏSƏRRÜFAT
HƏYATI
Əhalinin məşğuliyyəti. Yunan-Roma müəllifləri Albaniya torpaqlarının
çox bərəkətli, əhalisinin isə sıx olduğunu yazırdılar. 
Albanlar əkinçilik, bağçılıq, bostançılıq, üzümçülük, maldarlıqla məşğul
olur, arpa, buğda, darı yetişdirirdilər. Taxılı dəmir oraqla biçir, xırmanda
ağac  vəllə  döyürdülər.  Ehtiyat  taxılı  iri  saxsı  küplərdə  və  xüsusi
quyularda  saxlayırdılar.  Dənli  bitkiləri,  əsasən,  dən  daşları  ilə
üyüdürdülər. Əl dəyirmanlarından da istifadə edirdilər. 
Eramızın  ilk  əsrlərindən  Albaniyada  su  dəyirmanlarından  istifadə
olunmuşdur. Təsərrüfatda üzümçülük və şərabçılıq xüsusi yer tutmuşdur.
Albaniyada  çoxsaylı  mal-qara  sürüləri,  at  ilxıları  var  idi.  Minik
atlarından hərbi işdə geniş istifadə olunurdu. Atlı (süvari) hərbi dəstələr
yaradılmışdı. 
Təsərrüfat  həyatında  balıqçılıq  mühüm  yer  tuturdu.  Kaspilər  balıq
ovlayır,  onu  duzlayır,  qurudur,  dəvələrə  yükləyib  başqa  şəhərlərə
aparırdılar. Balığın piyindən sürtkü yağı, içalatından isə xüsusi yapışqan
hazırlayırdılar. 
Sənətkarlıq və ticarət. Albaniya ərazisində aparılan arxeoloji qazıntılar
zamanı çoxsaylı əmək alətləri, silahlar, məişət əşyaları, bəzək şeyləri və
s. tapılmışdır. 
Albaniya  şəhərlərində  sənətkarlığın  müxtəlif  sahələri  inkişaf  etmişdi.
Peşəkar sənətkarlar, əsasən, şəhər emalatxanalarında işləyirdilər. 
Albaniyada metalişləmə sənəti geniş inkişaf tapmışdı. Zəngin yerli filiz
yataqlarının  olması  metalişləmə  sənətkarlığının  inkişafına  zəmin
yaratmışdı.
 
Dəmir oraq
 
Alban silahları


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə