Babil və Midiyaya qarşı mübarizədə Manna Aş-şura kömək etdi. Manna ilə Aşşur münasibətləri
yenidən yaxşılaşdı.
Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq üçün Aşşura meyilli siyasətə üs -tünlük
vermişlər. Aşşurla Manna arasında bəzən hərbi münaqişələr baş versə də, onlar, əsasən, müttəfiq
münasibətdə olmuşlar.
Qaynaqlarda olan məlumatlara görə, Manna müstəqil dövlət kimi öz varlığını e.ə. 593-cü ilə qədər
saxlamışdır.
E.a. 590-cı ilda Manna qonşuluqda yaranmış güclü Midiya dövlati tərəfindən işğal edilmişdir.
Bununla da Mannanın müstəqil dövlətçiliyi sona çatmışdır.
Mannanın müttəfiqi olan İskit padşahlığı da Midiya dövləti ilə rəqabət apara bilməyib tənəzzülə
uğradı.
Aşşurların Mannaya hücumu
SUAL VƏ TAPŞIRIQLAR
1. Manna hökmdarı ölkəni yadelli basqınlarından qorumaq üçün necə xarici siyasət yeridirdi?
2. Kimmer, iskit, sak tayfaları haradan gəlmişdilər?
3. Bu türk mənşəli tayfaların Manna ərazisində məskən salmasının nə kimi təsiri oldu?
4. Aşşur dövləti Manna ilə ittifaqın pozulmasına necə münasibət göstərdi?
5. Manna dövləti öz müstəqilliyini nə vaxta qədər qoruyub saxlaya bilmişdir?
6. Cədvəli dəftərinizə çəkin və tamamlayın.
Manna
Yarandı
Paytaxt şeheri
Müttefiqi
Düşmenleri
İdareetme
İnzibati quruluşu
Süqut etdi
«Manna dövləti nə üçün süqut etdi?» adlı kiçik- -ss* həcmli hekayə qurun.
Tuqdamme, Ahşeri, Ualli
§ 14. MANNANIN TƏSƏRRÜFATI VƏ MƏDƏNİYYƏTİ
Həsənli yaşayış yerinin qalıqları Sənətkarlıq. Manna ərazisində zəngin də -mir filizi və qiymətli
daş yataqları olduğuna görə burada metalişləmə və zərgərlik işində böyük uğurlar qazanılmışdır.
Peşəkar ustalar dəmir, mis, tunc, qızıl, gümüşdən bəzək əşyaları, qab-qacaq, silahlar
hazırlayırdılar.
Həsənli yaşayış yerində (indiki Cənubi Azərbaycanda) aparılan arxeoloji qazıntılar zamanı
müxtəlif daş qəliblər tapılmışdır. Metalişləmə ilə məşğul olan ustalar əridilmiş metalı həmin
qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar.
Həsənli yaşayış yerindən tapılan qızıl cam mannalı ustaların yüksək sənətkarlığından xəbər verir.
Ziviyə qalasından qızıl və gümüşdən qılınc, sini, qədəhlər, kəmər və s. tapılmışdır.
Mannalılar toxuculuq sənəti ilə də məşğul olmuşlar. Həsənlidən tapılan müxtəlif parça qalıqları
toxuculuqda qoyun yunundan və keçi qəzilindən istifadə edildiyini göstərir. Toxucu-luqla yanaşı,
Mannada boyaqçılıq sənəti də inkişaf etmişdi.
Prev
Next
Saxsı qab Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmışdılar. Onlar istehsal etdikləri
müxtəlif məhsulları, metal, at və mal-qaranı başqa vacib əşya və ərzaqla dəyişirdilər.
Memarlıq və incəsənət. Mannada yadelli hücumlarının qarşısını almaq üçün müdafiə divarları,
qalalar və qala-şəhərlər inşa olunmuşdu. Paytaxt İzirtu və başqa şəhərlərin ətrafına möhtəşəm qala
divarları çəkilmişdi. Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbəd tikilmişdi.
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil və naxışlar Mannada təsviri sənətin
inkişafından xəbər verir. Həsənlidən əldə olunmuş qızıl cam üzərində çox maraqlı əfsanəvi səhnə
təsvir olunmuşdur. Ziviyədən tapılmış qızıl və gümüş qədəhlər (ritonlar) dağkeçisi və ya ceyran
başı formasında hazırlanmışdır. Müxtəlif əşyalar üzərində aslan ovlayan hökmdar, dizi bükülmüş
maral, dağ-qoçu, həyat ağacı ətrafında keçi və qanadlı öküz təsvir olunmuşdur.
Ziviyədən tapılmış qızıl qab üzərindəki təsvirlər
Din və əsatirlər. Mannalılar müxtəlif tanrılara sitayiş edirdilər. İbadət üçün xüsusi binalar —
məbədlər tikirdilər. Məbədlərə tanrıların heykəllərini qoyurdular.
Həsənlidən tapılmış qızıl cam Sənətkarlar müxtəlif əşyalar üzərində Manna əsatirləri ilə bağlı
səhnələr təsvir edirdilər.
Belə təsvirlərdə qrifon*, qanadlı qoç, insan sifətli öküz, sfinks* və s. mühüm yer tuturdu.
Həsənlidən tapılmış qızıl cam üzərindəki rəsmlər də mannalıların dini görüşləri ilə bağlıdır.
Camın yuxarı hissəsində döyüş arabası üzərində üç tanrı — Günəş, Ay, Külək-yağış tanrıları təsvir
edilmişdir. Man -nalılar tanrıları qanadlı təsvir edirdilər.
Yazı və dil. Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Mannada yerli yazı növü də
olmuşdur. Ziviyədən tapılmış gümüş sini üzərində həkk edilmiş işarələr heroqlif yazı növünə
aiddir.
Qaynaqlarda Manna ilə bağlı yer və şəxs adları Azərbaycan ərazisində qədim türk tayfalarinin
yaşadığını göstərir.
Mixi yazı ilə yazılmış məktub
*Qrifon — aslan bədənli, qartal qanadlı, aslan və ya qartal başlı əfsanəvi heyvan
*Sfinks — aslan bədənli, insan başlı əfsanəvi varlıq
Manna dövrünə aid
türk yazı nümunəsi Turukki adı türk tayfa adının ilkin forması hesab edilir. Manna hökmdarlarının
adları da türk sözləri ilə izah olunur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Mannada sənətkarlığın inkişafına nə zəmin yaratmışdı?
2. Mannalılar sənətin hansı sahələri ilə məşğul olmuşlar?
3. Mannalıların qonşu ölkələrlə münasibəti necə idi?
4. Mannada memarlıq sənəti necə inkişaf etmişdi?
5. Arxeoloji qazıntılar zamanı Həsənli və Ziviyədən tapıl mış əşyalar üzərindəki təsvirlər nəyi
göstərir?
6. Mannalıların yazısı və dili haqqında nə demək olar?
«Mannanın təsərrüfat həyatı onun mədəniyyətinə necə təsir göstərmişdi?» mövzusunda esse yazın.
Həsənli, Ziviyə, din, Manna əsatirləri, dil, yazı və incəsənət
Dostları ilə paylaş: |