Azerbaycan Tarixi 6-cı sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/22
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8146
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

Ona  görə  də  Sasanilər  dövlətində  zərdüştilik  hakim  dinə  çevrilmişdi.  Sasani  şahı  I  Şapur,  hətta
itaət altına alınmış əyalətlərdə də bu dini yaymaq haqqında göstəriş vermişdi. 
Qazaka Sasanilər dövründə də zərdüştiliyin dini mərkəzi kimi tanınırdı.
SUAL VƏ TAPŞIRIQLAR
1. III—V əsrlərdə Azərbaycanda hansı münasibətlər formalaşdı? 
2. Food nadir? 
3. Cəmiyyətdə feodallar kəndliləri hansı yolla istismar edirdilər? 
4. Atropatena nə vaxt Sasani əsarəti altına düşdü? 
5. Atropatena necə idarə olunurdu? 
6. Əhali hansı vergiləri verirdi? 
7. Əhalinin dini görüşləri necə inkişaf etmişdi?
«Atropatenanm Sasanilər dövləti üçün əhəmiyyəti nədən ibarət idi?» — hekayə qurun.
Feodal münasibətləri, feodal, mərzban, gezit, xaraq


§ 24. ALBANİYA SASANİLƏR İMPERİYASININ
TƏRKİBİNDƏ
III—V əsrlərdə Albaniyada da feodal münasibətləri bərqərar olmuşdu. Bu dövrdə alban hökmdarı
I Vaçaqan  (215—255-ci illər) Albaniya vilayətlərini vahid mərkəzdə birləşdirdi. Lakin Sasanilər
dövlətinin yaranması Albaniyanın siyasi müstəqilliyi üçün təhlükə yaratdı. 
Sasani-Roma münasibətləri və Albaniya. Mənbələrin verdiyi məlumata görə, 260-cı ildə Sasani-
Roma  müharibəsində  Sasani  şahı  I  Şapur  Roma  ordusunu  məğlubiyyətə  uğratdı.  I  Şapur  öz
qələbəsi  barədə  bütün  ətraf  ölkələrə  xəbər  göndərib  onlardan  itaət  göstərmələrini  tələb  etdi.  Bu
zaman  alban  hökmdarı I  Vaçe   idi.  I  Vaçe  Sasani  hökmdarına  tabe  olmaq  istəmədi.  Buna
baxmayaraq,  bir  çox  ölkələr  kimi, Albaniya  da  Sasanilər  dövlətinin  tərkibinə  daxil  edildi  və  onu
hərbi dəstələrlə təmin etməli oldu.
Albaniya III—V əsrlərdə


I  Şapurun 262-ci  ildə  Naqşi-Rüstamdaki  məbəd  divarında  həkk  etdirdiyi  yazıda  Sasanilər
dövlətinə  daxil  olan  ölkələr  arasında  Atropatena  ilə  yanaşı,  Albaniya  və  onun  vilayəti  olan
Balasakanın da adı çəkilir. 
O  zamanlar  Kür  və  Araz  çaylarının  qovuşduğu  əraziləri Balasakan  adlandırırdılar.  Başqa
mənbələrdə Balasakan ərazisi Paytakaran, yaxud Belaqan (Beylaqan) adlanırdı. Onun əsas əhalisi
saklardan ibarət idi. 
I  Şapurun  ölümündən  sonra  Albaniya  siyasi  müstəqilliyini  bərpa  etsə  də,  sonralar  yenidən
Sasanilər dövlətindən asılı vəziyyətə düşmüşdü. 
 
Daş  büt  Roma—Sasani  müharibələri  uzun  müddət  davam  etmişdi.  Bu  müharibələrdə  Albaniya
Sasani  ordusunu  həm  hərbi  qüvvə,  həm  də  ərzaqla  təmin  edirdi.  Alban  hökmdarları  bu  yolla
Albaniya torpaqlarının bütövlüyünü qoruyub saxlamağa çalışırdılar. 
371-ci ildə  Roma  və  Sasanilər  arasında  baş  verən Dzirav döyüşünün  nəticəsi Albaniya  üçün  ağır
olmuşdu.  Bu  döyüşdən  sonra  Albaniya Uti,  Saka-sen,  Girdiman  vadisi  və  Kolt  vilayatlarini
itirmişdi. 
387-ci  ildə  Roma  ilə  Sasanilər  arasında  sülh  müqaviləsi  bağlandıqdan  sonra  Albaniya  yenidən
itirdiyi vilayətlərinə sahib olmuşdu. 
Din. Albaniyada əhali köhnə dini etiqadları (bütpərəstliyi, zərdüştiliyi) qoruyub saxlayırdı.


IV  əsrin  əvvəllərindən  etibarən Albaniyada  xristianlıq  yayılmağa  başladı.  V  əsrin  sonu  VI  əsrin
əvvəllərində  hökmdar  III  Vaça-  qan  əhaliyə  zorla  xristianlığı  qəbul  etdirirdi.  Bütpərəstlər,
atəşpərəstlər və başqa etiqad sahibləri təqib olunurdular. Xristianlığı təbliğ edən məktəblər açılır,
məbədlər  tikilirdi.  Bü  -  tün  bu  tədbirlərə  baxmayaraq,  xristianlıq  Albaniyada  dərin  kök  sala
bilmədi. Bu din yalnız Albaniyanın bəzi dağlıq ərazilərində yayıldı.
Amaras (Ağoğlan) alban abidəsi (barpa)


Amaras  alban  abidəsi  Azərbaycan  Respublikasının Xocavənd  rayonunda  yerləşir.  Bir  zamanlar
burada alban din xadimi dəfn olunmuş və məbəd albanların ziyarətgahına çevrilmişdir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Albaniya nə üçün Sasaniləri hərbi dəstələrlə təmin etməli idi? 
2. Dzirav döyüşü Albaniya üçün niyə uğursuz oldu? 
3. Albaniya itirdiyi torpaqlara nə vaxt sahib olmuşdu? 
4. Albaniyada əhalinin dini görüşləri necə idi?
Sasani ağalığı altında olan Albaniya öz torpaqlarını necə qoruyub saxladı? Esse yazın.
I Şapur, I Vaçe, Dzirav, xristianlıq


ƏN MÜHÜM TARİXİ HADİSƏLƏR
1,6
min.
il
əvvəl
Qədim dövr
Minilliklər
... ... ... 100 ... ... ... ... 40 ... ... 12 11 10 9 8 7 6 5 4 3 2 1
1
Eradan əvvəl
(e.ə.)
Qədim dövr
Minilliklər
24 23 22 21 20 19 18 17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1
Eradan əvvəl
(e.ə.)
1,5 milyon il bundan əvvəl - Azərbaycan ərazisində ilk insan sürüləri meydana gəlmişdi. 
Alt Paleolit dövrü - Ən qədim insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam
etmişdir. 
700 min il bundan əvvəl - Azıx mağarasında ocaq izləri aşkar edilmişdir.
Qədim dövr
Minilliklər
... ... ... 100 ... ... ... ... 40 ... ... 12 11 10 9 8 7 6 5 4 3 2 1
1 2
Eradan əvvəl
(e.ə.)
Bizim era 
(b.e.)
Prev
 
Next


Alt Paleolit
Sarı rəng dövrləri, rəqəmlər minillikləri əks etdirir, maddi mədəniyyət nümunələri isə bu dövrə
aiddir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə