Prev
Next
Alt Paleolit dövrünün daş alətləri
Alt Paleolit dövrünün daş alətləri
Alt Paleolit dövrünün daş alətləri
Ulu icma. Təbiət hadisələri və vəhşi heyvanların hücumları qarşısında aciz qalmış ibtidai insanlar
kortəbii şəkildə birləşir, dəstələr və kiçik qruplar halında yaşayırdılar. Belə kollektivlər ulu icma
adlanır. Bu kollektivlər daimi olmurdu: tez-tez dağılır və yeniləri yaranırdı.
İbtidai insanlar yeməli yabanı bitkiləri və giləmeyvələri yığır, xırda heyvanları ovlayırdılar.
İnsanlar təbiətin hazır məhsullarını mənimsəyir, ovçuluq və yığıcılıqla məşğul olurdular. Belə
təsərrüfat mənimsəmə (istehlak) təsərrüfatı adlanır.
Azərbaycan ərazisində Alt Paleolit dövründə yaşamış insanların həyat tərzi Qarabağda — Quruçay
vadisində, Azıx mağarasından əldə edilən materiallar əsasında öyrənilmişdir. Ona görə də burada
formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır. Azıx mağarasından ən qədim dövrə aid
kobud əl çapacaqları, ərsin, sıyırğac və s. alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından
hazırlanırdı. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanların ətini doğramaq üçün istifadə
edirdilər.
Minilliklər keçdikcə insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf edirdilər.
İlk vaxtlar insanlar ildırım çaxması və
ya maddələrin öz- özünə yanması
nəticəsində əmələ gəlmiş təbii oddan
istifadə edirdilər. Azıx mağarasında
700 min il bundan əv - vələ aid ocaq
izləri aşkar edilmişdir. Alt Paleolitin
sonunda əmək alətlərinin yeni növləri
meydana gəlmişdir. Həmin alətlər
asan parça-anan çax- maqdaşı və
vulkanik
şüşə
—
dəvəgözündən
hazırlanmışdır.
Çaxmaqdaşı
və
dəvəgözündən qoparılmış qəlpələrdən
kəsi- cilər, dişli və qaşov tipli alətlər
hazırlanmışdır.
Prev
Next
Azıxantropun alt çənə sümüyünün qalığı
Azıx mağarasından tapılmış daş alətlər
Azıx mağarasından nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də aşkar edilmişdir. 1968-
ci ildə isə tarixçi alim Məmmədəli Hüseynov Azıx mağarasından ibtidai insanın alt çənə
sümüyünün qalığını tapmışdır. Alimlər həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı»
adlandırmışlar. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx adamları sadə
incəsənətlə məşğul olmuşlar. Azıx mağarasından tapılmış ayı kəllələrinin üzərində müəyyən
işarələr cızılmışdır. Alimlər bunu qədim insanların ilkin dini ayinləri və heyvanlara inamı ilə
bağlayırlar.
Qədim insanların izlərinə Qarabağda — Tağlar, Zar, Naxçıvanda — Qazma, Qazaxda —
Daşsalahlı, Damcılı, Lerikdə — Buzeyir mağaralarında da rast gəlinmişdir.
Zar mağarası (Kalbacar)
Buzeyir mağarası (Lerik)
SUAL VƏ TAPŞIRIQLAR
1. İbtidai icma quruluşu şərti olaraq hansı dövrlərə bölünür?
2. Azərbaycan ərazisi nə üçün dünyada ilkin insan məskənlərindən biri sayılır?
3. Azərbaycanda ilk insan dəstələri nə vaxt meydana gəlmişdir?
4. İbtidai icma quruluşunun ilk dövrü nə üçün Daş dövrü adlanır?
5. Daş dövrü hansı inkişaf mərhələlərindən keçmişdir? 6. Azıx adamının həyatını təsvir edin.
7. Alt Paleolitdə hansı əmək alətlərindən istifadə etmirlər?
8. Alt Paleolit düşərgələri Azərbaycanda hansı məkanlarda öyrənilmişdir?
Azıxantroplar nəyə qadir idilər? Mətn tərtib edin.
«Bacarıqlı insan», ulu icma, mənimsəmə təsərrüfatı, «Azıx adamı»
§ 3. NEANDERTAL İNSANLAR VƏ HOMO
SAPİENSLƏR
Orta Paleolit. Alt Paleolit dövrünün ardınca Orta Paleolit başlayır və e.ə. 40-cı minilliyə qədər
davam edir. Orta Paleolit Mustye mədəniyyəti dövrü də adlanır. Mustye — Fransada yer adıdır.
Orta Pal eolitə aid əmək alətləri ilk dəfə buradan tapılmışdır. Orta Paleolit dövründə insanların
sayı artmış, insan məskənləri çoxalmışdı. Bu dövrdə Azərbaycan ərazisində nisbətən inkişaf etmiş
yeni insan tipi - Ne-andertal insanlar formalaşmışdır.
Qazma mağarası (Naxçıvan)
İnsanlar, əsasən, maral, ayı, tur, vəhşi at (gur), dağkeçisi ovlamış, yığıcılıqla (yem toplama)
məşğul olmuşlar. Qədim insanların təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürləri bu dövrdə
formalaşmışdır.
Prev
Next
Qazma mağarasından tapılmış daş əmək alətləri
Neandertal insanların düşərgəsi
Orta Paleolitdə insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-
birinə vurmaqla süni od əldə etməyi öyrəndilər.
Orta Paleolit dövrünün sonlarından başlayaraq ulu icma yavaş-
yavaş sıradan çıxmış, qabila icması yaranmağa başlamışdır.
Üst Paleolit. Üst Pal eolit təxminən 40 min il bundan əvvəl
başlanmış, e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə
iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində xeyli
dəyişikliklər baş vermişdi.
Bu dövrdə insanlar hələ də mağaralarda yaşamışlar. Onların
əmək alətləri qaşovlardan, bizlərdən, gəzli (yəni kənarı dişəkli),
ucu şiş və üçbucaq formalı daş əmək alətlərindən ibarət idi. Üst
Paleolitdə müasir insan tipi yarandı. Üst Paleolitdə yaranan
insan tipi «ağıllı insan» (Homo sapiens) adlanır.
Bu insanlar artıq məqsədyönlü fəaliyyət göstərirdilər. Onlar
çayın o biri sahilinə keçmək üçün ağacların gövdəsini kəsir, bir-
birinə bağlayır, sallar düzəldirdilər. «Ağıllı insan»lar düz
qamətlə yeriyirdilər.
Neandertal — Almaniyada
yer adıdır. Burada ibtidai
insanın kəllə sümüyü
tapılmışdır.
Dostları ilə paylaş: |