ORTA TUNC DÖVRÜ ABlDƏLƏRlNlN XƏRlTƏSl (E.Ə. III
MlNlLLlYlN SONLARINDAN II MlNlLLlYlN ORTALARINADƏK)
SUAL VƏ TAPŞIRIQLAR
1. Şəhər tipli yaşayış yerləri hansı məkanlarda öyrənilmişdir?
2. Üzərliktəpə şəhər yeri harada yerləşir?
3. Qədim üzərliktəpəlilər sənətin hansı sahələri ilə məşğul olmuşlar?
4. II Kültəpə yaşayış yeri harada yerləşir?
5. Hansı tapıntı II Kültəpədə yerli dulusçuların boyalı qablar istehsal etdiyini göstərir?
6. Boyalı qablar üzərinə hansı naxışlar vurulurdu?
7. Orta Tunc dövründə qədim əhalinin məşğuliyyətində nə kimi yeniliklər olmuşdu?
Şəkillərə istinad edərək «Tunc dövründə Azərbaycan ərazisində qala-şəhərlər» mövzusunda mətn
tərtib edin.
Prev
Next
Urmiya gölü sahilində
Göytəpə yaşayış yerinin qalıqları
İlkin şəhər məskənləri, Üzərliktəpə, II Kültəpə, müdafiə qalası
§ 8. SON TUNC VƏ İLK DƏMİR DÖVRÜ
Son Tunc — İlk Dəmir dövrü e.ə. II minilliyin 2-ci yarısı I minilliyin əvvəllərini əhatə edir. Son
Tunc — İlk Dəmir dövründə Azərbaycanda Xocalı-Gədəbəy və Talış—Muğan mədəniyyətləri
inkişaf etmişdi. Bu dövrün abidələri Qarabağda, Qazaxda, Gəncəçay ətrafında, Naxçıvanda və s.
yerlərdə öyrənilmişdir. Son Tunc dövründə daha möhkəm yaşayış və təsərrüfat binaları inşa
edilmişdi.
Siklopik tikili (Naxçıvan)
Düşmən hücumlarından qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları
çəkilir, yaylaqlarda və ticarət yollarının kənarlarında iri qaya parçalarından siklopik tikililər
qurulurdu. Bu tikililər üçbucaq, dördbucaq, trapesiya formasında olurdu. Siklopik tikililər köçmə
maldarların və tacirlərin yağışdan, qardan, qızmar günəş şüalarından qorunması üçün tikilirdi.
Əkinçilər buğda, arpa, darı və s. bitkilərin bir neçə növünü becərirdilər. Taxılı tunc və dəmirdən
hazırlanmış oraqlarla biçir, taxta vəllərlə döyür, dən daşları ilə üyüdürdülər. Taxıl ehtiyatını isə iri
küplərdə və quyularda saxlayırdılar.
Dən daşları Süni suvarma sayəsində bağçılıq və bostan-çılıq da inkişaf etmişdi.
Maldarlıqda xırda və iribuynuzlu heyvanların sayı artmış, geniş otlaq sahələrinə ehtiyac
yaranmışdı. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilirdi. At insanların həyatında böyük rol
oynadığı üçün ona sitayiş edirdilər.
Minik vasitəsi kimi və yük daşınmasında dəvədən də istifadə olunurdu. Dəvənin yunundan,
südündən, ətindən də istifadə edirdilər.
Dəvə karvanının təsviri ( Qobustan )
Bu dövrdə saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu.
Son Tunc dövründə sənətkarların içərisindən sənətkar-tacirlər qrupu ayrıldı. Bu yeni — üçüncü
ictimai əmək bölgüsü idi.
Son Tunc dövrünün saxsı qabları Bu dövrdə ictimai həyatda tayfa başçılarının hakimiyyəti
qüvvətlənmişdi. Hərbi və dini rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdiril-
məsinə gətirib çıxarmışdı. Tayfa başçılarına öləndən sonra da sitayiş olunur, onların xatirəsini
əbədiləşdirmək üçün qəbirləri üzərində kurqanlar qurulurdu.
Aşşur tipli qab və Aşşur muncuğu
Qobustan qayaüstü təsvirləri
Son Tunc dövründə Azərbaycan tayfaları oda,
aya, ulduza, günəşə, dağa, meşəyə, müxtəlif
ağac növlərinə, heyvanlara sitayiş edirdilər.
Bu dövrdə Azərbaycan tayfaları Qədim Şərq
ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdılar.
Azərbaycanın zəngin filiz yataqları, cins at
növləri,
mal-qara
sürüləri,
sənətkarlıq
nümunələri ticarətdə böyük rol oynayırdı. Tunc
dövrünə aid yaşayış yerlərindən və qəbir
abidələrindən Aşşurda hazırlanmış şirli gil
qablar, möhürlər, silahlar, bəzək şeyləri aşkar
edilmişdir. Bu tapıntılardan biri Qarabağdan —
Xocalıdan tapılmış muncuqdur. Muncuğun üzə
-rində mixi yazı ilə Aşşur padşahının (Adadni-
rari) adı yazılmışdır.
Qonşu ölkələrlə ticarət yalnız quru yolla
aparılmırdı. Kür—Araz çayları və Xəzər dənizi
vasitəsilə su yolları ilə də ticarət əlaqələri
yaradılmışdı. Qobustan qayaları üzərində həkk
edilmiş müxtəliftipli gəmi təsvirləri bunu
sübuzt edir.
Dəmirin kəşfi əkinçiliyin inkişafına təkan
verdi . E.ə. VII əsrdən başlayaraq dəmirdən
daha geniş istifadə olunmuşdur.
Bu dövrə aid silah nümunələri tunc və
dəmirdən düzəldilmiş müxtəlif ölçüdə olan
qılınc və xəncərlərdən ibarətdir.
Dəstəklər yuxarı hissədə yanlara əyilmiş dairəvi qulaqcıqlarla tamamlanır. Tiyələri uzundur.
Son Tunc dövrünə aid tapılan bəzək nümunələri tunc bilərzik və üzüklərdən, muncuqlardan
ibarətdir. Saxsı məmulatı isə əldə hazırlanmış qara və qırmızı rəngli qablardır.
Beyləqan rayonunda Kəbirli kəndi yaxınlığında yerləşən Qaratəpə qədim yaşayış yeri Dəmir dövrü
abidəsidir.
Qaratəpə yaşayış yerində evlər çiy kərpicdən inşa olunmuşdur. Buradan ocaq yeri və gil qablar,
dən daş l arı, iy başlıqları tapılmışdır. Dəmir dövrünə aid abidələr Qobustanda, Abı şeronda,
Salyanda və s. yerlərdə öyrənilmişdir.
Prev
Next
Son Tunc dövrünə aid qılınc dəstəyi
Bəzək əşyaları
Dostları ilə paylaş: |