§ 6. TUNC DÖVRÜ
Eneolitin sonunda artıq insanlar misin tərkibinə sürmə, qalay, nikel və s. qataraq daha möhkəm
metal — tunc alırdılar. Misi əritmək üçün onu 1000 dərəcədən artıq temperaturda qızdırmaq lazım
idi. Misə başqa qarışıqlar qatanda isə ərimə sürətlənir və 750 dərəcədə tunc alınırdı. Ustalar
daşdan, gildən silah və əşya qəlibləri düzəldirdilər. Əridilmiş metalı bu qəlibə tökür, istədikləri
silahı və başqa əşyaları hazırlayırdılar.
Tunc dövrü erkən, orta və son inkişaf mərhələlərindən keçmişdir.
Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından e.ə. III minilliyin sonuna qədər davam
etmişdir. Erkən Tunc dövrünə aid abidələr ilk dəfə Kür—Araz çayları arasındakı ərazilərdə
öyrənilmişdir. Ona görə də bu dövrün mədəniyyətini alimlər Kür-Araz mədəniyyəti adlandırırlar.
Erkən Tunc dövrünün dulusçuluq məmulatı və metal
istehsal etmək üçün alətlər
Prev
Next
Erkən Tunc dövrü əhalisinin həyatı
Qarabağda, Naxçıvanda, Qobustanda,
Urmiya ərazisində və s. bölgələrdə
olmuş yaşayış yerləri, qəbir abidələri
əsasında öyrənilmişdir.
İnsanlar yaşayış məskənlərini suya
yaxın yerlərdə, çox zaman çay
kənarlarında və düşməndən müdafiə
olunmaq üçün əlverişli mövqelərdə
salırdılar. Evlər dairəvi formada olur,
bünövrəsi çay daşından qoyulur,
divarları çiy kərpicdən hörülürdü.
Erkən Tunc dövründə birinci böyük ictimai əmək bölgüsü
meydana gəldi: əkinçilik maldarlıqdan ayrıldı. Tunc dövrünün
erkən mərhələsində toxa əkinçiliyini xış əkinçiliyi əvəz
etmişdir.
Əkin sahələri genişlənmiş, süni suvarma sistemi yaranmışdı.
Şumlama zamanı qoşqu heyvanlarından istifadə olunurdu.
Taxılın biçilməsində kəsici daş lövhələrdən quraşdırılmış
oraqlardan və tunc oraqlardan istifadə edilirdi.
Maldarlıq da inkişaf etmişdi. Heyvanların sayı artmışdı. Əhali
yarımköçmə həyat keçirirdi. Mal-qara yaz-yay aylarında dağ
çəmənliklərində otarılır, payızda soyuqlar düşəndə qışlaqlara
qaytarılırdı. Əhali artmış, dağlıq və dağətəyi yerlərdə yaşamağa
başlamışlar.
Erkən Tunc dövründə ölülər artıq yaşayış məskənlərindən
kənarda dəfn edi-ir, bəzi qə -birlərin üzərində kurqanlar1
qurulurdu. Ölü-yandırma və kollektiv dəfn adətləri yaranmışdı
Dini ayinlər xüsusi binalarda keçirilirdi. Erkən Tunc dövrünə
aid ibadət yerləri Xaçmaz da Sərkərtəpə, Qazaxda Babadər-viş
və Naxçıvanda I Kültəpə, Maxta yaşayış yerlərində aşkar edilib.
Erkən Tunc dövründə ağır zəhmət tələb edən kişi əməyi (xış
əkinçiliyi, maldarlıq, metalişləmə) irəli keçdi. Ona görə də
anaxaqanlığını ataxaqanlığı əvəz etdi. Bir neçə qohum qəbiləni
birləşdirən tayfa yarandı. Tayfanı ağsaqqallar idarə edirdilər.
*Kurqan — torpaq təpə
Maxta yaşayış yerində dairəvi
iba- dətgahın qalıqları
(Naxçıvan)
Ağac xış
Naxçıvanın Tunc dövrü metal məmulatları
Orta Tunc dövrü e.ə. III minilliyin sonlarından
e.ə. II minilliyin ortalarına qədər davam
etmişdir.
Orta Tunc dövründə ikinci böyük ictimai əmək
bölgüsü baş vermiş sənətkarlıq müstəqil sahəyə
çevrilmişdi.
Orta Tunc dövrü.
Boyalı qablar
Orta Tunc dövründə dulusçuluq inkişaf etmiş, boyalı qablar mədəniyyəti
formalaşmışdı. Dulusçular yaraşıqlı və davamlı saxsı qablar hazırlaya
bilirdilər. Sadə qabları müxtəlif naxışlarla: insan, heyvan, quş təsvirləri
və s. bəzəyirdilər. Bunun üçün rəngli boyalardan istifadə edirdilər.
Metalişləmə inkişaf edirdi. Ancaq bununla belə, qədim əhali arasında
daşişləmə sənəti hələ də qalmaqda idi.
Dəvəgözü və çaxmaqdaşından quraşdırma oraq
dişləri, ox ucları, mərmərdən toppuz, baltalar
düzəldirdilər.
Dən
daşları,
sürt-gəclər,
həvəngdəstələr,
qablar
və
s.
daşdan
hazırlanırdı.
Orta Tunc dövründə bağçılıq və bostançılıq,
üzümçülük və şərabçılıq kimi yeni təsərrüfat
sahələri də yaranmışdı.
Sənətkarlığın, əkinçilik və maldarlığın inkişafı
mübadilənin daha da genişlənməsinə və
ticarətin yaranmasına şərait yaratmışdı. Maldar
əhali ət, süd məhsullarını, yun və dərini taxıla,
sənətkarlıq məmulatına dəyişirdi.
Tunc dövründə Cənubi Qafqazda və Araz
çayından cənubda, Urmiya gölü hövzəsində
məskunlaşmış türkdilli qədim Azərbaycan
əhalisi arasında təsviri incəsənət də inkişaf
etmişdi. Qobustanda, Gəmiqayada, Kəlbəcərdə,
Abşeronda və b. ərazilərdə qayalar üzərində
çoxlu
təsviri
sənət
nümunələri
aşkar
olunmuşdur. Naxçıvanda Gəmiqaya (Qapıcıq)
dağ yaylaqlarında qayalar üzərində insan və
heyvan rəsmləri, rəqs və ov səhnələri, eləcə də
çoxlu şərti işarələr indiyədək qalmaqdadır.
Kəlbəcər, Laçın yaylaqlarında dağ gölləri
ətrafındakı
qayalar
üzərində
məişət
və
təsərrüfat səhnələri, vəhşi heyvan və heyvan
rəsmləri həkk olunmuşdur. Burada Tunc dövrü
əkinçilik mədəniyyətini əks etdirən öküzlər
qoşulmuş xışla yerin şumlanmasının təsviri
vardır.
Qayaüstü təsvir (Naxçıvan. Gəmiqaya)
Qayaüstü təsvir (Kəlbəcər)
ERKƏN TUNC DÖVRÜ ABlDƏLƏRlNlN XƏRlTƏSl
(E.Ə. IV MlNlLLlYlN 2-ci YARISI — III MlNlLLlYlN
SONUNADƏK)
Dostları ilə paylaş: |