Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   32   33   34   35   36   37   38   39   ...   129

96 
 
Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə 
imkan  verdi.  Keçirilmiş  maliyyə  tədbirləri  dövlətin  xəzinəsini  zənginləşdirdi, 
məhsuldar  qüvvələr  canlandı.  I  Şah  Abbasın  rəhbərliyi  ilə  Səfəvi  dövləti  tədricən 
dirçəldi. 
Fəal xarici siyasət yürüdən şah Avropa və Rusiya ilə ticarət əlaqələrindən 
başqa, hərbi-siyasi danışıqlar da aparırdı. Almaniya  və İspaniya osmanlılara qarşı 
başlanacaq müharibədə səfəviləri dəstəkləyəcəklərini vəd etdilər. 
1597-ci ildə şah dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən 
İsfahana köçürür. Bu isə İranın mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaradır. 
İslahatları  keçirəndən  sonra  1599-cu  ildə  I  Şah  Abbas  Şərqə  yürüş  edir. 
Özbək  Şeybani  dövləti  ilk  döyüşlərdəcə  məğlub  edilir,  Xorasan  və  ətraf  ərazilər 
yenidən  Səfəvi  torpaqlarına  qatılır,  Orta  Asiya  və  Əfqanıstanın  bir  çox  əraziləri 
şahın təsiri altına keçir. 
1601-1602-ci  illərdə  şah  portuqallara  qarşı  əməliyyatlara  başlayır. 
İngilislərlə  danışıqlar  apararaq  onlardan  hərbi  gəmilər  almış  şah  həm  dənizdən, 
həm  də  qurudan  portuqalların  əlində  olan  və  Fars  körfəzinə  çıxışları  bağlayan 
limanlara  hücum  edir.  Portuqalların  burada  möhtəşəm  istehkam  yaratmalarına 
baxmayaraq,  onların  qalaları  tutulur,  özləri  isə  bu  ərazilərdən  qovulurlar.  Şah  bir 
sıra Bəhreyn adalarını da tutmağa müvəffəq olur. 
1603-cü  ildə  I  Şah  Abbas  çoxdan  bəri  hazırlaşdığı  müharibəyə  -  osmanlı 
qoşunlarına  qarşı  müharibəyə  başlayır.  1603  -  1607-ci  illər  əməliyyatlarında 
Azərbaycan  bütünlüklə  osmanlı  qoşunlarından  azad  edilir.  Doğrudur,  ölkəyə  bu 
çox  baha  başa  gəlir.  Bir  çox  şəhərlər  viran  olur,  əkin  sahələri,  bağlar,  suvarma 
kanalları  məhv  edilir.  Üstəlik,  "yandırılmış  torpaq"  taktikasından  geniş  istifadə 
edən  şah  düşmən  hərəkət  edən  ərazilərdə  bütün  maddi  varlıqları  məhv  edir,  su 
hövzələrini  zəhərləndirir,  əhalini  isə  ölkənin  dərinliklərinə,  İsfahan  ətrafına 
köçürür.  Köçürmə  elə  böyük  miqyasda  aparılır  ki,  hətta  əhali  arasında  "Böyük 
sürgün"  adını  alır.  Osmanlılar  bir  neçə  dəfə  itirilmiş  torpaqları  qaytarmağa  cəhd 
etsələr də, yenə də məğlub edilir, Səfəvi qoşunları Kərbəla, Nəcəf, Mosul, Kərkük, 
Bağdaddan tutmuş Qara dəniz sahillərinə qədər olan əraziləri tuturlar. 1621-ci ildə 
Qəndəhara yürüş edən 1 Şah Abbas Əfqanıstanı tutmaqla öz dövlətinin sərhədlərini 
Hindistan hüdudlarına çatdırır. 
Xalqın  yaddaşında  keçirdiyi  islahatları,  uğurlu  hərbi  əməliyyatları, 
köçürmə  siyasəti  ilə  bərabər,  I  Şah  Abbas  apardığı  geniş  quruculuq  işləri  ilə  də 
qalmışdır.  Onun  dövründə  müharibədən  əziyyət  çəkmiş  bölgələrin  iqtisadiyyatı 
qısa müddət ərzində bərpa edilmiş, minlərlə yeni-yeni bina inşa olunmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  I  Şah  Abbasın  fəaliyyətinin  müsbət  tərəfləri  ilə 
bərabər,  mənfi  tərəfləri  də  var  idi.  Belə  ki,  "Böyük  sürgün"  nəticəsində 
Azərbaycandan  İsfahana  köçürülmüş  minlərlə  usta  və  sənətkar  ailəsinə  müharibə 


97 
 
qurtarandan  sonra  vətənlərinə  qayıtmaq  icazəsi  verilməmişdi.  İranın  daxili 
rayonlarının  iqtisadiyyatının  inkişaf  etdirilməsi  Azərbaycan  iqtisadiyyatının 
zəiflədilməsi  hesabına  həyata  keçirilmişdi.  Üstəlik,  qızılbaş  əmirlərinə  qarşı 
aparılmış mübarizə dövlətçilik baxımından labüd addım olsa da, azərbaycanlıların 
dövlətdə  tutduqları  mövqeyə  zərbə  vurulmuşdu.  Məlum  olduğu  kimi,  qızılbaş 
əmirlərinin əksəriyyətini məhz azərbaycanlılar təşkil edirdi. Yeni qoşun növlərində 
azərbaycanlıların  sayının  az  olması,  vəzifələrə  məhz  qızılbaşlara  heç  bir  aidiyyəti 
olmayan  şəxslərin  təyin  edilməsi  son  nəticədə  dövlətin  farslaşmasına  gətirib 
çıxarmışdı. I Şah Abbas 1629-cu ildə vəfat etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


98 
 
Məhəmməd  Füzuli  Azərbaycan  ədəbiyyatının  ən 
nəhəng  simalarından  biridir.  Füzuli  şeiri  dünya  
poeziyasının  nadir    incilərindəndir.  Məhəmməd 
Füzuli  sənəti  əlçatmaq  zirvədir.  Onun  yaradıcılığı 
yalnız  Azərbaycan    ədəbiyyatının  deyil,  ümumən 
Azərbaycan  incəsənitinin  inkişafına  güclü  təsir 
göstərmişdir.  Füzuli  Azərbaycan  bədii-ədəbi  dilinin 
yaradıcılarındandır.  O,  Nəsimidən  sonra  ana    dilində 
yaranmış şeirin ən gözəl nümunələri olan  əsərləri ilə 
Azərbaycan  bədii  dilini  yeni  yüksək  səviyyəyə 
qaldırmış,  türdilli xalqlar  poeziyasına  qüvvətli təsir 
göstərmiş, ədəbi məktəb yaratmışlar. 
Məhəmməd Füzuli Azərbaycan tarixinə görkəmli şair, 
mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi-bədii dilinin 
yaradıcılarından  biri kimi ədəbi həkk olunmuşdur.  
 
      Məhəmməd Füzuli  
(1494-1556) 
Məhəmməd  Füzuli  1494-cü  ildə  İraqın  Kərbəla  şəhərində  azərbaycanlı 
ailəsində anadan olmuşdur. Onun atası Süleyman  Azərbaycanın bayat tayfasından 
çıxmışdır.  O  dövrdə  İraq  Ağqoyunlu  Azərbaycan  dövlətinin  tərkib  hissəsi 
olmuşdur.  Bu  dövlətdə  XV  əsrin  sonlarında  baş  verən  çəkişmələr  nəticəsində 
yüzlərcə  azərbaycanlı  ailəsi  Azərbaycanı  tərk  edərək  dövlətin  ucqarlarına  üz 
tuturmuş. Süleyman Kərbəlada oğlunu əvvəlcə məktəbə, daha sonra isə mədrəsəyə 
qoyur.  Elm  və  ədəbiyyata  böyük  maraq  göstərən  oğlan  Bağdada  köçür  və  burada 
ali mədrəsədə təhsilini davam etdirir. Məhəmməd Füzuli hələ yeniyetmə yaşlarında 
gözəl aşiqanə qəzəllər yazmağa başlayır. 
Məntiq,  nücum,  tibb,  riyazi  və  humanitar  elmlərdən  biliklərin  əsaslarını 
öyrənən Məhəmməd Füzuli İraqın Nəcəf, ordan isə Hüllə şəhərinə köçür. Burada o, 
islamın  dini-fəlsəfi  cərəyanları  ilə  yaxından  tanış  olur,  ərəb  tərcümələri  əsasında 
antik  dövr  yunan  filosoflarının  əsərlərini  mütaliə  edir.  O  həmçinin  Azərbaycan, 
ərəb, fars, özbək, hind (türk və farsdilli) ədəbiyyatını öyrənmişdir. Sonralar yazdığı 
əsərlərində  o,  Əbu  Nüvas,  Xaqani,  Nizami,  Əlişir  Nəvat,  Cami,  Salman  Savəci, 
Nəsimi, Cəlaləddin Rumi, Kamal Xocəndi, Cəlili, Əhmədi, Şeyxi kimi məşhur şair 
və  filosofların  əsərlərindən  parçalar  gətirir,  onlara  iqtibaslar  verir.  Füzuli 
müəllimliklə də məşğul olmuşdur. 
Füzulinin  ilk  böyük  əsəri  "Bəngü-badə"  ("Tiryək  və  Şərab")  əsəri 
olmuşdur.  Bu  alleqorik  poemada  şair  dövrün  mühüm  siyasi  məsələlərinə 
toxunmuş,  lovğa,  təkəbbürlü,  şöhrətpərəst  hakimlərə  qarşı  çıxmış,  elm  və  təhsilə 
qiymət verən ədalətli hökmdarlara alqış demişdir. Poema eyni zamanda sərxoşluğa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə