Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   30   31   32   33   34   35   36   37   ...   129

91 
 
başçılığı ilə Şirvan üzərinə qoşun göndərdi. Sonuncu şirvanşah Şeyxşah ibn Şahrux 
müqavimət  göstərsə  də,  məğlub  edildi.  Şamaxı  şəhəri,  sonra  isə  Şirvanın  vacib 
strateji  məntəqələri,  o  cümlədən  dağ  qalaları  tutuldu,  Şirvanşahlar  dövləti  ləğv 
edildi,  onun  kitabxanası,  xəzinəsi,  silah  anbarları  Təbrizə  daşındı.  Şirvanşah 
Şeyxşah  öldürüldükdən  sonra  Azərbaycanın  bu  bölgəsi  Səfəvi  dövlətinin  tərkib 
hissəsinə çevrildi, Şirvan bəylərbəyiliyi adlandırıldı. 
Səfəvilərin  Şirvan  yürüşü  zamanı  Şəki  hakimi  Dərviş  Məhəmməd  xan 
şirvanlılara  kömək  göstərmişdi.  Buna  baxmayaraq  I  Təhmasib  bu  vilayəti  dinc 
yolla birləşdirməyə can atırdı. Dərviş Məhəmməd xan I Təhmasibin bacısı Pərixan 
xanım ilə evləndikdə münaqişənin dinc yolla həll olunacağına ümid yarandı. Lakin 
Pərixan  xanımın  vəfatından  sonra  Dərviş  Məhəmməd  xan  I  Təhmasiblə  bütün 
əlaqələri  kəsdi.  1551-ci  ildə  I  Təhmasib  şəxsən  özü  böyük  qoşunla  Şəki  üzərinə 
yürüşə  başladı.  Şəki  xanı  qoşunlarını  Kiş  qalası,  "Gələrsən-görərsən"  qalası  və 
sığınacaqlarda  (dağlardakı  mağaralarda)  yerləşdirərək  uzun  müddət  müdafiə 
olunacağına inanırdı. Lakin o, I Təhmasibin qoşunlarında ağır topların olmasından 
xəbərdar  deyildi.  Bu  ağır  toplar  döyüş  əməliyyatlarında  öz  sözünü  dedi:  bir  neçə 
atəşlə  qala  divarlarında  böyük  dəliklər  əmələ  gəldi,  bu  dəliklərdən  qızılbaşlar 
qalaya hücum etdilər. Şəkililərin bütün müqavimət məntəqələri zəbt edildi, Dərviş 
Məhəmməd xan döyüşdə öldürüldü. Bununla da Səfəvi dövləti ərazisində sonuncu 
müstəqil feodal qurumu ləğv edildi. 
Şirvan  və  Şəkinin  Azərbaycan  Səfəvilər  dövlətinə  tam  birləşdirilməsi 
Azərbaycan  xalqının  tarixində  müsbət  rol  oynadı.  Azərbaycanın  cənub  və  şimal 
hissələri arasında əlaqələr daha da gücləndi. 
I  Təhmasibin  hakimiyyəti  illərinə  Səfəvi  -  Osmanlı  müharibəsinin  ən 
qızğın döyüşləri təsadüf edir. Osmanlı sultanı I Süleyman hələ 1534-cü ildə Səfəvi 
dövlətindəki  hərc-mərclikdən  istifadə  edərək  Azərbaycana  hücum  etdi.  Ağır 
döyüşlərlə geri çəkilən Səfəvi qoşunları osmanlıların qarşısını ala bilmədi və onlar 
Təbriz  də  daxil  olmaqla  bir  çox  əraziləri  talan  etdilər.  I  Təhmasib  "yandırılmış 
torpaq"  taktikasına  əl  atmalı  oldu.  Belə  ki,  geri  çəkilən  Səfəvi  qoşunları  əhalini 
köçürür,  ərzaq  və  ləvazimatları  özü  ilə  götürür,  əkin  sahələrini,  otlaqları  yararsız 
hala salır, şəhər və kəndləri dağıdır, su hövzələrini zəhərloyirdi. İrəliləyən osmanlı 
qoşunu sanki səhralığa yiyələnir və tutduğu ərazidə möhkəmlənə bilməyib ərazini 
tərk etməyə məcbur olurdu. Beləliklə, I Təhmasibin taktikası düşmənə Azərbaycan 
torpaqlarında  möhkəmlənməyə  imkan  vermirdi.  Belə  olduqda  Səfəvi  dövlətini 
daxildən  parçalamağa  cəhd  edən  Osmanlı  sultanı  qiyamçı  feodallara  kömək  edir, 
lakin  bütün  qiyamlar  şah  tərəfindən  qətiyyətlə  yatırılırdı.  Şahın  qoşunları 
osmanlıların müttəfiqi olan Krım xanının yürüşlərinin də qarşısını ala bildi. 
Döyüşlərin  gedişi  zamanı  hərbi  islahat  keçirən  I  Təhmasib  təkcə  süvari 
hissələrini gücləndirmir, həm  də 30 min  nəfərlik daimi piyada qoşunu tərtib edib, 


92 
 
onları  top  və  tüfənglərlə  silahlandırırdı.  Osmanlıları  sülh  danışıqlarına  başlamağa 
vadar etmək üçün I Təhmasib 1552-ci ildə geniş hücum əməliyyatı həyata keçirdi. 
Osmanlıların Xilat, Van, Bitlis, Vostan, Muş  əraziləri darmadağın edildi. 1554-cü 
ildə  I  Süleyman  Naxçıvan  istiqamətində  hücuma  keçəndə  olduqca  böyük 
müqavimətlə  üzləşdi  və  geri  çəkilməyə  məcbur  oldu.  Bundan  sonra  o,  danışıqlar 
aparmaq  təklifini  qəbul  etdi.  1555-ci  il  mayın  29-da  Səfəvi  -  Osmanlı 
müharibəsinin  növbəti  mərhələsi  Amasya  sülh  müqaviləsi  ilə  başa  çatdı.  Sülhə 
görə,  Qərbi  Gürcüstan  və  Ermənistan  (Van  gölü  ətrafında  coğrafi  ərazi) 
osmanlıların ixtiyarına keçdi. Bunun müqabilində dövlətin əsas ərazilərini özündə 
saxlayan I Təhmasib islahatları davam etdirmək imkanı qazandı. 
I Təhmasib Şərqdə baş verən hadisələrə fəal müdaxilə edir, daim ölkəsinin 
maraqlarına cavab verən siyasət həyata keçirir. Cənub-şərq qonşusu Böyük Moğol 
imperiyasında  qanuni  hakimiyyət  devriləndə  və  yeni  hökmdar  Səfəvilərə  qarşı 
tədbirlər  həyata  keçirməyə  başlayanda  I  Təhmasib  12  min  qızılbaş  süvarisini 
Hindistana  göndərmiş  və  nəticədə  qiyam  yatırılmış,  qanuni  hökmdar  Hümayun 
yenidən  hakimiyyətə  qayıtmışdı.  Bunun  müqabilində  Hümayun  böyük  xəzinə  ilə 
birlikdə Qəndəhar əyalətini də Səfəvilərə bağışlamışdı. I Təhmasib dövlətin şimal-
şərq  sərhədlərində  Xorasana  daim  hücumlar  edən  özbək  qoşunlarını  məğlub 
etmişdi. 
Müharibələr nəticəsində Təbrizin dağıntılara məruz qalması səbəbindən I 
Təhmasib 1555-ci ildə paytaxtı Təbrizdən Qəzvinə köçürür. 
Amasya  müqaviləsindən  sonra  şah  ölkənin  iqtisadi  həyatını,  ticarət  və 
sənətkarlığı  dirçəltmək  məqsədi  ilə  bir  sıra  islahatlar  həyata  keçirir.  Ən  ağır 
vergilər ləğv edilir, digərlərinin həcmi azalır, vergi  yığımında olan hərc-mərcliyin 
qarşısı alınır. 1565-ci ildə tamğa vergisini ləğv etməklə şah sənətkarlıq və ticarətin 
inkişafına  yaxşı şərait  yaradır. O  zaman Təbriz, Şamaxı,  Dərbənd, Bakı,  Ərdəbil, 
Ordubad, Ərəş, Culfa mühüm sənətkarlıq-ticarət məntəqələri idi. Azərbaycan ipəyi, 
soyuq silahları, zinət əşyaları, parçaları Şərq və Qərb bazarlarında böyük qiymətə 
satılırdı.  I  Təhmasibin  hakimiyyəti  illərində  Azərbaycanda  mədəniyyətin  inkişafı 
üçün  şərait  yaradılmışdı.  Savadlı  şəxs  olan  I  Təhmasib  özü  bədii  yaradıcılıq  və 
xəttatlıqla  da  məşğul  olurdu.  Hakimiyyəti  illərində  qazandığı  təcrübəni  o,  "Şah 
Təhmasibin  təzkirəsi”  adlı  əsərində  toplamışdı.  Bu  əsər  gələcək  nəsillərə  öyüd-
nəsihət şəklində yazılıb, hər müddəası konkret tarixi faktlarla təsdiqlənib. Şah daim 
elm və mədəniyyət xadimlərini himayə etmiş, zəmanənin on məşhur rəssam, xəttat, 
nəqqaş  və  digər  mütəxəssislərini  Təbrizdə  fəaliyyət  göstərən  "Şah  kitabxanası”na 
yığmışdı.  Sadıq bəy Əfşar kimi rəssamlar,  Aşıq Qurbani  kimi aşıqlar, Həsən bəy 
Rumlu  kimi  alimlər  və  başqaları  məhz  şah  I  Təhmasibin  qayğısı  sayəsində 
Azərbaycanda elm və mədəniyyəti inkişaf etdirmişlər. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə