Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   27   28   29   30   31   32   33   34   ...   129

83 
 
zirvəsinə  çatması  və  ecazkar  fırçalarının  zərifliyi  ilə  bütün  dünyada  şöhrət 
qazanması"nı fəxrlə qeyd edirdi. 
Ona  görə  də  Sultan  Məhəmmədin  XVI  əsrin  ortalarında  Təbrizdə  şah 
sarayı  nəzdində  fəaliyyət  göstərən sarayın bədii emalatxanasının rəisi və  dövlətin 
baş rəssamı təyin edilməsi təsadüfi deyildi. 
XV  əsrin  sonu  -  XVI  əsrin  əvvəli  Azərbaycan  xalqının  iqtisadi-siyasi  və 
mədəni  həyatında  yeni  yüksəliş  dövrü  olmuşdur.  Ağqoyunlu,  sonra  isə  Səfəvi 
dövlətlərinin başçılarının həyata keçirdikləri siyasət ölkədə daxili sabitliyin təmin 
edilməsinə,  təsərrüfatın  inkişafına,  Qərb  və  Şərq  ölkələri  ilə  ticarət  əlaqələrinin 
genişləndirilməsinə  yönəlmişdi.  Bu  dövrdə  müxtəlif  sənət  növləri  ilə  bərabər, 
Azərbaycanda elm və  mədəniyyət də sürətlə inkişaf edirdi. Şah I İsmayıl və onun 
oğlu şah 1 Təhmasibin səyləri ilə Təbrizdə şah kitabxanası nəzdində məşhur xəttat 
və rəssamlar toplanmışdı. Onların fəaliyyəti hələ çox-çox əvvəldən başlamış bədii 
ənənəni  davam  etdirir  və  Təbriz  miniatür  məktəbinin  yaranmasına  səbəb  olur. 
Burada  fəaliyyət  göstərən  rəssamlar  bir  neçə  sənət  sahəsi  üzrə  peşəkar  olmuşlar. 
Bu  isə  onlara  öz  əsərlərində  sənətlərin  sintezi  məsələsini  həll  etməyə  imkan 
vermişdir. 
Bu  dövrdə  klassik  ədəbiyyata  maraq  daha  da  artdığından  görkəmli 
şairlərin əsərlərinin əlyazma kitabları şəklində tərtibinə xüsusi fikir verilirdi. Bu isə 
Azərbaycanda xəttatlıqla bərabər, miniatür sənəti və bədii tərtibatçılığın daha geniş 
yayılmasına, yüksək inkişaf zirvəsinə çatmasına səbəb olur. Saray emalatxanasında 
toplanan  rəssamlar  kitabları  zəngin  ornament  kompozisiyaları  və  əlvan 
miniatürlərlə  bəzəməklə  bərabər,  məscid  və  saray  binaları  üzərində  monumental 
kitabələr  yaradır,  bədii  xalça  və  parçaların  çeşnilərini  verir,  binaların  daxilini 
bəzəyən  monumental  divar  təsvirləri  çəkir,  sonralar  xüsusi  albomlarda-
murakkalarda  toplanmış  portret  və  süjetli  kompozisiyalardan  ibarət  müstəqil 
miniatürlər tərtib edirdilər. XVI - XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, 
yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkil edirdi. 
XVI  əsrdə  Təbriz  miniatür  məktəbinin  keçdiyi  tədrici  inkişaf,  aparılan 
yaradıcılıq  axtarışları,  bədii  üslubun  formalaşması  və  getdikcə  təkmilləşməsi 
birinci  növbədə  bu  dövrün  ən  görkəmli  rəssamlarının,  Sultan  Məhəmmədin 
rəhbərliyi altında saray emalatxanasında çalışan ustad sənətkarların yaradıcılığı ilə 
bağlı olmuşdur. 
Sultan Məhəmmədin şah əsəri Səfəvi hökmdarı I Təhmasibin əmri ilə yeni 
bədii  tərtibat  verilmiş  "Şahnamə"yə  çəkdiyi  miniatürlərdir.  Budaq  Qəzvini  qeyd 
edir  ki,  20  ilə  tam  tərtib  edilən  bu  əsər  şah  tərəfindən  osmanlı  sultanı  III  Murada 
göndəriləndə ən qiymətli hədiyyə kimi qəbul edilmişdir. Məlumdur ki, Firdovsinin 
"Şahnamə"  əsərinin  bədii-estetik  baxımdan  dəyərli,  yüksək  sənət  əsərləri  sayılan 
yüzlərcə  nəfis  nüsxələri  vardır.  Lakin  bunlardan  yalnız  üçü  incəsənət  tarixində 


84 
 
xüsusi şöhrət qazanmışdır. XIV əsrdə Təbrizdə tərtib edilmiş "Şahnamə", XV əsrdə 
Heratda  tərtib  edilmiş  "Şahnamə"  və  nəhayət,  XVI  əsrdə  Sultan  Məhəmməd 
tərəfindən  Təbrizdə  tərtib  edilmiş  "Şahnamə"  nüsxələri  orta  əsr  Şərq  kitab 
sənətinin nadir inciləri hesab olunur. 
Sultan Məhəmmədin tərtibat verdiyi "Şahnamə"də süjeti, üslubu və sənət 
xüsusiyyətlərinə  görə müxtəlif olan 258 miniatür çəkilib. Bu miniatürlər üzərində 
iş zamanı rəssamın yaradıcılıq fantaziyasının qol-qanad açması üçün gözəl imkan 
yaradılmış və rəssam bu fürsətdən məharətlə istifadə etmişdir. Təkcə əsas səhnələr 
deyil,  arxa  planda  olan  xırda,  köməkçi  səhnələr  belə  rəssam  tərəfindən  böyük 
zövqlə  işlənmişdir.  Hətta  bəzi  hallarda  (misal  üçün:  məclisdə  sərxoşların  təsviri) 
Şərq  miniatürlərinə  xas  olmayan  karikaturalara  da  rast  gəlmək  olur.  Bütün 
miniatürlərdə  rəssam  doğma  təbiətin  əsrarəngiz  gözəlliklərini  göstərə  bilmiş, 
zəngin rəng çalarlarından istifadə etmişdir. 
Sultan  Məhəmmədin  tərtibat  verdiyi  digər  əsərlər  arasında  hal-hazırda 
Londonun  Britaniya  muzeyində  qorunan,  rəssam  tərəfindən  1543-cü  ildə  başa 
çatdırılmış  Nizami  Gəncəvinin  "Xəmsə"  əsəridir.  Səhifələrinin  zəngin  bədii 
tərtibatı  və  miniatürlərinin  misilsiz  bədii  keyfiyyətinə  görə  bu  əlyazma  təkcə 
Azərbaycanda  deyil,  ümumiyyətlə  Yaxın  və  Orta  Şərqdə  kitab  sənətinin  ən  zərif, 
ən  qiymətli  şah  əsərlərindən  sayılır.  "Məhəmmədin  meracı"  adlı  miniatür  Şərq 
rəssamlarının  yaradıcılığında  çox  az  təsadüf  edilən  dini  məzmunlu  süjeti  təsvir 
edir. Kompozisiyanın  mürəkkəbliyi  və  dinamikliyi,  kontrast rənglərin  uyğunluğu, 
vəhdəti  əsasında  əldə  olunan  rəsmin  zəngin  koloriti  göstərir  ki,  rəssam  bu  rəsmin 
çəkilməsinə  bütün  var-qüvvəsini,  bilik  və  bacarığını,  topladığı  təcrübəni  sərf 
etmişdir.  Bu  səbəbdən  bu  miniatür  Azərbaycan  miniatür  sənətinin  ən  dəyərli, 
misilsiz nümunələrindən sayılır. 
Kitab  miniatürlərindən  əlavə,  Sultan  Məhəmmədin  işlədiyi  bir  neçə 
portret  və  real  həyat  hadisələrini  əks  etdirən  məişət  janrlı  əsərləri  də  dövrümüzə 
qədər  gəlib  çatmışdır.  Bu  əsərlərin  əksəriyyətində  (Sankt-Peterburqun  Saltıkov-
Şedrin  adına  kitabxanasında  saxlanılır)  rəssamın  yaşadığı  dövr  üçün  səciyyəvi 
sayılan  saray  həyatı,  şah  I  Təhmasib  başda  olmaqla  saray  əyanlarının  əyləncələri 
təsvir  edilib.  Rəssamın  on  xırda  detalları  böyük  ustalıqla  işləməsi  dövrün  saray 
həyatını,  xalqın  adət-ənənələrini,  etnoqrafık  xüsusiyyətlərini  öyrənməyə  yaxşı 
imkan verir. 
Qeyd  etmək  lazımdır  ki,  Sultan  Məhəmmədin  çəkdiyi  illüstrasiyalar  və 
müstəqil  miniatürlər  məzmununa  görə  ənənəvidir,  yəni  ümumiyyətlə  müsəlman 
aləmində  təsvir  edilən  süjetlərdir.  Lakin  rəssamın  böyük  ustalığı  elə  burasındadır 
ki,  ənənəvi  mövzuları  təsvir  edərkən  o  onları  yeni  süjet  xətləri  ilə  zənginləşdirir, 
yeni  obrazlı  ifadə  vasitələri  tapır.  Sultan  Məhəmmədin  əsərlərinin  bədii-estetik 
təsir  qüvvəsinin  əsasını  təşkil  edən,  onlara  əsrarəngiz  gözəllik  verən  kolorit  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə