Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   26   27   28   29   30   31   32   33   ...   129

80 
 
Dövlətin ən məşhur din xadimləri Uzun Həsənin əmri ilə müsəlmanların müqəddəs 
kitabı  "Quran"ı  Azərbaycan  dilinə  tərcümə  etmişdilər.  Bu addım  islami  biliklərin 
sadə əhaliyə çatdırılmasında mühüm addım idi. 
Avropa  dövlətləri  və  Rusiya  ilə  daimi  diplomatik  əlaqələr  yaradılmış, 
Təbrizdə  onların  səfirlikləri,  bəzi  Avropa  şəhərlərində  isə  Ağqoyunlu  səfirlikləri 
açılmışdır. 
Geniş quruculuq işləri aparan Uzun Həsəndən dövrümüzə bir çox abidələr 
qalmışdır.  Həsən-Keyf  qalası,  Təbrizdə  Nəsriyyə  məscidi  və  onun  nəzdində 
fəaliyyət  göstərən  mədrəsə,  bir  çox  digər  dini  və  ictimai  binalar  Uzun  Həsən 
tərəfindən  inşa  etdirilmişdir.  Təbrizdə  ucaldılmış  Qeysəriyyə  bazarı  bir  zamanlar 
dünyanın ən böyük üstüörtülü bazarı hesab olunurdu. 
Uzun  Həsənin  sarayında  elmi  məclis  fəaliyyət  göstərir,  burada  58  alim 
çalışırdı.  Onun  yaratdığı  xüsusi  ansamblda  98  musiqiçidən  əksəriyyətini  aşıqlar 
təşkil edirdi. 
Avropa ilə ticarət əlaqələrini günü-gündən genişləndirən Uzun Həsən eyni 
zamanda  kompleks  tədbirlər  həyata  keçirir.  Belə  ki,  Osmanlı  dövləti  Avropaya 
yolları bağladıqda aydın olur ki, ənənəvi Böyük İpək yolu marşrutu qapanıb. Odur 
ki  yolun  mərkəzində  yerləşən Azərbaycana böyük zərər dəyir (digər Şərq ölkələri 
də bundan əziyyət çəkirdi). Uzun  Həsən Qara dənizin cənub sahillərində  yerləşən 
Trabzon imperatorluğu vasitəsilə Avropa ilə əlaqə yaratmağa çalışır. Bu məqsədlə 
o,  imperator  IV  İoanın  qızı  Despinə  xatunla  evlənir.  1461-ci  ildə  osmanlı  qoşunu 
Trabzona  hücum  edəndə  hələ  Qaraqoyunlularla  vuruşmalara  başı  qarışan  Uzun 
Həsən  başda  anası  Sara  xatun  olmaqla  diplomatik  danışıqlara  nümayəndə  heyəti 
göndərir. Osmanlıların yürüşə toplar götürməməsindən xəbərdar olan Uzun Həsən 
danışıqlar yolu ilə onları yubatmaq və bundan istifadə edib qoşunları ilə Trabzona 
doğru  irəliləməyi  planlaşdırır.  Lakin  Trabzon  imperatoru  Trabzonu  osmanlılara 
döyüşsüz  təslim  etdiyindən  Sara  xatunun  missiyası  əhəmiyyətini  itirir.  Bununla 
belə,  1461-ci  ildə  Yassıçəməndə  Ağqoyunlularla  osmanlılar  arasında  müqavilə 
imzalanır:  osmanlılar  Trabzon  şəhərini,  Ağqoyunlular  isə  onun  bütün  xəzinəsini 
götürürlər. 
Avropaya  yol  açmaq  fikrindən  dönməyən  Uzun  Həsən  Aralıq  dənizi 
limanlarından  istifadə  etmək  qərarına  gəlir.  Danışıqlardan  sonra  Venesiya 
Respublikası,  Macarıstan,  Neapol  krallığı,  Papalıq,  Rodos,  Kipr,  Burqundiya 
hersoqluğu,  Qaraman  əmirliyi  ona  qoşulur.  Onlar  müharibə  zamanı  osmanlılara 
qərbdən  zərbə  vuracaqlarına  söz  verirdilər.  1472-ci  ildə  Ağqoyunlu  dövləti  ilə 
Venesiya  Respublikası  arasında  birgə  mübarizə  haqqında  Təbriz  müqaviləsi 
bağlanır.  Digər  Avropa  dövlətləri  bu  müqaviləyə  qoşulmur  və  gözləmə  mövqeyi 
seçirlər. 


81 
 
1472 - 1473-cü illər Ağqoyunlu - Osmanlı müharibəsi hər iki dövlətin var 
qüvvələrinin  səfərbər  edilməsini  tələb  edirdi.  Ağqoyunlu  qoşunu  Osmanlı 
dövlətinin  lap  içərilərinə  qədər  irəliləyir  və  Aralıq  dənizinin  sahilində  yerləşən 
Qaraman  vilayətinə  çatır.  Lakin  Venesiya  öhdəliklərini  yerinə  yetirmədiyi  üçün 
Ağqoyunlu  dövlətinin  planları  pozulur.  1473-cü  ildə  baş  vermiş  birinci  döyüşdə 
(Malatya döyüşü) Uzun Həsən qalib gəlir, lakin ikinci döyüşdə (Otluqbeli döyüşü) 
məğlub  edilir.  Aydın  olur  ki,  Ağqoyunlu  qoşunları  bütün  Osmanlı  dövlətinin 
ərazisini yarıb Avropaya çıxış əldə etmək iqtidarında deyil. 
Bunu başa düşdükdən sonra Uzun Həsən Suriya və ya Gürcüstanı məğlub 
edib,  ya  Aralıq  dənizi,  ya  da  Qara  dəniz  vasitəsilə  Avropaya  çıxış  əldə  etmək 
qərarına gəlir. O, Urfa və  Amid şəhərlərinin  yaxınlığında Suriyanı  nəzarət altında 
saxlayan  Misir  məmlük  dövlətinin  qoşunlarını  məğlub  edir.  Daha  sonra  isə  gürcü 
çarlarını da məğlub edir. Lakin qələbələrinin nəticəsini görə bilmir. 
Uzun  Həsən  1478-ci  ildə  Təbrizdə  vəfat  edib  və  Nəsriyyə  kompleksində 
dəfn olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


82 
 
XV  əsrin  sonu  -  XVI  əsrin  əvvəli  Azərbaycan 
xalqının  iqtisadi-siyasi  və  mədəni  həyatında  yeni 
yüksəliş  dövrü  olmuşdur.  Şah  I  İsmayıl  və  onun 
oğlu    şah  I  Təhmasibin  səyləri  ilə  Təbrizdə  şah 
kitabxanası  nəzdində  məşhur  xəttat  və  rəssamlar  
toplanır.  Onların  fəaliyyəti  çox-çox  əvvəldən 
başlamış  bədii  ənənəni  davam  etdirir  və  Təbriz 
miniatür  məktəbinin  yaranmasına  səbəb  olur. 
XVI-XVII  əsrlərdə  təsviri  sənətin  ən  geniş 
yayılmış,  yüksək  inkişaf  etmiş  növünü  kitab  
miniatürü təşkil edirdi. Elmi  ədəbiyyatda “Səfəvi 
məktəbi”,  “Təhmasib  məktəbi”,  çox  zaman  isə 
“Sultan  Məhəmməd  məktəbi”  adlandırılan  bu 
üslubun  inkişafında  dövrünün ən görkəmli ustad 
sənətkarı 
olan 
Sultan 
Məhəmmədin 
yaradıcılığının müstəsna əhəmiyyəti olmuşdur. 
Sultan Məhəmməd 
           (XVI əsr) 
Digər qədim və orta əsr rəssamları kimi, Sultan Məhəmmədin də həyat və 
yaradıcılığının ilk çağları haqqında ətraflı məlumat verən mənbə yoxdur. Müxtəlif 
salnaməçilər  və  təzkirəçilərin  qeydləri,  üstəlik,  rəssamın  dövrümüzə  qədər  gəlib 
çatmış  əsərləri  bu  böyük  sənətkarın  yaradıcılığını  işıqlandırmağa  imkan  verir. 
Ehtimal  ki,  əslən  Təbrizdən  olan  rəssam  XVI  əsrin  ortalarında  artıq  tanınmışdır; 
misal  üçün:  dövrün  sənət  tarixçisi  və  rəssamı  Dust  Məhəmməd  onun  çəkdiyi 
miniatürlərin  tayı-bərabəri  olmadığını  qeyd  edir,  Budaq  Qəzvini  və  Qazi 
Məhəmməd isə onun "qızılbaşlara aid xüsusiyyətləri hamıdan yaxşı təsvir etdiyini" 
göstərir. 
Nizami  Gəncəvinin  "Xəmsə"sinin  1524-cü  il  əlyazmasına  və  Nəvainin 
divanının əlyazmasına 1527-ci ildə çəkilmiş miniatürlər rəssamın sənət ustalığının 
inkişaf  etməsindən  xəbər  verir.  Obrazların  həlli,  kompozisiyanın  mürəkkəbliyi, 
insan  və  heyvan  fiqurlarının  canlı,  ifadəli  və  dinamik  təsviri  bu  əsərlərin 
püxtələşmiş  qabil  bir  sənətkar  tərəfindən  çəkildiyini  sübut  edir.  Hal-hazırda 
adıçəkilən  əlyazmalar  müvafiq  olaraq  Nyu-Yorkun  Metropoliten  muzeyində  və 
Parisin Milli kitabxanasında qorunur. 
Sultan  Məhəmmədin  təxminən  1535-ci  ildə  Hafizin  divanına  çəkdiyi 
miniatürlərdə adi insanların həyat tərzi ilə bərabər, saray əyanlarının həyat tərzi də 
təsvir  edilib.  Dövrün  tarixçisi  İsgəndər  Münşi  isə  rəssamın  "öz  nəcib  sənətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə