Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   24   25   26   27   28   29   30   31   ...   129

75 
 
almağa  səy  göstərdiklərini  yazırlar.  Lakin  1399-cu  ildə  Əmir  Teymurun 
"yeddiillik"  səfərə  çıxması  onların  bu  cəhdini  boşa  çıxarmışdı.  1400-cü  ilin 
ortalarında Qara Yusif və Sultan Əhməd Osmanlı sultanı Bəyazidə sığınmağa qərar 
verirlər və 8 ay Türkiyədə yaşayırlar

Əmir  Teymurun  Qarabağdan  Osmanlı  sultanına  göndərdiyi  məktublarda 
Qara  Yusifin  öldürülməsi,  təslim  edilməsi,  yaxud  da  ölkədən  çıxarılması  tələb 
edilmişdi.  Osmanlı  sultanı  İldırım  Bəyazid  cavab  məktubunda  Teymurun  bu 
tələblərini  rədd  edərək  ona  sığınmış  bir  qonağın  qovulmasını  amansızlıq  və 
imansızlıq kimi qiymətləndirmişdi. 
1402-ci  ilin  əvvəllərində  Qara  Yusif  Türkiyəni  tərk  edərək  Sultan 
Əhmədin  Bağdadı  ələ  keçirməsinə  yardım  etmiş  və  Hillədə  möhkəmlənmişdi. 
1403-cü  il  iyulun  sonunda  Qara  Yusif  Hillə  yaxınlığında  teymurilərlə  döyüşdə 
böyük  qəhrəmanlıq  göstərsə  də,  məğlub  olmuş  və  Suriyaya  çəkilmişdi.  Lakin 
Teymurun qəzəbindən qorxan yerli hakimin əmri ilə Qara Yusif və Sultan Əhməd 
Dəməşqdə bir il həbsdə qalmışlar. 
Onlar  azadlığa  çıxdıqdan  sonra  daim  bir-birinə  dost  olacaqlarına  and 
içirlər. Aralarındakı anlaşmaya görə, Sultan Əhməd İraqda, Qara Yusif isə doğma 
yurdu Azərbaycanda möhkəmlənəcəyinə qərar verir. 
1405-ci  ildə  Teymurun  vəfatı  xəbəri  gələn  kimi  həbsdən  buraxılan  Qara 
Yusif  ətrafındakı  silahdaşları  ilə  vətəninə  doğru  hərəkət  edir.  O  dövrün 
mənbələrinin  yazdıqlarına  görə,  Qara  Yusif  yolda  ayrı-ayrı  əmirlərlə  180  dəfə 
döyüşə girir və qalib gəlir. Ağqoyunlu Qara Osmanla qarşılaşan zaman Qara Yusif 
ona bu məzmunda məktub göndərmişdir: "Biz hər ikimiz türkük. Bundan sonra bir-
birimizə  qarşı  vuruşmamalı,  bundan  artıq  bir-birimizi  əzməməliyik.  Bizlərdən  hər 
birimiz  düşmənlərimiz  olan  Rum  (yəni  osmanlılar)  və  cağataylarla  (yəni 
monqollar)  vuruşmalıyıq.  Son  Şam  və  Ruma  qarşı,  mən  də  cağataylara  qarşı 
vuruşmalıyıq".  Qara  Yusifin  bu  məktubu  milli  özünüdərkimiz  üçün  mühüm 
əhəmiyyətə malikdir. 
Qara  Yusif  Azərbaycana  hakim  olmaq  üçün  teymurilərin  qüvvələrini 
məğlub  edərək  Azərbaycanda  onların  ağalığına  son  qoymalı  idi.  1406-cı  il 
oktyabrın 14-də Naxçıvanın qərbində Araz çayı sahilində Qaraqoyunlu və Teymuri 
qoşunları  qarşı-qarşıya  gəlirlər.  Bu  zaman  Qara  Yusif  "Bizim  şəxsi 
düşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıq ikimizin 
qarşı-qarşıya gələrək vuruşmasındadır" deyərək düşmən sərkərdəsi Əbu Bəkri açıq 
döyüşə çağırır. Lakin o bu təklifdən imtina edir. Döyüşdə teymuri ordusu məğlub 
olur,  Qara  Yusif  Təbrizə  gəlir.  1408-ci  il  aprelin  21-də  o,  Təbriz  yaxınlığında 
Sərdrud  döyüşündə  Miranşahın  başçılıq  etdiyi  teymuriləri  ağır  məğlubiyyətə 
uğradır. Bu zəfərin mühüm tarixi əhəmiyyəti vardı, çünki bununla da teymurilərin 
Azərbaycandakı ağalığına son qoyulmuşdu. 


76 
 
Azərbaycan  Qaraqoyunlu  dövlətinin  getdikcə  güclənməsindən  narahat 
olan  Sultan  Əhməd  Cəlairi  Qara  Yusifin  Anadoluya  getməsindən  istifadə  edərək 
Təbriz üzərinə hücum etmiş, bununla nəinki Qara Yusiflə  bağladığı  əhdi pozmuş, 
həmçinin İraqda möhkəmlənməsində də dostu Qara Yusifin ona göstərdiyi yardımı 
lazımi  səviyyədə  qiymətləndirməyi  bacarmamışdı.  1410-cu  il  avqustun  30-da 
Təbriz  yaxınlığındakı  Əsəd  kəndində  tərəflər  arasında  baş  verən  döyüşdə  Qara 
Yusif  tam  qələbə  qazanaraq  Cəlairi  monqol  dövlətinə  son  qoymuş  və  beləliklə 
mərkəzi  Təbriz  şəhəri  olan  Azərbaycan  Qaraqoyunlu  dövlətinin  yaradılması 
rəsmiləşdirilmişdi. 
Qara  Yusif  Təbrizdə  Azərbaycanın  tanınmış  adamlarından  topladığı 
məclisdə oğlu Pir Budağı sultan, özünü isə oğlunun vəkili elan etmişdir. 
Qara  Yusif  1412-ci  il  dekabrın  19-da  Kür  çayı  sahilində  şirvanşah 
İbrahimi  və  Şəki  hakimi  Seyid  Əhmədi  məğlub  edərək  Şəki  və  Şirvanı  özündən 
asılı vəziyyətə salmışdır. Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif 
dövrünün görkəmli sərkərdələrindən və tanınmış simalarından biri olmuşdur. Onun 
çox  mükəmməl  sərkərdə  olmasını,  igidliyini  başda  teymurilər  olmaqla  bütün 
düşmənləri  də  etiraf  etmişlər.  Qara  Yusifin  qələbələri  artıq  bütün  Şərqdə 
"Azərbaycan qoşununun tüğyanı" kimi qiymətləndirilirdi. 
Qara  Yusif  ölkəsində  quruculuq  işlərinə  xüsusi  diqqət  yetirmiş,  əhaliyə 
xoş  münasibət  göstərərək  onları  daim  diqqətdə  saxlamışdır.  Qara  Yusif  savadsız 
olsa  da,  ləyaqətli  insanları  lazımi  səviyyədə  qiymətləndirməyi  bacarmış  və  onlara 
xidmətlərinə  görə  etibar  etmişdir.  O  dövrün  qayrıaqları  oxlaq  və  din  baxımından 
Qara Yusifin kamil bir şəxsiyyət olduğunu göstərirlər. Osmanlı tarixçiləri yazır ki, 
Qara Yusif qan tökməyə və zülm etməyə meyilli deyilmiş. 
Qara  Yusifin  mövqeyinin  getdikcə  güclənməsi  Orta  Asiya  teymuri 
hökmdarı  sultan  Şahruxu  narahat  edir.  Sultan  Şahrux  Azərbaycanı,  İraqı  Qara 
Yusifin əlindən almaq və onu asılı bir hökmdar halına salmaq məqsədi ilə 1420-ci 
il  avqustun  25-də  Heratdan  200  minlik  ordu  ilə  Azərbaycana  yürüşə  başlayır. 
Sultan  Şahruxun  qaraqoyunlularla  döyüşdən  qabaq  qələbə  naminə  Quranın  Fəth 
surəsini  12  min  dəfə  əsgərlərinə  oxutdurması  faktı  onun  Qara  Yusifə  necə 
təhlükəli, ciddi bir rəqib kimi baxdığını təsdiq edir. 
Teymuri hökmdarı Şahruxla savaşa qərar verən Qara Yusif xəstə olmasına 
baxmayaraq,  ordusunun  Təbrizdə  toplanmasına  qərar  verir.  O,  döyüşə  getməzdən 
öncə  oğlanlarına  yazdığı  məktublarda  teymuri  ordusundan  çəkiniləcək  bir  şeyin 
olmadığını  güstərir.  Şübhəsiz,  teymurilərin  hərb  üsullarını,  döyüş  qaydalarını, 
qüvvətli  və  zəif  tərəflərini  onun  qədər  bilən  olmamışdır.  Mənbələr  yazır  ki,  o 
dövrün  heç  bir  hökmdarının  qoşunu  Qara  Yusifin  ordusu  qədər  yaxşı  silahlanmır 
və  ərzaqla  təmin  edilmirdi,  dövrün  heç  bir  sərkərdəsi  Qara  Yusif  qədər  əsgərinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə