Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   25   26   27   28   29   30   31   32   ...   129

77 
 
hərbi  təlim  keçmirdi.  Mənbələr  Qara  Yusifin  müəyyən  hərbi-taktiki  planlar 
hazırlaması haqda da xəbər verirlər. 
Qara  Yusif  Təbrizdən  ayrılarkən  xəzinəsindəki  bütün  qızıllarını 
əsgərlərinə  paylayır.  Qaraqoyunlu  qoşunu  Təbrizdən  cənubda  Ucan  şəhərinin 
şimal-qərbində yerləşən Səidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha 
da  ağırlaşır.  O,  1420-ci  il  noyabrın  13-də  65  yaşında  vəfat  edir.  Beləliklə,  sultan 
Şahruxla gözlənilən döyüş baş tutur. Qara Yusifin cəsədi oğlu Cahanşah tərəfindən 
Ərcişə aparılaraq atasının yanında dəfn edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


78 
 
Uzun  Həsənin  adı  çəkiləndə  çox 
zaman  onun  uzun  olması,  Ağqoyunlu 
dövlətinin  əsasının  qoyması  yada  salınır. 
Lakin,  çox  az  adam    bilir    ki,  məhz  o, 
pərakəndə 
olan 
qanunları 
vahid 
“Qanunnamə”  çərçivəsində  birləşdirərək 
indiki hüququ kodekslərin əsasını yaratmış,  
islami bilikləri sadə əhaliyə çatdırmaq üçün 
“Quran”  kitabını  Azərbaycan  türkcəsinə 
tərcümə 
etdirmiş,  həmçinin  apardığı  
müharibələr  vasitəsilə  ticarət  yollarını  və 
limanları  nəzarət  altına  almış  və  beləliklə, 
Azərbaycanın  gələcəkdə  inkişafını  təmin 
etməyə çalışmışdır.    
Azərbaycan  tarixinə  Uzun  Həsən 
uzaqgörən  siyasətçi,  mahir  diplomat, 
bacarıqlı  sərkərdə,  qanunlar  toplusu  tərtib 
etməklə  mərkəzləşdirilmiş  dövlət  qurmağa 
çalışan 
padşah,  həmçinin  quruculuq 
işlərinə,  elm  və  mədəniyyətə  himayədarlıq  
edən hökmdar kimi daxil olmuşdur.  
 
Uzun Həsən  
(1424-1478) 
Nüsrətəddin  Əbu-Nəsr  Həsən  bəy    1424-cü  ildə  Azərbaycanın  bayandur 
tayfasında  anadan  olmuşdur.  Hələ  erkən  orta  əsrlər  dövründə  Azərbaycan  
ərazisində    məskunlaşmış  bu    türkdilli  tayfa  səlcuqların  və  monqolların  yürüşləri 
nəticəsində  Göyçə  gölü,  Şərqi  Anadolu  sərhədi  və  Dəclə  və  Fəratın  yuxarı  axarı 
arasında möhkəmlənmişdi. XIV əsrin sonunda fəallaşan tayfa tədricən Ağqoyunlu 
tayfa  birliyi  adı  ilə  tanınan  türkdilli  tayfalardan  ibarət  güclü  ittifaq  yaratmışdır. 
Həsən bəy bu tayfa birliyini idarə edən ailədə anadan olmuşdur. 
Həsən  bəy  uşaq  yaşlarından  hərb  işinə  aludə  olmuşdur.  Uca  boyu, 
fövqəladə fiziki gücü və eyni zamanda nəhəng zahiri görkəmi ona "Uzun Həsən" 
adının verilməsinə səbəb olmuşdur. Onun uşaqlıq və gənclik illərini təsvir edən XV 
əsr salnaməçisi Əbu-Bəkr Tehrani yazırdı ki, Uzun Həsən olduqca sadə həyat tərzi 
sürür,  bəy  olsa  da,  təkcə  bəylərlə  deyil,  sadə  insanlarla  da  əlaqə  saxlayır,  durub-
otururdu.  Hamı  ilə  birlikdə  əziyyətlərə  qatlaşan  Uzun  Həsən  özünə  qarşı  hansısa 
xüsusi  şəraitin  yaradılmasını  tələb  etmir  və  bununla  dövrün  bir  çox 
şahzadələrindən  seçilirdi.  1434  -  1453-cü  illərdə  dövlət  yaratmağa  yaxın  olan 
Ağqoyunlu  tayfa  birliyi  bu  yolda  qonşu  və  qohum  tayfa  birliyi  olan 
Qaraqoyunluların  yaratdığı  eyniadlı  dövlətlə  toqquşur  və  Azərbaycanda 


79 
 
məhkəmlənə  bilmir.  Bununla  belə,  Diyarbəkri  özünə  mərkəz  seçən  tayfa  birliyi 
regiona nəzarət etmək fikrindən dönmür. 
1453-cü  ildə  Uzun  Həsənin  atası  vəfat  edəndən  sonra  anaları  Sara  xatun 
oğulları arasında  az qala  başlanacaq ara  müharibəsinin qarşısını alır. Öz  biliyi  və 
müdrikliyi  ilə  seçilən  bu  qadın  Azərbaycanın  orta  əsr  tarixində  xüsusi  yer  tutur. 
Tayfa  birliyinin  başında  möhkəmlənən  Uzun  Həsən  regionun  ticarət  yollarını 
nəzarət altına almaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Artıq bu dövrdə 
o,  dəfələrlə  sayca  üstün  olan  düşməni  məğlub  edərək  mahir  sərkərdə  kimi  şöhrət 
tapır. Döyüşlərdə müxtəlif hərbi hiylələr tətbiq edən Uzun Həsən özü də bilavasitə 
hərb  meydanında  iştirak  edirdi.  Ağqoyunlu  tayfa  birliyinin  genişlənməsi  və 
möhkəmlənməsi Qaraqoyunlu dövlətinin başçısı padşah Cahanşahı narahat edir və 
o,  1467-ci  ildə  Uzun  Həsənə  qarşı  yürüş  başlayır.  Həmin  ildə  Muş  döyüşündə 
Uzun  Həsən  qalib  gəlir,  Cahanşah  həlak  olur.  1468-ci  ildə  Təbrizi  tutan  Uzun 
Həsən  Qaraqoyunlu  dövlətini  ləğv  edir,  əvəzinə  Azərbaycan  Ağqoyunlu  dövlətini 
yaradır. 
Bu  dövrdə  Azərbaycana  Teymurilər  dövlətinin  başçısı  Əbu  Səid  yürüş 
edir.  Onun  məqsədi  Əmir  Teymurun  dövlətini  bərpa  etmək,  Azərbaycanı  və  ətraf 
əraziləri  zəbt  etmək  idi.  Özünü  mahir  diplomat  kimi  göstərən  Uzun  Həsən  Əbu 
Səidin müttəfiqlərini ondan uzaqlaşdırmış, özü isə Ərdəbil hakimi Şeyx Heydər və 
şirvanşah  Fərrux  Yasarın  qismində  müttəfiq  qazanmışdı.  Nəticədə  1469-cu  ilin 
əvvəllərində  baş  vermiş  Mahmudabad  döyüşündə  Əbu  Səid  məğlub  edilir  və 
öldürülür. 
Mərkəzləşmə  siyasəti  yürüdən  Uzun  Həsən  Azərbaycan  Ağqoyunlu 
dövlətini  gücləndirmək  məqsədi  ilə  bir  sıra  tədbirlər  həyata  keçirmişdir.  Ölkənin 
iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq məqsədi ilə onun 
başçılığı  altında  "Qanunnamə"  adlı  qanunlar  toplusu  yazılmışdır  (ona  "Həsən 
padşah  qanunları"  da  deyilir).  Dövlətin  məşhur  iqtisadçı  və  hüquqşünasları 
tərəfindən burada toplanmış qanunlar dövrün tələblərinə tam cavab verirdi. Belə ki, 
sonralar  Səvəfi  hökmdarları  və  Osmanlı  sultanı  Sultan  Süleyman  öz  qanunlarını 
tərtib  edərkən  Uzun  Həsənin  "Qanunnamə"sindən  istifadə  etmişdilər.  Görülən 
tədbirlər  sayəsində  hərbi-köçəri  əyanların  imtiyazları  məhdudlaşdırıldı,  mərkəzi 
hakimiyyətə  qarşı  çıxanlar  məğlub  edildi.  Daimi  nizami  qoşun  yaratmaq  məqsədi 
ilə qoşunlara aylıq məvacib təyin edildi. 
Uzun  Həsənin  dövründə  dövlətin  ərazisi  Qafqaz  sıra  dağlarından  Fars 
körfəzinədək, Xorasandan Mərkəzi Anadoluyadək uzanmışdır. 
Uzun  Həsənin  dini  siyasəti  ölkənin  möhkəmlənməsinə  yönəldilmişdi: 
dövlətin əsas dininin faktiki sünnilik olmasına baxmayaraq şiələr təqib olunmurdu. 
O  hətta  bacısını  şiələrin  lideri  Şeyx  Cüneydə,  qızı  Aləmşah  Bəyimi  isə  (I  Şah 
İsmayılın anası) Cüneydin ölümündən sonra onun oğlu Şeyx Heydərə ərə vermişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə