Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   23   24   25   26   27   28   29   30   ...   129

72 
 
həvəslə  hürufiliyin  əsas  müddəalarını  yaymağa  başlayır.  Şairlik  istedadı  bu  işdə 
ona  kömək  edirdi.  Faktik  olaraq  İmadəddinin  şeirləri  hürufi  fikirlərin  sürətlə 
yayılmasına  səbəb  olur,  o  özü  isə  Nəiminin  sağ  əli  kimi  qəbul  edilirdi.  O  hətta 
ustadına hörmət əlaməti olaraq Nəimi adı ilə həmahəng olan "Nəsimi" adını özünə 
təxəllüs seçir ("nəsim" - "xəfif səhər küləyi" deməkdir). 
Fəzlullah  Nəimi  1394-cü  ildə  həbs  edilmiş  və  Naxçıvan  ərazisində 
teymurilər  tərəfindən  işgəncə  ilə  edam  olunmuşdur.  Ölümündən  əvvəl  yazdığı 
"Vəsiyyətnamə"yə əsasən o, Nəsimini öz davamçısı elan etmişdir. 
Müəlliminin  vəsiyyətini  yerinə  yetirən  Nəsimi  özü  üçün  təhlükəsiz  olan 
Şirvandan çıxmış və Təbrizə, ordan isə Anadoluya yollanmışdır. 
Nəsimi  yaradıcılığa,  dediyimiz  kimi,  lirik,  aşiqanə  şeirlərlə  başlamışdır. 
Onun  şeirlərində  məhəbbət,  insan  gözəlliyinin  tərənnümü  əsas  yer  tutur.  O 
həmçinin  acgözlük,  paxıllıq,  xudpəsəndlik,  riyakarlıq,  vəfasızlıq  kimi  yaramaz 
sifətləri  pisləmişdir.  Tədricən  püxtələşən  şair  öz  əsərlərində  siyasi,  ictimai,  əxlaqi 
mövzulara  daha  geniş  yer  ayırmağa  başlayır.  Hakim  təbəqənin  zülm  və 
ədalətsizliyini,  özbaşınalıqlarını  cəsarətlə  göstərən  şair  haqsızlıqlara  qarşı  üsyan 
edirdi. O, insanı yaradıcı varlıq kimi görmək istəyir, onu ilahiləşdirirdi. 
Nəsiminin  bədii  yaradıcılığı  Azərbaycan  şerinin  şəkli  xüsusiyyətlərinin 
təkmilləşməsində  mühüm  rol  oynamışdır.  Əruz  vəzninin  Azərbaycan  dilinin 
xüsusiyyətlərinə  uyğunlaşdırılması,  daxili  və  rədif  qafiyələrdən,  mürəkkəb  və 
dolğun  cinaslardan  uğurla  istifadə  edilməsi  Nəsimi  poetikasının  üstünlükləridir. 
Nəsimi  Azərbaycan  ədəbiyyatında  ana  dilində  ilk  dəfə  müstəzad,  mürəbbe  və 
tərcibəndlər  yazmışdır.  Onun  qəzəlləri,  rübailəri,  tüyuğları  bədii  quruluş  və 
məzmunca orijinal və qiymətlidir. 
Nəsiminin şeirləri hələ sağlığında bütün Yaxın Şərqdə - İraqda, Suriyada, 
Kiçik  Asiyada,  Orta  Asiyada,  hətta  Uzaq  Şərqdə  yaşayan  uyğurlar  arasında  çox 
populyar  olmuşdur.  Onun  əsərlərinin  üzü  köçürülür  və  insanlar  arasında  geniş 
yayılırdı.  Nəsiminin  qəzəllərindən  çox  vaxt  aşıqlar  da  istifadə  etmiş,  bu  da 
qəzəllərin  şifahi  xalq  ədəbiyyatı  yolu  ilə  yayılmasına  səbəb  olmuşdur.  Onun  ana 
dilində yazdığı şeirlər XV əsr Azərbaycan şairi Cahanşah Həqiqi, XVI əsr şairləri 
Xətai,  Füzuli,  XVIII  əsr  şairi  Vaqifin  poetikasına  böyük  təsir  göstərmişdir. 
Osmanlı şairi Rəfii, türkmən şairləri Məhdumqulu və Əndəlib, özbək şairləri Əsiri 
və  Nəvai  Nəsimini  öz  ustadları  kimi  qəbul  etmiş,  onun  irsini  sənətkarlıq 
baxımından  öyrənmişlər.  Onun  "əlif-lam"  və  "tərs  əlifba"  adlanan  şeirləri  maraq 
doğurur.  Hər  beyti,  bəzən  də  hər  misrasının  ilk  kəlməsi  ərəb  əlifbasının  sırasına 
uyğun hərflərlə başlayan belə əsərlər daha çox aşıqlar tərəfindən sevilirdi. 
Nəsiminin  bədii  yaradıcılığı  Azərbaycan  poeziyasını  zənginləşdirməklə 
bərabər,  xalqımızın  ədəbi  dilini  də  inkişaf  etdirmişdir.  O,  Azərbaycan 
ədəbiyyatında ana dilində yazılan ilk fəlsəfi qəzəlin müəllifidir. Canlı xalq danışıq 


73 
 
dilinin imkanlarından bacarıqla  istifadə  edən Nəsimi klassik poeziya  dilinin bədii 
ifadə vasitələrini də məharətlə işlətmişdir. 
Hürufiliyi  yaydığına  görə  dəfələrlə  həbs  edilən  Nəsimi  məsləkindən 
dönmürdü. Anadoludan  Aralıq dənizinin  şərq sahillərinə  keçən Nəsimi burada  da 
hürufi fikirlərini yayırdı. Lakin Suriyanın Hələb şəhərinə çatdıqda o həbs edilir və 
Misir  sultanının  əmri  ilə  1417-ci  ildə  elə  Hələb  şəhərində  edam  olunur.  Onun 
ölümü  ilə  bağlı  rəvayətlərdə  fədakar  şairin  ölüm  ayağında  özünü  mərdliklə 
aparması və məsləkindən dönməməsi göstərilir. Rəvayətə görə, Nəsimi "Ağrımaz" 
rədifli məşhur qəzəlini elə edam zamanı söyləmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


74 
 
Azərbaycan    Qaraqoyunlu  dövlətinin 
hökmdarı  Cəmaləddin  Qara  Yusif  Barani  xalq 
arasında    daha    çox  “Qara  Yusif”  kimi  tanınır. 
XV 
əsr  tarixi-fəlsəfi 
mahiyyətinə 
görə 
tariximizin  dönüş  mərhələsi  ola    bilər. 
Azərbaycan    türklərinin  milli  inkişaf  tarixində 
bu dövrün xüsusi yeri var. Monqol dövlətlərinin 
uzunmüddətli  hökmranlığından  sonra  məhz  XV 
əsrin  əvvəllərində  Azərbaycanda  yadellilərin 
ağalığına  son  qoyulmuş,  oğuz-türk  dövlətçilik 
ənənəsi 
bərpa 
edilmişdir. 
Azərbaycanda  
Qaraqoyunlu  və  onu  əvəz  edən  Ağqoyunlu 
dövlətlərinin  yaranması  ilə  ölkəmizdə  oğuzlar 
(türkmanlar)  artıq    yalnız  etnik  cəhətdən  deyil, 
həm  də  siyasi  baxımdan  hakim  mövqe 
qazandılar. Azərbaycanda Teymuri ağalığına son 
qoyulması 
və 
dövlətçiliyimizin 
bərpa 
edilməsində  Qaraqoyunlu  Qara  Yusifin  tarixi 
xidmətləri əvəzsizdir.  
Azərbaycan  tarixinə  Cəmaləddin  Qara 
Yusif Barani Azərbaycanda monqol və Teymuri 
ağalığına son qoymuş, Azərbaycan dövlətçiliyini 
bərpa  etmiş,  Qaraqoyunlu  dövlətinin  əsasını 
qoymuş  görkəmli  dövlət  xadimi  və    sərkərdə 
kimi daxil olmuşdur. 
Cəmaləddin Qara Yusif Barani  
(1355-1420) 
 
Qara  Yusif  1389-cu  ildə 
atası 
Qara 
Məhəmmədin 
öldürülməsindən  sonra  mərkəzi 
Ərciş  qalası  olan  Qaraqoyunlu 
tayfa  birliyinə  etmişdir.  Möhkəm 
iradə  sahibi  olan  Qara  Yusif 
rəqiblərinin  müqavimətini  qırıb 
qaraqoyunluların  nüfuzunu  daha 
da  artırmış  və  bölgədə  yaranmış  əlverişli  vəziyyətdən  faydalanaraq  1391-ci  ildə 
Təbriz  şəhərini  ələ  keçirmişdi.  Bu  zaman  Azərbaycanda  monqol  mənşəli  Cəlairi 
dövləti  hakimiyyətdə  idi,  şərq  tərəfdən  isə  Əmir  Teymurun  qoşunları  hücumlar 
edirdi. 
Əmir  Teymurun  yürüşü  zamanı  Cəlairi  hökmdarı  Sultan  Əhmədlə  Qara 
Yusif  arasında  düşmənə  qarşı  ittifaq  bağlanmışdı.  Əmir  Teymurun  ordusu 
Azərbaycanı  fəth  edən  zaman  ona  müqavimət  göstərən  başlıca  qüvvə  məhz 
qaraqoyunlular olmuşdu. Əmir Teymurun Qızıl Orda xanı Toxtamışa qarşı yürüşə 
başlamasından  istifadə  edən  Qara  Yusif  doğma  yurdunu  düşməndən  azad  etmək 
üçün hərəkət etmişdi. O, Avnik qalasında Teymuri qüvvələrini məğlub edərək əmir 
Atlamışı  əsir  almışdı.  Dövrün  mənbələri  Əmir  Teymurun  Hindistan  səfərində 
olmasından  faydalanan  Qara  Yusif  və  Sultan  Əhmədin  itirilmiş  torpaqlarını  geri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə