Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   19   20   21   22   23   24   25   26   ...   129

62 
 
Nəsirəddin  Tusi  1274-cü  ildə  Bağdada  səfəri  zamanı  vəfat  emiş  və 
Bağdaddakı  "Cəlil  məscid"də  dəfn  olunmuşdur.  Onun  qəbrinin  üstündə 
yazılmışdır:  "Elmin  köməkçisi,  elm  ölkəsinin  şahı  -  dövr  anası  belə  oğul  hələ 
doğmamışdır". 
 
 
 
 
 
 
 


63 
 
Orta  əsr  Şərqində ən böyük musiqiçi və 
musiqişünasın  kim  olması    barədə  sual  ortaya  
çıxanda, şübhəsiz, Səfiəddin Urməvinin  adı çəkilir. 
Onun  ud    çalmaq    məharəti  haqqında  müsəlman 
Şərqində 
rəvayətlər 
danışılırdı. 
 
Musiqi 
nəzəriyyəsini  öyrəndikdən  sonra    Şərq    musiqi 
yazılış  sistemini  yaradan    Səfiəddin    onu  özünün 
“Kitan-əl  Ədvar”  əsərində  təsvir    etmişdir.  XIII 
əsrdə  Qütbəddin  Şirazi,  XIV    əsrdə  Əbdülqadir 
Marağayi  və  Məhəmməd  əl-Curcani,  XV  əsrdə  
Əbdürrəhman    Cami  onun  yaratdığı  sistemi    açan  
əsərlər yaratmışdır.  Urməvinin  əsərini türk dilində 
XV  əsrdə  Şükrullah  Əhmədoğlu  tərcümə  etmişdir. 
Sonralar  o, fransız dilində tərcümə olunmuşdur.  
Azərbaycan    tarixinə  Səfiəddin  Urməvi  Şərq  
musiqi  sistemini  yaratmış  musiqişünas,  musiqi 
nəzəriyyəsinin  bilicisi,  bəstəkar,  mahir  ifaçı  və 
pedoqoq  kimi daxil olmuşdur. 
 
Səfiəddin Urməvi 
(1216-1294) 
Səfiəddin  Əbdülmömin  ibn  Yusif  Urməvi  1216-cı  ildə  Azərbaycanın 
qədim mədəniyyət mərkəzi Urmiya şəhərində anadan olmuşdur. O dövrdə bu şəhər 
Azərbaycan  Atabəyləri  dövlətinin  tərkibində  idi.  Elm  və  mədəniyyətin  inkişafına 
daim diqqət yetirən dövlət başçılarının səyləri nəticəsində şəhərdə çoxlu məktəb və 
mədrəsə fəaliyyət göstərirdi. 
İlkin  təhsilini  Urmiyada  alan  Səfiəddin  burada  da  mədrəsəyə  gedir  və 
mədrəsədə  oxuduğu  dövrdə  musiqinin  əsasları  ilə  tanış  olur.  Burada  o,  bir  neçə 
musiqi alətində çalmağı öyrənir. Lakin onun ən çox sevdiyi alət ud idi. Urmiyada 
mədrəsədə təhsilini bitirdikdən sonra Urməvi Bağdada köçərək bu şəhərdə təhsilini 
davam  etdirmək  qərarına  gəlir.  O  dövrdə  bütün  Yaxın  və  Orta  Şərqin  elm  və 
mədəniyyət  mərkəzi  sayılan  Bağdad  şəhərində  müsəlman  dünyasının  ən  görkəmli 
şəxsiyyətləri fəaliyyət göstərir və buranın mədrəsələri ən yüksəksəviyyəli mədrəsə-
universitet hesab olunurdu. 
Bağdada  gələn  Səfiəddin  dövrün  ən  məşhur  universiteti  sayılan 
Müstənsəriyyə universitetində təhsilini davam etdirir. Burada oxumaqla bərabər, o, 
xəttatlıqla da məşğul olur. Qısa müddət ərzində mahir xəttat kimi tanınan Səfiəddin 
müsəlman  dünyasının  mənəvi  lideri,  Bağdad  xilafətinin  dövlət  başçısı  xəlifə  əl-
Müstəsimin  saray  katibliyinə  dəvət  alır  və  burada  çalışmağa  başlayır.  Əmək 


64 
 
fəaliyyətinə  katib  kimi  başlayan  Səfiəddin  özünü  təkcə  mahir  xəttat  kimi  deyil, 
həm  də  olduqca  təmiz  və  ürəyiaçıq  insan  kimi  göstərir.  Katiblikdə  pillə-pillə 
yüksələn Səfiəddin əvvəlcə dövlətin baş xəttatı, sonra isə saray kitabxanasının rəisi 
vəzifəsinə təyin edilir. Bu, olduqca məsuliyyətli bir vəzifə idi, çünki kitabxana rəisi 
katiblərin,  xəttatların  fəaliyyətinə  nəzarət  etməli,  üstəlik,  aydınlıq  tələb  edilən 
məsələlərə  dair  dövlət  rəhbərinə  qısa  və  eyni  zamanda  ətraflı  rəy  vermək  üçün 
kifayət qədər bilikli olmalı idi. Saray işləri ilə bərabər, o, musiqi ilə məşğuliyyətini 
davam etdirirdi. İmkan düşdükcə udda məşq edən Səfiəddin təkcə yaxın dostlarına 
sirrini  açmışdı.  Dostlarından  biri,  Bağdadın  məşhur  xanəndəsi  Lizax  xan  məşqlər 
zamanı    öz  mahnılarını    Səfiəddin  Urməvinin  müşayiəti  ilə  oxuyurdu.  Onun 
sarayda  çıxış  etmək  təklifini  Səfiəddin  qəbul  etmir  və  özünün  peşəkar  musiqiçi 
olmadığını  bildirirdi.  Bununla  bərabər,  Səfiəddin  bir  neçə  məşhur  şeirə  mahnı 
bəstələmişdi  ki,  onları  da  Lizax  xan  məmnuniyyətlə  ifa  edirdi.  Xəlifə  qarşısında 
çıxışlarının  birində  o,  gözlənilmədən  Səfiəddinin  mahnılarından  birini  oxuyur. 
Xəlifə təəccüblə bu gözəl musiqini heç vaxt eşitmədiyini bildirir və onun müəllifi 
ilə  maraqlandıqda  xanəndə  Səfiəddini  göstərir.  Bundan  sonra  xəlifə  Səfiəddinin 
daim saray konsertlərində çıxış etməsini xahiş edir. 
Əksər  tədbirlərdə  ud  ifaçısı  kimi  çıxış  edən  Səfiəddin  Urməvinin  ud 
çalmaq  qabiliyyətindən  Bağdadda  rəvayətlər  danışılırdı.  Rəvayətlərin  birinə  görə, 
40  gün  susuz  qalmış  dəvə  su  hovuzundan  su  içməyə  başlayanda  Səfiəddinin  ud 
çaldığını eşitmiş və su içməyini dayandırmışdır. Hər dəfə musiqi dayananda dəvə 
su içir, musiqi səslənəndə isə diqqətlə qulaq asırdı. Musiqi bitəndən sonra dəvənin 
gözləri yaşarmışdır. Digər bir rəvayətə görə, bir dəfə bağda Səfiəddin şagirdlərinə 
ud çalmağı öyrədəndə budaqların birinə bülbül qonur və başlayır ud ifasına qulaq 
asmağa. İfa  o dərəcədə onun  xoşuna  gəlir  ki, bülbül qonur Səfiəddinin  yanına  və 
onun müşayiəti ilə öz quş dilində mahnısını ifa edir. 
Çoxsaylı  tələbələri  olan  Səfiəddin  qısa  müddət  ərzində  kamil  müəllim 
kimi  məşhurlaşır.  Dövrün  bir  çox  musiqişünasları  onun  tələbələri  olmuşlar.  XIII 
əsrin  sonu  -  XIV  əsrin  əvvəllərində  fəaliyyət  göstərmiş  görkəmli  Azərbaycan 
musiqişünası Əbdulqədir Marağayi özünün "Maqasidul-Alxan" əsərində yazırdı ki, 
ondan  başqa  Səfiəddin  Urməvinin  tələbələri  arasında  məşhur  musiqiçilər 
Şəmsəddin  Suxravərdi,  Əli  Sitan,  Həsən  Zəfər,  Xisaməddin  Qutluq  Buğa  və 
başqaları vardır. 
Səfiəddin  Urməvi  iki  yeni  musiqi  aləti  icad  etmişdi  ki,  onlar  da  udun 
təkmilləşdirilmiş  variantları  idi.  "Muzxa"  musiqi  aləti  tetraqonal  formada  söyüd 
ağacından düzəldilmiş gövdə və üzərinə taxılmış 81 simdən ibarət idi. Sırf muğam 
ifaları  üçün  nəzərdə  tutulmuş  "Muğani"  musiqi  aləti  müasir  rübaba  bənzəyirdi, 
lakin onun gövdəsi böyük idi, özü də şaftalı ağacından düzəldilməli idi. Alətin 33 
simi var idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə