Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   16   17   18   19   20   21   22   23   ...   129

54 
 
Surx türbələri, Dəmavənddə Şeyx Şibli türbəsi, Axanqanda (Məşhəd yaxınlığında) 
türbə, Əlincə çayı üzərində Şeyx Xorasan türbəsi indiyənədək qalmaqdadır. 
Şərq  memarlığı  və  incəsənəti  üzrə  məşhur  mütəxəssis  M.V.Alpatov 
demişdir: "XII əsr ustalarının Naxçıvanda yaratdıqları Mömünə xatın türbəsi nadir 
gözəllik  və  zəriflik  abidəsidir.  Mömünə  xatın  türbəsi  Şərqin  ən  gözəl  klassik 
əsərləri  -  Firdovsinin  "Şahnamə"  və  Nizaminin  "Leyli  və  Məcnun"  əsərləri  kimi 
əbədidir". 
Azərbaycan  memarlığının  görkəmli  nümayəndəsi  Əcəmi  Əbubəkr  oğlu 
Naxçıvani  memarlıq  sənətimizə  riyazi  təfəkkürlə  bərabər,  zəriflik,  oynaqlıq, 
bədilik gətirmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


55 
 
Azərbaycan  torpaqlarına    göz    dikən 
ermənilər 
 
xalqımızın 
mədəni 
irsini 
özününküləşdirməklə  bərabər,    tariximizə  də 
təcavüz    edirlər.    Onlar    hətta    tarixi 
şəxsiyyətlərimizi 
belə 
erməniləşdirməkdən 
çəkinmirlər.    Belə  şəxsiyyətlərdən  biri  də  
Qafqaz  Albaniyasının  Mehranilər    sülaləsindən 
olan  və  XIII  əsrdə  Qarabağda    fəaliyyət 
göstərmiş Həısın Cəlal  adlı knyazdır. Ermənilər  
onu  “Həsən  Cəlalyan”    adı  ilə  qələmə  verir, 
onun bütün təbdirlərini özününküləşdirir, ondan  
miras    qalan  abidələri    kimi  dünyaya    təqdim 
edir  və  abidələrdə  olan  milli  ornametlərimizi, 
alban yazılarının məhv edirlər.  
Azərbaycan  tarixinə  Həsən  Cəlal 
monqolların  hakimiyyəti  illərində    albanların 
milli-mədəni  irsinin  qoruyub-saxlamış  başçı,  
tarixdə  “Alban    Renessansı”  adı  ilə  tanınan  
tədbirləri  həyata    keçirmiş  hökmdar    kimi  daxil 
olmuşdur.  
 
Həsən Cəlal 
(1215-1261) 
Azərbaycan 
Ərəb 
xilafətinin  tərkibinə  qatılanda 
ərəblər  Şimali  Azərbaycan  -  Albaniyada  yaşayan  xristianlarla  çox  mülayim 
davranmış,  buradakı  qeyri-müsəlmanlara  qoyulan  cüzi  vergi  müqabilində  onlara 
dini  ayinlərini  icra  etməkdə  heç  bir  maneçilik  törətməmişdilər.  Tədricən  bütün 
Azərbaycan islam dinini qəbul edəndə alban  mənşəli xristianlar  əsasən Qarabağın 
dağlıq  ərazilərində  cəmləşmişdilər.  Beləliklə,  faktik  olaraq  burada  alban  xristian 
kilsəsinin  mərkəzi  yaradılır.  Alban  kilsəsi  dünyanın  başqa  xristian  kilsələrindən 
tam  müstəqil  şəkildə  fəaliyyət  göstərirdi.  Ərəb  xilafəti  parçalanandan  sonra 
Azərbaycan  dövlətlərinin  başçıları  da  eyni  siyasəti  yürüdür,  Dağlıq  Qarabağda 
albanların yaşamasına heç bir maneçilik törətmirdilər. Bu da təbii idi, çünki Dağlıq 
Qarabağda yaşayan albanlar Azərbaycanın müsəlman əhalisindən təkcə dinləri ilə 
fərqlənirdilər.  Onların  milli  mənsubiyyəti,  dili,  adət-ənənələri  eyni  idi,  onlar 
özlərini  xalqımızın  tərkib  hissəsi  kimi  qəbul  edirdilər.  Hələ  qədim  dövrlərdən 
başlayaraq  Qarabağın  dağlıq  hissəsi  alban  mənbələrində  Arsax  (yəni  Ərsak, 
"Saklar  ölkəsi"),  yunan-Roma  mənbələrində  isə  Orxistena  adlanırdı.  Eləcə  də 
Zəngəzurun  qədim  alban  mənbələrində  Sünik  adı  məlum  idi.  Qarabağın  dağlıq 
hissəsinin ayrı-ayrı vilayətlərində, həmçinin Zəngəzurda xırda xristian knyazlıqları 
yaranmışdı.  Onların  arasında  Sünik  knyazlığı  nisbətən  daha  güclü  idi.  Alban-


56 
 
xristian knyazları həmişə Azərbaycanın müsəlman hökmdarları ilə normal əlaqədə 
olmuş,  knyazlıqlar  həmin  Azərbaycan  müsəlman  dövlətlərinin  tərkib  hissəsi 
sayılmışlar. 
XII  əsrin  sonlarında  Sünik  knyazlığı  tam  zəifləyir  və  belə  şəraitdə  Xaçın 
knyazlığı  güclənməyə  başlayır.  Xaçın  knyazlığı  Qarabağda  Xaçınçayla  Tərtərçay 
arasında  yerləşirdi  və  mərkəzi  Xaçın  qalası  idi.  Vaxtilə  bütün  Albaniyanı  idarə 
etmiş Mehranilər sülaləsi burada hakimiyyətini qoruyub-saxlaya bilmişdi. 
I215-ci  ildə  Xaçın  knyazlığında  hakimiyyətə  Həsən  Cəlal  adlı  bir  şəxs 
gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir. Belə 
ki, yazıların birində o belə qeyd edir: "Mən, Tanrının aciz qulu Həsən, Vaxtanqın 
oğlu,  böyük  Həsənin  nəvəsi...".  Müəyyən  edilmişdir  ki,  onun  atası  Mehranilər 
sülaləsindən  olan  Vaxtanq,  anası  isə  Xorişax  adlı  qadın  olmuşdur  (həyatının 
sonunda  bu  qadın  Qüds  (Yerusəlim)  şəhərinə  ziyarətə  getmiş  və  orada  vəfat 
etmişdir). Dövrün mənbələrində Həsən Cəlala "knyazlar knyazı" deyilsə də, o özü 
"işxan"  titulu  daşıdığını  göstərir.  Erkən  türk  dövlətlərində  bu  titul  hökmdarlarda 
olmuş və "işıq xan" söz birləşməsindən əmələ gəlmişdir. Bu ondan irəli gəlirdi ki, 
erkən türk dövlətlərində dövlət başçısı həm də dini ayinlərin icraçısı hesab edilirdi. 
Olduqca  mömin  bir  ailədən  çıxmış  Həsən  Cəlal  özü  də  dindar  adam  olmuşdur. 
Dövrün mənbələri onu sakit,  mülayim, kasıblara və zəiflərə əl tutan, dini ayinləri 
xırdalıqlarına qədər icra edən, daim kitab oxuyan bir şəxs kimi göstərirlər. Alban 
ailəsindən  olan  həyat  yoldaşı  da  günlərini  fağırlara  kömək  göstərməkdə  və  dua 
etməkdə keçirirmiş. 
Siyasi  qalmaqallardan  uzaq  olmağa  çalışan  Həsən  Cəlal  Azərbaycan 
Atabəyləri  dövlətinin  (Eldənizlər  dövləti)  tərkibində  olduğu  dövrdə  əsasən  tikinti 
işləri  ilə  məşğul  olmuşdur.  İnşa  edilən  məktəblərə,  kilsə  və  monastırlara  kitablar 
bağışlanır, orada xristian alimləri dərs deyirmiş. Müstəqil Alban kilsəsinin başçısı 
Nerses bu işlərə başçılıq edirmiş. 
Monqol  qoşunları  Azərbaycana  hücum  edəndə  Həsən  Cəlal  Atabəylərə 
əlindən gələn köməyi göstərmiş, Atabəylər dövləti məğlub olduqda isə əhalini dağ 
qalalarına  köçürmüşdür.  Azərbaycanda  qısa  müddətə  xarəzmşah  Cəlaləddinin 
hakimiyyəti  qurulanda  Həsən  Cəlal  onunla  dil  tapa  bilmişdi.  1231-ci  ildə  monqol 
qoşunlarının Azərbaycana ikinci - dağıdıcı yürüşü başlayır. Sərkərdə Cormaqunun 
başçılığı  ilə  monqol  qoşunları  ardıcıl  olaraq  bütün  şəhərlərimizi  zəbt  edir, 
müqavimət  göstərənləri  qılıncdan  keçirirlər.  Vəziyyətin  belə  olduğunu  görən  və 
heç  yerdən  kömək  almaq  ümidi  olmayan  Həsən  Cəlal  Cormaqunun  düşərgəsinə 
gedir və itaətini bildirir. Cormaqun da öz qoşunlarına onun knyazlığında heç kimə 
xətər  yetirməməyi  tapşırır.    Beləliklə,  Həsən  Cəlal  Qarabağın  qədim  alban 
tikililərini dağıntılardan qorumağa müvəffəq olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə