Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   12   13   14   15   16   17   18   19   ...   129

43 
 
Yüksək  peşəkarlığı  və  hərtərəfli  hazırlığı  ilə  seçilən  məmlüklər  təbəqəsinin 
yaradılması mərkəzləşmiş dövlət quruculuğu yolunda feodalizm dövrü üçün vacib 
nailiyyət idi. 
Məmlüklərə  arxalanan  Cahan  Pəhləvan  itaət  göstərməyən,  daim 
müstəqilliyə  can  atan  və  bununla  dövləti  parçalamağa  çalışan  bəzi  iri  əmirlərin 
müqavimətini qətiyyətlə qırır. 
Dövlətinin  mərkəzi  olan  Azərbaycanı  idarə  etməyi  Məhəmməd  Cahan 
Pəhləvan  qardaşı  Qızıl  Arslana  tapşırır.  Bununla  Eldənizlər  dövlətinin  siyasi, 
iqtisadi, mədəni həyatında Azərbaycanın aparıcı rolu təmin edilir. Qızıl Arslan həm 
də Məhəmmədin oğulları Əbu Bəkr və Özbəyin tərbiyəçisi olmuşdur. 
Məhəmməd  Cahan  Pəhləvan  isə  özünü  İraq  sultanı  azyaşlı  III  Toğrulun 
atabəyi  elan  edərək  onun  adından  sultanlığı  idarə  etməyə  başlayır.  Belə  ki,  III 
Toğrul  Naxçıvanda  yaşayır,  Cahan  Pəhləvanın  məmlükləri  isə  onun  adından 
sultanhğı idarə edirdi. 
Silahlı  qüvvələrin  əsası  50  minlik  daimi  qoşundan  ibarət  idi.  Feodallıq 
dövrünün ən zəif cəhətlərindən biri də daimi qoşun hissələrinin əvəzinə yerlərdən 
yığılan  pərakəndə  qoşunların  mövcud  olması  idi.  Belə  qoşun  qəfil  düşmən 
hücumunun  qarşısını  ala  bilmir,  daxildə  qiyamları  yatırmaqda  çətinlik  çəkirdi. 
Daimi qoşun isə həm mərkəzi hakimiyyəti gücləndirməyə, həm də  müstəqillik və 
ərazi bütövlüyünü təmin etməyə imkan verirdi. 
Eldənizlər dövlətinin ərazisinə əl-Cibal, İraq, Gilan, Mazandaran, İsfahan, 
Rey,  Həmədan  daxil  edilmişdi.  Xilat,  Diyarbəkir,  Fars,  Xuzistan,  Mosul,  Kirman 
və  Təbəristan  vilayətlərinin  başçıları  da  bu  dövlətdən  asılı  idilər.  Dövlətin  ərazisi 
böyüdüyündən paytaxt Naxçıvandan Həmədana köçürülür. 
Dövlətdə sənətkarlıq və ticarətin tərəqqisinə, kənd təsərrüfatının inkişafına 
böyük diqqət yetirilirdi. Təsadüfi deyil ki, "Azərbaycan Renessansı" kimi tanınan 
mədəni oyanış məhz bu dövlətin mövcudluğu dövrdə baş vermişdir. 
1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın vəfatından sonra hakimiyyətə 
gələn  Qızıl  Arslan  atası  Şəmsəddinin  və  qardaşı  Məhəmmədin  yolunu  davam 
etdirir. 
 
 
 
 
 
 
 
 
 


44 
 
Yaxın  Şərq  ədəbiyyatı  tarixində  epik 
poeziyanın  ilk  sanballı  nümayəndələrindən    hesab 
edilən  “Töhfət  ül-İraqeyn”  adlı  məsnəvisi,  “Mədain 
xərabələri”  adlı  məşhur  fəlsəfi  qəsidəsi,  “Qəsideyi-
şirniyyə”  adlı  digər  məşhur  qəsidəsi  Xaqani  tərəfində 
yazılmışdır.  Onun  “Həbsiyyə”  adlandırdığı  qəsidə  və 
mərsiyələrində  feodal  əsarəti,  zülm  və  haqsızlıq 
əleyhinə  kəskin  ittihamnamələr  səslənir,  fəryad  
qoparılırdı.  İnsan  ləyaqətini,  comərdliyi,  yaradıcı 
əməyi  yüksək  qiymətləndirən  Xaqani  Şirvani 
vətənpərvər  şair  olub. 
Əsərləri  Yaxın  və  Orta    Şərq  ölkələrində 
yayılaraq  müasirlərinin  nəzərini  cəlb  edən  şair  saray 
həyatı  çərçivəsində    daim  iztirablar    keçimişdir  ki,  bu 
da  onun  ədəbi  irsinə  təsirsiz  qalmamışdır.  Onun 
əsərləri  təkcə    bədii  keyfiyyətləri  ilə  deyil,  dövrün 
sosial-iqtisadi  şəraitini  öyrənmək    baxımından  da  
əhəmiyyətlidir. 
Azərbaycan  tarixinə  Əfzələddin  Xaqani  Şirvani 
poeziyamızda  ilk  epik  məsnəvi,  həmçinin  fəlsəfi 
qəsidələr  yazmış  şair,  saray    şairi    olmasına  
baxmayarq,  saray  həyatına  qarşı  cəsarətlə  çıxan  insan 
kimi daxil olmuşdur. 
Əfzələddin Xaqani Şirvani 
(1126-1199) 
Əfzələddin 
İbrahim  ibn  Əli  Nəccar 
Xaqani  Şirvani  1126-cı 
ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda anadan olmuşdur. O dövrdə Şamaxı 
regionda  və  ümumiyyətlə  müsləman  Şərqində  elm  və  mədəniyyət  ocağı  kimi 
tanınırdı.  Burada  yerli  və  gəlmə  alim  və  ədiblər  şirvanşahın  sarayında  və  ya 
mədrəsələrdə dərs deyirdilər. 8 yaşında atasını itirmiş Əfzələddin dövrünün məşhur 
alimi  və  həkimi  əmisi  Kafiəddin  Ömər  ibn  Osmanın  himayəsində  olmuş,  onun 
tərbiyəsi  ilə  böyümüşdür.  Əmisi  ona  o  dövrkü  elmi  biliklərin  əsasları  barəsində 
məlumat vermiş, onda mütaliəyə həvəs oyatmışdır. 
Əfzələddin hələ gənc yaşlarından şeir yazmağa həvəs göstərmişdir. O, ilk 
şeirlərini  məşhur  Şərq  şairi  Sənainin  üslubunda  yazırmış.  Maraqlıdır  ki, 
Əfzələddinin  hələ  "Həqayiqi"  təxəllüsü  ilə  yazdığı  ilk  şeirləri  ona  xalq  arasında 
şöhrət qazandırmışdır. Nəticədə  1151-ci  ildə, şairin 25 yaşı tamam olanda  Şirvan 
şahlarının  məlik  üş-şüərası,  yəni  şairlər  məclisinin  başçısı  Əbül-üla  Gəncəvi  onu 
saraya  dəvət  etmişdir.  O  dövrdə  saray  şairləri  maddi  baxımdan  korluq  çəkmir, 
onların  bütün  tələbatları  saray  xəzinəsi  hesabına  ödənirdi.  Əvəzində  isə  onlar  öz 


45 
 
hökmdarlarının  vəsf  etməli,  onun  bütün  hərəkətlərinə  haqq  qazandırmalı  idilər. 
Çox  az  hökmdar  var  idi  ki,  saray  şairlərinə  təzyiq  göstərmədən  onlara  azad 
yaradıcılıqla  məşğul  olmaq  imkanı  versin.  Bütün  bunlardan  bixəbər  olan 
Əfzələddin saraya gəlir. Çox keçmir ki, Əbül-üla Gəncəvi ilə dostlaşır, onun qızı 
ilə  evlənir  və  şeirlərini  də  onun  verdiyi  "Xaqani"  təxəllüsü  ilə  yazır.  Əfzələddinə 
verilən təxəllüs onun xaqana, yəni şirvanşaha məxsus olmasını göstərirdi. 
Xaqani  Şirvani  klassik  Şərq  poeziyasının  bütün  janrlarında  yüksək 
sənətkarlq  nümunələri  yaratmışdır.  Şirvanşahların  sarayına  gələn  məşhur  Şərq 
şairləri  Rəşidəddin  Vətvat,  Əxsikəti  Əsirəddin  və  Əbdürrəzzaq  İsfahani  və 
başqaları  gəncin  fitri  şairlik  istedadından  danışır,  onunla  şeir  yarışına  çıxırdılar. 
1156-cı  ildə  Məkkəyə  ziyarətə  gedən  Xaqani  yolüstü  bir  çox  Yaxın  Şərq 
ölkələrində  də  olmuşdur.  Səfərdən  qayıtdıqdan  sonra  Xaqani  Yaxın  Şərq 
ədəbiyyatı  tarixində  epik  poeziyanın  ilk  görkəmli  nümunələrindən  hesab  edilən 
"Töhfət  ül-İraqeyn"  adlı  məsnəvisini  yazmışdır.  Şair  əsərdə  səfər  macəraları  ilə 
yanaşı,  Yaxın  Şərq  xalqlarının  həyatından,  rast  gəldiyi  alimlərlə  görüşlərindən 
aldığı  təəssüratlarını  təsvir  etmişdir.  Xaqani  burada  özü,  əsil-nəcabəti  və  ailəsi 
haqqında ətraflı məlumat vermişdir. 
"Mədain  xərabələri"  adlı  məşhur  fəlsəfi  qəsidəsində  tarixdə  adil  qələmə 
verilən  Sasani  şahlarının  xaraba  qalmış  "Taği  Kəsra"  adlı  sarayının  timsalında 
zülm ilə şöhrətlənmiş sarayların viran olacağı fikrini irəli sürmüş, müasirlərini bu 
xaraba qalmış saraydan ibrət dərsi almağa çağırmışdır. Əlbəttə, saray şairinin belə 
şeirlər yazması gözlənilməz idi. 
"Qəsideyi-şiniyyə"  adlı  başqa  məşhur  qəsidəsində  şair  insan  ləyaqətini, 
comərdliyi,  yaradıcı  əməyi  yüksək qiymətləndirmişdir. Həm  Xaqaninin dövründə, 
həm  də  ondan  çox-çox  sonra  yaşamış  Yaxın  və  Orta  Şərqin  30-dan  çox  görkəmli 
şairi bu fəlsəfi qəsidəyə nəzirələr yazmışdır. 
Xaqaninin lirik əsərləri, xüsusilə insan mənəviyyatını yüksəldən, saf eşqi, 
məhəbbəti,  vəfa  və  sədaqəti  tərənnüm  edən  qəzəlləri  diqqətəlayiqdir.  Xaqaninin 
lirik  qəzəllərində  eyni  zamanda  ictimai  mövzular  da  əksini  tapmışdır.  O,  bir  sıra 
şeirlərin  mühitindən,  zülmkar  hökmdarlardan  gileylənmiş,  nadanların  yüksəkdə, 
arif  adamların,  alimlərin  isə  zəlalətdə  olduğunu  cəsarətlə  söyləmişdir.  Xaqaninin 
qitə və rübailəri şairin daxili həyəcanlarını, ictimai mühitə münasibətini dərk etmək 
baxımından  müstəsna  əhəmiyyətə  malikdir.  Bu  əsərlərində  şair  ətrafında  cərəyan 
edən  hadisələri  real  surətdə  əks  etdirməyə  çalışmış,  saraylara  nifrətini,  xalqa 
yaxınlıq  və  sdaqətini,  "Xaqani"  deyil,  "Xəlqani"  olduğunu  poetik  bir  dildə 
bildirmişdir. 
Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvani füsunkar təbiətli bir 
diyar, bolluq, bərəkət ölkəsi, şairlər yuvası kimi tərənnüm etmişdir. Bəzən zülmkar 
şahlardan  və  nadan  müasirlərindən  şikayətlənərək  Şamaxını  dar  qəfəs,  qaranlıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə