Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   8   9   10   11   12   13   14   15   ...   129

32 
 
IX  yüzilliyin  ortalarından    etibarən 
Azərbaycan    mədəniyyəti  sürətlə  inkişaf    etməyə 
başlayır.  Bunun  üçün  əlverişli    tarixi  zəmin 
yaranmışdı.  Əvvəlcə  Sasani  imperiyası,  sonra    isə 
Ərəb xilafəti tərkibində olan Azərbaycan  Yaxın və 
Orta  Şərqin  məşhur  mədəniyyət  ocaqları  ilə  sıx 
qarşılıqlı  əlaqə  saxlamış,  Şərq    mədəniyyətinin 
inkişafında yaxından  iştirak etmişdir.  
Azərbaycan  alimləri  Orta    Asiya    və 
Hindistan 
hüdudlarından 
tutmuş 
Priney   
yarmadasınadək  uzanan  çox  geniş  əraziləri  əhatə 
edən  xilafətin  sərhədləri  daxilində    baş  vermiş 
mədəni  oyanışdı  -    “Müsəlman    intibahında” 
bilavasitə    iştirak  etmişlər.  Xilafətin  süququ 
nəticəsində    Azərbaycanda    başlamış  siyasi  dirçəliş 
həyatın  bütün  sahələrində,  o  cümlədən  elm  və 
mədəniyyətdə öz əksini tapmışdır.  
Bu 
dövr 
görkəmli 
Azərbaycanlı 
alimlərindən    biri  filosof  Bəhmənyar  ibn  Mərzban  
olmuşdur.  
Azərbaycan    tarixində  Bəhmənyar    ibn 
Mərzban    görməkli  mütəfəkkir,  bir    çox  fəlsəfi  və 
etika    əsərlərinin    müəllifi,  orta    əsr    Şərq  
fəlsəfəsinin  inkişafında      böyük  rolu  olmuş  alim 
kimi tanınır.  
 
 
Bəhmənyar  ibn Mərzban  
            (?-1066) 
Ərəb  xilafətinin  süqutu 
nəticəsində Azərbaycanda yaranmış müstəqil feodal dövlətlərin hökmdarları elmin, 
maarifin  inkişafina  xüsusi  fikir  verir,  dövrün  qabaqcıl  şəxsiyyətlərini  saraylarına 
dəvət  edir,  onların  yaradıcılığı  üçün  şərait  yaradırdılar.  Azərbaycanın  Təbriz, 
Şamaxı,  Gəncə,  Bərdə,  Ərdəbil  və  digər  şəhərlərində  açılmış  mədrəsələr  savadlı 
mütəxəssislər  yetişdirirdilər.  Sonradan  onların  bir  çoxu  Bağdad,  Dəməşq, 
Qahirənin ali təhsil ocaqlarında təhsillərini davam etdirərək elmə yeni-yeni töhfələr 
verirdilər. 
Dünya  sivilizasiyasının  ən  qədim  mərkəzlərindən  biri  sayılan 
Azərbaycanın  Şimalla  Cənubun,  Şərqlə  Qərbin  kəsişdiyi  yerdə  yerləşməsi  də 
burada  elm  və  mədəniyyətin  müxtəlif  sahələrinin  inkişafı  üçün  əlavə  imkanlar 
yaradırdı. Əl-Biruni, İbn Sina, əl-Fərabi, Bələzuri, Məsudi, əl-İstəxri, İbn Havgəl, 
əl-Kindi  və  digər  məşhur  Şərq  alimləri  Azərbaycanın  elmi-ədəbi  mühiti  ilə 
bilavasitə bağlı olmuşlar. 
IX-XII  əsrlərdə  dünya  mədəniyyətinə  Qətran  Təbrizi,  Məhsəti  Gəncəvi, 
Xaqani Şirvani, Nizami Gəncəvi, Ömər Gəncəvi, Yusif ibn Tahir, Fələki Şirvani, 


33 
 
Mücirəddin  Beyləqani,  Xətib  Təbrizi  kimi  ədəbiyyat  xadimləri,  Əcəmi  Əbubəkr, 
Məsud  ibn  Davud  kimi  memarlar  bəxş  etmiş  Azərbaycan  mədəni  oyanışın  ən 
mühüm  mərkəzlərindən  biri  idi.  Bu  dövrdə  Azərbaycanın  vahid  dövlət  sərhədləri 
daxilində  birləşdirilməsi  Azərbaycan  ədəbi  dilinin  formalaşmasına  səbəb  olur  və 
azərbaycanlılar vahid bir xalq kimi dünyada tanınır. 
Azərbaycan alimləri müxtəlif elm sahələrinin, o cümlədən təbabət, fəlsəfə, 
astronomiya,  tarix  və  coğrafiyanın  inkişafında  dünya  elminin  önündə  gedirdilər. 
Eynəlqüzzat  Miyanəçi,  Məkki  əl-Bərdəyi,  Səid  əl-Əzdi  kimi  filosoflarımız,  Əbu 
Miaz  Əbdai  Xoylu  kimi  təbibimiz,  Əbubəkr  Məhəmməd  Şirvani  kimi 
hüquqşünasımız,  Fazil  Fəridəddin  Şirvani  kimi  astronomumuz  "Azərbaycan 
İntibahı"nın görkəmli nümayəndələridir. 
"Azərbaycan  İntibahı”nın  ilk  görkəmli  simalarından  biri  Bəhmənyar  ibn 
Mərzban  olmuşdur.  Bəhmənyar  Əbülhəsən  ibn  Mərzbanın  uşaqlığı  və  gəncliyi 
barəsində  məlumdur  ki,  o,  Cənubi  Azərbaycanda  sadə  azərbaycanlı  sənətkar 
ailəsində anadan olmuşdur. Bir dəfə  Azərbaycanda olan görkəmli Şərq alimi Əbu 
Əli  İbn  Sina  sənətkar  Mərzbanın  emalatxanasının  yanından  keçəndə  həyətdə 
oynayan uşaqlardan ona od gətirməyi xahiş edir. Səbadan od və ya kömür gətirmək 
üçün  uşaqların  qabı  yox  imiş,  buna  baxmayaraq  uşaqlardan  biri  ovucuna  torpaq 
tökdürür və közərən kömürləri bu torpağın üstünə yığdıraraq İbn Sinaya gətirir. Bu 
uşaq  Bəhmənyar  imiş.  Uşağın  ağlına  heyrətlənən  İbn  Sina  onun  valideynləri  ilə 
danışır və uşağı onun yanına göndərmələrini xahiş edir. Beləliklə, Bəhmənyar İbn 
Sinanın şagirdi olur. 
Həm  İbn  Sinanın  qeydləri,  həm  də  onun  əsərlərini  təhlil  etmiş  alimlərin 
fikrincə,  görkəmli  alimin  bir  çox  nailiyyətləri  onun  gənc  Bəhmənyarla  apardığı 
söhbətlər  və  mübahisələr  əsasında  qazanılmışdır.  Bir  müddət  keçdikdən  sonra 
Bəhmənyara  o  dövrün  əsas  aparıcı  elmlərindən  ətraflı  məlumatlar  verən  və  onu 
istiqamətləndirən  İbn  Sina  şagirdinin  müstəqil  çalışmasına  icazə  verir.  Şərqin  ən 
məşhur  mədrəsələrində  dərs  deməyə  başlayan  Bəhmənyar  sonda  vətəni 
Azərbaycana  qayıdır  və  burada  özünün  on  məşhur  əsərlərini  yazır.  "Metafizika 
elminin mövzusuna dair traktat" adlı folsofi  əsərində Bəhmənyar qədim yunan və 
Roma  filosofiarının  əsərlərini  təhlil  etmiş,  onların  nəticələrini  XI  əsr  elmi 
səviyyəsindən  yoxlamış,  fərziyyələrinə  qiymət  vermişdir.  Bəhmənyar  hərəkət, 
məkan  və  zaman  anlayışlarının  fəlsəfi  şərhini  vermiş,  onların  vəhdətini,  bir-
birindən ayrılmazlığını göstərmişdir. 
"Məntiqə  dair  zinət  kitabı"  adlı  digər  əsərində  Bəhmənyar  o  dövrdə 
fəlsəfənin  tərkib  hissəsi  kimi  təzəcə  formalaşmağa  başlayan  məntiq  və  onun 
qanunları araşdırmış, onun anlayışlarının tərifini vermişdir. O özünə qədərki Şərq 
fəlsəfəsini  dərindən  öyrənmiş,  onun  nailiyyətləri  ilə  yaxından  tanış  olmuş, 
məntiqdə anlayış, hökm, istiqlal anlayışlarını geniş işıqlandırmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə