Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   7   8   9   10   11   12   13   14   ...   129

30 
 
qaytarılmışdı. Ərəb xilafəti parçalandığı dövrdə müstəqil dövlət yaratmağa çalışan 
Əbu  Sac  879-cu  ildə  vəfat  edir.  Atasının  ölümündən  sonra  oğlu  Məhəmməd 
Azərbaycana  qayıdır.  889-893-cü  illər  toqquşmalarından  sonra  Marağada 
möhkəmlənən Məhəmməd artıq tam müstəqil siyasət yeritməyə başlayır. 
Paytaxtı Marağa şəhəri olan Sacilər dövlətinin sərhədləri o zaman qərbdə 
Ani  və  Dvin,  şərqdə  Xəzər  dənizi,  cənubda  Zəncan,  şimalda  isə  Dərbəndi  əhatə 
edirdi.  Azərbaycan  ərazisindəki  xırda  dövlət  qurumları  Sacilərə  vergilər  ödəyirdi. 
Uğurlu  iqtisadi  tədbirlər  həyata  keçirən  Məhəmməd  dövlətinin  iqtisadi 
müstəqilliyini təmin edir, öz pullarını buraxır. 
Sacilər  dövlətinin  ən  parlaq  dövrü  Məhəmməd  ibn  Əbu  Sacın  qardaşı 
Yusif  ibn  Əbu  Sacın  adı  ilə  bağlıdır.  Qardaşının  vəfatından  sonra  hakimiyyətə 
gələn 
Yusifin 
ordusu 
regionun 
ən  qüdrətli  ordusu  hesab  edilirdi. 
Sacilər  dövlətinin  hərb  təşkilatı  öz    sadəliyi  ilə  seçilirdi.  Dövlət  başçısı  baş 
komandan vəzifəsini icra edir, sərləşkər titulunu daşıyan sərkərdə əsgəri qoşun və 
istehkam  qarnizonlarına,  hacib  ol-xass  titulunu  daşıyan  sərkərdə  isə  qvardiya 
dəstələrinə başçılıq edirdi. 
Sacilər  dövlətinin  hərb  sənəti  bir  tərəfdən  regionun  iqtisadi,  sosial  və 
siyasi inkişafından asılı olmuş, digər tərəfdən isə ümum-müsəlman-ümumtürk hərb 
sənəti  ilə  sıx  bağlı  olmuşdur.  Buna  baxmayaraq  Sacilər  ordusunda  bu  dövr 
Azərbaycan  hərb  sənətinə  xas  olan  xüsusiyyətlər  də  vardı.  Türk  və  ərəb  hərb 
sistemlərinin  on  yaxşı  cəhətlərini  öz  qoşunlarında  tətbiq  edən  Yusif  döyüşlərdə 
parlaq qələbələr qazanırdı. 
Yusif  ibn  Əbu  Sac  qısa  müddət  ərzində  Azərbaycan  ərazisində  keçirdiyi 
əməliyyatlar  nəticəsində  iri  feodal  hakimlərini  özünə  tabe  edir,  dövlətin 
birləşdirilməsinə  maneçilik  törədənlər  öldürülürdü.  Beləliklə,  Yusif  ibn  Əbu  Sac 
Azərbaycan torpaqlannı ilk dəfə vahid Azərbaycan dövləti hüdudlarında birləşdirən 
hökmdar olur. Şimali və Cənubi Azərbaycan əvvəllər vahid şəkildə yalnız yadelli 
dövlətlərin  (Sasanilər,  Ərəb  xilafəti)  tərkibində  olmuşdur.  Bütün  Azərbaycanı 
özündə birləşdirən ilk yerli dövlət Sacilər dövləti olmuşdur. 
Öz qüdrətli ordusu ilə Yusif Azərbaycan sərhədlərinə yaxınlaşmağa cəhd 
göstərən Bizans xristian dövlətinin qoşunlarını geri oturdur. 
Azərbaycan  kimi  əhəmiyyətli  coğrafi  mövqeyə  malik  və  böyük  gəlir 
gətirən  ölkənin  əllərindən  çıxmasından  hiddətlənən  və  Yusifin  güclənməsindən 
ehtiyat  edən  ərəb  xəlifələri  Sacilər  dövlətini  dağıtmağa  çalışırlar.  Onlar  müxtəlif 
təxribatlar  törədir,  quldur  dəstələri,  sui-qəsdlər  yolu  ilə  Yusifi  aradan  götürməyə 
çalışırlar.  Bütün  bu  səylər  puça  çıxdıqda  onlar  hərbi  gücə  əl  atmaq  qərarına 
gəlirlər.  Ərəb  qoşunları  Azərbaycan  sərhədlərinə  toplamnağa  başlayır.  Bu  xəbər 
Yusifə çatan kimi sürətlə hərəkət edərək Rey, Zəncan, Əbhər və Qəzvin şəhərlərini 
tutur.  O,  sərkərdəlik  məharəti  göstərərək  7  minlik  ordu  ilə  xəlifə  Xaqan  əl-


31 
 
Müflihinin  20  minlik  qoşununu  məğlub  edir.  Xəlifə  yeni  ordu  toplayır  və  Yusifə 
qarşı  ikinci  ordu  göndərir.  Cənubi  Azərbaycanın  Sərab  şəhəri  yaxınlığında  ağır 
döyüş baş verir. Bu döyüşdə də Yusif qalib gəlir. Qələbələrdən arxayınlaşan Yusif 
ordunu buraxır və xırda dəstə ilə 
Ərdəbilə  yollanır,  lakin  919-cu  ildə  ərəblər  tərəfindən  əsir  götürülür. 
Sacilər dövlətinin başsız qalmasından istifadə edən xəlifə sərkərdə Məhəmməd əl-
Fariqini  böyük  ərəb  qoşunu  ilə  Azərbaycanın  üzərinə  göndərir.  Yusifin  əsir 
düşməsi xəbərini alan Bizans imperatoru da Azərbaycan üzərinə qoşun çəkir. 
Azərbaycan 
böyük  təhlükə  ilə  üzləşir.  Lakin  Yusifin  sadiq 
silahdaşlarından Subuk adlı sərkərdə Sacilər dövlətinin bütün qoşunlarını toplayır 
və  əl-Fariqini  darmadağın  edir.  Daha  sonra  o,  sürətli  yürüş  edərək  Dvin 
istiqamətindən  hücum  edən  Bizans  qoşunlarına  həmlə  edir  və  onlan  geri  oturdur. 
Xəlifə  Azərbaycanı  tuta  bilməyəcəyini  görüncə  Yusiflə  düşmən  deyil,  müttəfiq 
olmaq  istəyir.  O,  Yusifi  həbsxanadan  azad  edir.  Onu  müstəqil  Sacilər  dövlətinin 
başçısı kimi tamyır. Yusif Rey, Qəzvin, Əbhər və Zəncanı öz dövlətinə birləşdirir. 
Daha sonra o, Van gölündən qərbdə yerləşən Ərməniyyə vilayətini tutur. Əslində, 
son  erməni  dövləti  387-ci  ildə  ləğv  edilmişdi;  bu  ərazilər  isə  gah  Sasanilər,  gah 
Bizans, gah da Ərəb xilafəti tərkibinə daxil olurdu. 921-ci ildə Yusif Ərməniyyəni 
ərəblərin əlindən alır. 
Bu dövrdə islamın müqəddəs şəhərlərinə qarşı böyük təhlükə yaranmışdı. 
Ərəbistanda, Bəhreyn ərazisində qərmətilər adı ilə tanınan təriqət meydana gəlmiş 
və  qərmətilər  islamın  müqəddəs  şəhərləri  və  ziyarətgahlarına  hücum  etməyə 
başlamışdılar. Onlar xəlifənin qoşunlarını məğlubiyyətə uğradırlar. Yusif bilirdi ki, 
bir  zamanlar  onun  atası  və  böyük  qardaşı  Məkkə  və  Mədinə  şəhərlərinin 
təhlükəsizliyini  can-başla  təmin  etmişlər.  Odur  ki  qərməti  hücumu  təhlükəsi 
yarananda  o  öz  qoşunlarının  bir  qismi  ilə  cənuba  doğru  yürüş  edir.  Bir  neçə 
döyüşdə  qərmətiləri  geri  atan  Yusif  927-ci  il  dekabrın  sonunda  Kufə  şəhərinin 
qarşısında baş verən döyüşdə ağır yaralanır və islam amalları uğrunda şəhid olur. 
929-cu  ildən  başlayaraq  Sacilər  dövlətini  qulamlar  arasından  çıxan  sərkərdələr 
idarə etməyə başlayır. 
Beləliklə,  Yusif  ibn  Əbu  Sac  Azərbaycan  tarixinə  bütün  Azərbaycan 
torpaqlarını ilk dəfə  vahid  Azərbaycan dövləti  hüdudlarında  birləşdirən hökmdar, 
görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi 
daxil olur. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə