Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   6   7   8   9   10   11   12   13   ...   129

27 
 
aparılan  müharibəni  dayandırır.  O  başa  düşür  ki,  xürrəmilərə  qarşı  mübarizədə 
dövlətin bütün qüvvələri səfərbər olunmalıdır. Ərəb ordusu yüksək səviyyədə silah 
və  döyüş  sursatı  ilə  təmin  edilir.  Türk  süvarilərindən  başqa,  qoşunun  tərkibində 
piyada  hissələrə  geniş  yer  verilir:  qalxandaşıyanlar,  oxçular,  nefatanlar,  yandırıcı 
mərmi  atanlar,  mühəndis-dağ    dəstələri,    qarovul-mühafizə  hissələri.  Paytaxt 
Samirə  şəhəri  ilə  cəbhə  arasında  rabitə  xəttinin  yaradılmasına  böyük  diqqət 
yetirilir.  Bütün  yolboyu  qarovul  məntəqələri  qurulur.  İlk  dəfə  rabitə 
göyərçinlərindən istifadə edilməyə başlayırlar. 
835-ci  ilin  yayında  Afşin  Heydər  ibn  Kavus  ərəb  qoşununun  komandanı 
təyin edilir. Bizansla aparılan döyüşlərdə fərqlənən Afşin əslən Usruşana (Fərqanə) 
türklərindən  olmuşdur.  Bölgəyə  gələn  kimi  o,  Zəncan  ilə  Ərdəbil  arasında  olan 
yolları və yolboyu istehkamları bərpa edir, əvvəlcə Ərdəbildə, sonra isə Bərzənddə 
qərargah  qurur.  Bərzənddən  Bəzzə  qədər  olan  məsafə  50  km-dir.  O,  əsas  diqqəti 
kəşfiyyat 
xidmətinin 
fəaliyyətinə 
və 
xürrəmi 
kəşfiyyatçılarının 
zərərsizləşdirilməsinə  yönəldir.  Xürrəmilər  ətrafında  istehkamlar  zolağı  yaradılır. 
Babək  belə  şəraitdə  partizan  xarakterli  əməliyyatlara  keçir  və  xırda  kəskin 
zərbələrlə ərəblərin hərəkət sürətini azaldırdı. İşlərin belə getdiyini görən bəzi yerli 
feodallar xürrəmilərə xəyanət edib bu dəfə ərəblərin tərəfinə keçməyə başlayırlar. 
Belə ki, Təbriz şəhəri və Şahı qalasının sahibi feodal əl-Baisin xəyanəti nəticəsində 
bir xürrəmi dəstəsi ərəblər tərəfindən mühasirəyə alınaraq məhv edilir. 
835-ci  ildə  xürrəmilər  ərəblərin  silah  və  sursat  karvanlarına,  xırda 
dəstələrinə  hücumlar  edir,  ərzaq  karvanlarını  ələ  keçirirlər.  Xürrəmi  sərkərdəsi 
Tərxanın  iki  iri  ərəb  karvanını  məhv  etməsi  ərəblərə  böyük  zərər  vurur.  Babəkin 
hücumları isə elə gözlənilməz olurdu ki, bəzi hallarda Afşin döyüşçülərinə gecə də 
atlardan düşməməyi əmr edirdi. 
Yerli şəraitdən məharətlə istifadə edən və dağ müharibəsinin qanunlarını 
mükəmməl bilən xürrəmilər dağlıq ərazilərdə daim qalıb gəlirdilər. Nəticədə Afşin 
sərkərdələrinə  əsas  qüvvələrdən  aralanıb  dağlara  hərəkət  etməyi  qadağan  edir. 
Buna  baxmayaraq  836-cı  ildə  Həştadsər  dağı  yaxınlığında  Babək  növbəti 
qələbəsini  qazanır.  O,  Buğa  əl-Kabirin  5  minlik  qoşununu  məhv  edir.  837-ci  ildə 
yeni türk süvari hissələri ilə möhkəmləndirilən Afşin həlledici hücumlara başlayır. 
Onun  Babəklə  danışıqlar  aparmaq  cəhdi  Babək  tərəfindən  qətiyyətlə  rədd  edilir. 
Afşin  Babəkin  əsir  düşmüş  oğlunun  əli  ilə  yazılmış  və  təslim  olmağa  çağıran 
məktubu Bəzzə göndərir. Cavab məktubunda Babək ona belə yazır: "40 il qul kimi 
yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür". 
837-ci  ilin  yayında  ərəblər  Bəzzə  tam  yaxınlaşır  və  onu  mühasirəyə  alır. 
Xürrəmi  qoşunlarının  pusqu  yerini  öyrənən  Afşin  bu  dəstəni  məhv  edir.  Bundan 
sonra ərəblər atma qurğular və neftatan döyüşçülərin köməyi ilə Bəzzin hücumuna 
başlayırlar.  Xürrəmilər  inadla  vuruşurlar,  lakin  qüvvələr  nisbəti  bərabər  deyildi. 


28 
 
837-ci il avqustun 27-də Bəzz qalası süqut edir. Babək xırda dəstə ilə Arrana doğru 
hərəkət  etməyə  başlayır.  Lakin  əvvəllər  onun  müttəfiqi  olmuş  alban  knyazı  Səhl 
ibn  Smbat  artıq  ərəblərin  tərəfinə  keçibmiş.  Tutulub  ərəblərə  verilən  Babək  və 
onun  qardaşı  Əbdallah  xilafətin  mərkəzi  şəhəri  və  xəlifənin  iqamətgahı  sayılan 
Samirəyə aparılır. 838-ci il martın 14-də xəlifə əl-Mötəsimin iştirakı ilə Babək və 
onun qardaşı əzabla edam olunurlar. Ərəb müəllifləri xüsusi olaraq qeyd edirlər ki, 
Azərbaycanın xalq qəhrəmanı ölümünü mərdliklə qarşılayır. 
Xürrəmilərin  Babəkin  başçılığı  ilə  apardıqları  xalq-azadlıq  müharibəsi 
Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. İrimiqyaslı və qanlı müharibədə o 
zaman  dünyanın  on  güclü  dövlətlərindən  olan  Ərəb  xilafətinə  20  il  müqavimət 
göstərmiş  xürrəmilər  təxmini  hesablamalara  görə  düşmənin  200  mindən  artıq 
döyüşçüsünü  və  onlarca  sərkərdəsini  məhv  etmişdir.  Müharibə  məğlubiyyətlə 
nəticələnsə  də,  Azərbaycanın  azad  edilməsi  üçün  zəmin  yaranmışdır.  Müharibə 
zəncirvarı  reaksiya  əsasında  digər  regionlarda  da  üsyanlar  doğurmuş  və  son 
nəticədə Ərəb xilafətinin parçalanmasına səbəb olmuşdur. 
Babəkin  adı  isə  Azərbaycan  xalqının  istiqlaliyyət  uğrunda  mübarizə 
rəmzinə çevrilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


29 
 
IX  əsrin  II  yarısında  Azərbaycanda 
yaradılmış  feodal  dövlətləri  arasında    ən 
möhtəşəmi Sacilər dövləti olmuşdur. Bu dövlətin 
təməlini Əbu Sac Divdad   qoymuş, böyük oğlu 
Məhəmməd  isə    onun  iqtisadi  inkişafını  təmin 
etmişdir.  Əbu  Sacın  kiçik  oğlu  Yusifin 
hakimiyyət  illəri    Sacilər  dövlətinin    ən  parlaq  
illəri    sayılır.    Güclü    ordu  hesabına    xilafətdən  
asılılığı ləğv etmiş, Bizasn qoşunlarını geri atmış 
Yusif    bütün  Azərbaycanı    öz  hakimiyyəti  
altında  birləşdirmişdir.  Azərbaycandan kənarda 
olan    bir    çox    ərazilər    də  onun  dövlətinə 
birləşdirilmişdir.  
Yusif  927-ci  ildə  islamın  müqəddəs  
şəhərlərinə  hücum  edən    qərməti    təriqəti  ilə 
vuruşmada  həlak olmuşdur.  
Beləliklə,    Yusif  ibn  Əbu  Sac    Azərbaycan  
tarixinə  bütün    Azərbaycan  torpaqlarını  ilk  dəfə 
vahid 
Azərbaycan 
dövləti 
hüdudlarında 
birləşdirən  hökmdar,  görkəmli  sərkərdə  və  
islamın müqəddəs yerləri uğrunda  şəhid  olmuş 
döyüşçü  kimi daxil olub.
 
     Yusif ibn 
Əbu Sac Divdad 
    (912-927) 
Xürrəmilər  üsyanı  və 
onun  ardınca  Ərəb  xilafətini 
bürümüş  digər  üsyanlar  bu 
dövləti  tam  zəiflətmiş  və  IX  əsrin  II  yarısında  onun  parçalanması  ilə 
nəticələnmişdi.  Əvvəllər  ərəb  dövlətinə  daxil  olmuş  ərazilərdə  müxtəlif  feodal 
dövlətləri  yaranmağa  başlamışdı.  Azərbaycanda  da  bir  neçə  belə  dövlət 
yaradılmışdı.  Şirvan  ərazisində  Məzyədilər,  sonra  isə  Kəsranilər  sülaləsi 
Şirvanşahlar  dövlətini  yaratmış,  Arranda  Şəddadilər  sülaləsi  hakimiyyətə  gəlmiş, 
Cənubi  Azərbaycanda  Sacilər,  Salarilər  və  Rəvvadilər  sülalələri  bir-birini  əvəz 
etmişdi. 
Sacilər  sülaləsinin  banisi  "Afşin"  ləqəbli  Əbu-s-Sac  Divdad  türk  əmirləri 
nəslindən  olan  adlı-sanlı  sərkərdə  idi.  Vicdanlı  xidməti  müqabilində  xəlifə 
tərəfindən  dəfələrlə  mükafatlandırılan  sərkərdə  866-cı  ildə  Kufə  şəhəri  və  Məkkə 
yolunun  rəisi  vəzifəsinə  təyin  edilmişdi.  İslam  dünyasında  bu  vəzifə  ən  şərəfli  və 
məsuliyyətli  vəzifələrdən  biri  sayılırdı,  çünki  onu  icra  edən  şəxs  dünyanın  hər 
yerindən  Məkkəyə  gələn  zəvvarların  təhlükəsizliyini  təmin  etməli  idi.  Onun  oğlu 
Məhəmməd  ibn  Əbu  Sac  Məkkə  və  Mədinə  şəhərlərinin  hakimi  təyin  edilmişdi. 
Vəzifə  borcunu  layiqincə  yerinə  yetirdiyi  üçün  Əbu  Sac  yenidən  Azərbaycana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə