Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   18   19   20   21   22   23   24   25   ...   129

60 
 
yolda  bütün  vasitələrə  əl  atmışdılar.  1236-cı  ildə  üzü  yüzlərcə  nüsxə  köçürələn 
"Əxlaqi Nasiri" kitabı Orta və Yaxın Şərqdə  yayılmış, məktəblərdə əxlaq dərsliyi 
kimi  istifadə  olunmuşdur.  Maraqlıdır  ki,  indi  də  bəzi  müsəlman  ölkələrində  bu 
kitabın müəyyən hissələrindən dərslik kimi istifadə edilir. 
Tusinin şöhrətinə paxıllıq etməyə başlayan Nasirin əmri ilə o həbs olunub 
Ələmut qalasına salınır. Lakin bu haqsızlıq çox çəkmir. İsmailiyyə təriqəti monqol 
qoşunlarının zərbəsinə məruz qalır, Ələmut qalası monqollar tərəfindən işğal edilir. 
Monqol qoşununun başçısı Hülakü xanla görüşən Tusi ona elmi inkişaf etdirməyin 
böyük  əhəmiyyətindən  danışır.  Tusi  azad  edilir  və  Hülakü  xan  onu  özünə 
məsləhətçi götürür. Sadə həyat tərzi sürən alim yeni təyinatından özü üçün heç bir 
xeyir ummur, o, bəşəriyyət elmi üçün böyük işlər görür. Hülakü xanın yürüşlərində 
iştirak  edən  Tusi  minlərlə  təhsil  ocağını  dağılmaqdan,  yüzlərcə  kitabxananı 
yandırılmaqdan xilas edir. Tusi monqol əsirliyində olan minlərlə alim və müəllimin 
azad olunmasına nail olur. 
1259-cu  ildə  Tusinin  təklifi  ilə  Cənubi  Azərbaycanın  Marağa  şəhəri 
yaxınlığında  rəsədxana  inşa  olunmağa  başlanır.  Rəsədxana  yeri  elə  dəqiq 
seçilmişdir  ki,  orada  indi  də  rəsədxana  fəaliyyət  göstərir.  Marağa  astronomiya 
Rəsədxanasının  o  dövrdə  tayı-bərabəri  olmamışdır.  Sonralar  Şərqdə  inşa  olunan 
rəsədxanalar  məhz  Marağa  rəsədxanasının  planı  əsasında  tikilirdi.  Ən  mürəkkəb 
alətlər,  ən  nadir  kitablar  bu  rəsədxanada  toplanır,  bura  dünyanın  hər  yerindən 
məşhur  alimlər  dəvət  edilirdi.  Faktik  olaraq  rəsədxana  riyaziyyat  və  astronomiya 
üzrə böyük elmi mərkəzə çevrilmişdi. 
Nəsirəddin  Tusinin  əsərləri  arasında  "Zic  Elxani"  kitabı  çox  mühüm  yer 
tutur.  Bu  əsərdə  planetlərin  geosentrik  orbitinin  əsas  elementləri  verilmiş,  onların 
sutka ərzində orta hərəkəti dəqiq təyin edilmişdir. XVIII əsrin əvvəllərinədək "Zic 
Elxani"  dünya  astronomlarının  ən  qiymətli  kitabı  hesab  olunurdu.  Əsərdə  verilən 
cədvəllər  Şərqdə  dəfələrlə  ərəb  dilində,  1652-ci  ildə  Londonda  və  1711-ci  ildə 
Oksfordda  latın  dilində  nəşr  edilmişdir.  Cədvəllərin  birində  XIII  əsrin  256  iri 
şəhərinin dəqiq coğrafi koordinatı göstərilmişdir. Məşhur Avropa səyyahı Xristofor 
Kolumbun  müəllimi  Toskanelli  bu  cədvəldən  istifadə  etmişdir.  Həmçinin  Tusi 
sinus  və  tangensin  60-lıq  say  sistemində  üçrəqəmli  triqonometriya  cədvəllərini 
vermiş,  yerin  fırlanma  oxunun  illik  presessiyasının  qiyməti  (51  ",4)  tapılmışdır 
(müasir  qiyməti  51",2).  Maraqlıdır  ki,  Tusi  Avropa  ilə  Asiya  arasında  böyük  bir 
qitənin  olmasını  fərziyyə  kimi  irəli  sürmüş,  sonralar  onun  fikri  təsdiqlənərək 
Amerika kəşf edilmişdir. 
Astronomiyanın  riyaziyyatla  sıx  bağlılığını  qəbul  edən  Nəsirəddin  Tusi 
"Təhriri-Öqlidis"  ("Evklidin  şərhi")  əsərini  yazmış  və  bu  əsər  həndəsənin 
inkişafına  böyük  təsir  göstərmişdir.  Bu  əsərdə,  həmçinin  "Həndəsənin  əsasları" 
kitabında  Tusi  qədim  dövr  alimləri  Arximed  və  Evklidin  nailiyyətlərini  davam 


61 
 
etdirmiş, nisbətlər nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqları cəmi arasında 
olan  əlaqəni  tapmışdır.  Bu  sahədəki  işləri  ilə  Tusi  Avropa  alimlərini  400  il 
qabaqlamışdır.  Onun  "Şəklül-qita"  ("Tam  dördtərəfli  haqqında  traktat")  əsərində 
müstəvi  və  sferik triqonometriyadan bəhs edilir. O bu  əsərdə  Menelay teoremini, 
müasir  triqonometriyanın  əsas  teorem  və  düsturlarını  vermişdir.  Onun  bu 
nailiyyətləri  sayəsində  triqonometriya  ayrıca  bir  riyazi  fənn  şəklinə  düşmüşdür. 
Nəsirəddin Tusinin ilk dəfə Romada 1594-cü ildən başlayaraq nəşr edilən həndəsi 
əsərləri  sonralar  Avropa  alimləri  A.Lejandr,  C.Vallis,  C.Sakkerinin  elmi  işlərinə 
böyük təsir göstərmişdir. 
Nəsirəddin  Tusi  "Cəleul  hesab"  ("Taxta  və  qum  vasitəsilə  hesablama") 
əsərində müsbət ədəddən istənilən dərəcədən kökalma qaydasını, binomial hədlərin 
12  dərəcəli  həddədək  əmsallarını  vermişdir.  "Təhrir  əl-Məcəsti"  və  "Təzkireyi 
Nəsiriyyə"  əsərlərində  Tusi  planetlərin  hərəkət  nəzəriyyəsi  və  Ptolemeyin 
geosentrik  sisteminin  təshihini  vermişdir.  Riyaziyyat  tarixində  ilk  dəfə  Tusi  tam 
ədəddən  ixtiyari  dərəcədən  kökalma  əməlini  izah  etmiş,  ədəd  üçbucağını  əmələ 
gətirən  binomial  əmsalları  və  onlar  arasındakı  qanunauyğunluqları  göstərmiş, 
sonralar "Nyutonun binomu" kimi tanınan riyazi kəşfi sözlə ifadə etmişdir. 
1265-ci  ildə  Hülakü  xanın  vəfatından  sonra  Tusi  onun  oğlu  Abaqa  xanın 
(1265  -1274)  vəziri  olmuşdur.  Hülakülər  monqol  dövlətinin  daxili  sabitliyinin 
qorunmasına,  iqtisadi  gücünün  artırılmasına  çalışan  Tusi  bir  çox  monqol 
feodallarının müqaviməti ilə üzləşir. Tusi onları zəiflətməyi təklif edir, əks təqdirdə 
mərkəzi  hakimiyyətin  zəifləyəcəyi  barəsində  fikir  söyləyirdi.  Sonralar  dövlətin 
zəifləməsi Tusinin haqlı olduğunu sübut edir. 
Vəzir  olduğu  dövrdə  Nəsirəddin  Tusi  əsasən  fəlsəfi  və  ictimai-siyasi 
əsərlər  yazmağa  başlayır.  "İbn  Sinanın  fəlsəfəsi  və  məntiqinə  şərhlər", 
"Səhifələrində  ər-Razinin  qeydləri",  "Teologiya  və  metafizikaya  dair  risalə", 
"Alicənab  insanların  xarakterləri  və  keyfiyyətləri"  kimi  əsərlərində  Tusi  fəlsəfə 
tarixinə nəzər salmış, İbn Sinanın fəlsəfi əsərlərini o dövrün bəzi tənqidçilərindən, 
ilk növbədə ilahiyyatçı ər-Razinin hücumlarından qorumuşdur. Həmçinin o, şiəlik 
cərəyanını  fəlsəfi  səpkidə  şərh  etmiş,  etika  və  sosiologiya  məsələlərinə 
toxunmuşdur.  "Əsas  ül-iqtibas"  əsərində  Tusi  məntiq  məsələləri  və  poeziyanın 
nəzəriyyəsini şərh etmişdir. "İki mülahizə haqqında mülahizə" əsərində Nəsirəddin 
Tusi  fəlsəfi  məqamlarla  bərabər,  Ayın  və  Günəşin  tutulmasını,  işığın  sınmasını, 
göyqurşağının yaranmasını elmi cəhətdən izah etmişdir. 
Özünün  ictimai-siyasi  əsərlərində  Nəsirəddin  Tusi  "dövlət"  anlayışının 
açılmasına  böyük  yer  ayırmışdır.  Faktik  olaraq  Tusi  Azərbaycanın  siyasi  fikir 
tarixində  ilk  dövlət  nəzəriyyəçisi  hesab  olunur.  "Maliyyə  haqqında"  risaləsində 
verilən qayda-qanunlar sonralar bir çox orta  əsr dövlətlərində qanunlar toplularına 
daxil edilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə