Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   35   36   37   38   39   40   41   42   ...   129

104 
 
Sadıq bəy Əfşar 1610-cu ildə İsfahan şəhərində vəfat etmişdir. 
Səfəvilərin  böyük  zəhmət  hesabına  kitabxanalarına  topladıqları  nadir 
əlyazmalar sonralar baş vermiş hərbi-siyasi hadisələr nəticəsində müxtəlif şəhərlərə 
paylanmışdır.  Onların  əksəriyyəti  Ərdəbil  şəhər  kitabxanasında  toplanmışdır. 
1828-ci  ildə  Rusiya-İran  müharibələri  zamanı  Cənubi  Azərbaycana  soxulmuş  rus 
qoşunları  Ərdəbil  şəhərini  aldıqdan  sonra  qoşun  komandanı  general  İ.Paskeviçin 
əmri ilə Ərdəbil kitabxanasında olan əlyazmalar talanaraq Rusiyaya aparılmışdır və 
indiyənədək də Rusiyanın muzeylərindədir. 
 


105 
 
Oruc bəy Bayat  
(1567-1605) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oruc  bəy  Bayat  Azərbaycanın  məşhur  bayat  tayfasındandır,  1567-ci  ildə 
anadan olub. Atası Sultanəli bəy tayfanın başçılarından biri olmuş və Azərbaycan 
Səfəvilər  dövlətinin  görkəmli  sərkərdələrindən  sayılmışdır.  Səfəvilər  dövlətinin 
böyük  hissəsi  osmanlılar  tərəfindən  işğal  edilmiş,  ölkə  daxilində  iri  feodalların 
qiyamları  baş  vermişdi.  Buna  baxmayaraq  qızılbaş  əmirləri  silahı  yerə  qoymur, 
mübarizə  aparırdılar.  Oruc  bəy  çox  keçmir  ki,  atasının  başçılığı  ilə  döyüşlərə 
qatılır. 
1585-ci  ildə  Təbriz  uğrunda  gedən  döyüşlərdə  Sultanəli  bəy  həlak  olur. 
Oruc  bəy  qoşun  komandanının  əmri  ilə  bayat  tayfasının  döyüşçülərindən  ibarət 
dəstəyə başçı təyin edilir. Hərb meydanında mərdliklə vuruşan Oruc bəy dəfələrlə 
təltif olunur. 1589-cu ildə I Şah Abbasın orta asiyalılara qarşı yürüşü zamanı Oruc 
bəy  Herat  uğrunda  döyüşdə  fərqlənir  və  Səfəvi  qoşunlarının  rəhbərləri  sırasına 
daxil edilir. I Şah Abbas osmanlılara qarşı yürüşə hazırlaşmağa başlayır və Avropa 
dövlətləri  ilə  ittifaq  yaratmaq  qərarına  gəlir.  Bu  məqsədlə  Avropa  ölkələrinə 
səfirlik göndərilməli idi və şah səfirliyin tərkibinə Oruc bəyi də daxil edir. 
Avropaya  göndərilən  səfirliyə  Hüseynəli  bəy  başçı,  Oruc  bəy  isə  birinci 
katib təyin edilir. İngilis diplomatı Entoni Şerli səfirliyin bələdçisi olur. 1599-cu il 
iyulun  9-da  onlar  İsfahandan  yola  düşürlər.  Səfirlik  Almaniya,  İtaliya  (Roma  və 
Venesiya),  İspaniya,  Fransa,  Polşa,  İngiltərə  və  Şotlandiyada  olmalı  idi.  Əvvəlcə 
səfirlik  Xəzər  dənizi  ilə  Həştərxana  yollanır.  Burada  onlar  2-ci  Səfəvi  səfirliyi  ilə 
Azərbaycan 
xalqının 
tarixində 
elə 
şəxsiyyətlər    vardır    ki,  onlar    öz    həqiqi 
adları  ilə  deyil,  daha    çox  sonradan  
götürülmə adları ilə tanınırlar. Bu və digər 
səbəbdən 
vətəndən 
ayrı 
düşən 
şəxsiyyətlərdən  bəziləri  hətta  dünya 
elminə,  mədəniyyətinə  böyük  töfhələr 
vermişlər.  Belə  taleli  insanlardan  biri  də 
bayat tayfasından olan Oruc  bəydir ki,  öz  
dövründə  o  “Don  Xuan  (Juan)  Persidski” 
kimi tanınmışdır. Azərbaycan tarixinə Oruc 
bəy  Bayat  sərkərdə,  diplomat,  səyyah, 
dövlət xadimi, tarixçi kimi daxil olub.
 


106 
 
qarşılaşırlar. Başında Pirqulu bəyin olduğu bu səfirliyin yolu Moskvaya qədər idi 
və  iki  səfirlik  birgə  hərəkət  etməyə  başlayır.  Volqa  çayının  donması  səbəbindən 
xizəklərlə  Çeboksan  -Nijni  Novqorod  -  Murom  -  Vladimir  marşrutu  ilə  gedir  və 
noyabrın əvvəlində Moskvaya çatırlar. Pirqulu bəy Moskvada daimi səfirlik təşkil 
edir, Hüseynəli bəy isə qışı Moskvada keçirdikdən sonra yoluna davam edir. 
Səfirlik Arxangelskə çatır, dəniz yolu ilə Elba çayının mənsəbinə gələrək 
alman  torpaqlarına  ayaq  basır.  Emba,  Kassel,  Veymar,  Qalle,  Leypsiq  şəhərlərini 
keçdikdən  sonra  1600-cü  ildə  Praqada  alman  imperatoru    Rudolf  səfirliyi  qəbul 
edir  və  onlar  qışı  burada  qalırlar.  1601-ci  ilin  yayında  səfirlik  Bavariyada,  daha 
sonra  İtaliyanın  Mantuya  şəhərində  təntənə  ilə  qəbul  edilir.  Siyena  şəhərində 
olarkən  səfirlik  işçiləri  Entoni  Şerlini  oğurluq  edərkən  yaxalayır  və  onu  qovurlar. 
Səfirlik  Romadan  dəniz  yolu  ilə  İspaniyaya,  oradan  quru  yolla  Genuyaya,  sonra 
dəniz yolu ilə Savonaya gəlir və oradan Cənubi Fransaya yönəlir. 
Avinyon  şəhərində  papanın  nümayəndəsi  ilə  görüşdən  sonra  səfirlik 
Pireney  dağlarını  aşıb,  İspaniyaya  gəlir.  Barselona,  Saraqosa,  Valyadolid  də  olan 
səfirlər  kral  III  Filipplə  görüşürlər,  2  ay  onun  yanında  qalıb  geri  dönürlər.  Baş 
səfirlik  Lissabona  yollanır.  Lissabondan  yola  düşəndə  səfirin  4  katibindən  üçün 
Əliqulu bəy, Bünyad bəy, Oruc bəy Avropada qalıb xristianlığı qəbul edəcəklərini 
bildirir.  Hələ  Romada  ikən  səfirliyin  daha  üç  üzvü  xristianlığı  qəbul  etdiklərini 
bəyan etmişdi. 
Belə  addımın  nə  ilə  bağlı  olması  indiyənədək  dəqiq  məlum  deyil.  Bəzi 
tədqiqatçılar yazırlar ki, bu 6 nəfər həqiqətən də islamdan dönüb xristianlığı qəbul 
etmişdir. Digər tədqiqatçıların isə fikri belədir ki, bu "dönmələr" müəyyən tapşırığı 
yerinə  yetirirmişlər.  Əgər  6  nəfər  müsəlman  xristianlığı  qəlbən  qəbul  etmək 
istəsəydi,  bunun  üçün  ciddi  səbəblər  olmalı  idi:  onlar  ya  təqiblərə  məruz  qalmalı, 
ya  da  elə  imkansızlıqla  üzləşməli  idilər  ki,  öz  dinləri  və  vətənlərindən  üz 
döndərsinlər. Bu səbəblərdən heç biri bu halda mümkün deyil, çünki təqib olunan 
şəxsləri  şah  səfirliyə  daxil  etməzdi,  üstəlik,  bütün  səfirlik  üzvləri  ölkənin  ən 
mötəbər,  imkanlı,  zadəgan  nəsillərinin  nümayəndələri  idi.  Onlar  doğrudan  da 
xristianlığı qəbul etmək istəsəydilər, bunun üçün Avropaya getmək lazım olmazdı. 
Səfəvi dövlətinin ərazisində katolik missionerləri maneəsiz fəaliyyət göstərir, hətta 
iri şəhərlərdə onların öz qəsəbələri var idi. Səfəvi şahının təqibindən qorxan səfirlik 
üzvü xristianlığı Rusiya, Almaniya və ya Fransada da qəbul edə bilərdi, daha Roma 
və  ya  Valyadolidə  getməyə  ehtiyac  olmazdı.  Lakin  6  nəfərdən  üçü  xristianlığı 
Romada,  üçü  isə  Valyadoliddə  qəbul  etmişdir.  Bu  fakt  onların  xristianlığı  xüsusi 
əmrlə qəbul etmələrini göstərir. Xristianlığı qəbul edib papanın əyanları tərkibinə 
qatılan  Səfəvi  bəyləri  isə  onun  səfəvilərin  o  zamankı  düşməni  olan  osmanlılara 
qarşı  yönəldilməsinə  təsir  göstərməli  idilər.  Yerdə  qalan  3  nəfər  xristianlığı 
İspaniyanın  paytaxtında  qəbul  etmişdi  və  bununla  da  İspaniya  kralı  III  Filippin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə