Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   40   41   42   43   44   45   46   47   ...   129

118 
 
XIX  əsrin  əvvəllərində  bir  tərəfdən  Rusiya  böyük  qoşunla  Azərbaycanın 
işğalına  başlayanda,  digər  tərəfdən  isə  İran  qoşunları  Azərbaycan  sərhədlərində 
cəmləşəndə  İbrahimxəlil  xan  qonşu  Azərbaycan  xanlarını  vahid  ittifaq  yaratmağa 
sövq  edə  bilmədi.  Öz  şəxsi  mənafeyindən  çıxış  edən,  şəxsi  ədavətlərindən  yaxa 
qurtara  bilməyən  xanlar  pərakəndə  siyasət  yürüdürdülər.  Belə  şəraitdə 
müqavimətin  azərbaycanlı  əhalinin  qırğını  ilə  nəticələnəcəyindən  qorxan 
İbrahimxəlil xan Rusiya ilə danışıqlara başladı. 1805-ci il mayın 14-də o, Kürəkçay 
müqaviləsini  imzalamaqla  Rusiyanın  himayəsini  qəbul  etdi.  Hakimiyyətini 
qoruyub-saxlayan  və  Rusiyanı  mövcudluğu  ilə  hesablaşmağa  məcbur  edən  xan 
Qarabağın  erməniləşdirilməsi  siyasətinə  qarşı  çıxır,  onun  əzəli  Azərbaycan 
torpaqları  olmasını  sübut  edirdi.  Xanla  müqavilə  imzalayan,  onun  hakimiyyətini 
tanıyan  imperiya  onun  mövcudluğundan  əziyyət  çəkməyə  başlayır  və  planlarını 
həyata  keçirə  bilmirdi.  Nəticədə  ilk  qalmaqal  yaranan  kimi  xanı  öldürmək  qərarı 
qəbul  edilir.  1806-cı  ildə  İran  qoşunu  Qarabağ  tərəfə  hərəkət  etməyə  başladıqda 
İbrahimxəlil  xan  və  onun  ailəsi  mayor  Lisaneviçin  rus  dəstəsi  və  onlara  kömək 
edən erməni məlikləri tərəfindən öldürülür. 
 
 


119 
 
XVIII 
əsrin 
II 
yarısında 
Azərbaycan  vahid    dövlət  çərçivəsində 
birləşdirməyə 
can 
 
atan 
dövlət 
xadimlərindən  biri  də  Qubalı  Fətəli  xan  
olmuşdur. 
Şimal-Şərqi 
Azərbaycanı 
bütövlüklə  və  Azərbaycanın  mərkəzi 
vilayətlərini  qismən  birləşdirən  Fətəli 
xan 
ağır 
hərbi-siyasi 
şəraitdə 
mərkəzləşmiş 
dövlət 
yaratmağa  
çalışmışdır. Uğursuzluqla nəticələnsə də, 
keçirdiyi 
tədbirlər 

dövr 
üçün  
mütərəqqi xarakter  daşımışdır. 
Qubalı  Fətəli  xanın  adı  mərkəzləşmiş 
vahid  dövlət    yaratmağa  çalışan  dövlət  
xadimi  və  görkəmli  sərkərdə  kimi 
Azərbaycan  tarixində  daim  öz    layiqli 
yeri tutacaqdır.
 
            Qubalı Fətəli xan 
(1736 - 1789) 
Qubalı  Fətəli  xan  1736-cı 
ildə  Quba    şəhərində  anadan  olmuşdur.  Atası  Hüseynəli  xan  hələ  1726-cı  ildə 
Qubanın hakimi vəzifəsinə təsdiqlənmiş, 2 sonra - 1747-ci ildə o, Quba xanlığının 
müstəqilliyini  elan  etmişdir.  Hələ  gənc  yaşlarından  Fətəli  xan  atasının  müxtəlif 
tapşırıqlarını  yerinə  yetirərmiş.  Onun  bu  illərdə  ən  böyük  nailiyyəti  1756-cı  ildə 
Salyan  sultanlığının  Quba  xanlığına  birləşdirilməsi  olmuşdur.  Belə  ki,  diplomatik 
vasitələrlə  bu  birləşməni  hazırlayan  Hüseynəli  xan  rəsmi  mərasimləri  keçirməyi 
oğluna  tapşırır,  onu  qoşun  başında  Salyana  göndərir.  Fətəli  xan  bu  tapşırığı 
müvəffəqiyyətlə yerinə yetirir. 
1758-ci ildə Hüseynəli xan vəfat edər oğlu Fətəlini varisi elan edir. Fətəli 
xanın  böyük  amalı  atasının  başladığı  işi  davam  etdirmək,  pərakəndə  vəziyyətdə 
olan Azərbaycan xanlıqlarını vahid dövlət çərçivəsində birləşdirmək olur. 
Birləşdirmə  prosesini  həyata  keçirmək  üçün  ilk  növbədə  iqtisadiyyatı 
qaldırmağa çalışan Fətəli xan bir sıra  mühüm  tədbirlər həyata keçirir. Belə  ki, ilk 
növbədə vergi və  mükəlləfiyyətlər məsələləri nizamlanır, qanuni çərçivəyə salınır, 
qeyri-qanuni  rüsumlar  qadağan  edilir.  Vergilərin  toplanması  hüququ  ayrı-ayrı 
feodallardan  alınıb  kəndxudalara  verilir.  Əvvəllər  hər  bir  feodal  vergiləri  istədiyi 
vaxt və istədiyi həcmdə toplayır, mərkəzi xəzinəyə ödəməklə özünə də götürürdü. 


120 
 
Fətəli  xanın  islahatına  əsasən,  xanın  əmri  ilə  qanunda  göstərilən  vaxt  və  həcmdə 
kəndxuda  kənd  əhlindən  vergi  toplamalı  və  onu  Mərkəzi  Divanın  məmurlarına 
təhvil  verməli  idi.  Vergi  sisteminin  sabitləşdirilməsi  bütün  iqtisadiyyatın 
vəziyyətini sabitləşdirir. 
Hərbi islahatlar keçirən Fətəli xan süvari və piyada qoşundan başqa, topçu 
hissələri də yaradır. Maraqlıdır ki, onun səhra topları arabalarda daşınırdı və topçu 
hissələri  çevikliyi  ilə  seçilirdi.  Eyni  zamanda  Quba  şəhəri  müdafiə  divarları  ilə 
əhatələnir. 
Mühüm  hərbi-strateji  və  ticarət  əhəmiyyətli  Dərbənd  xanlığını  tutmağa 
çalışan  Fətəli  xan  1759-cu  ildə  dərbəndlilərin  müraciətini  bəhanə  edərək  oraya 
qoşun çəkir, həqiqətən də şəhər əhli öz xanlarının qəddarlığından  
əziyyət  çəkdikləri  üçün  üsyan  qaldırmış  və  Fətəli  xanı  köməyə 
çağırmışdılar. Dərbənd yürüşü zamanı Fətəli xan bəzi Dağıstan hakimləri ilə əlaqə 
yaradır və onlarla ittifaq imzalayır. İttifaqı təsdiqləyərkən o, avar hakiminin bacısı 
ilə evlənir. Dərbəndi tutduqdan sonra Fətəli xan iqamətgahını Dərbəndə köçürür. 
Birləşdirmə  siyasətini  davam  etdirən  Fətəli  xan  Müşkür,  Niyazabad, 
Şabran,  Rustov,  Beşbarmaq  əyalətlərini  də  Quba  xanlığına  birləşdirir.  Köçürmə 
siyasətindən istifadə edən Fətəli xan ən mühüm strateji məntəqələrdə tərəfdaşlarını 
məskunlaşdırır, qalalar inşa etdirir. 
"Nikah  diplomatiyası"ndan  məharətlə  istifadə  edən  Fətəli  xan  bacısı 
Xədicə  Bikəni  Bakı  xanı  Məlik  Məhəmməd  xana  ərə  verir  və  onunla  sıx  əlaqələr 
yaradır.  Tədricən  Bakı  xanlığının  məsul  vəzifələrinə  öz  adamlarını  yerləşdirən 
Fətəli xan bu yolla xanlığı özündən asılı vəziyyətə salır. Bununla da Xəzərdə iki ən 
mühüm liman - Dərbənd və Bakı limanları Fətəli xanın nəzarəti altına keçir. Eyni 
zamanda  Şimal-Şərqi  Azərbaycanın  torpaqları  bir  hakimiyyət  altında  birləşdirilir, 
bu da regionun inkişafına müsbət təsir göstərir. 
Vahid  Azərbaycan  dövləti  yaratmağa  çalışan  Fətəli  xan  bu  yolda  ilk 
olaraq  keçmiş  Şirvanşahlar  dövlətini  əhatə  etmiş  əraziləri,  sonra  bütün  Şimali 
Azərbaycanı  birləşdirməyi  və  ən  nəhayət,  Cənubi  Azərbaycan  xanlıqlarını  ilhaq 
etməyi qarşıya məqsəd qoyur. 
1767-ci  ildə  Şəki  xanı  ilə  ittifaq  bağlayan  Fətəli  xan  Şamaxı  xanlığına 
zərbə endirir. Ərazi baxımından ən böyük xanlıq olmasına baxmayaraq, uzun illər 
boyu  hakimiyyət  uğrunda  daxili  mübarizələrdən  əziyyət  çəkən  Şamaxı  xanlığı 
Şəkinin şimal-qərbdən və  Qubanın şimal-şərqdən endirdikləri zərbələrə  tab gətirə 
bilmir. Şamaxı xanlığı zəbt edilir, onun torpaqları Şəki və Quba xanlıqları arasında 
bölüşdürülür.  Fətəli  xan  Şirvanın  mərkəzində  özünə  dayaq  yaratmaq  məqsədi  ilə 
Dərbənd  ətrafından  öz  tərəfdaşlarını  Şamaxıya  köçürür.  Şamaxının  işğalı  Fətəli 
xana  Cavad  və  Talış  xanlığını  təzyiq  altında  saxlamağa  imkan  verir.  Dərbənddən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə