Gülsüm Hüseynova. Tat dilinin leksikası
bu sahələrə aid terminlər də tat dilində gen-bol təmsil
olunmuşdur. Tat dilində bu sahələrdən hər birinə aid
terminlərə rast gəlmək olur. Məsələn:
piist
«qoyun dərisi»,
kər
«mal dərisi»,
ləysən
«dəryaz»,
ahəşdun
«əhəng qabı»,
vəlcə
«yarpaq»,
leşzan
«leş təmizləyən alət»,
tülə
«yunu tökülmüş
dəri»
xiyəh
«kürk» kimi sözlər tat dilində dabbaqlıq sənəti ilə
bağlı işlənən terminlərdir. Dəri emalı və dəridən istifadə ilə
bağlı bəzi sənət sahələri yaranmışdır. Bu sahələrlə məşğul
olanların peşəsini bildirən sözlər də sənət leksikasına daxildir.
Məsələn:
çəkmədüz
«çəkməçi»,
çəkmə + diiz (dııxlən dııxdən
«tikmək»
felindən).
Tat dilində
palandiiz
«palançı»,
«palantikən» sözü də geniş işlənir.
Azərbaycan tatlarının məişətində dulusçuluq mühüm yer
tutmuşdur. Dulusçuluq məmulatı rəngarəng olub, tatların
məişətində geniş istifadə olunur.
Tat dilində işlənən
dulusçuluq leksikasını aşağıdakı tematik qruplara ayırmaq
olar:
1)
dulusçuluq sənəti
növlərini
bildirənlər;
2)
dulusçuluqda
istifadə olunan materialların
adları;
3)
dulusçuluqda istifadə olunan texnoloji prosesləri bildirənlər; 4)
dulusçuluqda istifadə olunan alətlə və onların hissələrinin
adları; 5) dulusçuluq məmulatlarının adları; 6) dulusçuluqda
tətbiq edilən bəzək və naxışların adları və s.
Sənətin, bu sənətlə məşğul olan şəxsin adını bildirən
dulusçu, dulusçuluq
terminiərinnin tat dilinə Azərbaycan
dilindən keçməsi ehtimal olunur. Bu sözlərə artırılan
çu-
çu+luq
şəkilçilərinin Azərbaycan dilindən olması da bu faktı
təsdiqləyir. Dulusçuluq məmulatlarına tələbat artdıqca, onların
müxtəlif növlərinin istehsalı üzrə ixtisaslaşma getmişdir.
Nəticədə, bu sahənin qollarını təşkil edən sənət növləri
formalaşmışdır. Bu növlərdən biri «lüləçilik» adlanır. Həmin
sənətlə məşğul olan şəxsi, sənətkarı «lüləçi» adlandırmışlar.
Lülə
tat dilində «boru» mənasındadır. Dialektlərdə «lülə» sözü
183
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
işlənir.
Beş dənə arşmmx lülə aldım; Dağdan suyu lüləynən
gətirdilər -
(Şəki). Bakı və Salyan dialektində lül sözü üç
mənada işlənir. Bunlardan ikisinin
lülə
ilə bağlılığı aşkardır.
Lül -
«dar». Paltar əynində çox
liil
görünür - (Salyan).
Liil -
«boru şəklində». İki püt lül qəley aldım - (Bakı) (11, s. 373).
Talış dilində uşaq beşiyində sidiyin axıb getməsi üçün istifadə
olunan xüsusi boru şəkilli əşya «lülə» adlanır. Lülə saxsıdan
və
ağacdan
düzəldilir.
Əvvəllər
daha
çox
saxsıdan
hazırlanmışdır. Ümumiyyətlə,
liil
sözünün boru şəkilli olmanı
ifadə etməsi özünü başqa sözdə də göstərir. Məsələn, bu
ünsürə
liileyin -
«aftafa» sözündə də rast gəlirik. Əsasən,
Culfa, İsmayıllı şivələrində qeydə alınmışdır. Lahıc tatlarının
dilində bu söz eyni fonetik tərkibdə,
eyni mənada
işlənməkdədir. Məs.: İn lüleyin ə tərəf Haci Nağı rost soxta
bire. «Bu aftafa Hacı Nağı tərəfindən düzəldilmişdir» və s.
Dulus məmulatına aşağıdakı təsərrüfat və məişət əşyaları
daxildir. Su qabları: səhəng, bardaq, cürdək, şəhrəng, kuzə,
küp, dolça, qurqur, sürahi, tay qulp, parç, lüləyin, fəşir, aftafa;
mətbəx qabları: qazança, küvəc, çölmək, piti dopusu, aşsüzən,
həlimdan; çörək və çörəkbişirmə vasitələri: təndir, kiranə-kiyə,
manqal, sac, kürə (xörək kürəsi, zəfəran, zərgər kürələri);
təsərrüfat küpləri (küp, ləh, küpə, qalğa, ximrə, bəqqə, bəsti,
yağ küpəsi və s. (129, 54)
Dulusçuluq ən qədim tat xalq sənətlərindən biridir. Bu
sənət gil-saxsı məmulatı istehsalı ilə əlaqədardır. Bu sənətlə
bağlı söz və terminlər, əsasən, İsmayıllı və Quba rayonunda
yaşayan tatlardan qeydə alınmışdır. Tat dilində aşağıdakı
dulusçuluq terminlərini göstərmək olar:
isbihə xak//siibiyə
xak ishiyə xok
«ağ gil»,
kəbutəriyə xak kəbuiəriyə xok
«göyümtül-yaşıl gil»,
hərfən:
(«göyərçini
gil»)
sırxa
xok sıırxa xak
«qırmızı torpaq»,
suvenirsaz süvenirsoz
«suvenir düzəldən usta»,
kuzəsaz/fkuzəsoz
«kuzə düzəldən
184
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
usta» (tac.
kiizaqar
şəklində işlənir) (164, 8),
girə
«dulusçuluq
üçün nəzərdə tutulan gil». Bu söz digər İran dillərindən olan
şuqnan dilində
jira y
, ruşan dilində
ziray
şəklində işlənir (312,
236, 251).
Dulusçuların istifadə etdiyi material, əsasən, xüsusi
palçıq növü olmuşdur. Bu palçığa qum və sair də qatılmışdır.
İran dillərində palçıq mənasında «tül» sözündən istifadə
olunur. Dulusçuluqda palçıq hazırlamaqla məşğul olan şəxsə
tiılçi
demişlər.
D ulusçuluqda
istifad ə
olunan
istehsal-texnoloji
proseslər.
Mahiyyətcə
bu
proseslər
artıq
xammalın
hazırlanması
ilə
deyil,
məhz
dulusçuluq məmulatının
hazırlanması ilə əlaqədardır. Məmulatın ilkin hazırlanması
zamanı «ataş» - ataş vənoran «ocaq qalamaq» bir çox
qaynaqlarda fars dilindən alınma hesab edilsə də, əslində,
nostratik söz köklərindən biridir (98, 219).
Piçənə iisulu, bad
iisulu, piyə, loğana
kimi proseslərdən istifadə edilmişdir.
Dulusçuluqda istifadə olunan əmək alətləri sırasına
dulus
çərxı, qəlib, çərx çəx, maha, çəxıı (bıçaq), şonə (daraq),
karkar, tranc, jin ə kündə, (alt kinidə), peııə kiiııdə (üst kiiııdə),
ğəlbir, kisə, zola, lok
və s. daxildir. Dulus çarxları öz forma və
iş prinsiplərinə görə mürəkkəb olduğundan, avadanlıq
səciyyəsi daşıyır və bu avadanlığın öz hissələri də var.
Dulusçuluq məmulatları və onların hissələrinin adları
çoxluğu ilə seçilir. S.Ağamaliyeva dulusçuluq məmulatlarını
onların funksional təyinatına görə altı qrupa bölmüşdür: 1) su
qabları; 2) yeməyin hazırlanması və saxlanması üçün qablar;
3) süd qabları; 4) isitmə və işıqlandırma əşyaları; 5) digər
məişət əşyaları; 6) su təchizatı üçün məmulatlar.
Bölgü dulusçuluqda hazırlanan məmulatların istifadə
sahələri üzrə aparılmışdır. Dulusçuluqda hazırlanan qablar -
səhəng, səhəııgçə, bardaq, qur qur, sıırahı, kuzə, faşır, duvaq,
185
Dostları ilə paylaş: |