Gülsüm Hüseynova.
Tat dilinin leksikası
uzun çarıqbağı».
(Şa şah
«şah, əsas»,
band bənd
«bağ») və s.
Ç oşni//çeşni.
Dialekt və şivələrdə bu söz «şəkil, surət»
(Qızın
çeşnisi
onun yadında qalmadı - Sabirabad), «naxış» (Bu
gəvənin
çeşnisi
yaxşıdı - Qazax), «nümunə» (Bizzə Nabur
xəlçələrinin çeşnisi var - Şamaxı) mənalarında işlənir (ADL,
95). Tat ləhcələrində bu söz
çeşni /çoşni
fonetik variantlarında
işlənərək, «naxış» mənasını bildirir və toxuculuqda termin
kimi qeydə alınır.
Xalçaçılıqda ümumiran mənşəli sözlər çoxdur. Həmin
sözlərin
böyük
bir
qismi
tat
dilinin
xalçaçılıq
terminologiyasında işləkliyi ilə seçilir.
Simar, bədrəng, kııvan,
dəhnə, bazıbənd, zinət, aftafa, xəkəndaz, gülabdan, gülab gülü,
gül, kasa, fincan, nəlbəki, nəlbəkigülii, şana, noxud, kətan,
dəst, çəngəl, çıraq, sərandaz, mııceha
və bu kimi sözlər
xalçalarda işlənən naxış adlarıdır (2, 96). Belə naxış adları
ümumişlək leksik qatdan götürülmüşdür və onlar daha çox
məişət əşyalarının adlarıdır. Bu da təbiidir. Xalçaya salınan
naxışların bir qismi məişətdə istifadə olunan əşyalarla bağlı
olmuşdur. Bu cür naxışlar ya məişət əşyasının xalça üzərində
təsvirini verməyə, ya da məişət əşyasına oxşar bəzək
eləmentinin yaradılmasına xidmət etmişdir.
Z ərgərlik term inləri.
Zərgərlik Azərbaycanda qədim dövrlərdə təşəkkül tapmış
və geniş yayılmış sənət növlərindən biridir. Bu sənətlə məşğul
olanlar qiymətli metallardan (qızıl, gümüş və s.) bəzək
məmulatları,
müxtəlif
əşyalar
hazırlamışlar.
Zərgərlik
məmulatları çox vaxt qiymətli və ya yarımqiymətli daşlar
(mirvari, kəhrəba, sədəf və s.) həmçinin şüşə, sümük və s.-lə
bəzədilir. Ən qədim zərgərlik nümunələri eramızdan əvvəl III
minilliyə aiddir. Azərbaycan tatları da bu sənətə aid nümunlər
180
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
yaratmışlar. Tatların işlətdikləri bəzək, zinət əşyalarının adları
tat dilinin zərgərlik leksikasının əsasında durur. Zərgərlikdə
istifadə olunan alətlərsə başqa sənət sahələrində də istifadə
olunduğundan,
onların
adlarındakı
eynilik
qorunub
saxlanmışdır.
Tat dilinin zərgərlik leksikasına daxil olan sözlər, əsasən,
ümumiran mənşəlidir. Eyni zamanda bu dilə Azərbaycan
dilindən keçmiş zərgərlik terminləri də çoxluq təşkil edir. Eyni
ərazidə yaşamaq eyni və oxşar zinət əşyalarından istifadə
etməyə zəmin yaratmışdır. Nəticədə başqa xalqa aid olan əşya
ilə birlikdə onun adı da alınıb, istifadə edilmişdir.
Tat dilinin zərgərlik leksikasında
bilərzik, bazubənd,
qolbənd, dəstinə dasinə
sözləri sinonim cərgə təşkil edir.
Oolbənd
sözü türk və tat dilindən olan sadə sözlərin
birləşməsindən əmələ gəlmiş hibrid mürəkkəb termindir. Tat
dilində işlənən və ümumiran mənşəli olan
dastinə dasinə
sözləri yalnız fonetik fərqə görə seçilir. Bunların eyni
məmulatı bildirməsi və eyni söz olması şübhə doğurmur.
B azubənd//bozibənd
ümumiran
mənşəli
mürəkkəb
sözdür. Azərbaycan dilində alınma söz kimi işlənən
qolbənd
sözü ilə eyni sözdüzəltmə modelinə malikdir (
bazu
«qol» +
bənd). Bazabənd
qola tamlan qadın bəzək əşyasını bildirir.
Bundan başqa,
bazubənd
qədimdə döyüşçülərin qollarına
taxdıqları «qolçaq» mənasında da işlənmişdir (13, 182).
Azərbaycan klassik ədəbiyyatında, aşıq yaradıcılığında
bazubənd
sözü qeydə alınmışdır:
«Xadimələr durar sağii solanda, Cəvahir bazubənd iki
qolunda» (Nəbati). «Oızıl bazubəndlər qola yaraşır
» (Aşıq
Ələsgər) və s.
Oilində
tat dilində «boyunbağı» mənasındadır. Bu söz
Azərbaycan dilinin bəzi dialektlərində
qilindənə
(Bakı) -
«boyunbağı» şəklində işlənir: -
Oızım, qilindənə almışam
181
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
sə:nçiin. Tat dilində o, qilində
şəklində işlənir. (Yəqin ki, in
qədimiyə qilində ə nənetı munde. «Yəqin ki, bu qədimi
boyunbağı nənəndən qalıb»), Azərbaycan dilinin başqa
dialektlərində işlənən
dıxa, gəlgəl, boğazaltı
,
həmayil, çəçix
(17, 226) sözlərinin «boyunbağı», «bilərzik» mənalarında
işlənməsi qeydə alınmışdır. (Dıxa (Qax.) - «boyunbağı». -
Baqudan köçcək, dıxalar getirip qardaşı).
Ola bilsin ki,
gəlgəl,
çəçix
boyun bəzəyinin müxtəlif dialektlərdə işlənən adlarıdır.
Naxçıvan dailektinə aid olan
çəçix
sözünün ikinci mənası
«muncuq»dur.
Muncuq
məlum olduğu kimi, boyunda da
gəzdirilir. Qeyd edilmiş sözlərdən
həmail
və
nnncıq
tat dilində
geniş işlənir.
Azərbaycan dilində zərgərlik əşyası adı kimi
sırğa, tana,
kiipə
sözləri sinonim kimi istifadə edilir. Bu terminlərdən
tana
tat dilində işləkdir.
Tana.
Bir çox tat ləhcələrində, eləcə də, Azərbaycan
dilinin Qazax-Gəncə şivələrində «sırğa» mənasında işlənir.
Əridib qəlbində qızıl eşqini
Könül qulağıncın yaparkən
tana
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca, şer olacaq (M.Müşfiq).
Aşıq Ələsgərin yaradıcılığında «sırğa» mənasında üç söz
qeydə alınmışdır: «Guşumda
sırğadı,
sinəmdə dağdı»,
«Guşunda
giişvarə, qızıl tanası».
Güş (quş) «qulaq» mənasındadır, «Cüşvarə» qulağa
taxılan bəzək əşyasının adıdır («sırğa»). Talış dilində bu söz
qıışovə
kimi işlənir.
D igər sənət sahələrinə aid term inlər.
Dabbaqlıq, dulusçuluq, zərgərlik, boyaqçılıq və s. sənət
sahələri də tatların məişətində müəyyən yer tutur. Ona görə də
182
Dostları ilə paylaş: |