Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə65/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
uzun çarıqbağı». 
(Şa şah
 «şah,  əsas», 
band bənd
 «bağ») və  s.
Ç oşni//çeşni. 
Dialekt  və  şivələrdə  bu  söz  «şəkil,  surət» 
(Qızın 
çeşnisi
 onun yadında qalmadı  -   Sabirabad),  «naxış»  (Bu 
gəvənin 
çeşnisi
  yaxşıdı  -   Qazax),  «nümunə»  (Bizzə  Nabur 
xəlçələrinin  çeşnisi  var  -   Şamaxı)  mənalarında  işlənir  (ADL, 
95).  Tat  ləhcələrində bu  söz 
çeşni /çoşni
  fonetik variantlarında 
işlənərək,  «naxış»  mənasını  bildirir  və  toxuculuqda  termin 
kimi  qeydə  alınır.
Xalçaçılıqda  ümumiran  mənşəli  sözlər  çoxdur.  Həmin 
sözlərin 
böyük 
bir 
qismi 
tat 
dilinin 
xalçaçılıq 
terminologiyasında  işləkliyi  ilə  seçilir. 
Simar,  bədrəng,  kııvan, 
dəhnə,  bazıbənd,  zinət,  aftafa,  xəkəndaz,  gülabdan,  gülab gülü, 
gül,  kasa,  fincan,  nəlbəki,  nəlbəkigülii,  şana,  noxud,  kətan, 
dəst,  çəngəl,  çıraq,  sərandaz,  mııceha
  və  bu  kimi  sözlər 
xalçalarda  işlənən  naxış  adlarıdır  (2,  96).  Belə  naxış  adları 
ümumişlək  leksik  qatdan  götürülmüşdür  və  onlar  daha  çox 
məişət  əşyalarının  adlarıdır.  Bu  da  təbiidir.  Xalçaya  salınan 
naxışların  bir  qismi  məişətdə  istifadə  olunan  əşyalarla  bağlı 
olmuşdur.  Bu  cür  naxışlar  ya  məişət  əşyasının  xalça  üzərində 
təsvirini  verməyə,  ya  da  məişət  əşyasına  oxşar  bəzək 
eləmentinin yaradılmasına xidmət etmişdir.
Z ərgərlik  term inləri.
Zərgərlik Azərbaycanda  qədim  dövrlərdə təşəkkül  tapmış 
və  geniş  yayılmış  sənət  növlərindən biridir.  Bu  sənətlə  məşğul 
olanlar  qiymətli  metallardan  (qızıl,  gümüş  və  s.)  bəzək 
məmulatları, 
müxtəlif 
əşyalar 
hazırlamışlar. 
Zərgərlik 
məmulatları  çox  vaxt  qiymətli  və  ya  yarımqiymətli  daşlar 
(mirvari,  kəhrəba,  sədəf və  s.)  həmçinin  şüşə,  sümük  və  s.-lə 
bəzədilir.  Ən  qədim  zərgərlik  nümunələri  eramızdan  əvvəl  III 
minilliyə  aiddir.  Azərbaycan  tatları  da bu  sənətə  aid  nümunlər
180


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
yaratmışlar.  Tatların  işlətdikləri  bəzək,  zinət  əşyalarının  adları 
tat  dilinin  zərgərlik  leksikasının  əsasında  durur.  Zərgərlikdə 
istifadə  olunan  alətlərsə  başqa  sənət  sahələrində  də  istifadə 
olunduğundan, 
onların 
adlarındakı 
eynilik 
qorunub 
saxlanmışdır.
Tat  dilinin zərgərlik leksikasına daxil  olan  sözlər,  əsasən, 
ümumiran  mənşəlidir.  Eyni  zamanda  bu  dilə  Azərbaycan 
dilindən keçmiş zərgərlik terminləri  də  çoxluq təşkil  edir.  Eyni 
ərazidə  yaşamaq  eyni  və  oxşar  zinət  əşyalarından  istifadə 
etməyə  zəmin  yaratmışdır.  Nəticədə  başqa xalqa  aid  olan  əşya 
ilə birlikdə onun adı  da alınıb,  istifadə edilmişdir.
Tat  dilinin  zərgərlik  leksikasında 
bilərzik,  bazubənd, 
qolbənd,  dəstinə  dasinə
  sözləri  sinonim  cərgə  təşkil  edir. 
Oolbənd
  sözü  türk  və  tat  dilindən  olan  sadə  sözlərin 
birləşməsindən  əmələ  gəlmiş  hibrid  mürəkkəb  termindir.  Tat 
dilində  işlənən  və  ümumiran  mənşəli  olan 
dastinə  dasinə 
sözləri  yalnız  fonetik  fərqə  görə  seçilir.  Bunların  eyni 
məmulatı bildirməsi və eyni  söz olması  şübhə doğurmur.
B azubənd//bozibənd 
ümumiran 
mənşəli 
mürəkkəb 
sözdür.  Azərbaycan  dilində  alınma  söz  kimi  işlənən 
qolbənd 
sözü  ilə  eyni  sözdüzəltmə  modelinə  malikdir  (
bazu
  «qol»  + 
bənd).  Bazabənd
  qola  tamlan  qadın  bəzək  əşyasını  bildirir. 
Bundan  başqa, 
bazubənd
  qədimdə  döyüşçülərin  qollarına 
taxdıqları  «qolçaq» mənasında da işlənmişdir (13,  182).
Azərbaycan  klassik  ədəbiyyatında,  aşıq  yaradıcılığında 
bazubənd
 sözü qeydə  alınmışdır:
«Xadimələr  durar  sağii  solanda,  Cəvahir  bazubənd  iki 
qolunda»  (Nəbati).  «Oızıl  bazubəndlər  qola  yaraşır
»  (Aşıq 
Ələsgər) və  s.
Oilində
  tat  dilində  «boyunbağı»  mənasındadır.  Bu  söz 
Azərbaycan  dilinin  bəzi  dialektlərində 
qilindənə
  (Bakı)  -  
«boyunbağı»  şəklində  işlənir:  -  
Oızım,  qilindənə  almışam
181


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
sə:nçiin.  Tat  dilində  o,  qilində
  şəklində  işlənir.  (Yəqin  ki,  in 
qədimiyə  qilində  ə  nənetı  munde.  «Yəqin  ki,  bu  qədimi 
boyunbağı  nənəndən  qalıb»),  Azərbaycan  dilinin  başqa 
dialektlərində  işlənən 
dıxa,  gəlgəl,  boğazaltı

həmayil,  çəçix 
(17,  226)  sözlərinin  «boyunbağı»,  «bilərzik»  mənalarında 
işlənməsi  qeydə  alınmışdır.  (Dıxa  (Qax.)  -   «boyunbağı».  -  
Baqudan köçcək,  dıxalar getirip qardaşı).
  Ola bilsin ki, 
gəlgəl, 
çəçix
  boyun  bəzəyinin  müxtəlif  dialektlərdə  işlənən  adlarıdır. 
Naxçıvan  dailektinə  aid  olan 
çəçix
  sözünün  ikinci  mənası 
«muncuq»dur. 
Muncuq
  məlum  olduğu  kimi,  boyunda  da 
gəzdirilir.  Qeyd  edilmiş  sözlərdən 
həmail
 və 
nnncıq
 tat  dilində 
geniş işlənir.
Azərbaycan  dilində  zərgərlik  əşyası  adı  kimi 
sırğa,  tana, 
kiipə
  sözləri  sinonim  kimi  istifadə  edilir.  Bu terminlərdən 
tana 
tat dilində işləkdir.
Tana. 
Bir  çox  tat  ləhcələrində,  eləcə  də,  Azərbaycan 
dilinin Qazax-Gəncə  şivələrində «sırğa» mənasında işlənir.
Əridib  qəlbində qızıl  eşqini
Könül  qulağıncın yaparkən 
tana
Şair yeni-yeni  sözlər bulacaq,
Kainat olduqca,  şer olacaq (M.Müşfiq).
Aşıq  Ələsgərin  yaradıcılığında  «sırğa»  mənasında  üç  söz 
qeydə  alınmışdır:  «Guşumda 
sırğadı,
 
sinəmdə  dağdı»,
«Guşunda 
giişvarə,  qızıl tanası».
Güş  (quş)  «qulaq»  mənasındadır,  «Cüşvarə»  qulağa 
taxılan  bəzək  əşyasının  adıdır  («sırğa»).  Talış  dilində  bu  söz 
qıışovə
 kimi  işlənir.
D igər  sənət  sahələrinə  aid  term inlər.
Dabbaqlıq,  dulusçuluq,  zərgərlik,  boyaqçılıq  və  s.  sənət 
sahələri  də tatların  məişətində  müəyyən  yer tutur.  Ona görə  də
182


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə