Gülsüm Hüseynova.
Tat dilinin leksikası
qapaq, qazan, dopıı, aşsüzən, piti qabı, təndir, sərpıış, küp,
bəqqa, kasa, saxsı stəkan, qəndqabı, aftafa, nimçə, nehrə,
çalğa, badya, xeyrə, mətrət, çıraq, silbinc, oxana, lülə, çolə
qəv,
çolə
qınq kiinq kınq
tatların məişətində işlədilən
əşyalardır. Onların adlarının bir qismi ümumiran mənşəli
sözlərdir. Bəzi adlar isə Azərbaycan dilindən alınmadır. Bəzi
dulusçuluq terminləri ilə bağlı təhlil verməyə çalışaq.
Dığır-dığır
-
«nahamar»,
«kələkötür»
mənasında
dialektlərdə işlənir. Tat ləhcəsində bu söz
dığır-dığır//düyür-
diiyiir
variantlarında geniş işlənir. Məs.: Parçarə
dığır-dığır
məni - «Parçanı
dığır-dığır
etmə» (Xaç.) Dulusçuluqda bəzi
hallarda qabların səthinin nahamar şəkildə tələb olunmuşdur.
Bəzi qabların spesifikasına uyğun olaraq, onların daxilində
nahamarlıq yaradılmışdır. Məsələn, yağ çalmaq üçün istifadə
olunan nehrənin daxilindən xüsusi düyünlər qoyulurdu ki, bu
da yağalma prosesini sürətləndirmək məqsədi daşıyırdı.
Nehrənin içi kələ-kötür olur.
Bilmə//bülmə - «nəlbəki» mənasında. Məs.:
Biilmə
xurd
bü. «Nəlbəki sındı». (Ab.).
Şirəng «(səhəngdən balaca, kuzədən böyük) suqabı».
Qağla «suqabı, balaca küpə». Burada qağ qədəli «kiçik»
sözü ilə bağlıdır.
Ləçə «sərnic». Tat dilində
lə
«küp», deməkdir,
-çə
kiçiltmə bildirən şəkilçidir.
Bəqqə - «süd sağmaq üçün saxsı qab» (Q.).
Qohumluq terminləri.
Qohumluq terminləri ailənin inkişaf tarixi və nikah
münasibətlərinin formalaşması prosesi ilə bağlıdır (256, 11;
301, 127). Şübhəsiz ki, qohumluq terminləri müxtəlif xalqların
etnik mədəniyyətinin tərkib hissəsidir. Dilin qədim leksik
186
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
laylarından birini təşkil edən və əsas lüğət fonduna daxil olan
qohumluq terminlərinin leksik-semantik xüsusiyyətlərinin təd
qiqi bütövlükdə müəyyən dilin daşıyıısı olan bu və ya digər
xalqın
inkişaf
tarixinin
ayrı-ayrı
cəhətlərini
müəyyənləşdirməyə imkan verir. Habelə, konkret bir dilin
qohumluq
terminləri
üzərində
aparılan
tarixi-etimoloji
araşdırmalar həmin dilin və eləcə də, onun aid olduğu dil
qrupunun ən qədim leksik qatlarına nüfuz etməyə, nəzəri
ümumiləşdirmələr aparmağa şərait yaradır. Bu mənada tat
dilində qohumluq terminlərinin inkişafı və formalaşmasının
araşdırılması təkcə İran dilləri konteksti ilə məhdudlaşmır.
Tarix boyunca tatların türkdilli azərbayanlıların əhatəsində və
bilavasitə qonşuluğunda yaşaması onların dilindəki qohumluq
terminlərinin müxtəlif təsirlərə məruz qalmasına və hibrid
qohumluq terminlərinin işlənməsinə yol açmışdır.
Qohumluq
terminlərinin
əksəriyyəti
ümumiran
mənşəlidir. Mö «ana», piyər «ata»,
kük
«oğul»,
kilə
«qız»,
bur or
«qardaş»,
xuvar
«bacı»,
el
«uşaq»,
zatı
«arvad»,
zatı
bur or
«qardşarvadı»,
şöxuvar
«baldız»,
şöburar
«qayın»,
xiisiir
«qayınana»,
xiisürmərd
«qayınata»,
dumbor
«kürəkən»,
xuvargil
«bacılıq»,
bocanaq
«bacanaq»,
yeznə
«yeznə»,
həvii
«günü»,
şiivər
«ər»
arus əriis
«gəlin hambocun «elti»« və s.
Tat dilində qohumluq terminləri xarakterinə görə iki
qrupa ayrılır: a) qan qohumluğu ilə bağlı terminlər; b) nikah
qohumluğu ilə bağlı terminlər.
Həmin qruplara aid bir neçə termini nəzərdən keçirək.
a) Qan qohumluğu ilə bağlı terminlər. Bu tipli terminlərin
əsas qismi İran dilləri ilə ümumilik təşkil edən sözlərdən
ibarətdir. Müəyyən hallarda tat dilinin fonetik quruluşuna
uyğun olaraq, səs əvəzlənmələri müşahidə edilir. Aşağıdakı
nümunələrə diqqət edək:
May//moy//mö «ana». Bu söz əksər İran dillərində
187
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
madər/modər (və sonrakı sonor r samitlərinin düşməsi talış, tat və digər İran
dillərində də geniş yayılmışdır: tal. moe, semn. me və s.
Piyar/piyər «ata». Müqayisə et: fars, pedər, tal. piə, tac.
dial, padar, semn. pia (<*pitar). Bu sözdə də intervokal
pozisiyada t/d ~ у əvəzlənməsi özünü göstərir. Burada
postpozisiya mövqeyində r sonor samiti qorunmuşdur.
Ümumiyyətlə, tat dilində, talış dilindən fərqli olaraq, söz
sonunda r samitinin düşməsinə az rast gəlinir.
Birar//buror//burvar «qardaş». Müq. et: fars, bəradər, tal.
boə, tac. barodar, semn. bere (<*bratar).
Xuvar//xuvər «bacı». Müq. et: fars, xahər, tal. hova, tac.
xohar, semn. xuakar (<*xväkar). Sözdə a ~ u əvəzlənməsi tat
dilinin Lahıc ləhcəsi üçün xüsusilə xarakterikdir (73, 9).
Söz ortasında к samitinin zəifləməsi q/g-yə keçməsi və
yerini diftonq səsə verməsi nəticəsində v samiti törəmişdir:
xvakar > xukar > xuğar > xuar > xuvar//xuvər və s.
Tat dilindəki formaya tacik di al ektl ərində də rast gəlmək
olur (270, 210).
Duxtər «qız» (Q., Qon. k.). Müq. et: fars, doxtər, tal.
kinə, semn. dot(a). kürd, tac. duxtar və s.
Bundan əlavə, tat dilində «qız» anlayışını bildirmək üçün
lahıc ləhcəsində
kilə
sözündən də istifadə olunur. Məs.: Ye
siyə sim kilə, isbi ru kilə, Bıbərdan avozgə bə Dəxər mənə.
«Bir qara göz, ağ üzlü qız, Aparır yenə də Daxara məni» və s.
Kuk//kük «oğul» (əksər şivələrdə). Həmin leksem onunla
əlamətdardır ki, başqa İran dillərində onun analoquna rast
gəlmirik.
Həmin terminlərdən bir sıra mürəkkəb terminlər
yaranmışdır.
Şaquli
istiqamətdə
sıralanan
qohumluq
terminlərində kələ «böyük» sözündən istifadə olunur:
kələmay//kələmoy//kələmö
«nənə»;
hərfən:
böyük
ana;
188
Dostları ilə paylaş: |