Gülsüm Hüseynova.
Tat dilinin leksikası
kələbaba//kələbab
«baba»,
hərfən:
böyük
baba,
kələ
buror//kələ burvar «böyük qardaş»; kələmi «böyük əmi»
(valideynlərin əmisi); kələ dayı//kələ doyi «valideynlərin
dayısı» və s.
Maraqlıdır ki, türk dilində də bu sistem özünü göstərir:
büyük anne «nənə», büyük baba «baba». Bir sıra başqa dillərdə
müşahidə edilən bu halı, görünür, tipoloji oxşarlıq kimi qəbul
etmək lazım gəlir.
Digər
sözlərin
birləşməsindən
yaranan
mürəkkəb
qohumluq terminləri: ku əmi//kü əmi «əmioğlu», kile əmi
«əmiqızı», ku bibi//kü bibi «bibioğlu», kile bibi «bibiqızı»,
kile xalə//kile xola «xalaqızı», ku dayi//kü doyi «dayıoğlu»,
kile dayı//doyi «dayıqızı» və s.
Qan qohumluğu ilə bağlı düzəltmə terminlərə çox az
təsadüf edilir: xuvarle//xuvarlə, xuvargil «bacılıq», duxtərlə
«qızcığaz», duxtərgəri «ögey qız» və s.
Qan qohumluğu ilə bağlı terminlərin içərisində ərəb və
türk mənşəli sözlər də müəyyən yer tutur. Türk (Azərbaycan)
mənşəli terminlər: dayı//doyi «dayı», bibi «bibi», qədəş (Dəv.)
«qohum» və s.
Oədəş
sözü
kadaş
şəklində «qan qohumu» və «qardaş»
mənalarında qədim türk yazılı abidələrində qeydə alınmışdır
(193, 401-402).
Bu sözlər daha çox mürəkkəb qohumluq terminlərinin
tərkibində işlədilir. Qeyd edək ki, həmin terminlər türk dilləri
ilə tarixi əlaqəsi olan bir sıra İran dillərinə də keçmişdir. Tacik
ədəbi dilində və dialektlərində oça «ana», tağo//tağoyi «dayı»,
apa
«böyük
bacı»,
aka
«böyük
qardaş»,
qaysanqul//qayınsingil//qaysangəl
«baldız»,
yanga//yana
(yıngə) «ərin qardaşı», «qardaşarvadı» və s. türkizmlər geniş
şəkildə yayılmışdır (270, 210; 285, 106).
R.Şükürov Azərbaycan kürdlərinin dilində bütöv şəkildə
189
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
Azərbaycan dilindən alınmış əmioğlu, dayıoğlu, xalaqızı,
mamaoğlu, bibioğlu mürəkkəb qohumluq terminlərinin geniş
işlənmə tezliyinə malik olduğunu qeyd edir (135, 96).
Tat dilində dayı//doyi terminləri ilə yanaşı, xolu «dayı»
termini də işlənməkdədir.
Qan qohumluğu bildirən terminlər içərisində bir neçə
ərəb mənşəli terminə rast gəlinir: əmu //əmi «əmi», xalə //xola
«xala» və s.
Son dövrlərdə, xüsusilə də, gənc nəslin şifahi nitqində rus
dilindən alınma ata və anaya müraciət formaları olan
papa
və
mama
terminləri də işlənməkdədir.
b) Nikah qohumluğu ilə bağlı terminlər. Bu tipli terminlər
nikaha girdikdən sonra ər və arvadın müvafiq surətdə yaxın
qan qohumları ilə münasibətlərini ifadə edir. Həmin
terminlərin içərisində İran mənşəli sadə terminlər üstünlük
təşkil edir:
dumar//dumbar//dumbor
«kürəkən». Müq. et: fars,
damad,
tal.
zomo,
İran
tat.
zoma,
semn.
zoma;
şoxuvar/ Zşöxııvar
«baldız»,
şöhirar şöhııror şöhıırvar
«qayın»,
xiisurZZxüşür
«qayınana» (tac. xusur) və s.
Fars dilində olduğu kimi, tat dilində də «gəlin» anlayışı
ərəb mənşəli
arus//əriis
termini ilə ifadə edilir.
Müəyyən hallarda nikah qohumluğu təsviri yolla,
mürəkkəb sözlər vasitəsilə ifadə edilir.
xıısmmdrdZZxüsürmdrd
«qayınata»,
zanbirarZZzanburorZZzənburvar
«qardaşarvadı»,
zatı əmi/Zzən əmi/Zzamu
«əmiarvadı»,
zan dayı zaıı doyi
«dayıarvadı» və s.
Nigah qohumluğu bildirən terminlər arasında həvü
«günü» sözü xüsusi maraq doğurur. Bu söz talış dilində
əvısue
şəklində işlənir. Fars dilində havu, kürd dilində
hevi, heviye
terminləri daha çox işləkdir.
Qeyd olunanlardan əlavə, tat dilində bilavasitə qohumluq
terminlərinə aid olmayan, lakin «insan» anlayışı ilə bağlı olan
190
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
pirzən
«qarı»,
pirm ərd
«qoca kişi»,
aval el
«övlad»,
elgəri
«oğulluq, oğulluğa götürülmüş uşaq»,
aval lit cili
«uşaqlı»,
ayalgəri
«övladlığa götürülmüş uşaq» və s. ifadə formalarına
da rast gəlirik.
Qohumluq
terminlərinin
dildə
işlənməsi
müxtəlif
müraciət formalarının yaranmasına şərait yaradır. Müraciət
forması kimi bəzən tat dilində mövcud olan qohumluq
terminlərindən, bəzən fərqli sözlərdən istifadə edilir. Bu cəhət
qohumluq terminlərini kommunikativ vəzifəsindən irəli gəlir.
Buna görə də qohumluq terminləri dildə iki formada özünü
göstərir: vokativ (bilavasitə qohuma müraciət forması kimi) və
qohum barəsində bəhs edərkən (ümumi şəkildə). Tat dilində
vokativ məqamda qohumlara müraciət olunduqda kişi və
qadınlar üçün fərqli sözlərdən istifadə olunur. Müəyən hallarda
kişilərə və qadınlara müraciət formalarında mürəkkəb sözlərin
ilk komponenti (səciyyələndirir söz) eyni olur. Məsələn: əssəl
«bal», kələ «böyük», bircə «bircə», disti «dostu» və s. sözlər
ünsiyyət prosesinə əzizləmə, nəvaziş çaları verir.
Tat dilində kişilərə və qadınlara məxsus aşağıdakı
müraciət formaları geniş yayılmışdır. Kişilərə aid:
kələmi
«böyük əmi»,
kələ dayi//doyi
«böyük dayı»,
əssəl əmi
«bal
əmi»,
kələ baba babo
«böyük baba».
Qadınlara aid:
cılxıs
«qızılgıl»,
əssəl bibi
«bal bibi»,
bircə xola
«bircə xala»,
bircə bibi
«bircə bibi»,
hildisti
(<«hil
+ dostu»),
xoııdisti dosti
(<«xandostu»),
lumidisti
(«lumu»
dostu),
ətirdisti
(<«ətirdostu»),
bircəbodom
(<«bircəbadam»)
və s. (73, 53).
Göründüyü kimi, tat dilində qadınlara müraciətlə zamanı
istifadə edilən vokativ formalarda ətir, rayihə, dad və s. -lə
assosiasiya yaradan adlarından istifadə edilir, kişilərə aid
müraciət formalarında isə, hörmət, nəzakət, ailədə böyük-
kiçiklik münasibətlərinin nəzərə alınması əsas yer tutur.
191
Dostları ilə paylaş: |