Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

İlham Namiq Kamal Akademik Milli Dram Teatrında hazır tamaşalardakı 
müəyyən rollara sonradan daxil edilmək ən əlavə kollektivin hazırladığı otuzdan 
çox təzə tamaşada müxtəlif səpkili rollar oynamışdır. 
İkinci kamerdiner. “Məkr və məhəbbət”, Fridrix Şiller. 
Fotoqraf. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Alman zabiti və Alman oğlu. “İnsan”, Səməd Vurğun. 
Kinto. “Knyaz”, Hüseyn Cavid. 
Səfər. “Əks-səda”, Nəbi Xəzri. 
Qubad. “Bağlardan gələn səs”, İlyas Əfəndiyev. 
Mühakim. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı 
üzrə Tofıq Kazımovun işləməsi. 
Rauf. “Ümid”, Maqsud İbrahimbəyov. 
Təlxək və Şeyx Alı. “Vaqif”, Səməd Vurğun. 
Adrian. “Fırtına”, Vilyam Şekspir. 
 Pedro. “Don Jnan yaxud bəşərin komediyası”, Mirzə İbrahimov. 
Cokan  Yemelyan. “Daşqın”, Anatoli Safronov.  
Firuz. “Şəhərin yay günləri”, Anar. 
Hacı Mədinə. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə.  
Müsyö Jordan və dərviş Məstəlişah. “Müsyö Jordan və dərviş Məstəlişah”, 
Mirzə Fətəlı Axundzadə.   
Feyzulla. “Quşu uçan budaqlar”, Əkrəm Əylıslı.  
Tarik Tərlan. “Adamın adamı”, Anar.  
Cəkməçi. “Karıxmış sultan”, Taufıq əl Hakimi.  
Pepo. “Pepo”, Qabriel Sundukyan.  
Markos. “Şərqli diş həkimi”, Akop Paronyan.  
İran şahzadəsi. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev.  
Donalbayn. “Maqbet”, Vilyam Şekspir.  
Bodenştedt. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri.  
Lağlağı. “Sizi deyib gəlmişəm...”, Anar.  
Qulaməli. “Közərən ocaqlar”, Mirzə İbrahimov.  
Cəmil. “Unuda bilmirəm”, İlyas Əfəndiyev.  
Batı və Rəhim Dadaşoviç. “Qəribə oğlan”, İlyas Əfəndiyev.  
Camal. “Nişanlı qız”, Sabit Rəhman.  
Canəli. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.  
Bubnov. “Həyatın dibində”, Maksim Qorki.  
Spuriy Tit Mamma. “Böyük Romul”, Fridrix Dürrenmatt.  
Fərrux. “Günah”, Rəhman Əlizadə.  
Mattias. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl.  
Əsgərov. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov.  
Narçın. “Qanlı Nigar”, Sadıq Şendil.  
Gülən adam. “Hərənin öz payı...” Xeyrəddin Qoca.  
Doktor Qaratay. “Afət”, Hüseyn Cavid. 
 
Aktyor “Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərinə də çəkilmişdir. 
Onun “Qaynana” (İlqar), iki seriyalı “Qəribə adam” (Əbdülrəhman), “Arvadım 


mənim, uşaqlarım mənim” (MİS mudırı), “Uzun ömrün akkordları” (Jurnalist), 
“Qızıl qaz” (Əli), “Bəyın oğurlanması” (Anar) filmlərindəki rolları daha sanballı 
və koloritlidir. O, onlarca televiziya verilişində satirik obrazlarda, Mozalan satirik 
kinojurnalında yüzə yaxın bədii süjetdə çəkildiyi surətlərdə böyük yaradıcılıq səyi 
ilə çıxış edib. 
Teatr  və kino aktyopu kimi  məşhur olan İlham Namiq Kamal Azərbaycan 
Dövlət Televiziyasının müxtəlif əyləncəli, musiqili proqramlarının əsas 
aparıcılarından olub. Onun oynadığı Altay Məmmədovun  “Kişilər” (Hüseyn 
Ağbacı), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Markiz), İslam Səfərlinin 
“Cöz həkimi” (Talıbov), Anarın “Evləri köndələn yar” (Paşa Paşayeviç), Anton 
Çexovun “Yubiley” (Şipuçin), Rəhman Əlizadənin “Həmişə təmizlikdə” (Alim, 
İxtiraçı, Ambardar, Əyyaş  Fırıldaqçı, Gözəl xanım, Milis, Körpə), Aqşin 
Babayevin “Nekroloq” (Sadıqov), Rüfət Əhmədzadənin “Bu, mənəm, mən 
deyiləm?”, “Onu yazma”, “Yumoristik parodiyalar” silsiləsində (Aparıcı tiplər), 
Cahangir Aslanoğlunun “Mənim tanışlarım” (Tiplər) monoloqlarının, Bernard 
Şounun “Kənd elçiliyi” (Kişi), Nikolay Qoqolun “Evlənmə” (Podkolyosin) 
pyeslərinin tamaşaları Dövlət Televiziyasının daimi fondunda saxlanılır. Mailə 
Muradxanlının “İlhamın sərgüzəştləri”, Rəhman Əlizadənin “Həmişə təmizlikdə”, 
Hüseynağa Atakişiyevin “Benefis” adlı əyləncəli proqramları aktyorun şərəfinə 
çəkilib, çox populyardır və vaxtaşırı nümayiş etdirilir. 
İlham Namiq Kamal oğlu Əhmədov 1 dekabr 1982-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adları ilə 
təltif olunub. 
O, bir neçə ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
musiqili komediya aktyorluğu kafedrasının müdiridir. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yaşar NURİYEV 
Xalq artisti 
 
Görkəmli komediya aktyorudur, 
ancaq psixoloji və dramatik rollar da 
oynayıb. “Yaşar Nuri” imzası ilə də çoxlu 
obrazları var. Atası Məmmədsadıq Nuriyev 
Musiqili Komediya Teatrının məşhur 
aktyorlarından olub. 
Yaşar Nuriyev səhnədə yöndaşları ilə 
çox səmimidir, səsi, görünüşü 
ürəyəyatandır, davranışı qılıqlıdır. Onun 
səmimiyyəti ifa etdiyi səhnə obrazını tamaşa 
anlamından “çıxarır”, onu seyrçinin 
həmsöhbəti, həmdərdi və yaxud mübahisə 
yöndaşı edir. Xarakterə həyatilik, dərinlik, 
estetik təravət, psixoloji genişlik, dramatik aydınlıq verir. Onun səmimiyyəti səhnə 
ilə tamaşaçı salonu arasındakı “dördüncü” divarı götürür və seyrçi həm hadisələrlə, 
həm də tamaşaçının özü ilə bilavasitə ünsiyyətdə olur. Üstəlik bu səmimiyyət 
tamaşaçını aktyora qarşı diqqətcil, ünsiyyətli, rəğbətli, hüsn-təravətli, həssas və 
diqqətcil olmağa kökləyir. Yaşar Nuriyev geniş mənada bu keyfiyyətlərin hamısını 
illər boyu sənətkar müdrikliyi, ustad fəhmi ilə cilalayıb, formalaşdırıb, 
özünəməxsus estetik prinsiplərini müəyyənləşdirib. Teatrdan əlavə kinoda və 
televiziyada da bu estetik göstəriciləri həmin sənətlərin poetika xüsusiyyətlərinə 
uyğun tərzdə yaradıcılıq meyarına çevirib. 
 Yaşar Nuriyev  heç bir teatr, kino, televiziya rolunda özünü “gizlətmir”. Biz 
səhnədə, ekranda və efırdə ilk növbədə aktyor Yaşarı görürük. O, dinamik ritmlə, 
ancaq psixoloji ahənglə, yumorlu pillələrlə obrazı ətə-qana doldurur, onun əsərdəki 
sosial-ictimai tutumunu, fərdi-psixoloji portretini cızır. Özü dəyişmədən obrazda 
dəyişmək peşəkarlığın ən yüksək zirvələrindən biridir. 
Sənətkar Yaşar Nuriyev bu əzəmətli zirvəni möhtəşəm sənət qələbələri ilə 
çoxdan fəth edib. 
Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda 
doğulub. 173 saylı məktəbdə oxuyub və oranı bitirib. Hələ məktəbli ikən atasının 
işlədiyi Musiqili Komediya Teatrında dramaturq Məhərrəm Əlizadənin və bəstəkar 
Ağası Məşədibəyovun “Toy kimindir?” musiqili komediya tamaşasında Qoşunun 
oğlu Tapdıq rolunda səhnəyə çıxıb. Dövlət Televiziyasının “Yelkən” və 
məktəblilərə həsr olunan digər verilişlərində iştirak edib və şagird-aktyor kimi 
məşhurlaşıb. Müxtəlif dram dərnəklərinə gedib. 
Orta məktəbi bitirən Yaşar Nuriyev 1968-ci ildə Azərbaycan Dövlət 
İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Kurs 
rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan 
aktyorluq sənətinın incəliklərini öyrənib. 
1972-ci ilin iyul ayında Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” 
dramında Neznamov roluna görə ali təhsilini əla qiymətlə başa vuran gənc aktyor 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə