Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

dərnəyin qabaqcıl üzvlərini, o cümlədən, məktəbli Sadığı Azərbaycan Dövlət 
Televiziyasında hazırlanan “Düşərgə saatı”, “Pioner şeypuru”, “Məktəbli həyatı” 
verilişlərinə aparırdı. Sadıq İbrahimov şer, hekayə söyləyir, kiçik səhnəciklərdə 
rollar oynayırdı. 
1961-ci il may ayının 25-də quruluşçu rejissor Mehdi Məmmədov özünün 
tərcüməsində rus dramaturqu Viktor Rozovun “Şadlıq sorağında” dramını 
tamaşaya hazırlamışdı. Məmmədkamal Kazımov tamaşanın rejissoru idi. Oleq 
rolunu Bakı məktəblisi, “Ögey ana” bədii filmində İsmayıl roluna çəkilmiş və çox  
populyar olmuş Ceyhun Mirzəyev oynayırdı. Onun “Lenfılm” kinostudiyasına 
çəkilişə getməsi ilə bağlı rejissor Məmmədkamal Kazımov quruluşçu rejissor 
Mehdi Məmmədovun tapşırığı ilə Oleq roluna ifaçı axtarırdı. Teatrın aktyoru 
Eldəniz Zeynalov televiziyadan tanıdığı Sadıq İbrahimovu rejissorla tanış etdi. 
Beləliklə, Sadıq İbrahimov hələ məktəb şagirdi olduğu illərdən Akademik Milli 
Dram Teatrında aktyorluğa başlayıb. O, bundan sonra Samuil Alyoşinin “Palata” 
(Mişa), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Bədəl), Aleksey Arbuzovun 
“Tanya” (İvan) pyeslərinin və digər dramaturqların əsərlərinin tamaşalarında 
oynayıb. 
Teatrda rollar oynadığına görə növbəli axşam məktəbinə keçib və orta təhsil 
alandan sonra iki il “Azərkitab”ın anbarında fəhlə işləyib. Fəhlə işləyə-işləyə Aşıq 
Ələsgər adına Mədəniyyət sarayının xalq teatrında çıxışlar edib. 
Aktyor kimi kifayət qədər tanınan Sadıq İbrahimov 1966-cı ildə Mirzağa 
Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil 
olub. İxtisas təhsilini xalq artisti Rza Təhmasibdən alıb. 1970-ci il oktyabr ayının 
6-da təyinatla Akademik teatrın truppasına aktyor götürülüb. Onun 1961-ci ildən 
bu günə qədər Akademik Milli Dram Teatrında oynadığı əksər rolların siyahısı 
bundan ibarətdir. 
Oleq. “Şadlıq sorağında”, Viktor Rozov. 
Prokuley. “Antoni və Kleopatra”, Vilyam Şekspir. 
Bədəl. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə. 
Mişa. “Palata”, Samuil Alyoşin. 
İvan. “Tanya”, Aleksey Arbuzov. 
Kömürçü oğlan. “Orlean qızı”, Fridrix Şiller. 
Mişka. “Müfəttiş”, Nikolay Qoqol. 
Qüdrət. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. Bu, aktyorun ali məktəbi 
bitirəndən sonra teatrda ilk roludur. 
Bayram. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə. 
Yuri Qriqoryeviç. “Sevgi... sevgi...”, Emil Braginski və Qriqori Qorin. 
Assistent. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Alman zabiti. “İnsan”, Səməd Vurğun. 
Kral oğlu. “Yatmış gözəl və yeddi qardaş”, Aleksandr Puşkin. 
Şişkin. “Meşşanlar”, Maksim Qorki. 
Rəşid. “Kəndçi qızı”, Mirzə İbrahimov. 
Gümrah. “Alov”, Mehdi Hüseyn. 
Çəkməli və Proniya. “Zamanın hokum”, Nikolay Poqodin. 
Don Lope. “Bəşərin komediyası”, yaxud “Don Juan”, Mirzə İbrahimov. 


Hacı İslam. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Bəxtiyar. “Fitnə”, Abdulla Şaiq. 
Üçüncü repartyor. “Səhra yuxuları”, Anar. 
Yaralı əsgər. “Maqbet”, Vilyam Şekspir. 
Seyranın uşaqlığı. “Namus”, Aleksandr Şirvanzadə. 
Kiçik gürcü, Əli bəy və Eldar. “Vaqif”, Səməd Vurğun. 
Xorot. “Gecənin sirri”, Anatoli Safronov. 
Kiçik zabit. “İblis”, Hüseyn Cavid. 
Əcəmi. “Atabəylər”, Nəriman Həsənzadə. 
Qoca şair. “Fəryad” Bəxtiyar Vahabzadə. 
Dəmirgüc. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Torqut. “Od gəlini”, Cəfər Cabbarlı. 
Xan. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Mirzə Fətəli Axundzadə. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Doqadov. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Nəcəfov. “Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov. 
Ədhəm Nəcəfov. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Müzəffər. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Nadirov. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Aslan bəy. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Soltan Mahmud paşa. “Min illərin işığı”, Kamil Abdullayev. 
Çar Artak. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Fesey. “Şah Edip”, Sofokl. 
Kamil paşa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Hüquqşünas. “Cəzasız günah”, Bəxtiyar Vahabzadə.  
Arqant. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
 
Sadıq İbrahimov Azərbaycan Dövlət Televiziyasında hazırlanan çoxlu 
tamaşada oynayıb. Həmin teletamaşaların bir qismi televiziyanın daimi fondunda 
yüksək bədii sənət əsəri kimi qorunub-saxlanır. 
Fabrisio. “Mehmanxana sahibəsi”, Karlo Haldoni. 
Xirin. “Yubiley”, Anton Cexov. 
Fərhad İldırım. “Şərqin səhəri”, Ənvər Məmmədxanlı. 
Doktor. “Ana və qız”, Yusif Şirvan. 
Tabera. “Seviliya ulduzu”, Lope de Veqa. 
Teymur ağa. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Müstəntiq. “Sarıköynəklə Valehin nağılı”, İlyas Əfəndiyev. 
Xəlil. “Aldanmış kəvakib”, Mirzə Fətəli Axundzadə. 
Haqverdiyev. “İki hekayə”, Əbdürrəhim bəy Haqverdiyev. 
Olye Anderson. “Qatillər”, Ernest Heminquey. 
Səftərqulu. “Ev tərbiyəsinin bir şəkli”, Nəcəf bəy Vəzirov. 
Qora. “Qora”, Robindranat Taqor. 
Soltan. “Oğulla görüş”, Çingiz Aytmatov. 
Sentkler. “Dodağı çapıq”, Kanon Doyl. 
 


Aktyor Sadıq İbrahimov, həmçinin bədii yaradıcılıqla da məşğul olur. Onun 
indiyədək müxtəlif nəşriyyatlarda “Gözlə məni” (“Gənclik”, 1984), “Nənəm nağıl  
söyləyəndə” (“Gənclik”, 1987), “Noğulbalanın sərgüzəştləri” (“Yazıçı”, 1991), 
“Rübailər... Sətirlər” (1997) kitabları çap olunub. O, Respublika Yazıçılar 
Birliyinin üzvüdür. 
Aktyor “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş rejissor Arif 
Babayevin “Ömrün ilk anı”, rejissor Rasim Ocaqovun “Qatır Məmməd” bədii 
filmlərində Neftçi Qurban və Səlim rollarına çəkilib. 
Sadıq İbrahimov aktyorluq uğurlarına görə 28 oktyabr 2000-ci ildə 
Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 
  
 
Rafael DADAŞOV 
Əməkdar artist 
 
Çox cazibəli səhnə görkəmi, mütənasib 
biçimli, yaraşıqlı boy-buxunu, nəzakətli 
davranışı, qılıqlı danışığı var. Aktyorluq 
yaradıcılığının ilk dövrlərində əsasən baş 
rollarda, daha çox isə sevgili qəhrəman 
obrazlarında çıxış edib. Aktyorluq bacarığının 
potensial imkanlarına görə həm romantik səpkili, 
həm də realist xarakterli psixoloji surətlərin 
səhnə təcəssümündə çıxış edə bilir. Bir sıra 
məşhur tarixi şəxsiyyətlərin rollarını da oynayıb. 
Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə 
Naxçıvanda doğulub. Atası görkəmli aktyor, xalq artisti Məlik Dadaşov, anası isə 
məşhur aktrisa, xalq artisti Sofıya Hüseynovadır. Naxçıvandakı Aleksandr Puşkin 
adına 3 saylı rus orta məktəbini bitirib. 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif 
fakültəsini qiyabi bitirib (1966-1972). O, 1967-1974-cü illər arasında Bakı Dövlət 
Sirkində işıqçı, Dəbli Geyimlər Evində maniken, Naxçıvan Muxtar Respublikası 
Mahnı və Rəqs Ansamblında aparıcı konfransye, SSRİ Ümumittifaq Dövlət 
Sirkində rejissor-inspektor işləyib. 1974-cü il oktyabr ayının 10-dan 1976-cı il 
iyulun 1-dək Naxçıvan Muxtar Respublikasının Xalq Yaradıcılığı Evində təlimatçı, 
eyni zamanda oranın Televiziya və Radio Komitəsində diktor olub. 
Rafael Dadaşovım səhnəlik görkəmini görüb bəyənən Tofiq Kazımov onu 
özünün baş rejissor işlədiyi Akademik Milli Dram Teatrına dəvət edib. O, 16 iyul 
1976-cı ildən Akademik teatrın aktyor truppasının üzvüdür. İlk dəfə Tofıq 
Kazımovun quruluş verdiyi Maqsud İbrahimbəyovun “Ümid” (“Mezazoy 
əhvalatı”) psixoloji dramının tamaşasında Zaur rolunu oynayıb. Bu əsərin ilk 
tamaşası 27 noyabr 1976-cı ildə göstərilib. Həmin dövrdən bəri Rafael Dadaşov bu 
möhtəşəm sənət ocağının səhnəsində məşhur dünya və milli klassiklərin, çağdaş 
Azərbaycan və əcnəbi dramaturqların aşağıdakı əsərlərinin tamaşalarında səciyyə 
və xaraktercə əlvan rollar oynayıb. 
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə