Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

olan aktyorların işlədikləri truppaya aktrisa köçürülüb. Onun səhnə rolları 
bioqrafıyasına Akademik teatrda ifa etdiyi aşağıdakı rollar daxildir.  
Dilarə. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov.  
Zərifə. “Nişanlı qız”, Sabit Rəhman.  
Nübar. “Məhəbbət yaşadır”, Nahıd Hacızadə.  
Şahanə. “Ana intiqamı”, Vidadi Babanlı.  
Mehri. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə.  
Fidan. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli.  
Kordeliya. “Kral Lir”, Vilyam Şekspir.  
Şirin. “Fərhad və Şirin”, Səməd Vurğun.  
İlkcan. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə.  
Selcan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Gültəkin. “Aydın”, Cəfər Cabbarlı. 
Çılğın. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Orxan Kamalın 
“Yad qızı” (Jalə), Bəxtiyar Vahabzadənin “Kimdir haqlı?” (Arzu), Əlibala 
Hacızadənin “İtgin gəlin” (Əfsanə), Rəşad Güntəkinin “Dodaqdan qəlbə” 
(Cavidan), Kəmalə Ağayevanın “Apardı  sellər  Saranı” (Sara), Ağarəhim    
Rəhimovun Qırmızı qar” (Sədaqət), Tahir Kazımovun “Taleyin qisməti beləymiş”   
(Xədicə), Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllər” (Xurşid banu 
Natəvan) tamaşalarında oynayıb. 
Məleykə Əlifağa qızı Əsədova 24 may 1998-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti, 28  oktyabr 2000-ci  ildə xalq artisti fəxri adı 
verilib. 
  
 
Bürcəli ƏSGƏROV 
Əməkdar artist 
  


İlk növbədə tipik və xarakterik rollar aktyorudur. Eyni zamanda müəyyən 
tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyini 
oynamışdır. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik 
səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun gəlir. Realist və lirik 
psixoloji üslublu tanıaşalarda da yaddaqalan bədii drarmatik surətlər oynayıb. Öz 
rollarını, xususən klassik əsərlərdəki obrazları əsasən daxili ehtirasla və romantik 
vüsətlə oynamağa üstünlük verir. 
Bürcəli Veysəl oğlu Əsgərov 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin 
Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir 
il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr 
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından 
Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda 
kütləvi səhnələrdə çıxış edib. 
Onun aktyor sənəti müəllimi görkəmli aktyor və rejissor Rza Təhmasib olub. 
1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də 
Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər 
arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil 
İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, 
Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal 
Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, 
Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif 
üslublu və janrlı tamaşalarda rollar oynayıb. 
Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya 
rolları vardır. Aktyor bütün janrlı səhnə əsərlərində sərbəst, yaradıcılıqla və 
dinamik ehtirasla oynayır. Aktyorun qırx yeddi illik səhnə fəaliyyətində yaradıcı 
obrazları bu ardıcıllıqla vermək olar. 
İkinci cavan və Simon. “Şeyx Sənan”, Hüseyn Cavid. 
Kamil. “Qəribə adam”, Nazim Hikmət. 
Gülverdi və Barat. “Almaz”, Cəfər Cabbarlı. 
Bizans elçisi. “Cavanşir”, Mehdi Hüseyn. 
Tapdıq və Mehdi. “Qaçaq Nəbi”, Süleyman Rüstəm. 
Vasilyev, Zabit və Mins. “Tufanlı il”, Aleksey Kapler. 
Senat zabiti. “Otelio”, Vilyam Şekspir. 
Rauf və Professor Şahbazov. “Göz həkimi”, İslam Səfərli. 
İşçi Səməd. “1905-ci ildə”, Cəfər Cabbarlı. 
Toğrul. “Od gəlini”, Cəfər Cabbarlı. 
Rəşid. “Kəndçi qızı”, Mirzə İbrahimov. 
Lu Da Xay. “Tufan” (“Tayfun”), Tsao Yuy. 
Zaman və Bayram. “Dönüş”, Cəfər Cabbarlı. 
Leytenant. “Ana ürəyi”, İslam Səfərli. 
Kamil. “Dağlar qızı”, Adil Babayev. 
Kamal. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Zahid və Lütfiyar. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Toğrul. “Bağlı qapılar”, Həsən Seyidbəyli. 
Heydər bəy. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə. 


Bəhram. “Səyavuş”, Hüseyn Cavid. 
Sekst Pompey. “Antoni və Kleopatra”, Vilyam Şekspir. 
Furmanov. “Tanya”, Aleksey Arbuzov. 
Əli bəy, Arşak, Şaliko, Əhməd kişi, Eldar və Vidadi. “Vaqif”, Səməd 
Vurğun. 
Leopaço. “Dəlilər” (“Valensiya dəliləri”), Lope de Veqa. 
Aryaka. “Hind gözəli”, Yuri Osnos və Viktor Vinnikov. 
Qardaşxan. “Yaxşı adam”, Mirzə İbrahimov. 
Raymond. “Orlean qızı”, Fridrix Şiller. 
Şamil. “Yalan”, Sabit Rəhman. 
Lətif. “Söz yarası”, Qeybulla Rəsulov. 
Şəkinski. “Oqtay Eloğlu”, Cəfər Cabbarlı. 
Kölgə. “Hamlet”, Vilyam Şekspir. İki quruluşda. 
Murad. “Nakam qız”, Aleksandr Şirvanzadə.  
Zabit. “Canlı meyit”, Lev Tolstoy.  
Məlik şah və Yusif. “Xəyyam”, Hüseyn Cavid.  
İppolit. “Zamanın hokmü”, Nikolay Poqodin.  
Hüseyn. “Küləklər”, Sabit Rəhman.  
Cimmi Kanana. “Qızıl”, Yucin ONil.  
Qaynar. “Əks-səda”, Nəbi Xəzri. 
Ağabəy Məhəmməd. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin 
eyniadlı əsəri əsasında Tofıq Kazımovun işləməsi.  
Bəhram. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Hacı Məhəmməd ƏIi. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Hacı Əsədulla. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Möhsünzadə. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. 
Bədirov. “Ümid”, Maqsud İbrahimbəyov. 
Vəzir. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət. 
Mürsəl. “Yastı təpə”, Əkrəm Əylisli. 
Dənizçi. “Yad adam”, Leonqard Frank. 
Qoca Knyaz. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Banko. “Maqbet”, Vilyam Şekspir. 
Birinci zabit. “İblis”, Hüseyn Cavid. 
Qara. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.  
Aslanov. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. 
Məcid Zeynallı. “Təhminə və Zaur”, Anar. 
Kostılyev. “Həyatın dibində”, Maksim Qorki. 
Hacı Fərhad. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Ataxan. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 
Dəmirov. “Qızıl teşt”, Seyran Səxavət. 
Afşar  Hüseyn. “Sevgililərin  cəhənnəmdə  vüsalı”, İlyas Əfəndiyev. 
İlyas İsbatov. “Gülüstanda qətl”, Cəmil Əlibəyov.  
Qəni müəllim. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Cığatay. “Məhəbbət yaşadır”, Nahid Hacızadə.  
Xoca Abdulla. “Min illərin işığı”, Kamil Abdullayev.  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə