Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

Sevil XƏLİLOVA 
Əməkdar artist 
 
   Əvvəllər dramatik və lirik dramatik 
səpkili sevgili qəhrəman qız rollarını oynayıb. 
Tədricən xarakterik, psixoloji baxımdan 
çoxqatlı, bir qədər mürəkkəb səciyyəli 
personajları ifa edir. Səhnədə həmişə canlı və 
çevik görünür. İşində səliqəli və səriştəlidir. 
Sevil Rza qızı Xəlilova 1953-cü il yanvar 
ayının 10-da Bakıda doğulub. Paytaxtımızın 
Yasamal rayonundakı 31 saylı məktəbi 1970-ci 
ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan 
Dövlət Incəsənət İnstitutunun təzə açılan sırf 
kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram 
Teatrında türk ədibi Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” psixoloji 
dramını tamaşaya hazırlayan Həsənağa Salayevin dəvətilə bu əsərdə Professorun 
qızı rolunu ifa edib. Tamaşanın premyerası 23 dekabr 1973-cü ildə göstərilib. Bu 
rol tələbə-aktrisaya müəyyən Populyarlıq gətirib. Ona görə də 1974-cü ildə dahi 
rejissor, o dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olan Ədil 
İsgəndərovun kursunu bitirən Sevil Xəlilova təyinatla Akademik teatrda işləməyə 
göndərilib. Aktrisa həmin il sentyabr ayının 16-dan aktyor truppasının üzvüdür və 
ötən illər ərzində milli və dünya klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi 
dramaturqların əsərlərinin tamaşalarında oynayıb. Əsas rollarını aşağıdakı sistemlə 
sıraya düzmək illərin ardıcıllığına əsaslanır. 
Qız. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Gözəl. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı 
əsasında Tofıq Kazımovun işləməsi. 
Çeşmə. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı. 
Vera. “Vəkil neyləsin?”, Ramiz Fətəliyev. 
Denna Anna. “Bəşərin komediyası, yaxud Don Juan”, Mirzə İbrahimov. 
Qumru. “Şəhərin yay günləri”, Anar. 
Vasilka. “Qızıldan qiymətli”, Dmitri Arsenov. 
Zəvvar. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Ursula. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Fitnə. “Fitnə”, Abdulla Şaiq. 
Qaraçı. “Cehizsiz qız”, Aleksandr Ostrovski. 
Humay. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Məlahət. “Kimdir haqlı?”, Bəxtiyar Vahabzadə. 
Qadın. “Sizi deyib gəlmişəm...”, Anar. 
Mələk. “İblis”, Hüseyn Cavid. 
Səadət. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Gülqız. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Mədinə. “Təhminə və Zaur”, Anar. 
Kitti. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 


Nisə. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Bədidə. “Qanlı Nigar”, Sadıq Şendil. 
Nərgiz. “Qanqın böyük dalğası”, Cahan Əfruz. 
Qadın. “Ox, qadınlar, qadınlar”, Marat Haqverdiyev. 
Zivər xanım. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Zərifə. “Nişanlı qız”, Sabit Rəhman. 
Gülnar. “Vaqif”, Səməd Vurğun. 
Gözəl. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. 
Miziya. “Darıxma, ana!”, Nodar Dumbadze. 
Çinarə. “Əks-səda”, Nəbi Xəzri. 
Reyhan. “Yağışdan sonra, Bəxtiyar Vahabzadə. 
Vera. “Sevgi... sevgi...”, Emil Baraqinski və Eldar Ryazanov. 
Sona. “Nakam qız”, Aleksandr Şirvanzadə. 
Sara. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. 
Klavdiya Vasilyevna. “Şadlıq sorağında”, Viktor Rozov. 
Enona. “Fedra”, Jan Rasin. 
Züleyxa. “Ah, Paris... Paris!..” Elçin. 
Züleyxa. “Poçt şöbəsində xəyal”, Elçin. 
Mələk. “Köhnə ev”, Əli Əmirli. 
Xacə Məsud Qara. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Xədicə xala. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
İlçay. “Afət”, Hüseyn Cavid. 
 
Aktrisa Azərbaycan Dövlət Televiziyasında müxtəlif teletamaşalarda çəkilib. 
Bunlarda Süleyman Sani Axundovun “Laçın yuvası” (Pəricahan), Mirzə Fətəli 
Axundzadənin “Hacı Qara” (Sona), OHenrinin (Uilyam Sidni Parter) “Sehrbazlar 
hekayəsi” (Della), Cəfər Cabbarlının “Firuzə” (Firuzə), İlyas Əfəndiyevin 
“Atayevlər ailəsində” (Mehrican), Vidadi Babanlının “Xeyirxahlıq” (Sənubər), 
Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Nataşa), Altay Məmmədovun “Kişilər” 
(Səlimə), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Dayaniya), Şərəf Rəşidovun 
“Qaliblər” (Ayqız), Anton Çexovun “Yubiley” (Nataşa), Zeynal Babayevin “İliçin 
qəbulunda” (Jenya Kerr), Raus Kaşkauasın “Yağışlı gecə” (Auşra), Anarın “Ötən 
ilin son gecəsi” (Gülarə), Əlibala Hacızadənin “Yad qızı” (Naciyə), Hacıbala 
Mirələmovun “Güllələnmiş heykəllər” (Gövhər ağa), Vardiges Petrosyanın “Son 
gecə” (Həkim), Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” (Raidə), Mirvarid 
Dilbazinin “Partizan Aliyə” (Özbək qız), Aslan Qəhrəmanovun “Müsabiqə” 
(Sevinc) pyeslərinin teletamaşalarında oynadığı rollar daha maraqlıdır. 
Sevil Rza qızı Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun 
ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci 
ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. 
 
 
 


Telman ADIGÖZƏLOV 
Əməkdar artist 
  
Milli xalq-oyun tamaşalarının estetik 
prinsiplərinə əsaslanan, məzhəkə və məsxərə 
ifadə vasitələrindən şirələnən fərdi oyun 
ifadələrinə malik aktyordur. Şirəli və təbii, dadlı 
və duzlu, ifadəli və əlvan, cazibəli və 
ürəkoxşayan yumor oynadığı rollara səhnədə 
emosional təravət, dinamik coşğunluq, estetik 
vüsət verir. Sadə, ancaq mənalı, tipik və 
xarakterik ştrixlərdən oynadığı obrazların 
xarakterlərinə uyğun tərzdə məharətlə istifadə 
edir. Zərif və çoxmənalı, aydın və məna tutumlu 
plastikası var. Qroteksli, məsxərəli epizodlarda yüksək improvizə bacarığı göstərə 
bilir. 
Telman Abbasqulu oğlu Adıgözəlov 17 iyul 1953-cü ildə Balakən 
rayonunda doğulub. İbtidai sinifləri orada oxuyub və ailəsi Bakıya köçdüyünə görə 
paytaxtdakı 7 saylı məktəbi bitirib. Orta məktəbin yeddinci sinfindən Dövlət 
televiziyasının “Yasəmən” televiziya teatrında və digər uşaq verilişlərində çıxışlar 
etməyə başlayıb. Eyni zamanda burada populyarlıq qazanandan sonra 
“Azərbaycanfilm” kinostudiyasının nəzdində qüdrətli teatr xadimi Ədil 
İsgəndərovun rəhbərlik etdiyi üçillik kino aktyorluğu kursunu bitirib. 1971-1975-ci 
illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda kino 
aktyorluğu fakültəsində təhsil alıb. Kurs rəhbəri yenə Ədil İsgəndərov olub. Tələbə 
ola-ola “Mən dəniz sahilində böyümüşəm” bədii filmində maraqlı rola çəkilib. 
1975-ci ilin noyabrından 1976-cı ilin noyabrına kimi hərbi xidmətdə olub. 
Oradan qayıtdıqdan sonra Bakının Zabrat qəsəbəsindəki mədəniyyət evinin xalq 
teatrına rəhbərlik edib. 1978-ci ildə İncəsənət İnstitutunun Tədris teatrının rəhbəri 
Vaqif İbrahimoğlunun (Həsənovun) təşəbbüsü ilə həmin kollektivə daxil olub. 
Burada Vaqif İbrahimoğlunun quruluş verdiyi, müxtəlif janrlarda hazırladığı 
Anarın “Qaravəlli” (Əvəz Əvəzov), Cəfər Cabbarlının “Yaylağa gedir” (Əhməd), 
Rəsul Rzanın şerləri əsasında kompozisiya qurulmuş “Güney-quzey” (Uşaq), 
Rəhman Əlizadənin “Diqqət, başlayırıq!” (Pinəçi) əsərlərinin tamaşalarında 
oynayıb. 
Telman Adıgözəlov 22 sentyabr 1980-ci ildə Akademik Milli Dram 
Teatrının aktyor truppasına qəbul olunub. Fitri istedad sahibi olan aktyor indiyə 
kimi aşağıdakı rollara səhnə ömrü verib. 
Xinko. “Qızıldan qiymətli”, Dmitri Arsenov. 
Zəncir vuran. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
İkinci şahid. “Səhra yuxuları”, Anar. 
Levon. “Şərqli diş həkimi”, Akop Paronyan. 
Daşdəmir. “Xurşid banu Natəvan” İlyas Əfəndiyev. 
Flins. “Maqbet”, Vilyam Şekspir. 
Abırlı. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə