Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

 
 
Pərviz BAĞIROV 
Əməkdar artist 
   
Milli səhnə sənətimizin fədailərindən olan 
aktyor Sadıq Salehin oğludur. Xarakterik və tipik 
rollar oynamaqda məharətlidir. Qaynar daxili 
aləmi və çevik plastikası var. Oynadığı 
tamaşalarda onun üçün janr “çərçivəsi” yoxdur. 
Səhnədə sərbəst, qətiyyətli və cəsarətlidir. Doqquz 
yaşında televiziyanın uşaq verilışlərində çıxış 
etməyə başlayıb. Elə həmin ildən də 
“Azərbaycanfilm” kinostudiyasında dilimizə 
dublyaj olan kino əsərlərində obrazları 
səsləndirməyə başlayıb. 
Üst-üstə üç yüzdən çox bədii filmin dublyajında yaxından iştirak edib. 
Pərviz Sadıq Saleh oğlu Bağırov 1950-ci il noyabr ayının 12-də Bakıda 
doğulub. Şəhərdə olan 190 saylı məktəbi 1968-ci ildə bitirib. Həmin il Mirzağa 
Əliyev adına Azərbaycan Dövlət Incəsənət İnstitutunun dram və kino aktyorluğu 
fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının 
tamaşalarında həm kütləvi səhnələrə çıxıb, həm də kiçik epizod rollar oynayıb, 
institutun Tədris teatrındakı tamaşalarda iştirak edib. Məşhur rejissor və o dövrdə 
Akademik teatrın doktoru işləyən Əliheydər Əkbərovun kursunu 1972-ci ildə 
bitirib. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və sentyabr ayının 1-
də aktyor truppasının yardım heyətinə ştata götürülüb. 1973-cü ilin oktyabr ayında 
hərbi xidmətə çağırılıb və bir il sonra, 1974-cü ildə qayıdaraq noyabr ayının 1-dən 
yenə kollektivin üzvü olub. 
Hərbi xidmətdən qayıdan Pərviz Bağırov tez bir zamanda, vaxtilə özünün 
oynadığı və hazırda repertuarda qərar tutmuş tamaşalara daxil oldu və eyni 
zamanda yeni-yeni rollar hazırlamağa başladı. Zəhmətkeş və bacarıqlı aktyor 
Akademik teatrda işlədiyi illər ərzində aşağıda göstərilən səhnə surətlərinin 
ifaçısıdır. 
Yeddinci qardaş. “Yatmış gözəl və yeddi qardaş”, Aleksandr Puşkin. 
Birinci işçi. “Knyaz”, Hüseyn Cavid. 
Vasenka. “Övlad”, Aleksandr Vampilov. 
Səftər. “Əks-səda”, Nəbi Xəzri. 
Kiçik gürcü, Elçin və Arşaq. “Vaqif”, Səməd Vurğun. 
Susatan. “Xanuma”, Avkisenti Saqareli. 
Dustaq. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin romanı əsasında 
Tofıq Kazımovun işləməsi. 
Həsrət. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı. 
Quldur. “Bəşərin komediyası, yaxud Don Juan”, Mirzə İbrahimov. 
İvan. “Daşqın”, Anatoli Safronov. 
Rasim. “Şəhərin yay günləri”, Anar. 


Hacı Bağdad. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Baltazar. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Əyyar. “Fitnə”, Abdulla Şaiq. 
Ivan. “Cehizsiz qız”, Aleksandr Ostrovski. 
Bələdiyyə rəisi. “Bu qadın mənimdir”, Raymondo Juniyor. 
Kamal. “Əliqulu evlənir”, Sabit Rəhman. 
Valter. “Yad adam”, Leonqard Frank. 
Lennoks. “Maqbet”, Vilyam Şekspir. 
Barataşvili. “Mirzə Şəfi Vazeh”, Nəbi Xəzri. 
Hərdəmxəyal. “Sizi deyib gəlmişəm...”, Anar. 
Üçüncü zabit. “İblis”, Hüseyn Cavid. 
Mahmud. “Atabəylər”, Nəriman Həsənzadə. 
Kabus və Alyoşka. “Həyatın dibində”, Maksim Qorki. 
Altay. “Od gəlini”, Cəfər Cabbarlı. 
Namiq. “Günah”, Rəhman Əlizadə. 
Şərif. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət. 
Zəki. “Yalan”, Sabit Rəhman. 
Lütfiyar. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Səlim. “Yollara iz düşür”, Bəxtiyar Vahabzadə. 
Ağadadaş Nəcəfov. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev. 
Mirzə Həsən. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Dərviş. “Min illərin işığı”, Kamil Abdullayev. 
Həmid. “Dindirir əsr bizi...”, Davud Aslan. 
Çar Uruz. “Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə. 
Şah. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Bekan, Talap və Birinci hun. “Sokratı anma gecəsi” (“Eşşək dərisi 
üzərində məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov. 
Xaliq. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Qonşu. “Mənim ərim dəlidir”, Elçin. 
Kamran Qızılsəs. “Köhnə ev”, Əli Əmirli. 
Dadaşzadə. “Bu dünyanın adamları”, Hidayət Orucov. 
Minas. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
 
Pərviz Sadıq Saleh oğlu Bağırov səhnə sənətindəki səmərəli yaradıcılıq 
fəaliyyətinə görə 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar 
artisti fəxri adına layiq görülüb. 
  
 
 
 
 
 
 
 
 


Cəfər NAMİQ KAMAL 
Əməkdar artist  
 
İlk baxış təəssüratında soyuq, daxilən, məzmun və mahiyyətcə isə duzlu, 
mənalı, bənzərsiz yumora qadir olan aktyordur. Səhnə davranışında çılğın deyil, 
lakin daxili ehtiras və hərarətini oynadığı obrazın dinamik, psixoloji, emosional, 
qatı açıq olan xarakterinin aydın səhnə təcəssümünə sərf etməyə çalışır. Səhnədə 
yaratdığı satirik səhnə personajları üçün tipik parik, ifadəli qrim və qrotekslə 
sarakzmın ahəngdar qovuşuğundan irəli gələn kosavari zahiri görkəm tapmağı 
xoşlayır və bu istiqamətdə müəyyən səriştəli təcrübə toplaya bilib. Əvvəllər “Cəfər 
Əhmədov” kimi fəaliyyət göstərirdi, ancaq xeyli vaxtdır “Cəfər Namiq Kamal” 
imzası ilə oynayır. 
Cəfər Namiq Kamal oğlu Əhmədov 17 avqust 1950-cı ildə Bakıda doğulub. 
Paytaxtın Nəsimi rayonundakı 44 saylı məktəbi 1961-ci ildə bitirib və həmin il də 
Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin axşam şöbəsinə daxil 
olub. Təhsil aldığı müddətdə Azərbaycan Dövlət Televiziyasının dram və ədəbi 
proqramlar redaksiyasında rejissor köməkçisi, sonra rejissor assistenti işləyib. 
İnstitutu 1972-ci ildə bitirib və bir ay Azərbaycan Dövlət Musiqili Komediya 
Teatrında çalışıb. 21 noyabr 1972-ci il-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar 
Teatrına aktyor götürülüb. Arada qısa müddət kollektivdən ayrılıb, qayıdıb və bir il 
hərbi xidmətini çəkəndən (noyabr 1973-dekabr 1974) sonra yenidən, 1975-ci il 
yanvar ayının 9-dan Gənc Tamaşaçılar Teatrının aktyor truppasına üzv olub. 7 iyun 
1996-cı ilə qədər bu kollektivdə səmərəli çalışan Cəfər Namiq Kamal mürəkkəb və 
müxtəlif xarakterli silsilə rollar yaradıb. 
Rəcəb. “Şirinbala bal yığır”, Salam Qədirzadə. 
Elçi. “Bir parça Vətən”, Fikrət Sadıq. 
Munin. “Kiçik torpaq”, Şamil Xurşud. 
  
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə