Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə45/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

Leyla. “Səhra yuxuları”, Anar. 
Nabat. “Günah”, Rəhman Əlizadə. 
Dilənçi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Zöhrə. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Şayrobha. “Qanqın böyük dalğası”, Cahan Əfruz. 
Xumar. “Yalan”, Sabit Rəhman. 
Zərifə. “Nişanlı qız”, Sabit Rəhman. 
Maqdalena və Dilənçi qadın. “Dişi canavar”, Federiko Qarsia Lorka. 
Birinci rəfiqə. “Qadın faciəsi”, Federiko Qarsia Lorka.  
İspan gözəli və Çin gözəli. “Məlik Məmməd”, nağıl-tamaşa.  
Məlahət. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov.  
Ağqoyunlu  ana. “Ağqoyunlular və  Qaraqoyunlular”, Əli Əmirli. 
Reqana. “Kral Lir”, Vilyam Şekspir. 
Məryəm. “Fərhad və Şirin”, Səməd Vurğun. 
Havalı qadın. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Böyükxanım. “Aydın”, Cəfər Cabbarlı. 
Həcər xanım. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Kəklik. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Çılğının xalası. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Züleyxa. “Poçt şöbəsində xəyal”, Elçin. 
 
Bir müddət Azərbaycan Dövlət Televiziyasının “Bayatılar”, “Klassik 
irsimizdən”, “Nəğməli sətirlər” verilişlərinin aparıcısı olub. Burada hazırlanmış 
Anarın “Evləri köndələn yar” (Reyhan), Bəxtiyar Vahabzadənin “Kimdir haqlı?” 
(Məlahət), Əhməd İsayevin “Torpağın da dərdi var...” (Mahirə), Mirzə 
İbrahimovun “Çandranın üsyanı” (Çandra), tərcümə edilib səhnələşdirilən 
“Qürbətdən gələn səda” (Qadın), Əlibala Hacızadənin “İtkin gəlin” (Dünya), Cəfər 
Cabbarlının “Almaz” (Yaxşı), “Gülər” (Gülər), “Lider” telekanalında Rafıq 
Səməndərin “Bir yay günü” (Məhbubə), Maarif Məmmədovun “Qara pişik” (Fərəh 
xanım) teletamaşalarında müxtəlif səpkili rollar ifa edib. 
Hicran Fətəli qızı Nəsirova 28 oktyabr 2000-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 
  
 


İlham ƏSGƏROV 
Əməkdar artist 
  
Uca boylu, yaraşıqlı səhnə görkəmi var. Yaradıcılığının başlıca istiqaməti 
baxımından realist dramatik, emosional lirik psixoloji və realist səpkili tarixi 
şəxsiyyətlərin məzmunlu səhnə obrazlarını bacarıqla oynayır. Daxili coşğunluğunu 
xaraktercə ən çılğın və ehtiraslı səhnə obrazlarının ifasında da cilovlamağı və ona 
bədii-estetik vurğular aşılamağı bacarır. Aydın, səlist, sirayətedici və məlahətli 
səhnə danışığı var. 
İlham Təvəkkül oğlu Əsgərov 1958-ci il iyul ayının 16-da Masallı 
rayonunun Xoşçobanlı kəndində doğulub. Orta məktəbı 1975-ci ildə qonşu Təklə 
kəndində bitirib. Bakıya gəlib və alı məktəbə qəbul ola bilmədiyinə görə bir il 
ölkəmizin paytaxtında 1 saylı tikinti-quraşdırma idarəsində fəhlə işləyib. Axşamlar 
müxtəlif dram dərnəklərində həvəskar aktyorluq edən İlham Əsgərov 1976-cı ildə 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino 
aktyorluğu fakültəsinə qəbul olunub. Dahi rejissor, SSRİ xalq artisti Ədil 
İsgəndərovun kursunu 1980-ci ildə başa vuran gənc aktyor həmin il avqust ayının 
26-da Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Bu il noyabrın 26-
da hərbi xidmətə çağırılması ilə əlaqədar teatrdan çıxıb. O, 1 iyul 1982-ci ildən 
yenə Akademik Milli Dram Teatrının aktyorudur. 
İstedadlı aktyor İlham Əsgərov Akademik teatrın ən sanballı tamaşalarında 
iştirak edib. Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil 
edir. 
Əli. “Közərən ocaqlar”, Mirzə İbrahimov. 
Ərəb. “İblis”, Hüseyn Cavid. 
Fərhad. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev. Kiçik səhnədə. 
Həbib. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Zülfüqar. “Vaqif”, Səməd Vurğun. 
Əbubəkr. “Atabəylər”, Nəriman Həsənzadə. 
Araz. “İlham pərisi”, Cahan Əfruz. Kiçik səhnədə. 
Loğman və Əmir. “Fəryad”, Bəxtiyar Vahabzadə. 
Nicat. Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev.  


Rövşən. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. 
Yusif. “Nişanlı qız”, Sabit Rəhman. 
İldırım. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov. 
Polis rəisi və Zob. “Həyatın dibində” Maksim Qorki. 
Qorxmaz. “Od gəlini”, Cəfər Cabbarlı. 
Sarı Mərdan. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Eddi. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Qafqazlı. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Narçin. “Qanlı Nigar”, Sadıq Şendil. 
Anaşkin. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
İsmayılov. “Gülüstanda qətl”, Cəmil Əlibəyov. 
Valeh. “Qanqın böyük dalğası”, Cahan Əfruz. 
Doktor Altay. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Aqnostos. “Məhəbbət və azadlıq” (“Tülkü və üzüm”), Gilerma Fiqeyredu. 
Mirzə Məhəmmədəli. “Anamın kitabı”, Cəmil Məmmədquluzadə. 
Atanm ruhu. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Fransa kralı. “Kral Lir”, Vilyam Şekspir. 
Məhəmməd xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Kairxan. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz 
Aytmatov və Muxtar Şahanov. 
Nemət Səmədzadə. “Bu dünyanın adamları”, Hidayət. 
Dövlət bəy. “Aydın”, Cəfər Cabbarlı. 
Sabutay. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Piri baba. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
 
İlham Əsgərov radionun məşhur “Bulaq” verilişinin aparıcılarından biridir. 
Azərbaycan Dövlət Televiziyasında Vilyam Şekspirin “İki veronalı” (Valentin), 
İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (Valeh), Əlibala Hacızadənin 
“İnanmırsansa...” (Nüsrət), Aslan Qəhrəmanovun “Səndən xəbərsiz” (Fərrux), Mar 
Bayciyevin “Ər və arvad” (Əziz), Bəxtiyar Vahabzadənin “Kimdir haqlı?” (Fikrət), 
“İki qorxu” (Şair), Buta Sadıqovun “Afaqın məhəbbəti” (Nizami), Mixael 
Cavaxaşvilinin “Günahsız Abdulla” (Dustaq tələbə), Vladlen Dozortsevin “Qəbula 
gələn sonuncu adam” (Qəbula gələn), Mövlud Süleymanlının “Fatehlərin divanı” 
(Bilgə xaqan), Həsən Həsənovun (Əzizoğlunun) “Keçən əsrdən məktublar” 
(Müəllif), Zəlimxan Yaqubun “Yunis İmrə” (“Bir əli haqda, bir əli torpaqda”. 
Tapdıq İmrə), Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllər” (Bülbül), 
Məmməd Avdiyev və Anatoli Donetsin “İflas” (Mustafa), Adil Babayevin “O qızı 
hər gün görürsən” (Sərdar) teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə 
ömrü verib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qəzəlxan” 
(Şair Azər Buzovnalı), “Əlahiddə vəziyyət” (Rəcəb) kinolentlərinə çəkilib. 
İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 
  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə