downloaded from KitabYurdu.az
89
şəkilçisini əlavə etmiş, Manna Midiyaya qatıldıqdan sonra bu adı M idiya dövlətinə
şamil etmişlər. Buradan b ir nəticə də alın ır: madayların ö zləri mannalara maq
demişlər və onların ölkəsini Maqtay adlandırmışlar. Deməli, Asur və Urartu
mənbələ rindəki mannalar fars və antik mənbələrdəki maqlard ır.
Maqlar haqqında ədəbiyyat çoxdur. Biz burada maq ların etnik
mənsubiyyətləri barədə mü xtə lif ba xışlara to xun mayacayıq, çünki onların ço xu
uydurmalardan ibarətdir. İ. M . Dyakonova görə, maqla rı İrandilli saymaq çət indir
(102, 148). Bu fikirdə o, haqlıd ır. Lakin E. A. Qrantovski maqla rı İrandilli sayır
(88, 181). ―Avesta‖ da maq etnonimi yo xdur, əks halda maq ları İran mənşəli
sayanların əlində bu ço x tutarlı fakt olardı. Maqlar odpərəst idilər, halbuki farslar
heç vaxt odpərəst olmamışlar. Erkən orta əsrlərdə odpərəstliyin vətəni Atropatena
idi və Baş od məbədi də Atropatenanın paytaxtı Gəncə şəhərində yerləşirdi. İranda
ənənəvi olaraq kahinlər maq lar idilər. Ona görə zaman keçd ikcə ―maq‖ etnonimi
kahin mənasını kəsb etmişdir. He rodot yazır ki, M idiyanın a xırınc ı çarı Astiaqın
yuxusunu maqlar yozmuşdular. Ona görə də maq (muq) adın ı əks etdirən
toponimlə rdə ― maq‖ sözünün konkret mənasını müəyyən etmə k çətindir, çünki
bəzi yer adla rında maq ―atəşpərəst‖ mənasında da əks o luna bilərdi. Şübhəsiz ki,
Muğan toponimi maqların ad ını əks etdirir.
Maqlar – mannalar türk dilli etnos kimi Azə rbaycan xa lqının
etnogenezində böyük rol oynamışlar. Maqların türkdilli o lması haqqında Qə rbi
Avropanın bir sıra tədqiqatçıları yazıblar, lakin rus və Azərbaycan tarixçiləri
onların dediklərini qəbul etməmişlər.
Maqların A zərbaycanın hər iki hissəsində, hətta Dərbənd bölgəsində
yaşadığını maq (muq) etnoniminiəks etdirən toponimlər təsdiq edir. İndiki Muğan
toponimi qədim fa rs mənbələrində 293-cü o ldən çəkilir. Digər Muğan Kürdən
şimalda Albaniyanın şimal qərb ində gürcü mənbələrində Movakan, IX əsr ərəb
coğrafiyaçısı Məsudinin əsərində Muğan (1, 61) adı ilə məlu mdur. Şəki rayonunun
Göynük kəndində Mühlər məhəlləsi, Maq dağı, Quba rayonunun Qaley –Muq dağı,
Dərbənd rayonunda Muqartı (qədim türk dillərində art ―dağlıq əra zi‖ de mə kdir) və
Muq-Aran (―kənd‖ sözü əlavə olun maqla bu toponim ind i ―Məhərrə mkənd‖
formasındadır), Dağıstanda Muğam (Ulluçayın ağ zında yer adı), Şimali Qafqazda
Muğal-qaya, Muğal dağı, Mukal çayı (153, 179) və b. toponimlər də vardır.
Ehtimal ki, bəzi antik müəlliflərin Şima li Qafqa zda midiya lılara qohum tayfala rın
yaşaması haqqındakı məlu matlar məh z maq lara aiddir.
Azərbaycan tarixində maq lar böyük rol oyna mışla r. Er. əv. 521-ci ildə fa rs
hakimiyyətinə qarşı Qau matın üsyanı və Babəkin başçılığı ilə ə rəb işğalçılarına
qarşı uzun müddətli mübarizə (ərəb mənbələrində xürrəmilərin maqlar olması
göstərilir; məsələn, İbn Əl-Əsir yazır ki, xü rrəmilər Məcus, yəni Maq tayfasının bir
dəstəsidir – ba x: 9) məhz maqlarla bağlıdır.
Cənubi A zərbaycan əra zisində erkən orta əsrlərdə xürrə m d ini cərəyanının
mənşəyi və əsl mahiyyəti hələ də aç ılma mış vəziyyətdə qalır və ta rixşünaslıqda
downloaded from KitabYurdu.az
90
səhv olaraq fars mənşəli hərə kat sayılır. Əslində bu din i cə rəyanın kökləri məhz
türk maq larla əlaqədardır. Qədim türkmənşəli irem, irim, ırım – ―qabaqcadan xəbər
vermə k‖, ―peyğə mbərlik et mə k‖, ―fa laç ma‖, ―fa laba xma‖,‖ovsuna, caduya, sehrə
inam‖ və i. a. Sö zü fars dilində əvvəlinə ―h‖ səsi əlavə olun maqla ―hürrəm‖,
―xürrəm‖ şəklinə salındığına görə, onu hur, xur ―günəş‖ sözü ilə bağlamışlar. Ərəb
işğallarına qədər Muğanda qədim əcdadlarımızın dini əqidələrin i yaşadanlar məhz
maq lar (muğlar) id ilər. Xüsusi növ üzüm növündən ―haoma‖ adlı şirə və şərbət
hazırlan ması da onlara məxsus idi. Dünyanın heç yerində rast gəlin məyən bu üzü m
növü Cəlilabad rayonunda indi də ―həməşirə‖ (haumaşirə) ad lanır. (bax: Rəşid
Əsgərov, Həməşərə şəhəri və Ziviyə cami. ―Elm və həyat‖ jurnalı, 1989, № 12, səh.
14).
A r i z a n t l a r. İ. M. Dyakonov bu tayfanın adını Ari (farsların
əcdadlarının ad ı) və Avesta dilində zantu ―tayfa‖ sözlərinə ayırmış və bütünlükdə
onun ―Ari tayfası‖ mənasını verdiy ini yazmışdır. Nəzərə alın mır ki, ―Arizant‖ bu
etnonimin qədim yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrifə məru z qalmış
addır. Bu etnonim əslində türkmənşəli aris, orus tayfasının (85) adından və qədim
türk-monqol dillərində cəm bildirən ―t‖ şəkilçisindən ibarətdir. Türk tayfalarından
birinin indi də urus adlanması haqqında çox deyilmişdir (ba x: 85). Türkmənlə rin
Ersari tayfasının adı da eris (qədim forması arıs) etnonimindən və ər – ―kişi‖,
―döyüşçü‖ sözlərindəndir. Aras formasında bu tayfanın adı Albaniyanın Arajkan,
Arospijan (yazılışları qədim ermənicədir), müasir Ərəzin (Culfa r-nu)
toponimlə rində əksini tap mışdır. Ərə zin adlı kənd Cənubi Azərbaycanın Qaradağ
mahalında da vardır. Deməli, Arazat kimi səslənmiş etnonimə Herodot (yaxud
onun məlu matçısı) ―n‖ səsini ə lavə edərək onu Arizant kimi yazmış, tədqiqatçılar
isə bu səsə görə ―zantu‖ sözünü müəyyən etmiş və onun farsca ―tayfa‖ mənasında
olduğu nəticəsinə gəlmişlər, halbuki, Arizant kimi yazılmış etnonimin daşıyıcıları
türkmənşəli etnos idi.
S t r u x a t l a r. Bu tayfanı da İran mənşəli sayırlar (102, 88). Halbuki, bu
etnonimin sonundakı ―xat‖ ko mponenti skiflərdə Av xat, müasir türk xalqlarında
sarkat və b. tayfa ların ad larında da vardır. Şübhəsiz ki, He rodot, ya da mə lu matçısı
bu adı təhrif etmişdir. Qəd im yunan dilində ―ş‖, ―ç‖ sözləri olmad ığına görə, bu
etnonim bizcə Şatarkat formasında s əslənmişdir. Mid iyada Şetar (er. əv. 714-cü il,
102, 214). A lbaniyada erkən o rta əsrlərdə Şatar (Gəncə ilə Bə rdə arasında, 32),
müasir Şatarlı toponimləri bu etnonimlə bağlıd ır.
P a r a t a g e n l ə r. Bə zi iranşünaslar bu tayfanın İranmənşəli olduğunu
yazırlar (102, 148). Əslində Herodotun Paratagen kimi yazd ığı etnonim
Bortoğandır. Qədim türk dillərində boro – ―boz‖, toğan (tuğan) isə tərlan quşunun
adıdır. Görünür, ―bortoğan‖ bu tayfanın onqonu olmuşdur. Er. əv. 674-cü ilə aid
asur mənbəində Midiyada Pa rtakanu adlı ―ölkə‖nin ad ı çə kilir (102, 262). Gü man
ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin
Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolmaq
Dostları ilə paylaş: |