Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   2   3   4   5   6   7   8   9   ...   18

AZS 754-2013 

 



 

2

 

NORMATİV İSTİNADLAR 

Bu  standartda  aşağıdakı  beynəlxalq  standartlara  istinadlardan    istifadə 

edilmişdir: 

ГОСT  7.0-99  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. Kitabxana-

informasiya  fəaliyyəti,  biblioqrafiya.  Terminlər  və  onların 

təyinatı. 

ГОСT  7.4-95  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. Nəşr. Buraxılış məlumatları. 

ГОСT  7.5-98  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi.  Jurnallar,  məcmuələr,  informasiya  nəşrləri.  Çap  edilmiş  materialların 

nəşriyyat tərtibatı. 

ГОСT  7.11-78  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. Biblioqrafik təsvirdə Avropa dillərində söz və söz birləşmələrinin ixtisarı. 

ГОСT  7.12-93  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi.  Biblioqrafik  yazı.  Rus  dilində  sözlərin  ixtisarı.  Ümumi  qaydalar  və 

tələblər. 

ГОСT  7.59-2003  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. Sənədlərin indeksləşdirilməsi. Sistemləşdirmə və predmetləşməyə ümumi 

tələblər. 

ГОСT  7.76-96  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. 

Sənəd 

fondunun 



komplektləşdirilməsi. 

Biblioqrafiyalaşdırma. 

Kataloqlaşdırma. Terminlər və təriflər. 

ГОСT  7.80-2000  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. Biblioqrafik yazı. Başlıq.Ümumi tələblər və tərtibi qaydaları. 

ГОСT  7.82-2001  İnformasiya,  kitabxana  və  nəşriyyat  işləri  üzrə  standartlar 

sistemi. Biblioqrafik yazı. Elektron resursların biblioqrafik təsviri. Ümumi tələblər 

və tərtibi qaydaları 

 



AZS 754-2013 

 



3

 

TERMİNLƏR VƏ ONLARIN TƏYİNATI 

Bu  standartda  ГОСT  7.0,  ГОСT  7.76,  ГОСT  7.83  standartlarında  müəyyən 

ed

ilmiş terminlər tətbiq edilir. 



 

4

 

ÜMUMİ MÜDDƏALAR 

4.1 Biblioqrafi

k təsvir sənəd haqqında biblioqrafik məlumatları əks etdirir. Bu 

məlumatlar sahə və ünsürlərin tamlığını və ardıcıllığını təyin edən, sənədlərin ümumi 

əlamətlərinin eyniləşdirilməsi üçün nəzərdə tutulan müəyyən qaydalar üzrə göstərilir. 

Biblioqrafi

k  təsvir  biblioqrafik  yazının  əsas  hissəsini  təşkil  edir.  Biblioqrafik 

yazıya həmçinin təsvirin başlığı, indeksləşdirmə terminləri (təsnifləşdirmə indeksi və 

predme

t rubrikaları), annotasiya (referat), sənədin mühafizə şifrəsi, əlavə biblioqrafik 



yazılar  haqqında  məlumatlar,  sənədin  emalının  sonuncu  tarixi,  xidməti  xarakterli 

məlumatlar aid edilə bilər. 

Biblioqrafi

k  yazının  başlığının  nizama  salınması  QOST  7.80-0,  təsnifləşdirmə 

inde

kslərinin  və  predmet  rubrikalarının  formalaşması  QOST  7.59-a,  annotasiya  və 



referatın tərtib edilməsi QOST 7. 9-a əsaslanır. 

4.2  Biblioqrafi

k  təsvirin  tərtib  edilməsinin  obyektini  bütün  dərc  edilən  sənəd 

növləri (həmçinin deponizə edilmiş nəşrlər) və müxtəlif daşıyıcılarda dərc edilməmiş 

sənədlər - kitablar, seriyalı və digər nəşri davam edən resurslar, notlar, kartoqrafik və 

audiovizual 

sənədlər,  təsviri  incəsənət,  normativ-texniki  sənədlər,  mikrofilmlər, 

elektron inform

asiya  resursları,  digər  üçölçülü  süni  və  təbii  obyektlər;  sənədlərin 

tərkib hissəsi, eyni tipli və müxtəlif tipli sənədlər qrupu təşkil edir. 

4.2.1 Təsvir obyektinə görə bir hissədən (bir hissəli obyektlər), iki və daha artıq 

hissədən (çox hissəli obyektlər) ibarət ola bilər. 

Birhissəli obyekt - bir sənəd və ya bir fiziki daşıyıcıda çoxhissəli sənədin ayrıca 

fiziki vahidi: bircildli sənəd və ya çoxcildli sənədin ayrıca cildi (buraxılışı), seriyalı 

və  digər  ardı  davam  edən  resursun  komplekt  sənədinin  ayrıca  komponenti  (tərkib 

hissəsi). 




AZS 754-2013 

 



Çoxhissəli  obyekt  -  eyni  tipli  və  ya  müxtəlif  fiziki  daşıyıcılarda  ayrıca  fıziki 

vahidlərin ümumi məcmusundan ibarət olan sənəd, çoxcildli sənəd, komplekt sənəd, 

seriyalı və ya digər ardı davam edən resurs. 

4.

2.2  Obyekt,  həmçinin,  bir  hissəli  sənədin  tərkib  hissəsi  və  ya  çoxhissəli 



sənədin vahidi ola bilər. 

4.3 Təsvirin quruluşundan asılı olaraq birsəviyyəli və çoxsəviyyəli biblioqrafik 

təsvirlər müəyyən edilir. 

4.3.1  Birsəviyyəli  təsvir  bir  səviyyədən  ibarətdir.  Bu  təsvir  bir  hissəli  sənədə, 

tamamlanmış  çoxhissəli  sənədə.  ümumilikdə,  ayrıca  fıziki  vahidə,  həmçinin  də 

çoxhissəli sənədin bir qrup fıziki vahidinə tərtib edilə bilər. (bax bölmə 5) 

4.3.2  Çoxsəviyyəli  təsvir  iki  və  daha  artıq  səviyyədən  ibarətdir.  Bu  təsvir 

çoxhissəli sənədə (çoxcildli və ya komplekt sənədə ümumilikdə, seriyalı və ya digər 

ardı  davam  edən  resursa  ümumilikdə),  yaxud  ayrıca  fıziki  vahidə,  həmçinin 

çoxhissəli  sənədin  bir  qrup  fıziki  vahidinə,  çoxcildli  sənədin  bir  və  yaxud  bir  neçə 

cildinə  (buraxılış.  nömrə,  hissə),  komplekt  sənədə,  seriyalı  və  ya  ardı  davam  edən 

resursa tərtib edilə bilər. (bax bölmə 6) 

4.4 Biblioqrafi

k təsvirin tərkibinə aşağıdakı sahələr daxildir: 

1-

Sərlövhə və məsuliyyətlik haqqında məlumat sahəsi; 



2-

Nəşr sahəsi; 

3-

Xüsusi məlumatlar sahəsi; 



4-

Buraxılış məlumatları sahəsi; 

5-Fiziki xarakte

ristika sahəsi; 

6-

Seriya sahəsi; 



7-

Qeyd sahəsi; 

8-

Standart nömrə (və ya onun alternativi) və əldə olunma şərtləri sahəsi. 



4.5 Təsvirin sahələri məcburi və fakultativ ünsürlərdən ibarətdir. Təsvirdə yalnız 

məcburi ünsürlər yaxud məcburi və fakultativ ünsürlər tətbiq edilə bilər.  

4.5.1  Məcburi  ünsürlər  sənəd  haqqında  əsas  məlumatları  əks  etdirir.  Onlar 

istənilən təsvirdə tətbiq edilir. 




Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə