Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   2   3   4   5   6   7   8   9   ...   18

AZS 754-2013 

 



4.5.2 Fakultativ 

ünsürlər kitab haqqında əlavə məlumatları əks etdirir. Fakultativ 

ünsürlər  toplusunu  biblioqrafık  təsviri  tərtib  edən  müəssisə  müəyyən  edir. O, 

müəyyən informasiya kütləsi üçün dəyişməz qalmalıdır. 

Fakultativ ünsürlər daha dolğun dövlət biblioqrafik göstəricilərinin təsvirlərində, 

kitabxana  kataloqlarında  (kartoçka  və  elektron  formada),  iri  universal  elmi 

kitabxanaların  məlumat  bazalarında  və  dövlət  biblioqrafiya  mərkəzlərində  tətbiq 

edilir. 


4.6 Biblioqrafi

k  yazıda  (təsvirdə)  sahə  və  ünsürlər  müəyyən  edilmiş  ardıcıllıq 

üzrə  əks  etdirilir.  Ayrı-ayrı  sahə  və  ünsürlər  təkrarlana  bilər.  Sənədin  növündən  və 

informasiyanın  hansı  daşıyıcıda  yerləşdirilməsindən  asılı  olmayaraq  biblioqrafık 

təsvirin  sahə  və  ünsürlərinin  tamlığı  onlar  arasında  tətbiq  edilən  durğu  işarələri 

(punktuasiya), biblioqrafi

k təsvirin bütün obyektləri üçün ümumi qaydalara əsaslanır. 

Müəyyən  sənəd  növlərinin  təsviri  üçün  (təsviri  incəsənət,  audiovizual 

materiallar,  kartoqrafik  sənədlər,  not  nəşrləri,  seriyalı  və  digər  ardı  davam  edən 

resurslar, 

normativ  və  texniki  sənədlərin  ayrı-ayrı  növləri,  elektron  informasiya 

resursları və s.) xüsusi ünsürlər və spesifik məlumatlar sahəsi müəyyənləşdirilmişdir. 

Burada  müəyyən  sənəd  növü  üçün  xarakterik  olan  informasiyanın  xüsusiyyətləri, 

onun fiziki daşıyıcısı, nəşrin tipi və s. məlumatlar əks etdirilir. 

4.7 Biblioqrafi

k  təsvirdə  durğu  işarələri  (punktuasiya)  iki  funksiyanı  yerinə 

yetirir  - 

adi  qrammatik  durğu  işarələri  və  biblioqrafik  təsvirin  sahə  və  ünsürlərinin 

fərqləndirilməsi  üçün  tətbiq  edilən  durğu  işarələri.  Nəzərdə  tutulmuş  punktuasiya 

(şərti  bölgü  işarələri)  müxtəlif  dillərdə  və  formalardakı  təsvirin  ünsürlərinin 

müəyyənləşdirilməsi  məqsədilə  tətbiq  edilir-yazılarda,  çap  kartoçkalarında, 

biblioqrafik göstəricilərdə, siyahılarda, kompyuterin monitorunun ekranında və b. 

4.7.1 Nəzərdə tutulan punktuasiya sahə və ünsürlərin əvvəlində verilir və yaxud 

onları tamamlayır. 

Şərti işarələr riyazi-bölgü işarələri vasitəsilə göstərilir. 

Təsvirdə aşağıdakı bölgü işarələrindən istifadə olunur: 

            



AZS 754-2013 

 



 .- nö

qtə və tire; 



            .   

nöqtə; 


            ,   vergül; 

              

qoşa nöqtə; 

            ;   

nöqtəli vergül; 

            ... 

üç nöqtə; 

            

/   maili xətt; 

            

//  qoşa maili xətt; 

            

()  kiçik mötərizə; 

            []  orta (kvadrat) 

mötərizə; 

            

+  üstəgəl işarəsi; 

            

=  bərabərlik işarəsi. 

Biblioqrafik təsvirin sonunda nöqtə (.) işarəsi qoyulur. 

4.7.2  Biblioqrafik  təsvirin  hər  bir  sahəsinin  qarşısında  (birinci  sahə  istisna 

olmaqla) nöqtə-tire (.-) işarəsi yazılır ki, bu da sahələrin biri-birindən fərqləndirilməsi 

üçündür.  Əgər  təsvirin  müəyyən  sahəsinin  birinci  ünsürü  verilməyibsə,  bu  zaman 

nöqtə  və  tire  işarəsi  növbəti  ünsürün  əvvəlində  göstərilir.  Kiçik  mötərizə  və  orta 

(kvadrat)  mötərizə  işarələri  istisna  edilir,  onlar  sahənin  işarəsindən  sonra  da 

saxlanılır. 

4.7.3  Xüsusi  məlumatlar  sahəsi,  qeyd  sahəsi  və  beynəlxalq  standart  nömrə 

sahəsi təkrar edilərsə, sahənin işarəsi də təkrar edilir-nöqtə və tire, lakin seriya sahəsi 

təkrar edildikdə isə hər bir seriya haqqında məlumat ayrıca kiçik mötərizə içərisində 

göstərilərək onların arasında nöqtə və tire işarəsi tətbiq edilmir. 

4.7.4  Sahələr  müxtəlif  şriftlərlə  göstərilə  bilər  və  yaxud  yeni  sətirdən  yazıla 

bilər. Belə hallarda əvvəlki sahənin sonunda nöqtə və tirə işarəsi nöqtə ilə əvəz edilir. 

4.7.5 Sahə və ünsürlərin daha aydın göstərilməsi həmçinin də qrammatik durğu 

işarələrinin fərqləndirilməsi məqsədilə işarələrin arasında bir işarə həcmində boş yer 

saxlanılır. Nöqtə və tire işarəsi istisna olmaqla-boş yer yalnız həmin işarələrdən sonra 

saxlanılır. 




AZS 754-2013 

 



4.7.6  Kiçik  və  orta  (kvadrat)  mötərizə  vahid  işarə  kimi  nəzərə  alınır.  Burada 

işarənin  əvvəlində  (yəni  mötərizə  açıldıqda)  və  mötərizə  bağlandıqda  boş  yer 

saxlanılır. 

4.7.7 Hər bir ünsür özündən əvvəl gələn durğu işarəsindən sonra yazılır. Əgər 

ünsür (sahənin birinci ünsürü istisna olmaqla) təkrarlanırsa, bu zaman ona aid edilən 

durğu  işarəsi  də  (maili  xətt  istisna  edilərək)  təkrar  edilir.  Əgər  müəyyən  ünsür 

təsvirdə göstərilmirsə, onda ona aid edilən işarə də göstərilmir. 

Cümlə  daxilində  bir-biri  ilə  qrammatik  cəhətdən  bağlı  olan  ünsürləri  onlara 

məxsus olan durğu işarələri ilə ayırmırlar. 

4.7.8 Lazım gəldikdə ünsürün müəyyən hissəsi ixtisar edilə bilər. İxtisar edilmiş 

ünsürün müəyyən hissəsi üç nöqtə işarəsi ilə əvəz edilir, nöqtələrdən əvvəl və sonra 

boş  yer  saxlanılır.  Müəyyən  sahə  və  ünsür  sənəddə  ümumiyyətlə  olmadıqda  isə 

onların əvəzinə üç nöqtə işarə tətbiq edilmir. 

4.7.9  Bir  sahə  daxilində  verilmiş  qonşu  ünsürlərin  orta  (kvadrat)  mötərizə 

içərisində  göstərilməsi  lazım  gələrsə,  onda  onların  hamısı  ümumi  orta  (kvadrat) 

mötərizə içərisində yazılır. Burada materialın ümumi əlaməti istisna təşkil edir, çünki 

bu ünsür həmişə ayrıca kvadrat mötərizə içərisində göstərilir. Əgər biri-birinə yaxın 

olan ünsürlər müxtəlif sahələrə aiddirsə, onda hər bir ünsür ayrıca kvadrat mötərizə 

içərisində verilir. 

4.7.10  Ünsürlərin  daxilində  biblioqrafik  təsvir  tərtib  edilən  dilin  normalarına 

uyğun durğu işarələri saxlanılır. Əgər ünsür bitmiş fikri ifadə edən bir neçə söz və 

mlədən  ibarət  olarsa,  onda  onlar  sənəddə  verilmiş  durğu  işarələri  ilə  birlikdə 



təsvirdə əks etdirilir. Əgər sənəddə verilmiş söz və cümlələr arasında durğu işarələri 

yoxdursa,  onda  onlar  biblioqrafik  təsvirin  konkret  ünsürlərinə,  həmçinin  də 

qrammatik qayd

alara uyğun göstərilir. 

4.7.11  Qrammatik  işarələrlə  təyin  edilmiş  durğu  işarələrinin  uzlaşması 

nəticəsində təsvirdə hər iki işarə göstərilir. Əgər ünsürün ixtisar edilmiş sözü üç nöqtə 

ilə  bitirsə,  növbəti  ünsürün  təyin  edilmiş  durğu  işarəsi  nöqtə  yaxud  nöqtə  tiredən 

ibarətdirsə, onda növbəti ünsür üçün nəzərdə tutulan nöqtə işarəsi yazılmır. Təsvirdə 

riyazi, kimyəvi və digər işarələr təkrar edilir. 



Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə