Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   2   3   4   5   6   7   8   9   ...   18

AZS 754-2013 

 



4.8 Biblioqrafik təsvirin tərtibi üçün əsas mənbə ümumilikdə sənədin özü hesab 

edilir.  Lazım  gəldikdə  təsvir  üçün  digər  mənbələrdən  də  məlumat  əldə  edilə  bilər. 

İnformasiya mənbələri tək və çox ola bilər. 

4.8.1 İnformasiyanın başlıca mənbəyi əsas buraxılış məlumatları və ona analoji 

olan məlumatları özündə əks etdirən sənədin ünsürü hesab edilir. Bunlara titul vərəqi, 

titul  ekranı,  etiket  (məhsulun üstünə  yapışdırılan yarlıq) və  s.  aiddir. Hər  bir  sənəd 

növü üçün əsas informasiya mənbəyi müəyyən edilmişdir. 

Əsas  informasiya  mənbəyi  olmadıqda  (məsələn,  audiovizual  sənədin  etiketi) 

yaxud ondan istifadə etmək qeyri-mümkün olduqda (məsələn, elektron resursun titul 

ekranı). Onda əsas informasiya mənbəyinə altenativ olan mənbə götürülür. Bu zaman 

ilk  növbədə  sənədin  müəyyən  hissəsinin  mənbəyindən,  sonra  isə  qoşma  sənədin 

mənbələrindən  istifadə  edilir:  konteynerdə  yerləşdirilmiş  məlumatlar;  naşir,  sənədi 

hazırlayan, sənədi yayan, qoşma materiallar və s. 

Bir  neçə  mənbədən  istifadə  edildikdə,  onların  kombinasiyasının  birləşməsinə 

mühüm vahid mənbə kimi baxılır. 

4.8.2  Lazımi  informasiyanı  qoşma  sənədin  mənbələrindən  almaq  mümkün 

olmadıqda, onda sənəddən əlavə mənbələrə müraciət edilir. Məlumatlar sənədə dair 

çap  edilmiş  biblioqrafik  yazılardan  (kitabxanaların,  muzeylərin  kataloqlarından, 

biblioqrafik  göstəricilər  və  məlumat  bazalarından);  sənəddən  əlavə  digər 

mənbələrdən (məsələn, məlumat nəşrləri, avtoritet fayllar və s.) əldə edilə bilər. 

4.8.3  Təsvirdə  biblioqrafik  məlumatlar  informasiya  mənbəyində  verildiyi  kimi 

göstərilir. Digər dəqiqləşdirici, həmçinin təsvir üçün vacib hesab edilən məlumatlar 

sənədin təhlili nəticəsində (titul vərəqləri itirilmiş çap məhsulları üçün, adsız coğrafı 

xəritələr, işlənməmiş səs yazıları üçün və s.) əldə edilir. 

Sənədin təhlili nəticəsində əldə edilən məlumatlar, eləcə də digər mənbələrdən 

əldə  edilmiş  məlumatlar  biblioqrafik  təsvirin  bütün  sahələrində  (qeyd  sahəsindən 

başqa) orta (kvadrat) mötərizə içərisində göstərilir. 

4.8.4 Müəyyən sənəd növünün biblioqrafik təsvirinin hər bir sahəsi üçün bir və 

ya  bir  neçə  əsas  informasiya  mənbəyi  müəyyənləşdirilmişdir.  Məsələn,  sərlövhə      



AZS 754-2013 

 



və  məsul  şəxslər  haqqında  məlumat  sahəsi  üçün  kitablarda-titul  vərəqi,  qəzetlərdə-

birinci və sonuncu sütun informasiya mənbəyi hesab edilir. 

Müxtəlif mənbələrdən götürülmüş eyni tipli məlumatlar arasında fərqlər olduqda 

üstünlük  nəzərdə  tutulan  informasiya  mənbələrindən  götürülmüş  biblioqrafik 

məlumatlara verilir. 

Nəzərdə  tutulan  informasiya  mənbəyi  olmadıqda,  o  daha  tam  informasiyanı 

özündə əks etdirən mənbə ilə əvəz edilir. 

Nəzərdə  tutulmayan  (və  ya  digər)  informasiya  mənbələrindən  toplanan 

məlumatlar orta (kvadrat) mötərizə içərisində göstərilir. 

4.9 Biblioqrafi

k təsvirin dili bir qayda olaraq, sənədin buraxılış məlumatlarına 

uyğun olmalıdır. 

4.9.1 Biblioqrafi

k təsvir ümumilikdə və ya onun ayrı-ayrı ünsürləri transkripsiya 

(tələffüzü düzgün vermək üçün işarələr sistemi), transliterasiya (bir yazı sistemindəki 

hərflərin  başqa  yazı  sisteminin  hərfləri  ilə  verilməsi)  şəklində  verilə  bilər. 

Transliterasiya  beynəlxalq  və  milli  standartların  transliterasiya  dilinə  uyğun 

verilməlidir. 

4.9.2 Əgər informasiya mənbəyinin mətnləri və buraxılış məlumatları içərisində 

biblioqrafi

k təsviri tərtib edən müəssisənin ölkəsinin rəsmi dilində mətn və buraxılış 

məlumatları  varsa,  onda  biblioqrafik  təsvirin  tərtibinin  həmin  dildə  aparılmasına 

üstünlük verilir. 

4.9.3 Əgər sənəddə bütün dillərdə buraxılış məlumatları tam verilməyibsə, daha 

dolğun məlumat verilmiş dil seçilir. 

4.10  Biblioqrafik  təsvirin  yığcamlığını  təmin  etmək  məqsədilə  söz  və  söz 

birləşmələrinin,  ünsürlərin  müəyyən  hissəsinin,  müxtəlif  biblioqrafik  yazıların  bir 

yazı daxilində birləşməsinə və digər ixtisarların qəbul edilməsinə yol vermək olar. 

Əgər  biblioqrafik  təsviri  tərtib  edən  müəssisə  ayrı-ayrı  sözləri  və  söz 

birləşmələrini  ixtisar  etmək  üçün  qərar  qəbul  edibsə,  onda  həmin  ixtisarlar  QOST 

7.11 və QOST 7.12 standartlarına uyğun aparılmalıdır. 

Sözlərin ixtisarının əsas şərti onların birmənalı anlaşıqlı olmasıdır. Sözlər təhrif 

edildikdə, anlaşıqlı olmadıqda onların ixtisar edilməsinə yol vermək olmaz. 



AZS 754-2013 

10 


 

4.10.1 İxtisarlar biblioqrafik təsvirin bütün sahələrində tətbiq edilir. Biblioqrafik 

təsvirin  istənilən  sahəsində  istənilən  sərlövhənin  (informasiya  mənbəyinin  özündə 

istisna  olmaqla)  və  materialın  ümumi  əlamətinin  ixtisarına  yol  verilmir,  burada 

analitik biblioqrafi

k təsvir istisna təşkil edir. 

Əgər informasiya mənbəyində QOST 7.12-də nəzərdə tutulmuş ixtisardan daha 

yığcam  ixtisar  verilibsə,  onda  təsvir  üçün  informasiya  mənbəyində  verilmiş  ixtisar 

əsas götürülür. 

4.10.2  İxtisarların  qəbul  edilmiş  unifikasiya  (vahid  şəklə  salınmış)  formaları 

Azərbaycan, rus və latın dilində aşağıdakı kimi qəbul edilmişdir. 

Azərbaycan   

 

 rus   

 

latın 

Və başqaları-və b.     И другие - и др.     et alii (et.al); 

Və sairə - və s. 

 

   



И так далее - и т.д.   et cetera (etc.); 

Yəni -   

 

   


То есть – т.е.      id est (i.e.) 

Nəşr yeri yoxdur- n.y.y.  Без места – б.м.          sine loco (s.l.); 

Nəşriyyatsız - n.y.     Без издателя – б.и.      sine nomine (s.n.); 

 

Lazım  gələrsə  onların  ekvivalenti  (eyni  mənaya  malik  sözlər)  digər  dillərdə 



verilə bilər. 

4.10.3 Bəzi hallarda həddindən artıq uzun sərlövhənin yazılışı zamanı ayrı-ayrı 

sözlərin ixtisarına (sərlövhənin mənasını təhrif etməmək şərtilə) yol verilə bilər. 

4.10.4 Biblioqrafi

k  təsvirdə  informasiya  mənbəyində  olan  bəzi  məlumatları 

göstərməmək  olar.  Məsələn,  ordenlərin  adı,  fəxri  adlar,  hərbi  və  elmi  dərəcələr, 

terminlər,  sənədin  nəşrə  hazırlanmasında  iştirak  edən  təşkilatın  hüquqi  statusu, 

tərifnamələr, sənədin çapa icazə verilməsi haqqında məlumat və s.  

4.11  Biblioqrafik  təsvirin  tərtibində  müasir  orfoqrafiya  qaydalarına  riayət 

olunur. Lakin qədim (XVI-XVIII əsr) sənədlərin orfoqrafiyasında həmin dövrün dil 

xüsusiyyətləri əks etdirilən nəşrlərdə bu normalar istisna təşkil edir. 

4.11.1 Biblioqrafik təsvirin hər sahəsinin ilk sözü, həmçinin digər ünsürlərin ilk 

sözü böyük hərflə yazılır. Digər ünsürlər kiçik hərflə yazılır. 



Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə