21
1. GĠRĠġ
1.1
Azərbaycan iqtisadiyyatı neft bumu və gəlirin kifayət qədər xərclənməsi hesabına 2000-ci
illərdə böyük templərlə inkiĢaf etmiĢdir. 2001-08-ci illərdə Azərbaycanda ÜDM ildə orta hesabla
17.3 faiz artmıĢdır. AdambaĢına gəlir 2001-2005-ci illərdə 90 faiz, 2006-2008-ci illərdə isə daha 100
faiz artaraq 3830 dollara çatmıĢdır.2 2001-08-ci illərdə dövlət xərcləri 1.1 milyard AZN-dən 12.5
milyard AZN-ə, yaxud qeyri-neft sektoru ÜDM-nin 20 faizindən 70 faizinədək artmıĢdır. Artımın
geniĢ Ģəkildə bölgüsünü təmin etmək üçün Azərbaycan əhalinin əmək haqlarını və transferləri
artırmaq siyasətini həyata keçirməyə baĢlamıĢdır. 2000-2008-ci illər arasında minimum əmək
haqqının səviyyəsi 6700 faiz artaraq kəskin aĢağı səviyyədə olan 1.1 manatdan 75 manatadək
yüksəlmiĢdir. Orta aylıq əmək haqqı səviyyəsində də hər il ikirəqəmli artım tempi müĢahidə edilmiĢ
və bu göstərici 2000-ci ildəki 41 manat səviyyəsindən 2008-ci ildə 268 manata qədər yüksəlmiĢdir ki,
bu da ümumi götürdükdə 650 faizdən çox artım deməkdir.
1.2 Bu nəzərəçarpan müsbət artım və Azərbaycan hökumətinin (AH) əhalinin rifah halının
yaxşılaşdırılmasına yönəldilmiş müxtəlif siyasətlərinin və proqramlarının nəticəsində ümumi
şəkildə qəbul edilir ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin yaşayış standartları yaxşılaşmış
və yoxsulluq əhəmiyyətli dərəcədə azalmışdır. Bu hesabat 2000-ci illərdə yoxsulluq səviyyəsinin
qiymətləndirilməsi və yaĢayıĢ vəziyyətinin dəyiĢməsi üzrə məlumatları əks etdirir. Burada
yoxsulluğun nə qədər azalması və geniĢlənən artımdan kimin daha çox və nə dərəcədə faydalanması
üzrə dəqiq empirik məlumatlar öz əksini tapmıĢdır. Hesabat çərçivəsində əsas diqqət yoxsulluğun
meyllərinə, müxtəlif ərazilər və alt-qruplar üzrə yoxsulların paylanmasına, eləcə də, yoxsulluğun
əsasını təĢkil edən amillərə yönəldilmiĢdir. AĢağıdakı suallara cavab axtarılır: Azərbaycanda kimlər
yoxsul hesab olunur? Onlar sürətli inkiĢafdan faydalana bilirlərmi və neft və qaz bumunun faydası
yoxsullara və həssas qruplara gedib çatıbmı? Yoxsulluğun regional göstəriciləri necədir? Yerli əhali
ilə müqayisədə məcburi köçkünlərin yaĢayıĢ səviyyəsi necədir? Yoxsulluq səviyyəsində müĢahidə
olunan meyllər nə ilə izah edilir? Müxtəlif Ģəxslər, ev təsərrüfatları, coğrafi və sosial-iqtisadi qruplar
arasında yoxsulluğun və bərabərsizliyin səviyyəsi və meyllərinin anlaĢılması, eləcə də keçmiĢ və
hazırki siyasətlərin, proqramların təsirinin qiymətləndirilməsi gələcək inkiĢafın və dövlət xərclərinin
əhali, o cümlədən yoxsul və həssas qruplar arasında geniĢ Ģəkildə bölüĢdürülməsinin təmin edilməsi
üçün strategiyaların iĢlənib hazırlanması baxımından həlledici əhəmiyyətə malikdir.
1.3 Neft bumunun yaratdığı fürsətdən istifadə edərək Azərbaycan hökuməti dövlət sektoru üzrə
geniş investisiya proqramının, əmək haqlarının və əhaliyə ödənilən sosial transferlərin artırılması
məqsədilə yardımçı siyasətlərin, eləcə də iqtisadiyyatın müasirləşdirilməsi və bazarların
fəaliyyətinin gücləndirilməsi üçün institusional islahatların həyata keçirilməsinə başlamışdır. Yeni
iĢ yerlərinin yaradılması baxımından neft sektorunun rolunun məhdud olduğunu nəzərə alan
Azərbaycan qeyri-neft sektorunun inkiĢaf etdirilməsi üçün neft gəlirlərdən istifadə etmiĢdir.
Azərbaycan getdikcə daha çox dünya iqtisadiyyatına inteqrasiya etdikcə və onun ticarət
tərəfdaĢlarının sayı artdıqca qeyri-neft sektoru məhsullarının həm idxalı, həm da ixracı bu sektorun
ÜDM-dəki nisbəti ilə münasibətdə daha sürətlə artmıĢdır (Dünya Bankı 2009).
3
Bütün bu
amillər neft
bumu ilə birlikdə həm neft, həm də qeyri-neft sektorunun möhkəm və davamlı inkiĢafı üçün əsas
yaratmıĢdır (Diaqram 1.1). 2001-2008-ci illər ərzində qeyri-neft sektorunun ÜDM-dəki payı iki
dəfədən çox artmıĢdır ki, bunun da əsas səbəbi neft gəlirlərinin xərclənməsi olmuĢdur. Lakin, neft
2
AdambaĢına gəlir Atlas metodundan istifadə edilməklə qiymətləndirilmiĢdir.
3
2006-cı ildən etibarən avro zonasının ölkələri Rusiyanı ötərək Azərbaycana ən çox məhsul ixrac edən ölkələrə
çevrilmiĢdir
22
gəlirlərindən yüksək səviyyədə asılılıq, bu sektorla bağlı müvafiq qeyri-müəyyənlik və hazırkı qlobal
iqtisadi böhran 1998-ci ildən bəri Azərbaycanda müĢahidə olunun iki rəqəmli artım tempinin
saxlanılması baxımından müəyyən çətinliklər yaratmıĢdır.
4
1.4 Hesabatın birinci məqsədi 2001-ci il və 2008-ci illər arasında olan dövr ərzində
Azərbaycanda həyat səviyyəsinin yüksəlməsinin qiymətləndirilməsindən ibarətdir. Bu dövr
hazırkı
qlobal iqtisadi böhrandan əvvəlki müddəti əhatə edir və əhəmiyyətli islahatlar, neft bumunun yüksək
həddə olması, eləcə də, bütün Azərbaycan vətəndaĢlarının yaĢayıĢ Ģəraitinin yaxĢılaĢdırılması
məqsədini daĢıyan geniĢ dövlət investisiya proqramlarının həyata keçirilməsi ilə xarakterizə olunur.
Sovet ittifaqı dağıldıqdan sonra müstəqilliyin ilk illərində keçid dövrünü yaĢayan və keçmiĢ ittifaq
ölkələrinin əksəriyyəti ilə müqayisədə yoxsul olan Azərbaycan 1990-cı illərin ortalarından baĢlayaraq
hərtərəfli və daha tarazlı bazar iqtisadiyyatının bərqərar olması istiqamətində əməli fəaliyyətə
baĢlamıĢdır. 1996-cı ildən etibarən Azərbaycan hökuməti makroiqtisadi sabitliyin qorunub
saxlanılması, biznes mühitinin yaxĢılaĢdırılması, özəl sektorunun inkiĢafının dəstəklənməsi
istiqamətində əhəmiyyətli uğurlar əldə etmiĢ, habelə, sürətli inkiĢafın realizə olunması və
yoxsulluğun azaldılması məqsədilə siyasət çərçivəsi və infrastruktur yaratmıĢdır. 2006-2008-ci illər
ərzində elektrik enerjisi çatıĢmazlığından tutmuĢ su təchizatı və kanalizasiya sistemlərinin
4
Dünya Bankının bu yaxınlarda tamamlanan ―Azərbaycan üçün ölkə üzrə iqtisadi memorandum – əsas diqqətin
diversifikasiyaya yönəldilməsi‖ (2009) hesabatında sözügedən məsələlərə, eləcə də, Azərbaycanda inkiĢafın
uzunmüddətli dövr üzrə dayanıqlılığı və diversifikasiyası məsələlərinə xüsusi önəm verilmiĢdir. Bu baxımdan
da, hazırkı hesabatda makroiqtisadi artımın, yoxsulluğun və bərabərsizliyin nəticələrinin məzmununun və onlar
arasında əlaqənin müəyyən edilməsi üçün tələb olunan makroiqtisadi məsələlərdən kənara çıxılmır.
Diaqram 1-1 Azərbaycanın makroiqtisadi mənzərəsi, 2001-08-ci illər
Mənbə: Azərbaycan rəsmiləri və Dünya Bankının əməkdaĢlarının hesablamaları