19
15.
Azərbaycanda yoxsullar ilə varlılar arasında sağlamlıq vəziyyəti və səhiyyə
xidmətlərdən istifadə baxımından əhəmiyyətli dərəcədə bərabərsizlik mövcuddur
(Diaqram
6, sol tərəf). Ən yoxsul kvintil ilə müqayisədə ən varlı kvintildən olan Ģəxslərin sağlamlıq
vəziyyətinin yaxĢı olmaq ehtimalı 2.5 dəfə çoxdur. Əksinə olaraq, varlılar ilə müqayisədə yoxsullar
2.5 dəfə daha çox sağlamlıq vəziyyətlərinin pis olduğunu bildirmiĢdir. Qeyri-yoxsul əhali ilə
müqayisədə yoxsul əhalinin səhiyyə xidmətlərindən daha az istifadə etməsinə dair tutarlı əsaslar
mövcuddur (Diaqram 17, sağ panel). Səhiyyə xidmətlərindən ümumi istifadə göstəricisində ən varlı
kvintilin payı təqribən üçdən bir hissəyə bərabər olduğu halda, ən yoxsul kvintil üçün müvafiq
göstərici yalnız 10%-dən bir qədər çox təĢkil edir. Sözügedən fakt belə bərabərsizliyin miqyasını
azaldır. Belə ki, təminatlı əhali qrupunun sağlamlıq vəziyyətinin yaxĢı olduğunu nəzərə alsaq, o
zaman ehtiyaca uyğun olaraq xidmətlərindən ―bərabər‖ istifadə strukturu yoxsulların bu cür
xidmətlərdən daha çox istifadə etməsi ilə nəticələnəcəkdir.
16.
Yoxsulların səhiyyə xidmətlərindən istifadə etməsi sahəsində əsas maneənin maliyyə
olması barədə əsaslı dəlillər mövcuddur. ġəxsi səhiyyə xərcləri həm ev təsərrüfatlarının ümumi
istehlakda nisbət baxımından (təqribən 10%), həm də beynəlxalq standartlarla müqayisədə
əhəmiyyətli dərəcədədirlər. 2008-ci il YSQS məlumatlarına əsasən Ģəxsi xərclər 2008-ci il üzrə
Azərbaycanda ümumi səhiyyə xərclərinin təqribən 73%-ini təĢkil etmiĢdir ki, bu da 53 Avropa ölkəsi
arasında ən yüksək üçüncü göstəricidir (yalnız Gürcüstan və Tacikistanda bu göstərici daha
yüksəkdir). Səhiyyə xidmətləri üçün Ģəxsi ödəniĢlər Azərbaycanda müvafiq sektorda olan mühüm
islahat problemidir.
17.
Səhiyyə xidmətləri üçün şəxsi ödənişlər yoxsulluğa əhəmiyyətli dərəcədə təsir edir. Çünki,
səhiyyə xərcləri digər məhsullara çəkilən xərclər kimi ev təsərrüfatının maddi rifah halının birbaĢa
yüksəldilməsi ilə nəticələnmir. Bu da müvafiq xərclərin ümumi istehlak xərclərindən və nəticə
etibarilə, yoxsulluq göstəricilərinin hesablanmasından çıxarılmasını labüd edir. Əgər yoxsulluq
səviyyəsi Ģəxsi xərclər nəzərə alınmadan hesablansaydı, bu, yoxsulluğu kifayət qədər artıra bilərdi.
Ona görə də, səhiyyə xidmətləri üçün çəkilən xərclər çıxılsa, o zaman, müvafiq Ģəxsi xərclərə malik
Ģəxslər yoxsul kimi təsnifləĢdirilə bilər (potensial olaraq könüllü olmayan və maddi rifah halını
yaxĢılaĢdırmayan).
18.
Səhiyyə sektoruna yönələn dövlət xərclərinin artırılması əhəmiyyət kəsb etməsə, onun
yoxsulluğa təsiri bu cür xərclərin ünvanlılığınının təkmilləşdirilməsi ilə yüksəldilə bilər. Səhiyyə
sektoruna çəkilən cari dövlət xərclərinin təhlili ən yoxsul kvintil ilə müqayisədə ən varlı kvintildən
olan Ģəxslərin 2 dəfə daha çox bu cür xidmətlərlə əhatə olunduğunu göstərmiĢdir. Bu vəziyyətin
yaxĢılaĢdırılması istiqamətində regionun digər ölkələrinin (məsələn, Gürcüstan) tətbiq etdiyi bir
seçim imkanı yoxsullara daha böyük səhiyyə xidməti paketinin təqdim edilməsi mexanizmi kimi
ünvanlı sosial yardım almaq üçün uyğunluq meyarından istifadə etməkdir. Azərbaycanda yoxsullara
verilən maddi yardımların ünvanlılığının səmərəli olması faktı (Fəsil 8) sözügedən metodun səhiyyə
xərclərinin yoxsullara istiqamətləndirilməsi baxımından daha münasib olduğunu göstərir.
IV. Qlobal iqtisadi böhran
19.
Hazırkı qlobal mühit makroiqtisadi sabitlik, iqtisadiyyatın diversifikasiyası və yoxsulluğun
azaldılmasından ibarət üçlü hədəfin əldə olunması baxımından hələ də ciddi təhlükə yaradır.
Azərbaycana təsirin digər kanallar ilə yanaĢı neft və qaz kimi əsas ixrac məhsullarına olan tələbin
azalmasında təzahür olunacağı ehtimal edilir.
Böhranın neftin qiymətini aĢağı həddə saxlaması
nəticəsində neft sektorunun stimullaĢdırıcı rolu zəifləyə bilər. Qlobal iqtisadi fəaliyyətin və tələbatın
azalması Azərbaycanın qeyri-neft məhsulları ixracını da məhdudlaĢdıracaqdır. Böhran investorların
20
cəlb edilməsi, istehsalın və ixrac potensialının diversifikasiyası istiqamətində Azərbaycan
hökumətinin səylərinə mane ola bilər. Yoxsulluğa təsir müxtəlif keçid kanalları vasitəsi ilə, məsələn,
iĢsizlik səviyyəsinin yüksəlməsi və gəlirlərin azalması ilə baĢ verir. Mənbə ölkələrində (məsələn,
Rusiya) iqtisadiyyatın azalması nəticəsində Azərbaycana gələn köçürmələrin həcmi azala bilər.
Azərbaycanda köçürmələrin nisbəti o qədər böyük olmasa da (təqribən 5%) əhalinin kifayət qədər
böyük hissəsi onları alır.
20.
2009-2011-ci illərdə sektorlar üzrə artım proqnozları və 2008-ci il ev təsərrüfatları
səviyyəsində olan məlumatlar əsasında yoxsulluğa təsirin mikro simulyasiyaları Azərbaycanda
yoxsulluğun səviyyəsinin 2009-cu ildə arta biləcəyini göstərir (2-ci Fəsildə Diaqram 2-10-a və
HaĢiyə 2.1-ə baxın)
. 2008-2009-cu illər ərzində yoxsulluğun ümumi səviyyəsi təqribən 1 faiz bəndi
qədər yüksələ bilər. Bu isə 2009-cu ildə qlobal iqtisadi böhranın təsiri nəticəsində təqribən 86000
nəfər Ģəxsin yoxsulluq həddindən aĢağı düĢə bilməsi deməkdir. Artım ilə bağlı ehtimallar özünü
doğrultduğu təqdirdə isə 2010-cu ildə yoxsulluğun səviyyəsində yenidən azalmanın müĢahidə
olunması proqnozlaĢdırılır. Yoxsul əhalinin daha da yoxsullaĢması nəticəsində yoxsulluğun dərinliyi
daha da arta bilər. Əmək bazarı iqtisadi böhranın ev təsərrüfatlarına ötürülməsi üçün əsas kanaldır.
2008-2009-cu illərdə yoxsulların sayında proqnozlaĢdırılan 1.0 faiz bəndi qədər artımın təqribən 0.75
faiz bəndi (və ya 75%-i) iĢsizliyin səviyyəsinin yüksəlməsi və gəlirlərin azalması hesabına baĢ
verəcəkdir (2-ci Fəsildə Diaqram 2-11-ə baxın). Köçürmələrdə proqnozlaĢdırılan
azalma yoxsulluğun
səviyyəsində ehtimal edilən artımın yerdə qalan 25%-ini əhatə edir.
V. Nəticə
21.
Sürətli iqtisadi artım, eləcə də, gəlirlərin bölgüsünü daha da təkmilləşdirən siyasət və
proqramlar hesabına Azərbaycanda 2000-ci illərdə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə
azalmışdır. Neft bumunun yaratdığı əlveriĢli fürsətdən istifadə edərək Azərbaycan hökuməti əmək
haqlarının qaldırılması və əhaliyə sosial müavinətlərin ödənilməsi üçün transferlərin artırılması
məqsədilə dövlət sektoru üzrə geniĢ miqyaslı investisiya proqramlarının və iqtisadiyyatın
müasirləĢdirilməsi məqsədini daĢıyan institusional islahatların icrasına baĢlamıĢdır. Sözügedən səylər
güclü artıma və yoxsulluğun azaldılmasına gətirib çıxarmıĢdır. MəĢğulluq səviyyəsində irəliləyiĢin
məhdud olmasına baxmayaraq, artım əhalinin böyük hissəsinin əmək haqları və gəlirlərinin
çoxalması ilə müĢayiət olunmuĢdur. Həm artım, həm də gəlirlərin geniĢ dövlət transferi proqramları
vasitəsilə bölgüsü əhalinin böyük əksəriyyətinin rifahının yaxĢılaĢması üçün əsas olmuĢdur. Lakin
neft gəlirlərindən yüksək səviyyədə asılılıq və hazırda müĢahidə olunan qlobal iqtisadi böhran artım
tempinin saxlanılması istiqamətində müəyyən çətinlik yaradır ki, bu da gələcəkdə yoxsulluğun
azaldılmasını təhlükə altında qoya bilər.
22.
Hesabatda vurğulanır ki, hökumətin beynəlxalq tələblərə cavab verən ünvanlı sosial
yardım sistemi yaratmaq səyləri uğurlu olmuşdur. 2001-2008-ci illərdə əhalinin yoxsulluq
səviyyəsinin yüksək olduğu Ģəraitdə qərar qəbul edənlər öz sosial sektor siyasətlərində, daha doğrusu
, sosial müdafiə və sosial sığortaya diqqət yetirmiĢlər. Bu siyasətlər dövlət teransferlərinin yoxsullara
və həssas qruplara yönləndirilməsi sahəsində effektiv olmuĢdur. Bununla belə, hökumət daha da irəli
gedərək, səhiyyə və təhsil sahəsində sosial sektor siyasətlərinə daha artıq diqqət yetirmək fikrində ola
bilər, belə ki, o, insan kapitalını inkiĢaf etdirməklə böhrandan sonrakı dövrdə məhsuldarlığı artırmağa
səy göstərir.