Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

19 
 
15.
 
  
Azərbaycanda  yoxsullar  ilə  varlılar  arasında  sağlamlıq  vəziyyəti  və  səhiyyə 
xidmətlərdən istifadə baxımından əhəmiyyətli dərəcədə bərabərsizlik mövcuddur 
(Diaqram 
6,  sol  tərəf).  Ən  yoxsul  kvintil  ilə  müqayisədə  ən  varlı  kvintildən  olan  Ģəxslərin  sağlamlıq 
vəziyyətinin yaxĢı olmaq ehtimalı 2.5 dəfə çoxdur. Əksinə olaraq, varlılar ilə müqayisədə yoxsullar 
2.5  dəfə  daha  çox  sağlamlıq  vəziyyətlərinin  pis  olduğunu  bildirmiĢdir.  Qeyri-yoxsul  əhali  ilə 
müqayisədə  yoxsul  əhalinin  səhiyyə  xidmətlərindən  daha  az  istifadə  etməsinə  dair  tutarlı  əsaslar 
mövcuddur (Diaqram 17, sağ panel). Səhiyyə xidmətlərindən ümumi istifadə göstəricisində ən varlı 
kvintilin  payı  təqribən  üçdən  bir  hissəyə  bərabər  olduğu  halda,  ən  yoxsul  kvintil  üçün  müvafiq 
göstərici  yalnız  10%-dən  bir  qədər  çox  təĢkil  edir.  Sözügedən  fakt  belə  bərabərsizliyin  miqyasını 
azaldır.  Belə  ki,  təminatlı  əhali  qrupunun  sağlamlıq  vəziyyətinin  yaxĢı  olduğunu  nəzərə  alsaq,  o 
zaman  ehtiyaca  uyğun  olaraq  xidmətlərindən  ―bərabər‖  istifadə  strukturu  yoxsulların  bu  cür 
xidmətlərdən daha çox istifadə etməsi ilə nəticələnəcəkdir.     
 
16.
 
Yoxsulların  səhiyyə  xidmətlərindən  istifadə  etməsi  sahəsində  əsas  maneənin  maliyyə 
olması  barədə  əsaslı  dəlillər  mövcuddur.  ġəxsi  səhiyyə  xərcləri  həm  ev  təsərrüfatlarının  ümumi 
istehlakda  nisbət  baxımından  (təqribən  10%),  həm  də  beynəlxalq  standartlarla  müqayisədə 
əhəmiyyətli  dərəcədədirlər.  2008-ci  il  YSQS  məlumatlarına  əsasən  Ģəxsi  xərclər  2008-ci  il  üzrə 
Azərbaycanda ümumi səhiyyə xərclərinin təqribən 73%-ini təĢkil etmiĢdir ki, bu da 53 Avropa ölkəsi 
arasında  ən  yüksək  üçüncü  göstəricidir  (yalnız  Gürcüstan  və  Tacikistanda  bu  göstərici  daha 
yüksəkdir).  Səhiyyə  xidmətləri  üçün  Ģəxsi  ödəniĢlər  Azərbaycanda  müvafiq  sektorda  olan  mühüm 
islahat problemidir.    
 
17.
 
Səhiyyə xidmətləri üçün şəxsi ödənişlər yoxsulluğa əhəmiyyətli dərəcədə təsir edir. Çünki, 
səhiyyə  xərcləri  digər  məhsullara  çəkilən  xərclər  kimi  ev  təsərrüfatının  maddi  rifah  halının  birbaĢa 
yüksəldilməsi  ilə  nəticələnmir.  Bu  da  müvafiq  xərclərin  ümumi  istehlak  xərclərindən  və  nəticə 
etibarilə,  yoxsulluq  göstəricilərinin  hesablanmasından  çıxarılmasını  labüd  edir.  Əgər  yoxsulluq 
səviyyəsi  Ģəxsi  xərclər  nəzərə  alınmadan  hesablansaydı,  bu,  yoxsulluğu  kifayət  qədər  artıra  bilərdi. 
Ona görə də, səhiyyə xidmətləri üçün çəkilən xərclər çıxılsa, o zaman, müvafiq Ģəxsi xərclərə malik 
Ģəxslər  yoxsul  kimi  təsnifləĢdirilə  bilər  (potensial  olaraq  könüllü  olmayan  və  maddi  rifah  halını 
yaxĢılaĢdırmayan).      
 
18.
 
Səhiyyə  sektoruna  yönələn  dövlət  xərclərinin  artırılması  əhəmiyyət  kəsb  etməsə,  onun 
yoxsulluğa təsiri bu cür xərclərin ünvanlılığınının  təkmilləşdirilməsi ilə yüksəldilə bilər. Səhiyyə 
sektoruna  çəkilən  cari  dövlət  xərclərinin təhlili ən  yoxsul  kvintil ilə  müqayisədə  ən  varlı  kvintildən 
olan  Ģəxslərin  2  dəfə  daha  çox  bu  cür  xidmətlərlə  əhatə  olunduğunu  göstərmiĢdir.  Bu  vəziyyətin 
yaxĢılaĢdırılması  istiqamətində  regionun  digər  ölkələrinin  (məsələn,  Gürcüstan)  tətbiq  etdiyi  bir 
seçim  imkanı  yoxsullara  daha  böyük  səhiyyə  xidməti  paketinin  təqdim  edilməsi  mexanizmi  kimi 
ünvanlı sosial yardım almaq üçün uyğunluq meyarından  istifadə etməkdir. Azərbaycanda yoxsullara 
verilən maddi yardımların ünvanlılığının səmərəli olması faktı (Fəsil 8) sözügedən metodun səhiyyə 
xərclərinin yoxsullara istiqamətləndirilməsi baxımından daha münasib olduğunu göstərir.   
 
IV. Qlobal iqtisadi böhran 
 
19.
 
Hazırkı qlobal mühit makroiqtisadi sabitlik, iqtisadiyyatın diversifikasiyası və yoxsulluğun 
azaldılmasından  ibarət  üçlü  hədəfin  əldə  olunması  baxımından  hələ  də  ciddi  təhlükə  yaradır. 
Azərbaycana  təsirin  digər  kanallar  ilə  yanaĢı  neft  və  qaz  kimi  əsas  ixrac  məhsullarına  olan  tələbin 
azalmasında  təzahür  olunacağı  ehtimal  edilir.  Böhranın  neftin  qiymətini  aĢağı  həddə  saxlaması 
nəticəsində neft sektorunun stimullaĢdırıcı rolu zəifləyə bilər. Qlobal iqtisadi fəaliyyətin və tələbatın 
azalması  Azərbaycanın  qeyri-neft  məhsulları  ixracını  da  məhdudlaĢdıracaqdır. Böhran investorların 


20 
 
cəlb  edilməsi,  istehsalın  və  ixrac  potensialının  diversifikasiyası  istiqamətində  Azərbaycan 
hökumətinin səylərinə mane ola bilər. Yoxsulluğa təsir müxtəlif keçid kanalları vasitəsi ilə, məsələn, 
iĢsizlik  səviyyəsinin  yüksəlməsi  və  gəlirlərin  azalması  ilə  baĢ  verir.  Mənbə  ölkələrində  (məsələn, 
Rusiya)  iqtisadiyyatın  azalması  nəticəsində  Azərbaycana  gələn  köçürmələrin  həcmi  azala  bilər. 
Azərbaycanda  köçürmələrin  nisbəti  o  qədər  böyük  olmasa  da  (təqribən  5%)  əhalinin  kifayət  qədər 
böyük hissəsi onları alır. 
 
20.
 
2009-2011-ci  illərdə  sektorlar  üzrə  artım  proqnozları  və  2008-ci  il  ev  təsərrüfatları 
səviyyəsində  olan  məlumatlar  əsasında  yoxsulluğa  təsirin  mikro  simulyasiyaları  Azərbaycanda 
yoxsulluğun  səviyyəsinin  2009-cu  ildə  arta  biləcəyini  göstərir  (2-ci  Fəsildə  Diaqram  2-10-a  və 
HaĢiyə 2.1-ə baxın). 2008-2009-cu illər ərzində yoxsulluğun ümumi səviyyəsi təqribən 1 faiz bəndi 
qədər  yüksələ  bilər.  Bu  isə  2009-cu  ildə  qlobal  iqtisadi  böhranın  təsiri  nəticəsində  təqribən  86000 
nəfər  Ģəxsin  yoxsulluq  həddindən  aĢağı  düĢə  bilməsi  deməkdir.  Artım  ilə  bağlı  ehtimallar  özünü 
doğrultduğu  təqdirdə  isə  2010-cu  ildə  yoxsulluğun  səviyyəsində  yenidən  azalmanın  müĢahidə 
olunması proqnozlaĢdırılır. Yoxsul əhalinin daha da yoxsullaĢması nəticəsində yoxsulluğun dərinliyi 
daha  da  arta  bilər.  Əmək  bazarı  iqtisadi  böhranın  ev  təsərrüfatlarına  ötürülməsi üçün  əsas  kanaldır. 
2008-2009-cu illərdə yoxsulların sayında proqnozlaĢdırılan 1.0 faiz bəndi qədər artımın təqribən 0.75 
faiz  bəndi  (və  ya  75%-i)  iĢsizliyin  səviyyəsinin  yüksəlməsi  və  gəlirlərin  azalması  hesabına  baĢ 
verəcəkdir (2-ci Fəsildə Diaqram 2-11-ə baxın). Köçürmələrdə proqnozlaĢdırılan azalma yoxsulluğun 
səviyyəsində ehtimal edilən artımın yerdə qalan 25%-ini əhatə edir. 
 
V. Nəticə 
 
21.
 
Sürətli  iqtisadi  artım,  eləcə  də,  gəlirlərin  bölgüsünü  daha  da  təkmilləşdirən  siyasət  və 
proqramlar  hesabına  Azərbaycanda  2000-ci  illərdə  yoxsulluq  səviyyəsi  əhəmiyyətli  dərəcədə 
azalmışdır.  Neft  bumunun  yaratdığı  əlveriĢli  fürsətdən  istifadə  edərək  Azərbaycan  hökuməti  əmək 
haqlarının  qaldırılması  və  əhaliyə  sosial  müavinətlərin  ödənilməsi  üçün  transferlərin  artırılması 
məqsədilə  dövlət  sektoru  üzrə  geniĢ  miqyaslı    investisiya  proqramlarının  və  iqtisadiyyatın 
müasirləĢdirilməsi məqsədini daĢıyan institusional islahatların icrasına baĢlamıĢdır. Sözügedən səylər 
güclü artıma və yoxsulluğun azaldılmasına gətirib çıxarmıĢdır. MəĢğulluq səviyyəsində  irəliləyiĢin 
məhdud  olmasına  baxmayaraq,  artım  əhalinin  böyük  hissəsinin  əmək  haqları  və  gəlirlərinin 
çoxalması ilə müĢayiət olunmuĢdur. Həm artım, həm də gəlirlərin geniĢ dövlət transferi proqramları 
vasitəsilə  bölgüsü  əhalinin  böyük  əksəriyyətinin  rifahının  yaxĢılaĢması  üçün  əsas  olmuĢdur.  Lakin 
neft gəlirlərindən yüksək səviyyədə asılılıq və hazırda müĢahidə olunan qlobal iqtisadi böhran artım 
tempinin  saxlanılması  istiqamətində  müəyyən  çətinlik  yaradır  ki,  bu  da  gələcəkdə  yoxsulluğun 
azaldılmasını təhlükə altında qoya bilər.   
 
22.
 
Hesabatda  vurğulanır  ki,  hökumətin  beynəlxalq  tələblərə  cavab  verən  ünvanlı  sosial 
yardım  sistemi  yaratmaq  səyləri  uğurlu  olmuşdur.  2001-2008-ci  illərdə  əhalinin  yoxsulluq 
səviyyəsinin yüksək olduğu Ģəraitdə qərar qəbul edənlər öz sosial sektor siyasətlərində,  daha doğrusu 
, sosial müdafiə və sosial sığortaya diqqət yetirmiĢlər. Bu siyasətlər dövlət teransferlərinin yoxsullara 
və həssas qruplara yönləndirilməsi sahəsində effektiv olmuĢdur. Bununla belə, hökumət daha da irəli 
gedərək, səhiyyə və təhsil sahəsində sosial sektor siyasətlərinə daha artıq diqqət yetirmək fikrində ola 
bilər, belə ki, o, insan kapitalını inkiĢaf etdirməklə böhrandan sonrakı dövrdə məhsuldarlığı artırmağa 
səy göstərir. 
 
  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə