Azərbaycan


 YOXSULLUĞUN TƏKAMÜLÜ, 2001-08-ci illər



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

25 
 
2. YOXSULLUĞUN TƏKAMÜLÜ, 2001-08-ci illər 
 
2.1.
 
Bu  bölmədə  2000-ci  illər  ərzində  Azərbaycanda  rifahın  yaxĢılaĢmasına  dair  dəqiq 
təsəvvürün yaradılması məqsədilə yoxsulluğun dinamikası nəzərdən keçirilir. 2001-ci il və 2008-
ci  il  ölkə  üzrə  iki  reprezentativ  sorğunun  məlumatlarına  əsaslanan  və  onların  müqayisəliliyini 
təmin edən bu fəsildə yoxsulluq meylləri və həyat səviyyəsinin digər göstəricilərinin 2000-ci illər 
üzrə  qiymətləndirilməsi  verilmiĢdir.  Ev  təsərrüfatının  və  ya  Ģəxsin  öz  hazırki  əsas  ehtiyaclarını 
qarĢılamaq  üçün  kifayət  qədər  vəsait,  yaxud  bacarıqlara  malik  olub-olmamasının 
qiymətləndirilməsi  üçün  rifah  halının  həm  monetar,  həm  də  qeyri-monetar  göstəricilərindən 
istifadə edilmiĢdir. Ev təsərrüfatlarının istehlak xərcləri və müvafiq yoxsulluq həddi, yəni yaĢayıĢ 
üçün  ictimaiyyət  tərəfindən  qəbul  edilə  bilən  minimum  səviyyəni  əks  etdirən  istehlak  miqdarı 
monetar  yoxsulluğun  ölçülməsi  üçün  istifadə  edilmiĢdir  (yoxsulluğun  konsepsiyası  və 
metodologiyası  üçün  baxın:  HaĢiyə  1.1  və  Əlavə  C).  YaĢayıĢ  vəziyyətinin  bir sıra  aspektləri  və 
onların  ölçülməsi  üzrə  ətraflı  məlumatlar  və  müzakirələr  növbəti  fəsillər  və  əlavələrdə  əks 
etdirilmiĢdir. 
 
2.2.
 
2001-ci  il  EBM  və  2008-ci  il  YSQS  məlumatlarının  müqayisəliliyini  təmin  etmək  üçün 
biz  Elbers,  Lancov  və  Lancov  (2003-cü  il)  tərəfindən  iĢlənib-hazırlanmıĢ  kiçik  ərazi 
qiymətləndirməsi  (KƏQ)  metodundan  istifadə  edərək,  2001-ci  il  EBM-indən  istehlak  anlayıĢını 
2008-ci  il  YSQS-yə  daxil  etmiĢik  (ətraflı  məlumat  üçün  Əlavə  A-ya  baxın).  Biz  həmçinin 
bütövlükdə  əhali  və  ayrı-ayrı  alt  qruplar  üzrə  yoxsulluğun  qiymətləndirilməsi  baxımından 
müĢahidə olunan fərqlərin statistik cəhətdən əhəmiyyətli olub-olmadığını yoxlamıĢıq. Yoxsulluq 
sahəsində  qeydə  alınan  dəyiĢikliklərin  yoxsulluğun  dinamikası  haqqında  müfəssəl  nəticələrin 
çıxarılması üçün kifayət edib-etmədiyinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Bunun bir yolu 
müəyyən  dövrlər  üzrə  yoxsulluqda  yaranan  fərqlərin  statistik  baxımdan  ənənəvi  əhəmiyyətlilik 
səviyyəsini  keçib-keçmədiyinin  və  bunun  sadəcə  seçmə  xətası  və  sorğu  alətlərindəki  fərqlər  ilə 
izah olunmamağının yoxlanılmasıdır. 
 


26 
 
 
A.
 
2001-2008-ci illər ərzində yoxsulluqda baĢ verən dəyiĢiklik  
 
2.3.
 
Onilliyin  ikinci  yarısı  və  2008-ci  ili  əhatə  edən  dövr  ərzində  Azərbaycan  əhalisinin 
həyat  səviyyəsi    əhəmiyyətli  dərəcədə  yüksəlmişdir.  Sözügedən  dövr  yaĢayıĢ  Ģəraitinin 
yaxĢılaĢdırılması məqsədini daĢıyan intensiv islahat səyləri və siyasətlər ilə xarakterizə olunur. Ev 
təsərrüfatlarının  istehlakı  2001  –  2008-ci  illər  ərzində  iki  dəfədən  çox  artaraq  32  manatdan  67 
HaĢiyə 1.1:Yoxsulluğun ölçülməsi və təhlilində əsas dəyiĢənlərin konsepsiyaları və 
anlayıĢları 
Yoxsulluq anlayışı. Yoxsulluğun konsepsiyası çoxölçülüdür və bir çox elementi əhatə edir. Bunlardan 
bir neçəsini sadalamaq olar: uyğun qida, paltar, yaĢayıĢ sahəsi, təmiz su və sanitariya, səhiyyə və təhsil; 
erkən  ölüm;  gücsüzlük  və  sosial  təcridolunma;  istehlak  və  istehsal  vasitələrinə  məhdud  çıxıĢ.  BaĢqa 
sözlə,  yoxsulluğun  ölçülməsi  və  təhlili  ev  təsərrüfatının  və  ya  Ģəxsin  öz  hazırki  əsas  ehtiyaclarını 
qarĢılamaq üçün kifayət qədər vəsait, yaxud bacarıqlara malik olub-olmadığını soruĢur. 
 
Yoxsulluğun ölçülməsi. Yoxsulluğun ölçülməsi üçün iki əsas komponent tələb olunur. Birincisi, yaĢayıĢ 
səviyyəsi  göstəricisi  qərarlaĢdırılmalıdır.  Ġkincisi,  yoxsulluq  həddi  müəyyən  olunmalıdır  ki,  bundan 
aĢağı  olan  ev  təsərrüfatı  və  ya  fərdin  yoxsul,  kimi  təsnifatlaĢdırılması  həddini  əks  etdirsin.  Birinci 
komponent  olan  yaĢayıĢ  səviyyəsi  göstəricisinə  gəlincə,  rifah  halının  ümumi  istifadə  olunan  monetar 
ölçüləri gəlir və istehlak xərcləridir. 
 
İstehlak xərcləri. Ġstehlak xərclərinin qurulması ərzaq, uzunmüddətli istehlak mallarının istehlak dəyəri, 
səhiyyə  və  təhsil  xərcləri,  mənzil,  Ģəxsi  istehsal  və  s.  müxtəlif  istehlak  maddələrinə  çəkilən  xərclər 
haqqında toplanan məlumatların toplusunu əhatə edir. Məlumat toplama prosesində bəzi düzəliĢlər, o 
cümlədən: (i) müxtəlif ölçülü və tərkibli ev təsərrüfatlarının ehtiyaclarındakı fərqlərə düzəliĢlər, (ii) ev 
təsərrüfatı  üzvlərinin  yaĢına  və  miqyasa  qənaət  üçün  düzəliĢlər,  (iii)  regionlar  və  müxtəlif  zaman 
müddətləri üzrə qiymətlərə düzəliĢlər edilir. 
 
Yoxsulluq  hədləri.  Yoxsulluq  həddi  yoxsulu  qeyri-yoxsuldan  ayıran  həddir  və  əsas  ehtiyacların 
qarĢılanması üçün istehlakın mütləq minimumunu əks etdirir. Təkcə yoxsulluğun müxtəlif səviyyələrini 
deyil,  həm  də  müxtəlif  cəhətlərini  fərqləndirmək  üçün  müxtəlif  yoxsulluq  hədlərindən  istifadə  edilir. 
SeçilmiĢ hər bir rifah göstəricisi üçün yoxsulluq həddinin müəyyən olunmasının iki əsas üsulu vardır – 
nisbi  və  mütləq.  Nisbi  yoxsulluq  səviyyələri  rifah  ölçüsünün  (məsələn  istehlakın)  ölkə  üzrə  ümumi 
bölgüsünə  nisbətdə  müəyyən  edilir.  Mütləq  yoxsulluq  səviyyələri  ev  təsərrüfatları  və  ya  fərdlərin  öz 
əsas ehtiyaclarını qarĢılamaq üçün etibar edə biləcəkləri müəyyən mütləq standart üzərində qurulur. Bu 
mütləq  yoxsulluq  səviyyələri,  adətən,  ərzaq  ehtiyaclarının  qiymətləndirilməsinə,  yəni,  tipik  ailənin 
sağlamlığı  üçün  minimum  hesab  olunan  qida  səbətinin  dəyərinə  əsaslanır  və  buraya  qeyri-ərzaq 
ehtiyacları üzrə bənd əlavə olunur. Əhalidən kəskin yoxsulları və ümumi yoxsulları fərqləndirmək üçün 
seçilmiĢ hər bir yoxsulluq həddinin aşağı və yuxarı hədləri ola bilər. Əsas ehtiyacların dəyəri (ƏED) 
çərçivəsindən  istifadə  etməklə  2008-ci  il  YSQS  məlumatlarında  yoxsulların  müĢahidə  edilən  istehlak 
səbəti əsasında aĢağı və yuxarı yoxsulluq hədləri müəyyən edilmiĢdir. Hər bir yoxsulluq həddinə ərzaq 
komponenti (hər iki hədd üçün ümumidir), üstəgəl əsas qeyri-ərzaq xidmətlərinə sərf edilən vəsait (hər 
bir hədd üçün fərqlidir) daxildir (ətraflı məlumat üçün Əlavə C-yə baxın). 
 
Yoxsulluq indeksləri. Yoxsulluğun ölçülməsində sonuncu addım rifah göstəricisi və seçilmiĢ yoxsulluq 
həddinin müqayisəsini bütün əhali, yaxud əhali qrupları üzrə bir ümumi yoxsulluq göstəricisinə çevirən 
riyazi  funksiyanın  seçilməsidir.  Bu  hesabatda  yoxsulluğun  üç  ölçüsündən  istifadə  edilmiĢdir: 
adambaĢına  nisbət,  yoxsulluğun  dərinliyi  və  yoxsulluğun  kvadratik  boĢluğu.  AdambaĢına  yoxsulluq 
səviyyəsindən geniĢ istifadə edilsə də yoxsulluğun dərinlik və kəskinlik ölçüləri yoxsulluq səviyyəsini 
tamamlayır  və  yoxsulların  sosial  cəhətdən  qəbul  edilə  bilən  yaĢayıĢ  minimumundan,  yəni  yoxsulluq 
həddindən nə dərəcədə uzaq olduğuna dair təsəvvür formalaĢdırır. 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə