Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

23 
 
olmamasına  qədər  infrastruktur  boĢluqlarının  aradan  qaldırılması  məqsədilə  büdcə  xərclərində 
əhəmiyyətli  artım  qeydə  alınmıĢdır.  Azərbaycan  həmçinin,  yoxsulluğun  və  həssaslığın  azaldılması 
məqsədilə  sosial  xərclərini  artırmıĢ  və  2006-cı  ildə  geniĢ  həcmli  ünvanlı  sosial  yardım  proqramını 
həyata keçirməyə baĢlamıĢdır.             
 
1.5  Qeyd  edilən  təĢəbbüslərin  yoxsulluğa  və  bərabərsizliyə  təsirinin  müəyyən  edilməsi  inkiĢafın 
faydasının  daha  geniĢ  və  bərabər    Ģəkildə  paylanmasının  təmin  edilməsi  baxımından  mühüm 
əhəmiyyət kəsb edir.  Hesabatda ölkə və Azərbaycan əhalisinin müxtəlif qrupları üzrə 2001-ci ildən 
bəri qeydə alınan məhrumiyyət səviyyəsi və  yoxsulluğun azaldılması və rifah halının yüksəldilməsi 
istiqamətində  əldə  edilən  nailiyyətlər  qiymətləndirilir.  Yoxsulluğun  həm  monetar,  həm  də  qeyri-
monetar göstəriciləri, eləcə də, kommunal və ictimai xidmətlərə çıxıĢ imkanı və onların keyfiyyəti və 
s. bu kimi yaĢayıĢ səviyyəsinin əsas göstəriciləri təhlil olunur. Hesabatın məqsədi həyat səviyyəsinin 
və  yoxsulluğun  azaldılması  üzrə  hazırkı  siyasətlərin  cari  və  mümkün  gələcək  səmərəsinin  hərtərəfli 
Ģəkildə  qiymətləndirilməsi  vasitəsilə  yoxsulluğun  azaldılması  və  sosial  müdafiənin  gücləndirilməsi 
istiqamətində aparılan siyasi müzakirələrin dəstəklənməsindən ibarədir.   Bu isə, nəticə etibarilə, neft 
qaz  bumunun  yaratdığı  imkandan  istifadə  edərək  Azərbaycanın  bütün  əhalisinin  həyat  səviyyəsinin 
davamlı  olaraq  yüksəldilməsi  üçün  siyasət  dəyiĢikliklərinin  və  institusional  tədbirlərin 
gücləndirilməsinə kömək edəcəkdir. 
 
1.6      Hesabatın  ikinci  məqsədi  təhsil  sisteminə,  əmək  bazarı  təsisatlarına  və  səhiyyə 
xidmətlərinə  çıxıĢ  imkanı  və  onların  keyfiyyəti  baxımından  mövcud  olan  əsas  problemlərin 
təhlil  edilməsi  vasitəsilə  Azərbaycan  hökumətinə  yardımın  göstərilməsidir.    2006-2015-ci  illər 
üzrə  yoxsulluğun  azaldılması  və  davamlı  inkiĢaf  üzrə  Azərbaycan  Respublikasının  dövlət 
proqramının dörd prioritet istiqamətlərindən biri ―digər tədbirlərlə yanaşı yüksək keyfiyyətli səhiyyə 
xidmətləri ilə əhatə dairəsinin genişləndirilməsi, eləcə də, müasir təhsil sistemi və dünya səviyyəsində 
rəqabət qabiliyyətinə malik elm sahəsinin inkişaf etdirilməsi vasitəsilə sosial xidmətlərin keyfiyyətinin 
və  onlara  çıxış  imkanının  yaxşılaşdırılması‖  komponentidir.  Hal-hazırda,  Azərbaycan  insan 
kapitalının inkiĢaf  əmsalı baxımından  müqayisə  göstəricilərindən  geri  qalır  ki, bu  da uzunmüddətli 
inkiĢaf,  yoxsulluğun  azaldılması  və  rəqabət  qabiliyyətinin  təmin  edilməsi  baxımından  müəyyən 
çətinliklər  yarada  bilər.  Azərbaycan  iĢçi  qüvvəsinin  biliklərinin  keyfiyyətinin  və  uyğunluğunun 
artırılması, ali təhsildə qeydiyyat göstəricisinin yüksəldilməsi, habelə, təhsil və səhiyyə xidmətlərinə 
çıxıĢ  imkanı  baxımından  bərabərsizliklərin  aradan  qaldırılması  istiqamətində  ciddi  problemlərlə 
üzləĢir. Azərbaycan hökuməti 2006-2015-ci illər üzrə YADĠDP-də əks olunduğu kimi hazırkı neft və 
qaz bumunun yaratdığı fürsətdən istifadə edərək insan kapitalının inkiĢaf etdirilməsi zərurətini aydın 
Ģəkildə dərk edir.     
 
1.7      Hesabatın  üçüncü  məqsədi  hazırda  davam  edən  qlobal  iqtisadi  böhranının  yoxsulluğa 
mümkün  təsirinin  müəyyən  edilməsidir.  Dünya  iqtisadiyyatına  və  Rusiya  və  Türkiyə  kimi 
Azərbaycanın  mühüm  ticarət  tərəfdaĢlarına  təsir  edən  böhran  qlobal  səviyyədə  inteqrasiya  edilmiĢ, 
diversifikasiya  olunmuĢ  və  davamlı  qeyri-neft  sektorunun  yaradılması  istiqamətində  hökumətin 
planlarına təsir göstərə bilər. Böhran artıq Azərbaycanın beynəlxalq  maliyyə mənbələrinə və xarici 
kapitala çıxıĢ imkanını məhdudlaĢdırmaqla yanaĢı neft və qazın qiymətini aĢağı salmıĢ və onlara olan 
tələbatı  azaltmıĢdır.  QonĢu  ölkələrlə  müqayisədə  Azərbaycanın  böhranın  təsirinə  az  məruz  qalması 
ehtimalına  baxmayaraq  neftin  qiymətinin  aĢağı  olması  orta-müddətli  büdcə  xərclərinə  düzəliĢlərin 
edilməsini tələb edə bilər ki, bu da yoxsul və həssas insanlara ünvanlanan proqramlara təsir göstərə 
bilər.  Qlobal  iqtisadi  böhranın  baĢlanmasından  bir  az  əvvəl  aparılan  2008-ci  il  üzrə  YaĢayıĢ 
Standartlarının Qiymətləndirilməsi Sorğusunun məlumatları hazırda davam edən böhranın yoxsulluğa 
necə təsir etdiyini müəyyən  etmək baxımından əlveriĢli imkan yaradır. 
 


24 
 
1.8      Nəhayət,  daha  əhəmiyyətli  məqam  odur  ki,  hesabat  Azərbaycan  hökumətinin  ünvanlı 
sosial yardım proqramının nəzərdə tutulan benefisiarların həyat səviyyəsinə necə təsir etdiyinə 
dair  təfsilatlı  məlumatlar  vermək  üçün  müvafiq  proqramın  qiymətləndirilməsini  həyata 
keçirir.    Tarazlı  və  bölüĢdürülən  inkiĢafın  əldə  edilməsi  istiqamətində  hökumətin  prioritet 
sahələrindən  biri  sosial  sektor,  xüsusilə  də,  yoxsullara  sosial  yardımın  göstərilməsi  olmuĢdur. 
Azərbaycanın  ÜSY  proqramı  uğurla  inkiĢaf  edərək  2008-ci  ilin  sonu  üçün  150000  ev  təsərrüfatını 
əhatə  etmiĢdir.  Ölkənin  ehtiyacın  qiymətləndirilməsinə  əsaslanan  yeganə  proqramı  olan  ÜSY  daha 
yoxsul əhali qrupunun istehlak ehtiyacının ödənilməsi məqsədilə onlara maddi yardımın ödənilməsini 
nəzərdə  tutur.  Proqramın  hazırlanması  və  həyata  keçirilməsində  nəticələrə  əsaslanma  təcrübəsinin 
daha  da  inkiĢaf  etdirilməsi  məqsədilə  hesabat  çərçivəsində  ÜSY  proqramı  üçün  qiymətləndirmə 
cədvəli hazırlanmıĢdır.   
 
1.9      Hesabat  aĢağıda  qeyd  olunan  formada  həyat  səviyyəsinin  bir  neçə  amillərini  və 
yoxsulluğun təkamülün əhatə edir. Ġkinci fəsildə 2000-ci illər ərzində yoxsulluq və onun meylləri, 
eləcə  də,  qlobal  maliyyə  böhranının  yoxsulluğa  təsiri  müzakirə  olunur.  Fəsil  3-də  2008-ci  ilin 
əvvəlləri  üçün  Azərbaycanda  yoxsulluğun  dərinləĢdirilmiĢ  profili,  o  cümlədən  istehlak  yoxsulluğu 
göstəriciləri, zəruri infrastruktura çıxıĢ imkanı və onun keyfiyyəti, sosial xidmətlərə çıxıĢ imkanı və 
onların keyfiyyəti, mənzil Ģəraiti, məcburi köçkünlərin yaĢayıĢ səviyyəsi, eləcə də, həyat səviyyəsinin 
digər  monetar  və  qeyri-monetar  göstəriciləri  barədə  məlumat  verilir.    Dördüncü  fəsil  çərçivəsində 
Azərbaycanda  bərabərsizlik  məsələsi  nəzərdən  keçirilir.  Fəsil  5-də  təhsil  və  yoxsulluq  arasında 
əlaqəyə  toxunulur.  Altıncı  fəsildə  səhiyyə  xidmətlərindən  istifadə,  səhiyyə  xidmətləri  üçün  Ģəxsi 
ödəniĢlər  və  yoxsulluqla  bağlılıq  məsələlərinə  diqqət  yetirilir.  Fəsil  7-də  əmək  bazarı  və  onun 
yoxsulluğa  təsiri  qiymətləndirilir.  Nəhayət,  Fəsil  8  çərçivəsində  ÜSY  proqramı  və  Azərbaycanda 
yoxsulluğun azaldılması üzrə sosial müdafiə proqramlarının ümumi rolu qiymətləndirilir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə